Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-351/2023 30.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Younas Safiya qarşı; qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı iş üzrə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə obyektinin boşaldılması, evdə aparılmış təmir xərclərinin əvəzinin və alınmış əşyaların dəyərinin ödənilməsi və s.tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5538/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnam əsindən cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 tərəflərindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyətinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş ******* nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 130 nömrəli fərdi yaşayış evi xx.xx.1996-cı il tarixdə X2 adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
2. Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 3M-1319 reyestr nömrəli icarə müqaviləsindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli evini hər ay 400 manat ödənilməsi şərti ilə iki il müd dətinə 25 dekabr 2021-ci il tarixə kimi cavabdeh "xxxx" MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsini "xxxx" MMC-nin adından Cavabdeh2 imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İlk iddia üzrə iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və digərlərinin onun mülkiyyətində olan Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 130 nömrəli evdən çıxarılması, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 6800 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sonradan, ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə onun arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə xitam edilməsi, Cavab deh2 və digərlərinin onun mülkiyyətində olan Bakı şəhəri Lev Tolstoy küçəsindəki 130 nömrəli evdən çıxarılması, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 6.800 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra, ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə onun arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə xitam edilməsi, Cavabdeh2 və digərlərinin onun mülkiyyətində olan Bakı şəhəri Lev Tolstoy küçəsindəki 130 nömrəli evdən çıxarılmaları, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 11600 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bundan sonra, ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası MPM-nin 53 -cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixədək olan müddətdən artıq istifadə etdiyi hər ay üçün məhkəmə qətnaməsi çıxarılana qədər 400 manat icarə haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Sonuncu dəfə, ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC şirkəti ilə xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə xitam verilməsi, cavabdeh Younas Sofia və digərlərinin Bakı şəhəri Lev Tolstoy küçəsi 130 saylı evdən çıxarılmaları, cavabdeh "xxxx" MMC və Younas Sofiadan 10600 manat icarə haqqı nın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İlk iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, mülkiyyətində olan Bakı şəhəri, Lev Tolstoy küçəsi 130 saylı evə dair xx.xx.2019-cu il tarixdə "xxxx" MMC şirkəti ilə icarə müqaviləsi bağlamışdır. Həmin icarə müqaviləsini "xxxx" MMC tərəfindən Cavabdeh2 imzalamışdır. Müqavilə imzalanan gündən bu günə kimi cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. Bundan sonra cavabdeh tərəf icarə müqaviləsinin 6-cı bəndinin tələblərini pozaraq müxtəlif şəxslərə icarəyə vermişdir.
9. Həmçinin, "xxxx" MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 130 nömrəli evin təmirinə çəkdiyi xərclərin əvəzi olaraq 26142 manat, evdə quraşdırılmış əş yaların dəyəri olaraq 17186 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 43358 manat pulun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə aralarında 25 dekabr 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, icarəyə verən, yəni İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini icarəçi "xxxx" MMC-yə verməyi öz öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı ilə aralarında olan şifahi razılığa əsasən, sonuncu tərəfindən mülkiyyətində olan həmin fərdi yaşayış evinin 10 il müddətinə hostel kimi fəaliyyət göstərmək məqsədilə Şirkətə icarəyə veriləcəyi bildirilmişdir. O, i carə müqaviləsini hüquqi şəxslə bağlayanda artıq bilirdi ki, hostel kimi faəliyyət göstərilməsi üçün əmlakı icarəyə verir. Əks halda o, şirkətlə deyil, elə fiziki şəxsin özü ilə də birbaşa olaraq müqavilə bağlaya bilərdi. Daha sonra, ilk iddia üzrə İddiaçı tərəfindən ilk iddia üzrə cavabdehlər "xxxx" MMC və Younas Safıaya qarşı «mənzildən çıxarılma və icarə haqqının ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdeh Younas Safıa və digərlərinin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları və 6800 manat həcmində icarə haqqının ilk iddia üzrə cavabdehlərdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Aralarında bağlanan 25 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, qeyd olunan ünvanda yerl əşən fərdi yaşayış evini icarəyə götürmüş və aylıq 400 manat icarə haqqı ödəməklə bağlı razılığa gəlmişlər. Belə ki, məhkəməyə təqdim olunmuş şəkillərdən də görünür ki, həmin fərdi yaşayış evi Şirkətə icarəyə verilən zaman bərbad vəziyyətdə olmuş və evin təmir olunması zərurəti yaranmışdır. Buna görə də, evin bütün təmir xərcləri tərəfindən ödənilmiş, həmçinin evdə olan əşyalar da Şirkətə məxsus olmuşdur. Daha sonra tərəfindən əldə olunmuş ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə çəkilən təmir xərclərinin və həmin evdə yerləşən əşyaların dəyərinin hesablanması haqqında qiymətləndirmə hesabatına əsasən, köhnə şəkillərlə yeni çəkilmiş şəkillərin müqayisəsi nəticəsində çəkilən xərclərin dəyəri 26142 manat, əşyaların dəyəri isə 17186 manat olmaqla, cəmi 43328 manat müəyyən edilmişdir. Həmç inin, alınan əşyaları və ya evin təmiri həyata keçirildikdən sonra qarşı tərəf müqavilənin xitamını tələb edir. Bu da onu göstərir ki, qarşı tərəfin əvvəlcədən fikri öz əmlakını təmir etdirərək Şirkətin həmin əmlakdan çıxarılması olmuşdur. Elə buna görə də o, hər ay icarə haqqını rəsmi qaydada almaqdan imtina edərək nağd qaydada almışdır ki, gələcəkdə məhkəmədə iddia qaldıran zaman "xxxx" MMC-nin öz öhdəliyindən yayınırmış kimi göstərə bilsin. Bu səbəbdən də, 5600 manatı nağd qaydada aldıqdan sonra geri qalan məbləğin rəsmi ödənişinə də razı olmamışdır. Hesab edir ki, 25 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və çəkilən xərclərin dəyəri 26142 manat, əşyaların dəyəri isə 17186 manat olmaqla, cəmi 43328 manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi zərurəti vardır.
11. Birinci instansiya məhkəməsində işə baxılan zaman şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Younas Sofia onun tanışıdır, ailə dostdurlar. O, 2019-cu ilin sonundan xx.xx.2020-ci ilə kimi olan dövrdə təxminən iki ay ərzində Younas Sofianın icarəyə götürdüyü Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli fərdi yaşayış evinin əsaslı təmirini həyata keçirmişdir. Evdə təmir işlərini o, iki fəhlənin iştirakı ilə aparmışdır. Təmirə başlanılan zaman ev yaşayış üçün tam yararsız vəziyyətdə olmuşdur. Onlar evin suvağını tamamilə qaşıyaraq daşa çıxarmış, sonra suvaq vurmuş, tavanı qaşımış və rəngləmiş, döşəməni tamamilə sökərək palçıq tökmüş, səthini hamarlamış və üstünə linolium çəkmiş, evdən əlavə olaraq birinci mərtəbədə 2 ədəd hamam otagı tikmiş, ikinci mərtəbəyə qalxan yerdə pilləkənin yanındakı bir hamam otağını, həmçinin evin bütün otaqlarını, mətbəxi, dəhlizi tam əsaslı təmir etmişdir. Tavanı qaşımış və boya vurmuş, mənzilin elektik işləri gömüş, bəzi hissələrdə yeni xətlər çəkmiş, qalan hissələrdə isə köhnə elektrik xətlərini saxlamış, su və kanalizasiya xətlərini yenisi ilə əvəz etmiş, pilləkəni rəngləmiş, pəncərə və qapıları qaşıyaraq, rəngləmişdir. Evin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan bütün işləri yüksək keyfiyyətlə görmüş və Younas Sofiaya təhvil vermişdir. Təmir üçün inşaat materiallarını Younas Sofia özü alıb gətirmişdir. Evi hostel kimi istifadə etmək üçün formaya salmış və avadanlıqlar quraşdırmışdır. Bütün xərcləri Younas Sofia çəkmişdir. O, evin təmirinə görə Younas Sofiadan pul almamışdır. Təmiri ona hədiyyə etmişdir. Evin təmiri gedən ərəfədən İddiaçı dəfələrlə evə gəlib-getmiş, təmir işəri ilə maraqlanmış, təmirin aparılması ilə bağlı ona heç bir irad bildirməmişdir. Təmirin dayandırılması barədə heç bir tələb irəli sürməmişdir. İcarə müqaviləsi imzalandığı gün Fəvvarələr meydanındakı kafedə oturduqları zaman Younas Sofia sayması və İddiaçı verməsi üçün ona 1000 manat pul vermişdir. O, 1000 manat pulu Younas Sofiadan almış və sayaraq oturduqları kafedə İddiaçı icarə haqqı kimi ödəmişdir.
12. İş materiallarında olan, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatında göstərilir ki, Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli evində (faktiki hostel) aparılmış təmir işlərinin xərcinin dəyəri 26142 manat, quraşdırılmış əşyaları n dəyəri 17186 manat olmaqla, cəmi 43328 manat müəyyən olunmuşdur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 9/6508 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş dəmir çarpayıların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1540,00 manat müəyyən edilir. O cümlədən 10 ədəd 2 mərtəbəli dəmir çarpayı - 1500 (10 ədəd x 150 manat) manat, 1 ədəd 1 mərtəbəli dəmir çarpayı - 40 manat. Ev antisanitar şəraitdə olduğundan (yorğandöşək və sairdən kənar qoxuların gəlməsi) yalnız evdə olan dəmir çarpayılar qeyd edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manatdır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 10/6490 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən 130 saylı fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 6076 manat, o cümlədən təmir işlərinə sərf edilmiş tikinti materiallarının dəyəri 2479 manat, həmin işlərə sərf olunmuş əmək haqqının dəyəri isə 3597 manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır.
15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Gülnar Babazadə) xx.xx.2022ci il tarixli, 2(004)-112/2022 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 3M-1319 reyestr nömrəli icarə müqaviləsinə xitam verilməsi, ilk iddia üzrə cavabdeh "xxxx " MMC-dən 10600 manat məbləğində pulun tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsindəki 130 nömrəli fərdi yaşayış evindən cavabdeh "xxxx" MMC və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq ilk iddia üzrə iddiaçıya təhvil verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əşyaların dəyərinə görə 1540 manat və təmir-tikinti işlərinin aparılmasına görə 6076 manat olmaqnla, cəmi 7616 məbləğində pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMCyə ödənilməsi, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan 10600 manat məbləğində pul vəsaitindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfind ən ödənilməli olan 7616 məbləğində pul çıxıldıqdan sonra, qalan 2984 manat məbləğində pul vəsaitinin ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında İddiaçı məxsus Bakı şəhəri Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli evini hər ay 400 manat ödənilməsi şərti ilə iki il müddətinə xx.xx.2021-ci il tarixə kimi icarəyə verilməsi barədə xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsini "xxxx" MMC-nin adından Cavabdeh2 imzalamışdır. Məhkəməyə təqdim olunmuş fərdi yaşayış evinin fotoşəkillərindən müəyyən olunmuşdur ki, fərdi yaşayış evi icarəyə verilən zaman yaşayış üçün tam yararsız vəziyyətdə olmuşdur. Daha sonra ilk iddia tələbi üzrə cavabdeh öz vəsaiti hesabına həmin fərdi yaşayış evini təmir etdirmiş və evi hostel kimi istifadə etmək üçün formaya salmış və avadanlıqlar quraşdırmışdır. İddiaçı tərəfin cavabdehin sözügedən mənzilin hostel kimi fəaliyyət göstərəcəyindən xəbərsiz olmasını inandırıcı hesab etmir və razılaşmır, bunu iddiaçının müdafiə xarakterli izahatı kimi qəbul edir. Sözügedən həmin avadanlıqların dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6508 nömrəli, 24 noyabr 2021-ci il tarixli rəyinə əsasən 1540,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6490 nömrəli, 28 aprel 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Lev Tolstoy küçəsində yerlə şən 130 saylı fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 6076 manat müəyyən edilir. Tərəflər arasında bağlanmış icraə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq fərdi yaşayiş evi mülkiyyətçinin tələbi ilə ona təhvil verilməmişdir. Bu səbəbdən, ilkin iddia üzrə iddiaçı mülkiyyətçi kimi cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlıdır. Bundan əlavə aylıq 400 manat icarə haqqı ödəməli olduğu halda ilk iddia üzrə cavabdeh icarə haqqını vaxtı-vaxtında ödəməmişdir. Məhkəmə ilkin iddia tələbinin ödənilməmiş icarə haqqının tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, icarəsinə qəbul etdiyi əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödəmiş olduğunu sübutetmə yükü bilavasitə ilkin iddia üzrə cava bdehin üzərinə düşmüşdür və məhz o, icarə münasibətləri çərçivəsində faktiki sahibliyinə verilmiş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini sübuta yetirməlidirlər. Beləliklə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə olan dövr üçün (29 ay x 400 manat =11.600) icarə haqqı borcu yaranmışdır. İlk iddia tələbi üzrə iddiaçı 10.600 manat icarə haqqı tələb etdiyindən və cavabdeh tərəfindən icarə müqaviləsinin bağlandığı gün 1000 manat icarə haqqı ödənildiyini etiraf etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab etmişdir ki, 10.600 manat məbləğində icarə haqqı tutularaq İddiaçı ödənilməli, icraə müqaviləsinin müddəti bitdiyindən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 3M-1319 reyestr nömrəli icarə müqaviləsinə xitam ve rilməli, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsindəki 130 nömrəli fərdi yaşayış evindən cavabdeh "xxxx" MMC və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılmalı və mənzil boşaldılaraq ilk iddia üzrə iddiaçıya təhvil verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" MMC-nin İddiaçı qarşı “evdə aparılmış təmir xərclərinin əvəzinin və alınmış əşyaların dəyərinin ödənilməsi” tələbinə münasibətdə qeyd etmişdir ki, fərdi yaşayış evinin icarəyə verilməsindən əvvəl yaşamaq və istifadə üçün tam yararsız olması, sonradan təmir işləri aparılıb və əşyalar, çarpayılar quraşdırılması sübuta yetirilmişdir. Məhkəmə ekspert rəylərinə əsasən hesab etmişdir ki, fərdi yaşayış evinə quraşdırılmış avadanlıqların dəyəri olan 1540 manat, təmir xərcin in əvəzi olaraq 6076 manat məbləğində pul ilk iddia üzrə İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Hər iki iddia üzrə pul tələbi qismən təmin edildiyindən, eyni zamanda mənzildən çıxarılma tələbi olduğundan məhkəmə hesab etmişdir ki, hər iki iddia üzrə tutulacaq məbləğlər əvəzləşdirilməli, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan 10.600 (on min altı yüz) manat məbləğində pul vəsaitindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilməli olan 7616 (yeddi min altı yüz on altı manat) məbləğində pul çıxıldıqdan sonra, qalan 2984 (iki min doqquz yüz səksən dörd) manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq ilk iddia üzrə İddiaçı ödənilməlidir.
17. Məhkəmə, ilk iddia tələbi nin icarə haqlarının hər iki cavabdehdən tutulmalı olması barədə hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli 3M-1319 reyestr nömrəli icarə müqaviləsi İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlandığından, 10.600 (on min altı yüz) manat məbləğində pul cavabdeh "xxxx" MMCdən tutulmalı, pulun tutulması barədə iddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 4-cü hissəsinə, Mülki Məcəllənin 14.2.1, 152.1, 157.2, 385.1, 386, 442, 433.3, 443.1, 448.1, 448.2, 680.1, 697.1, 700.1, 700.2, 700.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 apelyasiya şikayə tləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatında göstərilmişdir ki, Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli evində (faktiki hostel) aparılmış təmir işlərinin xərcinin dəyəri 26142 manat, quraşdırılmış əşyaların dəyəri 17186 manat olmaqla, cəmi 43328 manat müəyyən olunmuşdur. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 9/6508 nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş dəmir çarpayıları n istifadədə olması nəzər alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1540,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 10/6490 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən 130 saylı fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 6076 manat, o cümlədən təmir işlərinə sərf edilmiş tikinti materiallarının dəyəri 2479 manat, həmin işlərə sərf olunmuş əmək haqqının dəyəri isə 3597 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə ekspert rəylərinə bir mənalı olaraq üstünlük vermiş, həmin rəylərin "xxxx" MMC-nin qiymətləndirmə hesabatı ilə müqayisəsini aparmamış, rəylər arasında az qala 4 dəfə fərqin n əyə əsasən yarandığını müəyyən etməmişdir. Halbuki, sözügedən mənzilin əşyaları yalnız «dəmir çarpayılardan» ibarət deyil və evdə insan həyatı və fəaliyyəti üçün zəruri olan digər əşyalar (soba, paltar yuyan, dondurma soyuducusu, su soyuducusu və s. əşyaların onların quraşdırılmasına çəkilən xərcləri) mövcuddur, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. Çarpayıların sayında da zidiyyət müəyyən edilmişdir ki, faktiki olaraq həmin mənzildə 40 çarpayı mövcuddur, lakin ekspert rəyində cəmi 15 çarpayının olması və onların da qiymətlərinin real bazar qiymətlərindən (real qiymət 250 - ekspertin müəyyən etdiyi qiymət 150 manat) xeyli aşağı göstərilmişdir. Buna oxşar hallar da, tikinti ekspertizası zamanı müəyyən olunmuşdur. Ekspet tərəfindən müəyyən edilən qiymətlər hesabatda göstərilən qiymət lərindən eyni zamanda da bazar qiymətlərindən dəfələrlə aşağıdır. Məhkəmə ilkin iddia tələbinin ödənilməmiş icarə haqqının tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, icarəsinə qəbul etdiyi əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödəmiş olduğunu sübutetmə yükü bilavasitə ilkin iddia üzrə cavabdehin üzərinə düşmüşdür və məhz o, icarə münasibətləri çərçivəsində faktiki sahibliyinə verilmiş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini sübuta yetirməlidirlər. Belə ki, məhkəmə bu halda sübutetmə yükünü iddiaçının üzərinə deyil bilavasitə cavabdehin üzərinə qoymaqla səhv nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə tərəfindən iddiaçı tərəfindən ödənişlərin nə üçün tələb edilməməsi, icarə verilən gündən sonra heç icarə ödənişini almamasına baxmayaraq, müqavilənin ləğv ediləcəyi barədə xəbərdarlıqların göndərilməməsi barədə heç bir araşdırma aparılmamışdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərovdan və X.Ə.Sarıyevdan ibarət tərkibdə) 2(103)5538/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-112/2022 saylı iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən – ilk iddia tələbinin cavabdeh "xxxx" MMC-yə qarşı təmin edilən və qarşılıqlı iddia ərizəsinin təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspert izası Mərkəzinin ekspert rəyini mötəbər sübutlardan biri kimi qəbul etməkdə haqlı olmuşdur. Çünki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəflərdən hər hansı birinin maraqlarının təmin edilməsi baxımından deyil, mübahisənin obyektiv və ədalətli həlli üçün əsaslandırılmış ekspertiza rəyi verilmişdir. İş üzrə həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı əsas yoxdur, cavabdehlər istər bununla bağlı, istərsə də apellyasiya şikayətlərində qeyd etdikləri digər dəlillərinə dair hər hansı sübut təqdim etməmişlər.
23. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Birinci instansiya mə hkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyası 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,157.2, 385,386.1, 433.3, 442, 443, 448.1, 448.2, 680.1, 697.1, 700.1, 700.2, 700.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdehlər Younas Safiya və "xxxx" MMC kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasnın rədd edilməsini, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MM C-nin qarşılıqlı iddiasının tam təmin edilməlisini xahiş etmişdilər.
26. Kassatorlar şikayətlərini Azərbaycan Respublikasının Konsititusiyası 60-cı maddəsinin İ hissəsini, Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsini, L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını və Mülki Məcəllənin 398.3. və 680.1.-ci maddələrni rəhbər tutaraq onunla əsaslandırmışlar ki, apellyasiya instansiya məhkəməsi verilmiş şikayət üzrə heç bir araşdırma aparmamışdır, şikayət üzrə göstərilmiş arqumentlərin araşdırılması ilə bağlı heç bir addım atmamışdır. Məhkə mələr Ekspert rəyinə üstünlük verməklə faktiki olaraq bazar qiymətindən qat-qat aşağı qiymətlə kirayə verən tərəfindən ödəniş müəyyən etmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi tərəfindən təkrar ekspertizalarının keçirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli vəsatəti təmin edilməmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinə ME Ekspert Consultancy” MMC-nin xx.xx.2021ci il tarixli qiymətləndirmə hesabatının mötəbər olmadığını və ya kiminsə marağı naminə xidmət etdiyinə dair hər-hansı sübut təqdim edilməmişdir. Həmin sübutun mötəbər olmaması barədə hərhansı ərizə daxil olmamışdır və ya məhkəmə tərəfindən həmin sübutun sübutlar içərisindən çıxarmaqla bağlı təklif olunmamışdır.
27. Həmçinin, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini sadəcə təsdiqləmə klə kifayətlənmişdir. Beləliklə, cavabdeh "xxxx" MMC-nin və Cavabdeh2 məhkəmə müdafiəsi hüquqları və ədalətli məhkəmə hüquqları pozulmuşdur. Bundan əlavə, iddiaçı iddianı (ona aylıq icarə haqqının verilməməsini) sübut etmək əvəzində bu vəzifə cavabdehin üzərinə qoyulmuşdur. Halbuki, cavabdeh 5600 manat məbləğində vəsaiti iddiaçıya ödəmişdir. Cavabdeh hər ay icarə haqqını rəsmi qaydada almaqdan imtina edərək nəğd qaydada almışdır ki, gələcəkdə məhkəmədə iddia qaldıran zaman “Diamond-1 MMC’'-nin öz öhdəliyindən yayınırmış kimi göstərə bilsin.
28. Cavabdeh "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasnı rədd edilməsini, ilk iddia üzrə cavabde h, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddiası tam təmin edilməlisini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
33. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıl arı arasında müqavilə olmalıdır.
35. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
36. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyib sə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
40. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.
41. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri.
42. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.
43. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
44. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
45. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
46. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5538/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan