Məhkəmə qərarları › İş №2(004)-1139/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1139/2023

19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1139/2023 19.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarının dəyişdirilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-2568/2013 nömrəli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancı və başqa gəlirlərinin ½ hissəsinin 1/3 hissəsi miqdarında Cavabdeh1 xeyrinə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5602/2022 nömrəli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları aylıq qazancının ½ hissəsinin 2/3 hissəsi miqdarında Cavabdeh2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aliment məbləği Cavabdeh1 xeyrinə ümumi gəlirin ¼-i hissəsində, Cavabdeh2 xeyrinə isə ümumi gəlirin 1/3-i hissəsində tutulur ki, bu da nəticədə, aliment məbləğləri üzrə iddiaçının ümumi gəlirinin ½ hissəsindən çoxunu təşkil edir. Nəticədə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbləri pozulur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2013-cü il tarixli 2(004)-2568/2013 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancı və başqa gəlirlərinin ¼ hissəsində alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2(004)-5602/2022 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Nəticədə yuxarıda qeyd olunan qətnamələr üzrə tutulan alimentin ümumi miqdarı ½ (50%) hissəni keçir (¼ (25%) +1/3 (33,3%)= 58,3%)). Beləliklə, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının ümumilikdə 3 (üç) övladı vardır. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır, təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsi çıxış edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulur. Qeyd olunan norma imperativ xarakterli normadır və birbaşa tətbiq olunmalıdır. Beləliklə, müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2013-cü il tarixli 2(004)-2568/2013 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancı və başqa gəlirlərinin ¼ hissəsində alimentin tutularaq Cavabdeh1 ödənilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2(004)-5602/2022 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Hər iki qətnamə üzrə alimentin ümumi məbləği İddiaçı ümumi gəlirlərinin yarısından çox hissəsini təşkil edir. Məhkəmə işdəki sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancı və başqa gəlirlərinin ½ hissəsinin 1/3 hissəsi miqdarında, yəni 1/6 hissəsində Cavabdeh1 xeyrinə və İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları aylıq qazancının ½ hissəsinin 2/3 hissəsi miqdarında, yəni, 2/6 hissəsində Cavabdeh2 aliment xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancı və başqa gəlirlərinin ½ hissəsinin 1/3 hissəsi miqdarında, yəni 1/6 hissəsində Cavabdeh1 xeyrinə və İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları aylıq qazancının ½ hissəsinin 2/3 hissəsi miqdarında, yəni, 2/6 hissəsində Cavabdeh2 aliment xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar