Məhkəmə qərarları › İş №2(004)-1141/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1141/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1141/2020 07.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Cavabdeh1 X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxxxx” BOKT ASC arasında olan xx xxxxxx 2015ci il tarixli 2015/00173-01 saylı ipoteka müqaviləsində ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 70 saylı evin, 10 nömrəli mənzilinin ipoteka yüklülüyündən azad olunması və çıxarışın ləğv olunmasının icra öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı üzrə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2015-ci il tarixdə onunla Cavabdeh1-nin arasında №2015/00173-01-saylı kredit müqaviləsi və həmin kredit müqaviləsi əsasında ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi və İpoteka müqaviləsi onunla Cavabdeh1-nin əmakdaşı X3 ilə bağlanmışdır. Həmin müqavilələrdən göründüyü kimi o, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 70 saylı evin, 10 nömrəli mənzili, çıxarış- (Seriya MA №0358744, Dövlət reyestrində 1615 nömrəli reyestr kitabının 147970 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********56-05301-093019, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxx 2012-ci il) girova qoyub illik 28% olmaqla 36 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Ölkədə baş verən 2 devolvasiya nəticəsində ABŞ dolları manata nisbətən 2 dəfə bahalaşmışdır. Bununla belə borc öhdəliklərini tam yerinə yetirilməməsinə görə, o “xxxxxx” BOKT ASC tərəfindən Xətai Rayon Məhkəməsinə verilmişdir. Beləliklə Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən “pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddia təmin edilmişdir. Qətnamədə göstərilmişdir ki, ondan xx.xx.2015-ci il tarixli 2015/00173-01 saylı kredit müqaviləsi üzrə 29459,06 ABŞ dolları əsas, 16862,30 ABŞ dolları faiz, borcu, 600 ABŞ dolları cərimə borcu qətnamənin icra olunduğu günə Azərbaycan Respublikasının manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu “xxxxxx” BOKT ASC-nin xeyrinə tutulsun. Tələb İpoteka qoyulmuş onun adına olan ünvan 1in 10 nömrəli mənzilinə yönəldilmişdir. Həmin qətnamə qanunu qüvvəsini alıb və ünvan 1in 10 nömrəli mənzil Xətai Rayon İcra və Probasiya şöbəsinin vasitəsi ilə hərraca göndərilmişdir. Həmin hərrac Cavabdeh2 MMC tərəfindən həyata keçirilmişdir. Bunuda qeyd etmək istəyirəm ki, o, rəsmi olaraq heç bir hərracın nəticəsi barəsində protokolu qəbul etməmişdim. xx xxx 2019-cu il tarixdə o rəsmi qaydada Xətai Rayon Məhkəməsindən bildiriş almışdır. Həmin bildirişə əsasən “xxxxxx” BOKT ASC tərəfindən həmin mənzilin istifadə hüququnun xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunub. Həmin bildirişdən ona məlum olmuşdur ki, artıq ona məxsus olan ünvan 1in 10 nömrəli mənzili “xxxxxx” BOKT ASC-nin balansına keçib. İddiaçı tərəfindən dərhal araşdırma aparılarkən məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 70 saylı evin 10 nömrəli mənzili üzərində hərrac baş tutmadığı üçün artıq həmin mənzil “xxxxxx” BOKT ASC-nin balansına keçib (Çıxarış : SERİYA: RX №1490379, xx.xx.2019). Beləliklə həmin mənzil 30 gün gecikdiriləndən sonra “xxxxxx” BOKT ASC-nin balansına keçmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxx” BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək, bildirdi ki, “xxxxxx” BOKT ASC ilə İddiaçı arasında xx xxxxxx 2015-ci il tarixdə 2015/00173-01 saylı kredit müqaviləsi bağlanılmışdır. Verilən krediti təmin etmək üçün İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 70 saylı evin 10 nömrəli mənzili ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İddiaçı təşkilat qarşısında öhdəliyini lazımınca yerinə yetirməmiş və onların tərəfindən Xətai rayon Məhkəməsinə müraciət edilmişdir. Xətai rayon Məhkəməsi tərəfindən bütün xüsusatlar araşdırılmış və məhkəmə qətnaməsi qəbul edilmişdir. Xətai rayon Məhkəməsinin 2(011 )-5139 saylı. xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən, İddiaçı “xxxxxx” BOKT ASC-nin xeyrinə, cəmi 46 921.36 ABŞ dolları və 31 manat dövlət rüsumu tutulmalı, tələb ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 70 saylı evin 10 nömrəli mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 58595 manat müəyyən edilməklə hərracdan satılmalı, satışdan əldə edilən pul vəsaiti hesabına cavabdehin “xxxxxx” BOKT ASC-yə olan borcu ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-2441/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Xətai rayon Məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-2441/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsindən “xxxxxx” BOKT ASC kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1562/18 saylı, xx xxxx 2018-ci il tarixli qərarına əsasən, “xxxxxx” BOKT ASC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2441/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2441/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli icra vərəqəsi, icra olunması üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 70 saylı evin 10 nömrəli mənzili satılması üçün Xətai rayon Məhkəməsinin 2(011 )-5139 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsində qeyd olunan ilkin satış qiyməti 58 595 manata açıq hərraca çıxarmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun ələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx xxxxxxx 2018-ci il tarixli, 126/1 saylı protokola əsasən, “xxxxxx” BOKT ASC tərəfindən 37 354.31 manata əldə edilmişdir. xx xxxxxxxx 2018-ci il tarixli, 126/1 saylı protokola əsasən “xxxxxx” BOKT ASC, sözü gedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. Hal-hazırda sözü gedən mənzil “xxxxxx” BOKT ASC-nin mülkiyyətindədir. İddiaçı “xx xxxxxx 2015-ci il tarixli, 2015/00173-01 saylı kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab olunması, ipoteka predmetinin girovdan azad olunması və öhdəliyə xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə 2017-ci ildə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-4031 /2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı iddia tələbi təmin edilməmişdir. İddiaçı “ipoteka müqaviləsinə xitam verilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə 2019-cu ildə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-4449/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən, “ipoteka müqaviləsinə xitam verilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır. Ona görə də o, hesab edir ki, hərracın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasına iddiaçının iştirakı olmadan baxaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı və digər cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, iddiaçının və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına olan xx.xx.2015-ci il tarixli Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış İpoteka müqaviləsindən görünür ki, ünvan 1in 10 nömrəli mənzil Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00173-01 saylı X1 üzrə öhdəlikləri təmin etmək məqsədilə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən mənzil 50000 manat məbləğində qiymətləndirilimişdir. İş materiallarına olan Xətai Rayon Məhkəməsinin 2(011)-5139/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamədən görünür ki, İddiaçıdan Cavabdeh1-nin xeyrinə xx.xx.2015-ci il tarixli 2015/00173-01 saylı kredit müqaviləsi üzrə 29459,06 ABŞ dolları əsas, 16862,30 ABŞ dolları faiz, borcu, 600 ABŞ dolları cərimə borcu qətnamənin icra olunduğu günə Azərbaycan Respublikasının manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxxx” BOKT ASC-nin xeyrinə tutulması, tələbin İpoteka qoyulmuş onun adına olan ünvan 1in 10 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. İş materiallarına olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2441/2017 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2015-ci il tarixli 2015/00173-01 saylı kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcunun məbləği 8392,64 manat müəyyən edilmişdir. İş materiallarına olan AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1562/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2441/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarına olan Yasamal Rayon Məhkəməsinin 2(004)-4031/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı “xxxxxx” BOKT ASC-yə qarşı “xx xxxxxx 2015-ci il tarixli, 2015/00173-01 saylı kredit müqaviləsi və ipoteka müqaviləsinin etibarsız hesab olunması, ipoteka predmetinin girovdan azad edilməsi və və öhdəliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarına olan xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli İddiaçı ünvanlanmış bildirişlərdən görünür ki, o, ünvan 1in 10 nömrəli mənzilin açıq hərracda satılması vaxtı, yeri və hərracın forması barədə məlumatlandırılmışdır. Həmçinin iş materiallarında olan xəbərnamələrdən görünür ki, həmin bildirişlər İddiaçı imza edilərək qəbul edilmişdir. İş materiallarına olan xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokoldan görünür ki, ünvan 1in 10 nömrəli mənzil 37354,31 manata “xxxxxx” BOKT ASC tərəfindən alınmışdır. İş materiallarına olan RX 14900379 saylı çıxarışdan görünür ki, ünvan 1in 10 nömrəli mənzil “xxxxxx” BOKT ASC-nin mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00173-01 saylı X1 üzrə öhdəlikləri təmin etmək məqsədilə tarixli Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış İpoteka müqaviləsinə əsasən ünvan 1in 10 nömrəli mənzil Cavabdeh1 qarşısında ipoteka yüklü edilmişdir. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə mürcaiət edərək həmin mənzilin ipoteka yüklülüyündən azad edilməsi və çıxarışın ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ilk növbədə qeyd edilməlidir ki, iş materiallarından da görünür ki, İddiaçı Cavabdeh1-nin xeyrinə xx.xx.2015-ci il tarixli 2015/00173-01 saylı kredit müqaviləsi üzrə 29459,06 ABŞ dolları əsas, 16862,30 ABŞ dolları faiz, borcu, 600 ABŞ dolları cərimə borcu qətnamənin icra olunduğu günə Azərbaycan Respublikasının manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxxx” BOKT ASC-nin xeyrinə tutulması, tələbin İpoteka qoyulmuş onun adına olan ünvan 1in 10 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə yalnız faiz məbləği hissəsində dəyişdirilmiş, qalan hissədə qüvvədə saxlanmış və qətnamə artıq qanuni qüvvəsini almışdır. Qanuni qüvvəsini almış qətnamə icra edilməsi icra şöbəsinə göndərilmiş və qətnamədə qeyd olunan qiymətə ilkin satış qiyməti 58595 manata açıq hərraca çıxarılmışdır. İş materiallarına olan xx.xx.2018-ci il tarixli Hərracın Yekunları barədə Protokoldan da görünür ki, ünvan 1in 10 nömrəli mənzil 37354,31 manata “xxxxxx” BOKT ASC tərəfindən alınmış və həmin mənzilə dair dövlət reyestrindən çıxarış alınmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, açıq hərracın nəticələri barədə protokol təqdim edilməmişdir. Lakin iş materiallarından görünür ki, o, xx.xx.2018-ci il tarixdə hərracın keçirilməsi vaxtı ilə bağlı bildirişi şəxsən imza edərək qəbul etmişdir. İpoteka Haqqında Azərbaycan Respublikasının Qanunun 41.1-ci maddəsinə əsasən İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İpoteka Haqqında Azərbaycan Respublikasının Qanunun 42.1-ci maddəsinə əsaəsn hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin maddənin tələbinə əsasən hərracın vaxtı və yeri barədə məlumat iddiaçıya təqdim edilib. Yuxarıda göstərilənlər nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar