Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1143/2022 19.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu –İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Bakı şəhər Baş Polis İdarəsinə və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Bakı şəhər Baş Polis İdarəsinə və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ərizəsinə iddia icraati qaydasında baxaraq, cavabdehin nümayəndəsi üzürsüz səbəbdən Məhkəmə iclasında iştirak etməzsə belə təqdim etdiyi məlumatlar nəticəsində ailəliklə psixoloji təzyiqə məruz qalaraq əzab verdiklərinə görə Daxili İşlər Nazirliyi, Bakı ş. Baş Polis İdarəsi, Bakı ş. Nəsimi rayonu Polis İdarəsinin tabeçiliyində olan üç polis nəfəri rəsmən ondan və ailə üzvlərindən yazılı üzr istəməsi ilə bağlı, məhkəmə xərcləri dövlət rüsumu 30 (otuz) manat, iclaslarda məhkəməyə təqdim edəcəyi qəbzlərlə nəqliyyat xərcləri, keçirdiyi əsəb, stres, sarsıntı, iztirab və mənəvi ziyana görə 900 (doqquz yüz) manat, ümumilikdə 1000 (bir min) manatadək yəni Məhkəmə bu məbləğə uyğun ağıla batan hesab etdiyi məbləğində dəymiş ziyanın cavabdehlərin müştərək ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizə Azərbaycan Respublikası MPMnin 152.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsində cavabdeh qismində cəlb edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 7 ünvanında, ünvan 2anında, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi isə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 ünvanında yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, cavabdehlərin ünvanları Yasamal rayonu ərazisinə aid olmadığından iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Bakı şəhər Baş Polis İdarəsinə və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1143/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1143/2022
19.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver