Məhkəmə qərarları › İş №2(004)-112/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-112/2022

23.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-112/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Vəkil3, ilk iddia üzrə Cavabdeh2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “icarə müqaviləsinə xitam verilməsi, evdən çıxarılma, icarə haqqının ödənilməsi” tələbinə dair iddiası, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “evdə aparılmış təmir xərclərinin əvəzinin və alınmış əşyaların dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “evdən çıxarılma, icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 26.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 və digərlərinin onun mülkiyyətində olan Bakı şəhəri Lev Tolstoy küçəsindəki 130 nömrəli evdən çıxarılması, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 6.800 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 15.07.2021-ci il tarixdə İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, "xxxx" MMC ilə onun arasında bağlanmış 25.12.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə xitam edilməsi, Cavabdeh2 və digərlərinin onun mülkiyyətində olan Bakı şəhəri Lev Tolstoy küçəsindəki 130 nömrəli evdən çıxarılması, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 6.800 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh "xxxx" MMC İddiaçı qarşı “evdə aparılmış təmir xərclərinin əvəzinin və alınmış əşyaların dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lev Tolstoy küçəsindəki 130 nömrəli evin təmirinə çəkdiyi xərclərin əvəzi olaraq 26.142 manat, evdə quraşdırılmış əşyaların dəyəri olaraq 17.186 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 43.358 manat pulun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 23.05.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ünvanlayaraq "xxxx" MMC ilə onun arasında 25.12.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə xitam edilməsi, Cavabdeh2 və digərlərinin onun mülkiyyətində olan Bakı şəhəri Lev Tolstoy küçəsindəki 130 nömrəli evdən çıxarılmaları, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 11.600 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən 25.12.2019-cu il tarixindən 25.12.2021-ci il tarixədək olan müddətdən artıq istifadə etdiyi hər ay üçün məhkəmə qətnaməsi çıxarılana qədər 400 manat icarə haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 23.05.2022-ci il tarixdə ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı yazılı ərizəsini məhkəməyə təqdim edərək "xxxx" MMC şirkəti ilə 25.12.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə xitam verilməsi, cavabdeh Younas Sofia və digərlərinin Bakı şəhəri, Lev Tolstoy küçəsi, 130 saylı evdən çıxarılmaları, cavabdeh "xxxx" MMC və Younas Sofiadan 10.600 manat icarə haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Lev Tolstoy küçəsi, 130 saylı evi 25.12.2019-cu il tarixdə "xxxx" MMC şirkəti ilə icraə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsini "xxxx" MMC tərəfindən Younas Safia imzalamışdır. Müqavilə imzalanan gündən bu günə kimi cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. Bundan sonra icarə müqaviləsinin 6-cı bəndinin tələblərinin pozaraq müxtəlif şəxslərə icarəyə vermişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə aralarında 25 dekabr 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, icarəyə verən, yəni İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini icarəçi “DİAMOND-1" MMC-yə verməyi öz öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı ilə aralarında olan şifahi razılığa əsasən, sonuncu tərəfindən mülkiyyətində olan həmin fərdi yaşayış evinin 10 il müddətinə hostel kimi fəaliyyət göstərmək məqsədilə Şirkətə icarəyə veriləcəyi bildirilmişdir. O İcarə müqaviləsini hüquqi şəxslə bağlayanda artıq bilirdi ki, hostel kimi faəliyyət göstərilməsi üçün əmlakı icarəyə verir. Əks halda o şirkətlə deyil, elə fiziki şəxsin özü ilə də birbaşa olaraq müqavilə bağlaya bilərdi. Daha sonra, ilk iddia üzrə İddiaçı tərəfindən ilk iddia üzrə cavabdehlər "xxxx" MMC və Younas Safıaya qarşı “mənzildən çıxarılma və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdeh Younas Safıa və digərlərinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və 6800 (altı min səkkiz yüz) manat həcmində icarə haqqının ilk iddia üzrə cavabdehlərdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Aralarında bağlanan 25 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evini icarəyə götürmüş və aylıq 400 (dörd yüz) manat icarə haqqı ödəməklə bağlı razılığa gəlmişlər. Belə ki, məhkəməyə təqdim olunmuş şəkillərdən də görünür ki, həmin fərdi yaşayış evi Şirkətə icarəyə verilən zaman bərbad vəziyyətdə olmuş və evin təmir olunması zərurəti yaranmışdır. Buna görə də, evin bütün təmir xərcləri tərəfindən ödənilmiş, həmçinin evdə olan əşyalar da Şirkətə məxsus olmuşdur. Daha sonra tərəfindən əldə olunmuş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə çəkilən təmir xərclərinin və həmin evdə yerləşən əşyaların dəyərinin hesablanması haqqında qiymətləndirmə hesabatına əsasən, köhnə şəkillərlə yeni çəkilmiş şəkillərin müqayisəsi nəticəsində çəkilən xərclərin dəyəri 26.142 (iyirmi altı min yüz qırx iki) manat, əşyaların dəyəri isə 17.186 (on yeddi min yüz səksən altı) manat olmaqla, cəmi 43.328 (qırx üç min üç yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Həmçinin alınan əşyaları və ya evin təmiri həyata keçirildikdən sonra qarşı tərəf müqavilənin xitamını tələb edir. Bu da onu göstərir ki, qarşı tərəfin əvvəlcədən fikri öz əmlakını təmir etdirərək Şirkətin həmin əmlakdan çıxarılması olmuşdur. Elə buna görə də o, hər ay icarə haqqını rəsmi qaydada almaqdan imtina edərək nəğd qaydada almışdır ki, gələcəkdə məhkəmədə iddia qaldıran zaman “Diamond-1 MMC’'-nin öz öhdəliyindən yayınırmış kimi göstərə bilsin. Bu səbəbdən də, 5600 manatı nəğd qaydada aldıqdan sonra geri qalan məbləğin rəsmi ödənişinə də razı olmamışdır. Hesab edir ki, 25 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və çəkilən xərclərin dəyəri 26.142 (iyirmi altı min yüz qırx iki) manat, əşyaların dəyəri isə 17.186 (on yeddi min yüz səksən altı) manat olmaqla, cəmi 43.328 (qırx üç min üç yüz iyirmi səkkiz) manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq “Dİamand-1 MMC"-yə ödənilməsi zərurəti vardır. Odur ki, ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 25.12.2019-cu il tarixli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Lev Tolstoy küçəsindəki 130 nömrəli evini hər ay 400 manat ödənilməsi şərti ilə iki il müddətinə 25.12.2021-ci il tarixə kimi cavabdeh "xxxx" MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsini "xxxx" MMC-nin adından Cavabdeh2 imzalamışdır. Cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, aylıq 400 manat icarə haqqını iddiaçıya ödəməmiş, nəticədə 6.800 manat icarə haqqı borcu yaranmışdır. Həmçinin müqavilənin 6-cı bəndinin şərtlərini pozaraq cavabdeh mənzili digər şəxslərə icarəyə vermişdir. Mənzil icarəyə verilən zaman təmirsiz olmuş, lakin yaşayış üçün yararlı olmuşdur. Cavabdeh iddiaçıdan icazəsiz olaraq təmir işləri görmüşdür. İddiaçı ilə cavabdehlərin arasında icarəyə verilmiş evin hostel kimi işlədilməsinə və müqavilənin 10 il müddətinə bağlanmasına dair danışıq olmamışdır. Qarşılıqlı iddiada göstərilən kimi iddiaçıya 5.600 manat icarə haqqı ödənilməmişdir. Hesab edir ki, icarə haqqı ödənilmədiyi, müqavilə şərtləri pozularaq digər şəxslərə icarəyə verildiyi və mülkiyyətçinin razılığı olmadan təmir işləri aparıldığı üçün icarə müqaviləsi ləğv edilməli, Cavabdeh2 və digərlərinin iddiaçının mülkiyyətində olan evdən çıxarılmalı, cavabdehlərdən 6.800 manat icarə haqqı tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərdikləri ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, o, icarə müqaviləsinin şərtlərinə uygun olaraq Bakı şəhəri Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli evin icarə haqqı olaraq İddiaçı ilk öncə 1000 manat, daha sonra isə müxtəlif vaxtlarda 3600 manat və 1000 manat ödənişlər etmişdir. O, icarə haqqlarını iddiaçıya ödəsə də, iddiaçı pulu ondan almasına dair hər hansı bir sənədə imza etməmişdir. İlkin 1000 manat icarə haqqını mənzilin təmir işlərini həyata keçirən X1 vasitəsilə 25.12.2019-cu il tarixdə İddiaçı ödəmişdir. O, ilk gündən iddiaçı ilə aralarında mənzilin hostel kimi fəaliyyət göstərəcəyinə dair razılıq əldə etmişdir, bu niyyətlə evi icarəyə götürmüş və mənzildə əsaslı təmir işləri aparmışdır. Mənzil icarəyə verilən zaman yaşayış üçün tam yararsız vəziyyətdə olmuşdur. Bu səbəbdən İddiaçı təklif etdiyi 1000 manat icarəyə haqqını ödəməyə razı olmamış, mənzili təmir etmək şərti ilə 400 manat icarə haqqı ödəməyə razılışmışlar. İddiaçı ilə öz aralarında ilkin olaraq müqavilənin 2 il müddətinə, daha sonra 10 ilədək uzadılması barədə razılığa gəlmişlər. Razılaşdırılmış 10 il müddət başa çatdıqdan sonra isə çəkilmiş əsaslı təmir xərclərini iddiaçıdan tələb etməyəkdir. Əgər iddiaçı onun evdən çıxmasını vaxtından əvvəl tələb edərsə, onun evin təmirinə və hostel üçün nəzərdə tutulmuş əşyaların alınmasına çəkdiyi xərcin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən o, evin təmiri üçün xeyli miqdarda vəsait xərcləmişdir. Evin təmiri başa çatdıqdan az müddət sonra COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisinə giriş üçün viza verilməsi dayandırılmış, bu səbəbdən də mənzilin hostel kimi fəaliyyət göstərməsi mümkün olmamışdır. Hazırda evdə o, öz ailə üzvləri ilə birgə yaşayır, mənzil hostel kimi fəaliyyət göstərmir. O, iddiaçıya ümumilikdə 5.600 manat icarə haqqı ödəmişdir, qalan aylar üçün pulun alınmasına dair iddiaçı tərəfindən yazılı qəbz verilməsi və ya bank hesab nömrəsinə köçürülməsi yolu ilə icarə haqqını ödəməklə evdən istifadə etməyə və müqavilənin şərtlərinə yenidən baxmağa və dəqiqləşdirmə aparmağa etiraz etmir. Hesab edir ki, o, icarə haqqını ödədiyinə, evi üçüncü şəxslərə icarəyə vermədiyinə, gəlir əldə etmədiyinə, evin təmirini iddiaçının razılığı ilə apardığına və bu təmirin iddiaçının mülkiyyətindəki evin dəyərini külli miqdarda artırdığına görə, iddiaçıya hər hansı bir zərər dəyməmişdir. Əksinə iddiaçı bu iddianı qaldırmaqla, ona maddi zərər vurmaq və onun hesabına əsassız varlanmaq niyyətini güdür. O. bu evi hostel kimi işlətmək üçün icarəyə götürməyə razılaşmışdı, çünki, bundan əvvəl o, həmin ərazidə 350 manata təmirli və əşyaları olan mənzildə özü kirayədə qalırdı. Belə olan halda onun həmin evdən çıxararaq 400 manata təmirsiz və yaşayış üçün tam yararsız olan iddiaçıya məxsus evi özü yaşaması üçün icarəyə götürməsi və orada əsaslı təmir işləri görərək, külli miqdarda pul xərcləməsi məntiqsizdir. Belə ki, o, təmirə və əşyaların alınmasına xərclənmiş 43.328 manat vəsaitə özünə şəhərin ətrafında ev ala bilərdi. Hesab edir ki, iddia tamamilə əsassızdır, müqaviləni iki il müddətinə və yazılı müqavilədəki şərtlərlə bağlamaqla, iddiaçı onu aldatmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər İH MHQİ tərəfindən 26.04.1996-cı il tarixdə verilmiş ******* nömrəli qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Bakı şəhəri Lev Tolstoy küçəsindəki 130 nömrəli fərdi yaşayış evi 26.04.1996-cı il tarixdə X2 adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış 25.12.2019-cu il tarixli 3M-1319 reyestr nömrəli icarə müqaviləsindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli evini hər ay 400 manat ödənilməsi şərti ilə iki il müddətinə 25.12.2021-ci il tarixə kimi cavabdeh "xxxx" MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsini "xxxx" MMC-nin adından Cavabdeh2 imzalamışdır. İş materiallarında olan "xxxx" MMC-nin 09.08.2021-ci il tarixli qiymətləndirmə hesabatında göstərilir ki, Bakı şəhəri Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli evində (faktiki hostel) aparılmış təmir işlərinin xərcinin dəyəri 26.142 manat, quraşdırılmış əşyaların dəyəri 17.186 manat olmaqla, cəmi 43.328 manat müəyyən olunmuşdur. 16.08.2021-ci il tarixdə məhkəmə iclasında ifadə vermiş şahid X1 bildirdi ki, Younas Sofia onun tanışıdır, ailə dostdurlar. O, 2019-cu ilin sonundan 10.02.2020-ci ilə kimi olan dövrdə təxminən iki ay ərzində Younas Sofianın icarəyə götürdüyü Bakı şəhəri Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli fərdi yaşayış evinin əsaslı təmirini həyata keçirmişdir. Evdə təmir işlərini o, iki fəhlənin iştirakı ilə aparmışdır. Təmirə başlanılan zaman ev yaşayış üçün tam yararsız vəziyyətdə olmuşdur. Onlar evin suvağını tamamilə qaşıyaraq daşa çıxarmış, sonra suvaq vurmuş, tavanı qaşımış və rəngləmiş, döşəməni tamamilə sökərək palçıq tökmüş, səthini hamarlamış və üstünə linolium çəkmiş, evdən əlavə olaraq birinci mərtəbədə 2 ədəd hamam otagı tikmiş, ikinci mərtəbəyə qalxan yerdə pilləkənin yanındakı bir hamam otağını, həmçinin evin bütün otaqlarını, mətbəxi, dəhlizi tam əsaslı təmir etmişdir. Tavanı qaşımış və boya vurmuş, mənzilin elektik işləri gömüş, bəzi hissələrdə yeni xətlər çəkmiş, qalan hissələrdə isə köhnə elektrik xətlərini saxlamış, su və kanalizasiya xətlərini yenisi ilə əvəz etmiş, pilləkəni rəngləmiş, pəncərə və qapıları qaşıyaraq, rəngləmişdir. Evin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan bütün işləri yüksək keyfiyyətlə görmüş və Younas Sofiaya təhvil vermişdir. Təmir üçün inşaat materiallarını Younas Sofia özü alıb gətirmişdir. Evi hostel kimi istifadə etmək üçün formaya salmış və avadanlıqlar quraşdırmışdır. Bütün xərcləri Younas Sofia çəkmişdir. O, evin təmirinə görə Younas Sofiadan pul almamışdır. Təmiri ona hədiyyə etmişdir. Evin təmiri gedən ərəfədən İddiaçı dəfələrlə evə gəlib-getmir, təmir işəri ilə maraqlanmış, təmirin aparılması ilə bağlı ona heç bir irad bildirməmişdir. Təmirin dayandırılması barədə heç bir tələb irəli sürməmişdir. İcarə müqaviləsi imzalandığı gün Fəvvarələr meydanındakı kafedə oturduqları zaman Younas Sofia sayması və İddiaçı verməsi üçün ona 1.000 manat pul vermişdir. O, 1.000 manat pulu Younas Sofiadan almış və sayaraq oturduqları kafedə İddiaçı icarə haqqı kimi ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6508 nömrəli, 24 noyabr 2021-ci il tarixli rəyinin nəticə hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş dəmir çarpayıların istifadədə olması nəzər alınmaqla orta bazar qiymti ilə ümumi dəyəri təxminən 1540,00 manat müəyyən edilir. O cümlədən 10 ədəd 2mərtəbəli dəmir çarpayı -1500 (10 ədəd x 150 manat) manat, 1 ədəd 1 mərtəbəli dəmir çarpayı-40 manat. Ekspert rəyində əlavə olaraq göstərilmişdir ki, ev antisanitar şəraitdə olduğundan (yorğan-döşək və sairdən kənar qoxuların gəlməsi) yalnız evdə olan dəmir çarpayılar qeyd edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6490 nömrəli, 28 aprel 2022-ci il tarixli rəyinin nəticə hissəsində qeyd olunur ki, Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən 130 saylı fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 6076 manat, o cümlədən təmir işlərinə sərf edilmiş tikinti materiallarının dəyəri 2479 manat, həmin işlərə sərf olunmuş əmək haqqının dəyəri isə 3597 manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, ekspert rəylərinə və işdə olan sübutlara hüquqi qiymət verrək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə "xxxx" MMC arasında İddiaçı məxsus Bakı şəhəri Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli evini hər ay 400 manat ödənilməsi şərti ilə iki il müddətinə 25.12.2021-ci il tarixə kimi icarəyə verilməsi barədə 25.12.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsini "xxxx" MMC-nin adından Cavabdeh2 imzalamışdır. Məhkəməyə təqdim olunmuş fərdi yaşayış evinin fotoşəkillərindən müəyyən olunur ki, fərdi yaşayış evi icarəyə verilən zaman yaşayış üçün tam yararsız vəziyyətdə olmuşdur. Daha sonra ilk iddia tələbi üzrə cavabdeh öz vəsaiti hesabına həmin fərdi yaşayış evini təmir etdirmiş və evi hostel kimi istifadə etmək üçün formaya salmış və avadanlıqlar quraşdırmışdır. İddiaçı tərəfin cavabdehin sözügedən mənzilin hostel kimi fəaliyyət göstərəcəyindən xəbərsiz olmasını inandırıcı hesab etmir və razılaşmır, bunu iddiaçının müdafiə xarakterli izahatı kimi qəbul edir. Sözügedən həmin avadanlıqların dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6508 nömrəli, 24 noyabr 2021-ci il tarixli rəyinə əsasən 1540,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6490 nömrəli, 28 aprel 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən 130 saylı fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 6076 manat müəyyən edilir. Tərəflər arasında bağlanmış icraə müqaviləsinin müddəti 21.12.2021-ci il tarixdə bitməsinə baxmayaraq fərdi yaşayiş evi mülkiyyətçinin tələbi ilə ona təhvil verilməmişdir. Bu səbəbdən, ilkin iddia üzrə iddiaçı mülkiyyətçi kimi cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlıdır. Bundan əlavə aylıq 400 manat icarə haqqı ödəməli olduğu halda ilk iddia üzrə cavabdeh icarə haqqını vaxtı-vaxtında ödəməmişdir. Məhkəmə ilkin iddia tələbinin ödənilməmiş icarə haqqının tutulması hissəsi ilə bağlı qeyd edir ki, icarəsinə qəbul etdiyi əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödəmiş olduğunu sübutetmə yükü bilavasitə ilkin iddia üzrə cavabdehin üzərinə düşmüşdür və məhz o, icarə münasibətləri çərçivəsində faktiki sahibliyinə verilmiş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini sübuta yetirməlidirlər. Beləliklə 25.12.2019-cu il tarixdən 23.05.2022-ci il tarixə olan dövr üçün (29 ay x 400 manat =11.600) icarə haqqı borcu yaranmışdır. İlk iddia tələbi üzrə iddiaçı 10.600 manat icarə haqqı tələb etdiyindən və cavabdeh tərəfindən icarə müqaviləsinin bağlandığı gün 1000 manat icarə haqqı ödənildiyini etiraf etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, 10.600 manat məbləğində icarə haqqı tutularaq İddiaçı ödənilməli, icraə müqaviləsinin müddəti bitdiyindən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 25.12.2019-cu il tarixli 3M- 1319 reyestr nömrəli icarə müqaviləsinə xitam verilməli, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsindəki 130 nömrəli fərdi yaşayış evindən cavabdeh "xxxx" MMC və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılmalı və mənzil boşaldılaraq ilk iddia üzrə iddiaçıya təhvil verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" MMC-nin İddiaçı qarşı “evdə aparılmış təmir xərclərinin əvəzinin və alınmış əşyaların dəyərinin ödənilməsi” tələbinə münasibətdə qeyd edir ki, fərdi yaşayış evinin icarəyə verilməsindən əvvəl yaşamaq və istifadə üçün tam yararsız olması, sonradan təmir işləri aparılıb və əşyalar, çarpayılar quraşdırılması sübuta yetirilmişdir. Məhkəmə ekspert rəylərinə əsasən hesab edir ki, fərdi yaşayış evinə quraşdırılmış avadanlıqların dəyəri olan 1540 manat, təmir xərcinin əvəzi olaraq 6076 manat məbləğində pul ilk iddia üzrə İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Hər iki iddia üzrə pul tələbi qismən təmin edildiyindən, eyni zamanda mənzildən çıarılma tələbi olduğundan məhkəmə hesab edir ki, hər iki iddia üzrə tutulacaq məbləğlər əvəzləşdirilməli, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan 10.600 (on min altı yüz) manat məbləğində pul vəsaitindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilməli olan 7616 (yeddi min altı yüz on altı manat) məbləğində pul çıxıldıqdan sonra, qalan 2984 (iki min doqquz yüz səksən dörd) manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq ilk iddia üzrə İddiaçı ödənilməlidir. Məhkəmə, ilk iddia tələbinin icarə haqlarının hər iki cavabdehdən tutulmalı olması barədə hissəsinə münasibət bildirərək qeyd edir ki, 25.12.2019-cu il tarixli 3M-1319 reyestr nömrəli icarə müqaviləsi İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlandığından, 10.600 (on min altı yüz) manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutulmalı, pulun tutulması barədə iddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 680.1-ci maddəsinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilərək, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 25.12.2019-cu il tarixli 3M-1319 reyestr nömrəli icarə müqaviləsinə xitam verilməli, ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən 10.600 (on min altı yüz) manat məbləğində pul tutularaq ilk iddia üzrə İddiaçı ödənilməli, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsindəki 130 nömrəli fərdi yaşayış evindən cavabdeh "xxxx" MMC və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılsın və mənzil boşaldılaraq ilk iddia üzrə iddiaçıya təhvil verilməli, qarşılıqlı iddia qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əşyaların dəyərinə görə 1540 (min beş yüz qırx) manat və təmir-tikinti işlərinin aparılmasına görə 6076 (altı min yetmiş altı) manat, cəmi 7616 (yeddi min altı yüz on altı manat) məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nə ödənilməli, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan 10.600 (on min altı yüz) manat məbləğində pul vəsaitindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilməli olan 7616 (yeddi min altı yüz on altı manat) məbləğində pul çıxıldıqdan sonra, qalan 2984 (iki min doqquz yüz səksən dörd) manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq ilk iddia üzrə İddiaçı ödənilməli, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Həmçinin, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 170 (yüz yetmiş) manat məbləğində olan ekspertiza xərcinin 100 (yüz) manatı ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən, 70 (yetmiş) manatı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 25.12.2019-cu il tarixli 3M-1319 reyestr nömrəli icarə müqaviləsinə xitam verilsin. İlk iddia üzrə cavabdeh "xxxx" MMC-dən 10.600 (on min altı yüz) manat məbləğində pul tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsindəki 130 nömrəli fərdi yaşayış evindən cavabdeh "xxxx" MMC və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılsın və mənzil boşaldılaraq ilk iddia üzrə iddiaçıya təhvil verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əşyaların dəyərinə görə 1540 (min beş yüz qırx) manat və təmir-tikinti işlərinin aparılmasına görə 6076 (altı min yetmiş altı) manat, cəmi 7616 (yeddi min altı yüz on altı manat) məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nə ödənilsin. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan 10.600 (on min altı yüz) manat məbləğində pul vəsaitindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilməli olan 7616 (yeddi min altı yüz on altı manat) məbləğində pul çıxıldıqdan sonra, qalan 2984 (iki min doqquz yüz səksən dörd) manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 170 (yüz yetmiş) manat məbləğində olan ekspertiza xərcinin 100 (yüz) manatı ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən, 70 (yetmiş) manatı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar