Məhkəmə qərarları › İş №2(004)-1150/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1150/2021

11.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1150/2021 11.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X4 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlunun, Cavabdehlərin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əşyalarının geri qaytarılması və hüquqi yardım üçün ödənilmiş 300 manat pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıda göstərilən əşyaların: qızıl-zinət əşyaları: 750 əyyarlı qızıl qolbaq 6,47 qram - 580 manat; bir cüt sırğa, boyunbağı, kulon, bəzək üzüyündən ibarət komplekt 750 əyyar ağ qızıldan, brilyant qaşlı qızılın çəkisi 24 qr, brilyant 0,9 sot – cəmi dəyəri 2156 manat; Hə alınanda verilən üzük 750 əyyar qızıldan 8,5 qram, brilyant qaşlı 2,0 karat cəmi – 1800 manat; Nişan üzüyü 750 əyyar, 6 ,5 qr., 750,00 manat; Bəzək üzüyü (xalası tərəfindən verilmiş) 4,5 qr, 580 əyyar, 200 manat. Cehiz əşyaları: 1 Yataq dəsti (servant - iki hissədən ibarət dolab, kamod, termo, televizor altı, taxt, tumba-2 ədəd, sandıq,şkaf -sandıq) cəmi dəyəri 4.000 manat 2, Televizor -600 manat 3, Çilçıraq 2 ədəd -80+ 130 =210 manat 4 Xalça 2 ədəd - 140 + 130=270 manat

5. Pərdə 2 ədəd -240 + 220= 460 manat

6. Gül səbəti - 40 manat 7 Güldan və gül-35 manat

8. Ləbləbi qabı -40 manat 9 Künc divan, jurnal stolu və 8 ədəd balınc- 850 manat 10 Nahar stolu və 6 stul- 650 manat

11. Taxt döşəyi 1 ədəd , birnəfərlik döşək-2 ədəd və 3 ədəd -650 manat

12. Yastıq 6 ədəd- 6x 10= 60 manat

13. Yataq dəsti 1 ədəd , yun adyal (örtük) 1 ədəd -180 manat 14 Pastel dəsti tək nəfərlik- 3 dəst- 50 manat 15 Pastel dəsti iki nəfərlik - 3 dəst -80 manat 16 Naxışlı süfrə-30 manat 17 Ütü və ütü stolu- 70 manat

18. Əl üz dəsmalı - 6 ədəd= 42 manat

19. Hamam dəsmalı 2 ədəd =68 manat 20 Çay dəsmalı 6 ədəd = 18 manat 21 Yemək qaşığı 12 ədəd -12 manat 22 Çəngəl 12 ədəd 12 manat 23 Çay qaşığı 12 ədəd -6 manat 24 Böyük qaşıq 3 ədəd-9 manat 25 Mürəböə qaşığı 6 ədəd - 6 manat 26 Bıçaq dəsti 6 ədəd -10 manat 27 Meyvə qabı- 10 manat 28 Fincan 4 dəst 20 + 23 + 25 + 25 = 113 manat 29 Razetka 12 ədəd- 18 manat 30 Çay qızdıran-60 manat 31 6 nəfərlik qədəh dəsti - 4 dəst ( 60 + 27 + 12 + 26)= 125 manat 32 Mürəbbə qabı 4 ədəd-22 manat 33 Billur qəndqabı 3 ədəd-38 manat 34 Fındıq qabı 2 ədəd- 24 manat 35 Yemək kasası 6 ədəd- 6 manat 36 Meyvə üçün vaza 3 ədəd (12 + 9+7) = 28 manat 37 Tort qabı 4 ədəd ( 18 + 23+20+14)=75 manat 38 Ləbləbi qabı 3 mərtəbəli -24 manat 39 Yarpaqvari konfet qabı 2 ədəd -10 manat 40 Adi konfet qabı 2 ədəd-12 manat 41 Çörək qabı 2 ədəd - 6 manat 42 Podnos 3 ədəd- 15 manat 43 Ət taxtası- 3 manat 44 Bəzək qabı 2 ədəd (məlahət alan)- 50 manat 45 Kompot qabı 3 ədəd 100 manat 46 Billur meyvə vazası 3 ədəd 32 manat 47 Soğan çəkən - 6 manat 48 Mikser -46 manat 49 Elektrik ət çəkən - 90 manat 50 Tozsovuran-105 manat 51 Yemək qazanı 4 ədəd-75 manat 52 Tava-25 manat 53 Tunc qazan dəsti-65 manat 54 Pol silən -15 manat 55 Şotka süpürgə-12 manat 56 Zibil qabı-10 manat 57 Saat -45 manat 58 Səbət 2 ədəd-25 manat 59 Bulud sadə 2 ədəd-7 manat 60 Duz və istiot qabı 2 ədəd-6 manat 61 Su qabı 2 ədəd-18 manat 62 Çaydan çaynik-45 manat 63 Kül qabı 2 ədəd-6 manat 64 Rumka 6 ədəd-3 manat 65 Servis dəsti ( kasa 6 ədəd, dərin boşqab 6 ədəd, böyük boşqab 6 ədəd, balaca boşqab-6 ədəd, yağ çayniki 2 ədəd, uzun yağ çayniki 1 ədəd, çorba bölməsi 1 ədəd, çorba qazan və çömçəsi-1 ədəd, bulud 3 ədəd, salfet qabı - 1 ədəd, duz qabı 2 ədəd, kasa qaşığı 12 ədəd) - cəmi dəyəri 195 manat

Geyim əşyaları: 66 Palto 2 ədəd 67 Şuba 1 ədəd 68 Kurtka 2 ədəd 69 Şalvar 2 ədəd 70 Kofta 4 ədəd 71 don 6 ədəd 72 köynək 5 ədəd 73 uzunbogaz çəkmə (qış üçün)-2 cüt 74 krasovka 3 cüt 75 Basanoşka 4 cüt 76 Yubka 3 ədəd

Uşağa aid əşyalar:

77 Krovat - 280 manat 78 Uşaq arabası-150 manat 79 Vanna dəsti-40 manat 80 Yun adeyal 2 ədəd ( 12+25)= 35 manat 81 yataq dəsti -35 manat

Uşaq geyimləri:

82 kenquru dəsti -50 manat 83 dəst geyimləri - 13 dəst 84 köynək - 6 ədəd 85 şalvarlar - 10 ədəd 86 hamam dəsti -17 manat 87 bodi-6 ədəd 88 ayaqqabı - 3 cüt

cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi, cavaabdeh Cavabdeh1 30 manat dövlət rüsumu və hüquqi yardım üçün ödədiyi 300 manat pulun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə valideynlərinin iradəsi əsasında el adəti üzrə elçilik, nişan, daha sonra 14 aprel 2019-ci il tarixdə toy mərasimləri keçirilib. Vətəndaş nikahına daxil olub ailə qurmuşlar. Ailə qurduqdan sonra Cavabdeh1 valideyinlərinə məxsus evinə gəlin köçüb onlarla birgə yaşamışlar. 13 iyun 2020-ci il tarixdə rəsmi nikah bağlamışlar. Toy mərasimi zamanı ona qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Həmin qızıl-ziynət əşyaları hədiyyə edilən zaman video çəkiliş aparılmış və fotoşəkillər çəkilmişdir. Bundan əlavə valideyinləri ona məişətdə istifadə etmək üçün cehiz qismində müxtəlif növdə və çeşitdə əşyalar və şəxsi geyim paltalarları vermişlər. Gəlin köçdükdən sonra qaynanası (onunla eyni mənzildə yaşayırdı) onunla həddindən artıq sərt davranmağa başlamışdır. Qızıl-ziynət əşyalarını toydan sonra dərhal ondan alıb, özündə saxlayırdı və cəmi 3-4 dəfə onu özləri ilə qohumlarında olan mərasimlərə aparan zaman bəzənmək üçün verib, həmin mərasimlərdən qayıtdıqdan dərhal sonra, qızıl əşyalarını ondan götürmüşdür. Qızıİ əşyalarının saxlanıldığı yer ona məlum olmayıb. Qaynanası ilə münasibətləri çox pis olmuş və sonuncu dəfə 12.09.2020ci il tarixdə qaynanası onu şiddətlə döymüş, iddiaçı isə məcbur olub valideynlərindən onu təcili oradan çıxarıb aparmalarını istəmişdir. Valideyinləri onu 12.09.2020-ci il tarxdə götürüb Qəbələ rayonunun Zarağan kəndindəki evlərinə gətirmişdir. O, cavabdehlərin evindən çıxan zaman yalnız əynində olan paltarla və övladı ilə çıxmışdır. Cehiz və qızılziynət əşyalarının hamısı cavabdehlərdə qalmışdır. Hal-hazırda onlar bu əşyaları qaytarmaq istəmirlər. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlərin nümayəndəsi iddiaya etiraz və etiraza əlavə ilə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və cavabdehlərə məxsus Bakı şəhəri Yasamal rayonu, Xaqan Dadaşov küçəsində yerləşən 219 nömrəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan 26.06.2020-ci il tarixdə Ugur adlı övladları doğulmuşdur. İddiaçı qızıl-zinət əşyaları ilə bağlı tələbinə gəldikdə qeyd etməyi lazım bilir ki, bu iddianın təmin edilməsi üçün Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan həmin iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Bununla da hesab edir ki, qızıl-zinət əşyalarının iddia ərizəsində göstərildiyi formada və həcmdə olması mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünün mülkiyyətində olduğunu sübut edilməsidir. Həmçinin 12.09.2020-ci il tarixdə yaşadıqları evdə heç kim olmadığı halda İddiaçı özünə məxsus şəxsi əşyalarını, qızıl-zinət əşyaları və azyaşlı övladını götürərək evi sahibsiz qoyub çıxıb getmişdir. İddiaçıya sadaladığı qızıl-zinət əşyalarının nişan və toy hədiyyəsi olaraq verilməsi işin mübahisələndirilən halı olmasa da, sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından, sadaladığı qızıl-zinət əşyalarının cavabdehlərlə birlikdə yaşadığı evdən getdiyi zaman cavabdehlərdə qaldığını biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; evdən getmə şəraiti və getmə məqsədi nəzərə alındığında isə onun, qızıl-zinət əşyalarını həmin evdə saxlamış olduğu ağlabatan mühakimə əsasında inandırıcı deyildir. İşin faktiki hallarına görə əgər İddiaçı 12.09.2020-ci il tarixdə qaynanası tərəfindən şiddətli döyüldüyü halda hüquq-mühafizə orqanlarına müraciət etmədən evdən çıxıb gedir və yalnız 08 dekabr 2020-ci il tarixdə məhkəməyə müraciət edir. Bütün bu hallar onu deməyə əsas verir ki, onun göstərdikləri uydurma və formal mülahizələrdən başqa bir şey deyil. Belə olan halda isə hesab edir ki, İddiaçı iddia tələbində göstərdiklərini sübut etməlidir. Aşağıda adları qeyd olunan cehiz əşyaları Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsində yerləşən 219 nömrəli fərdi yaşayış evindədir:

1 Yataq dəsti;

2. Televizor;

3. Çilçıraq;

4. Xalça2 ədəd-140:130;

5. Pərdə 2 ədəd 240:220;

6. Gül səbəti;

7. Güldan və gül;

8. Ləbləbi qabı;

9. Künc divan, jurnal stolu 8 ədəd balınc

10. Nahar stolu, 6 stul;

12. Yastıq 6 ədəd 6:10.

13. Pakrıval 1 ədəd, yun odeyal 1 ədəd; 14 Pastel dəst, tək nəfərlik,3 dəst;

15. Pastel dəsti 2 nəfərlik, 3 dəst;

16. Naxışlı süfrə;

17. Ütü və ütü stolu;

18. Əl üz dəsmalı 6 ədəd;

19. Hamam dəsmalı 2 ədəd;

20. Çay dəsmalı 6 ədəd; 21 Yemək qaşığı 12 ədəd;

22. Çəngəl 12 ədəd;

23. Çay qaşığı 12 ədəd;

24. Böyük qaşıq 3 ədəd;

25. Mürəbbə qaşığı 6 ədəd;

26. Bıçaq dəsti 6 ədəd;

27. Meyvə qabı;

28. Finsan 4 dəst:

29. Razetka 12 ədəd;

30. Çay qızdıran

34. Fındıq qabı 2 ədəd;

35. Yemək kasası 6 ədəd;

36. Meyvə üçün vaza 3 ədəd;

37. Tort qabı 4 ədəd;

38. Ləbləbi qabı 3 mərtəbəli;

39. Yarpaqvari konfet qabı 2 ədəd;

40. Adi konfet qabı 2 ədəd;

41. Çörək qabı 2 ədəd;

42. Podnos 3 ədəd;

45. Kompot qabı 3 ədəd;

46. Xrustal meyvə vazası 3 ədəd;

47. Soğan çəkən;

48. Mikser;

49. Elektrik ət çəkən;

50. Tozsovuran; 51 Yemək qazanı 4 ədəd;

52. Tava

53. Tunc qazan dəsti; 56 Zibil qabı; 57 Saat;

60. Duz və istiot qabı 2 ədəd;

61. Su qabı (qrafınka) 2 ədəd;

62. Çaydan çaynik;

63. Kül qabı 2 ədəd;

64. Rumka 6 ədəd;

65. Servis dəsti.

Aşağıda qeyd edilən əşyaları iddiaçı özü ilə aparmışdır.

İddiaçıya məxsus geyim əşyaları:

66. Palto 2 ədəd;

67. Şuba 1 ədəd;

68. Kurtka 2 ədəd;

69. şalvar 2 ədəd;

70. kofta 4 ədəd; 71 don 6 ədəd; 72 köynək 5 ədəd; 76 yubka 3 ədəd;

Uşağa aid əşyalar:

krovat, uşaq arabası; vanna dəsti; yun odeyal 2 ədəd; yataq dəsti; kenquru dəsti; dəst geyimləri 13 dəst; köynək 6 ədəd; şalvarlar 10 ədəd; hamam dəsti; bodi 6 ədəd; ayaqqabı 3 cüt. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunmuş və şahid qismində dindirilmiş X1, X3, X2 ifadələrində iddiaçıya iddia ərizəsində göstərilən adda və sayda cehiz əşyalarının verildiyini, nişan və toy mərasimində iddiaçıya iddia ərizəsində göstərilən qızıl-zinyət əşyalarının cavabdehlər tərəfindən hədiyyə edildiyini, lakin həmin qızı-zinyət əşyalaranın iddiaçının qaynanası - Cavabdeh2 saxlanıldığını, yalnız qonaq, toy mərasimlərinə gedərkən qaynanası tərəfindən ona verildiyini, iddiaçının evdə cavabdehlərlə münasibətlərinin kəskinləşməsi səbəbindən uşağı ilə qaçdığını və bu zaman əynində ev paltarının olduğunu, əlində isə balaca çantada uşağn yemək və bir iki geyiminin olduğunu, iddiaçı tərəfindən ona məxsus əşyaların cavabdehlərə məxsus mənzildə yaşayarkən satılması və ya bağışlanması barədə məlumatlarının olmadığını, iddia ərizəsində göstərilən əşyaların iddiaçıya qaytarılmadığını bildirmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlarla - şahid ifadələri, nişan mərasiminin videoçəkilişi, təqdim edilmiş fotoşəkillərlə iddia ərizəsində tələb olunan sehiz əşyaları, qızıl-zinyət əşyalarının iddiaçıya hədiyyə olunduğu və iddiaçının evdən gedərkən həmin əşyaları və ona məxsus geyim əşyalarını, uşağa məxsus əşyaları aparmaması təsdiq edilmişdir. Cavabdeh iddia ərizəsində göstərilən adda və sayda uşağa aid əşyaların və iddiaçıya aid geyim əşyalarının mövcud olduğunu, yalnız iddiaçının evdən gedərkən həmin əşyaları özü ilə apardığını bildirsədə bunu təsdiq edə biləcək heç bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1. -ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2. -ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia sehiz, qızıl-zinyət, iddiaçıya məxsus geyim əşyaları və uşağa aid əşya tələbi hissəsində tədqiq olunmuş sübutlarla təsdiq edildiyindən əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı onun tərəfindən məhkəmədə iddia qaldırılması üçün çəkilmiş xərclərin əvəzinin yalnız cavabdeh Cavabdeh1 tutulmasını xahiş etmişdir. Halbuki MPM-nin 119.1-ci maddəsinə əsasən iddia əsas tələb, yəni əşya tələbi hissəsində hər iki cavabdehə qarşı tam təmin olunduğundan məhkəmə xərcləri həmin cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı yalnız bir cavabdehdən məhkəmə xərclərinin əvəzinin tutulmasını tələb etdiyindən iddia həmin hissədə qismən təmin edilməli, cavabdeh Cavabdeh1 hüquqi yardıma görə 150 manat, 15 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Hüquqi yardıma görə qalan 150 manat və 15 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi :

İddia qismən təmin edilsin. Aşağıda göstərilən əşyalar: qızıl-zinət əşyaları: 750 əyyarlı qızıl qolbaq 6,47 qram - 580 manat; bir cüt sırğa, boyunbağı, kulon, bəzək üzüyündən ibarət komplekt 750 əyyar ağ qızıldan, brilyant qaşlı qızılın çəkisi 24 qr, brilyant 0,9 sot – cəmi dəyəri 2156 manat; Hə alınanda verilən üzük 750 əyyar qızıldan 8,5 qram, brilyant qaşlı 2,0 karat cəmi – 1800 manat; Nişan üzüyü 750 əyyar, 6 ,5 qr., 750,00 manat; Bəzək üzüyü 4,5 qr, 580 əyyar, 200 manat.

Cehiz əşyaları: 1 Yataq dəsti (servant - iki hissədən ibarət dolab, kamod, termo, televizor altı, taxt, tumba-2 ədəd, sandıq,şkaf -sandıq) cəmi dəyəri 4.000 manat 2, Televizor -600 manat 3, Çilçıraq 2 ədəd -80+ 130 =210 manat 4 Xalça 2 ədəd - 140 + 130=270 manat

5. Pərdə 2 ədəd -240 + 220= 460 manat

6. Gül səbəti - 40 manat 7 Güldan və gül-35 manat

8. Ləbləbi qabı -40 manat 9 Künc divan, jurnal stolu və 8 ədəd balınc- 850 manat 10 Nahar stolu və 6 stul- 650 manat

11. Taxt döşəyi 1 ədəd , birnəfərlik döşək-2 ədəd və 3 ədəd -650 manat

12. Yastıq 6 ədəd- 6x 10= 60 manat

13. Yataq dəsti 1 ədəd , yun adyal (örtük) 1 ədəd -180 manat 14 Pastel dəsti tək nəfərlik- 3 dəst- 50 manat 15 Pastel dəsti iki nəfərlik - 3 dəst -80 manat 16 Naxışlı süfrə-30 manat 17 Ütü və ütü stolu- 70 manat

18. Əl üz dəsmalı - 6 ədəd= 42 manat

19. Hamam dəsmalı 2 ədəd =68 manat 20 Çay dəsmalı 6 ədəd = 18 manat 21 Yemək qaşığı 12 ədəd -12 manat 22 Çəngəl 12 ədəd 12 manat 23 Çay qaşığı 12 ədəd -6 manat 24 Böyük qaşıq 3 ədəd-9 manat 25 Mürəböə qaşığı 6 ədəd - 6 manat 26 Bıçaq dəsti 6 ədəd -10 manat 27 Meyvə qabı- 10 manat 28 Fincan 4 dəst 20 + 23 + 25 + 25 = 113 manat 29 Razetka 12 ədəd- 18 manat 30 Çay qızdıran-60 manat 31 6 nəfərlik qədəh dəsti - 4 dəst ( 60 + 27 + 12 + 26)= 125 manat 32 Mürəbbə qabı 4 ədəd-22 manat 33 Billur qəndqabı 3 ədəd-38 manat 34 Fındıq qabı 2 ədəd- 24 manat 35 Yemək kasası 6 ədəd- 6 manat 36 Meyvə üçün vaza 3 ədəd (12 + 9+7) = 28 manat 37 Tort qabı 4 ədəd ( 18 + 23+20+14)=75 manat 38 Ləbləbi qabı 3 mərtəbəli -24 manat 39 Yarpaqvari konfet qabı 2 ədəd -10 manat 40 Adi konfet qabı 2 ədəd-12 manat 41 Çörək qabı 2 ədəd - 6 manat 42 Podnos 3 ədəd- 15 manat 43 Ət taxtası- 3 manat 44 Bəzək qabı 2 ədəd - 50 manat 45 Kompot qabı 3 ədəd 100 manat 46 Billur meyvə vazası 3 ədəd 32 manat 47 Soğan çəkən - 6 manat 48 Mikser -46 manat 49 Elektrik ət çəkən - 90 manat 50 Tozsovuran-105 manat 51 Yemək qazanı 4 ədəd-75 manat 52 Tava-25 manat 53 Tunc qazan dəsti-65 manat 54 Pol silən -15 manat 55 Şotka süpürgə-12 manat 56 Zibil qabı-10 manat 57 Saat -45 manat 58 Səbət 2 ədəd-25 manat 59 Bulud sadə 2 ədəd-7 manat 60 Duz və istiot qabı 2 ədəd-6 manat 61 Su qabı 2 ədəd-18 manat 62 Çaydan çaynik-45 manat 63 Kül qabı 2 ədəd-6 manat 64 Rumka 6 ədəd-3 manat 65 Servis dəsti ( kasa 6 ədəd, dərin boşqab 6 ədəd, böyük boşqab 6 ədəd, balaca boşqab-6 ədəd, yağ çayniki 2 ədəd, uzun yağ çayniki 1 ədəd, çorba bölməsi 1 ədəd, çorba qazan və çömçəsi-1 ədəd, bulud 3 ədəd, salfet qabı - 1 ədəd, duz qabı 2 ədəd, kasa qaşığı 12 ədəd) - cəmi dəyəri 195 manat

Geyim əşyaları:

66 Palto 2 ədəd 67 Şuba 1 ədəd 68 Kurtka 2 ədəd 69 Şalvar 2 ədəd 70 Kofta 4 ədəd 71 don 6 ədəd 72 köynək 5 ədəd 73 uzunbogaz çəkmə (qış üçün)-2 cüt 74 krasovka 3 cüt 75 Basanoşka 4 cüt 76 Yubka 3 ədəd

Uşağa aid əşyalar:

77 Krovat - 280 manat 78 Uşaq arabası-150 manat 79 Vanna dəsti-40 manat 80 Yun adeyal 2 ədəd ( 12+25)= 35 manat 81 yataq dəsti -35 manat

Uşaq geyimləri:

82 kenquru dəsti -50 manat 83 dəst geyimləri - 13 dəst 84 köynək - 6 ədəd 85 şalvarlar - 10 ədəd 86 hamam dəsti -17 manat 87 bodi-6 ədəd 88 ayaqqabı - 3 cüt cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Cavabdeh1 15 (on beş) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 150 (yüz əlli) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar