Məhkəmə qərarları › İş №2(004)-122/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-122/2024

20.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-122/2024 20.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 İdman qızı arasında Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış 26 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və əldə edilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı mülkiyyətində olan əmlakı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsini satmaq məqsədilə, Cavabdeh1 ilə həmin torpaq sahəsinin dəyərini 350000 (üç yüz əlli min) manat məbləğində razılaşmışdılar. Cəfərov X5 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh1 arasında 25 may 2021-ci il tarixində Bakı şəhəri 40 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Bildirmişdir ki, Elçin adlı şəxs Cavabdeh1 həyat yoldaşı Abbasın dostu bildirmişdir ki, onun oğlunun başına gələn hadisəni həll edəcək. Bu müqavilə bağlananadək nə o, nə də oğlu Araz Elçin adlı şəxsi tanımayıblar. Elçin adlı şəxsə heç vaxt borcları olmamışdır. Oğlunun 50000 ABŞ dolları Şahin adlı şəxsə borcu olmuşdur. Şahinin dediyinə görə, iki günü 5000 $ (ABŞ) almaqla faizə verib. Müqavilə əsasında əldə olunan pulu Abbas pulu onun oğluna yox, Şahin adlı şəxsə vermişdir. Guya o, Elçinə halallıq vermişdir. O, həmin torpaq sahəsini alqı-satqı dəyərini 350000 manat məbləğində razılaşdı. Həmin məbləği razılaşanda onun yanında bir neçə şəxslər olmuşdur. Onları məhkəmə prosesi zamanı şahid qismində dindirəcək. Müqavilə zamanı onun psixi durumu yerində olmayıb. Çünki oğlu X6 itkin düşmüşdür. 102-ə zəng edib müraciət etdikdən sonra o, Pirallahı polisləri tərəfindən tapılmışdır. Həmin zaman Elçin onun yaşadığı evinə gələrək onun Xırdalandakı mülkünün satılmasında köməklik göstərəcəyini bildirmişdir. Oğlu itkin düşdüyü üçün onun psixoloji vəziyyəti yerində olmayaraq müqavilə bağlamışdır. Beləliklə Abbas yə Elçin onun vəziyyətindən istifadə edərək birləşmiş və onun mülkünü əlindən almışlar. Bu baxımdan, oğlu itkin düşmüş bir adamın psixi durumunun yerində olmadığı başa düşmək olar. Bundan istifadə edərək 40№-li notariusda alqı-satqı edildikdə ona 1 manat belə pul verilmədi. Amma müqaviləyə imza atmışdır. Həmin müqavilədə ona 100.000 manat pul verildiyi qeyd olunub. Notariusda kamera görüntülərinə baxılsa həqiqətəndə onun ordan pul almadığı bəlli olar. Həmin vaxtda onu yenidən aldadaraq ona Emin adlı bir şəxsə etibarnamə verdiriblər ki, 100.000 manat pulu onun yerinə o alsın. O, Emin adlı şəxs tanımır. Həmin şəxsdə onu tanımır, o halda o, tanımadığı birinə 100.000 manatı almağı necə həvalə edə bilər? Əgər Cavabdeh2 həmin pulu alıbsa ona niyə verməyib? Bir sözlə bu alqı-satqı məsələsində onun psixoloji durumu yerində olmadığından istifadə edildiyini söyləyə bilər. Özüdə alqısatqı müqaviləsində o, 14 ha yerin alqı-satqısı göstərilmişdir. İlk növbədə bu alqı-satqını onun mülkünün yerləşdiyi Xırdalan şəhərində yerləşən notariusda etmək istəmişdirlər. Lakin Xırdalan səhərində yerləşən notariusa müraciət ediləndə onlar yerin 99 illik müqavilə icarə müqaviləsi ilə ona verildiyini və “torpağın bələdiyyə torpağı olduğu üçün alqı-satqı edə bilmərik” deyə bildirdilər. Ondan sonra 40 №-li notariusda tanışları olduğu üçün müqavilə orada bağlanmışdır. Bildirmişdir ki, notariat kontoru ilə Elçin adlı şəxslə arasında həmin müqaviləsinin bağlanmasına dair razılıq olmuşdur. Notariat kontorun 40 №-li notariusun kamera görüntülərinə baxılmasına ehtiyac var. Ondan sonra düşünür ki, hər şey aydın olar. Onun psixoloji durumu yerində olmadığı üçün bundan istifadə edib onun Xırdalan şəhərində yerləşən mülkünü mənibsəyiblər. Bəs nəyə görə, Xırdalan notariat kontoru alqı-satqını etmədi? Onunla torpağın alqı satqısı əməliyyat edilibsə, onun üzərində olan 286 kv.m tikilinin çıxarışı olmadan onu necə sata bilər? Həmin ərazidə elə torpağın bazar qiyməti 200000 manatdır. Elçin adlı şəxs barəsində bütün orqanlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova müraciət etmişdir. Cavabdeh tərəfindən əmlakın dəyərinin qalan hissəsi ödənilmədiyi üçün alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qərarına gəlmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair 2(004)-4160/2023 nömrəli mülki işin icraatına xitam verilmişdir. Daha sontra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qismən, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə icraata xitam verilməsi hissəsində ləğv edilmiş və İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” hissəsində iddia tələbi (2(004)-4160/2023 saylı mülki iş üzrə) məhkəmənin icraatına qəbul edilərək, iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmiş, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət ərizəsi digər hissədə, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə təmin edilməmiş və şikayət həmin hissədə baxılması üçün mülki iş məhkəmənin icraatından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6618/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 19 fevral 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini və ona əlavə olunan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə izahatında bildirdi ki, tərəflər arasında 3 ildir ki, bu mübahisə gedir. Əvvəl Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayev, sonra Fərid Əyyubovun icraatında iş olmuş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin icraatında iş olmuşdur və müddətin bərpası ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti vermişlər. Birmənalı olaraq tərəflər arasında çıxarışla bağlı və alqı-satqı müqaviləsinin həm etibarsızlığını qoymuşlar, həm də ləğv olunmasını. Hər iki iddia üzrə iddia tələbləri təmin olunmamışdır, yəni hazırki iş üzrə iddiaçının ləğv olunmasını xahiş etdiyi çıxarış və alqı-satqı müqaviləsi ilə bağlı artıq iddialara baxılmış və qiymət verilmişdir. Tərəf iddia edir ki, guya texniki səhvə yol verilərək müqaviənin tarixi düzgün gösdərilməmiş və buna görədə iddiaları rədd edilmişdir. Əslində isə onlar hazırki mübahisələndirdikləri müqaviləni mübahisələndirmiş və hətda texniki səhvə yol verdiklərindən apellyasiya məhkəməsində müqavilənin tarixinin 26 may 2021-ci il tarixi kimi oxunmasını xahiş etmişlər. Bundan başqa iddia predmetinə də diqqət yetirsək görərik ki, iddiaçı isdər müqavilənin etibarsızlığını, isdər ləgvini, isdərsə də hazırki iddiada mübahisələndirdiyi müqavilə predmetini eyni emlak təşkil edir. Həmin əmlaka dair alqısatqı müqaviləsinin və çıxarışın ləğvi tələbinə isə artıq qiymət verilmişdir. Həmçinin ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmiş və bildirmişdir ki, alqı-satqı müqavilələri ilə bağlı iddia müddəti 01 ildir. Qeyd olunanlara əsasən və artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan və eyni zamanda iddia müddəti keçdiyindən, məhkəmədən hazırki iş üzrə iddia ərizəsinin geri qaytarılmasını və icraata xitam verilməsini xahiş etdi. Bakı şəhəri 40 saylı notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına üzürsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə cavabdehin işə mahiyyəti üzrə baxılması və iş üzrə qətnamə qəbul edilməsi barədə ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə gəlməyən iddiaçının və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehlərin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh1 arasında 26 may 2021-ci il tarixdə bağlanmış torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Cəfərov X5 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən, ümumi sahəsi 0,014 ha olan torpaq sahəsinin icarə hüququnu xx.xx.2106-cı ilədək Cavabdeh1 200000 (iki yüz min) manata satmışdır. - İddiaçı Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətinə əsasən onun tərəfindən Cavabdeh2 adına verilən 7E-3167 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamə ilə Cavabdeh2 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinin icarə hüququnun 200000 (iki yüz min) manata satılması barədə onunla 3M-195 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi bağlamışdır. Müqavilə onun adından Cavabdeh2 tərəfindən bağlansa da, o, Cavabdeh2 tanımır. Həmin müqavilə üzrə öhdəliklər, yəni pulun ona ödənilməsi öhdəliyi yerinə yetirilməmişdir. Həmin müqavilə üzrə ona heç bir pul vəsaiti ödənilməmişdir. Odur ki, həmin müqaviləni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-424-cli maddələrinə uyğun olaraq ləğv etmək istədiyini bildirmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 (Bakı şəhəri 40 saylı notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnaməyə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri 40 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3M-188 reyestr nömrəli ilkin alqısatqı müqaviləsinə əsasən tərəflər Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinə icarə hüququnun alqısatqısına dair müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götümüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən göstərilən icarədə olan topaq sahəsinin satış qiyməti 200000 manat müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən 100000 manat həmin müqavilənin bağlanması anında notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilir. Qalan 100000 manat isə alıcı tərəfindən 3 gün müddətində ödənilməsi barədə tərəflər razılığa gəlir. Müqavilənin 2.3-cü tərəflər bəndinə əsasən tərəflər 3 gün müddətində əsas müqavilənin bağlanması barədə razılığa gəlirlər. Həmin müqavilənin 2.5ci bəndinə əsasən ikinci tərəf 100000 manatı ödədikdən sonra tərəflər Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsini bağlamağı öhdəsinə götürür. Tərəflər müqaviləni şəxsən özləri notariusun iştirakı ilə imzalamışlar, onların fotoşəkillər kamera vasitəsilə müqavilədə öz əksini tapmışdır. Tərəflərin şəxsiyyətləri notarius tərəfindən müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Bakı şəhəri şəhəri 40 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3M-195 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəflər Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinin icarə hüququnun xx.xx.2106-ci ilədək satılması barədə razılığa gəlmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər müqavilə ilə razılaşdırılmış topaq sahəsinin satış qiyməti 200000 manatın 100000 manatını Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 3M-188 reyestr nömrəli ilkin müqaviləyə əsasən satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Qalan 100000 manatı isə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. İş materiallarında olan 25 may 2021-ci il və 26 may 2021-ci il tarixli mədaxil orderlərinə əsasən, Cavabdeh1 tərəfindən 25 may 2021-ci il tarixdə 100000 manat və 26 may 2021-ci il tarixdə 100000 manat olmaqla 200000 manat pul notariusun depozit hesabına ödənilmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən müqaviləyə bilavasitə İddiaçı və Cavabdeh1 imza etmiş, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri (eləcə də satılan əmlakın qiyməti ilə bağlı şərt) qarşılıqlı razılıqları ilə müəyənləşdirilmişdir. Həmçinin, tərəflər həmin müqavilədə nəzərdə tutulan müddətdə və şərtlərlə əsas müqaviləni bağlamışdırlar. Müqavilə üzrə razılaşdırılmış məbləğ cavabdeh tərəfindən iddiaçıya notariusun depozit hesabı vasitəsilə ödənilmişdir. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir. Alqı-satqı müqaviləsi təsdiq edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3524/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı müqavilənin ləğv edilməsi və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnaməyə əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasıında ilkin alqı-satqı müqaviləsinin bağlanmış, həmin müqaviləyə əsasən tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinə icarə hüququnun alqı-satqısına dair müqavilə bağlamağı öhdələrinə götürmüşlər. Tərəflər arasında qeyd edilən müqavilə bağlanılmış və torpaq sahəsinin satış qiyməti 200000 manat məbləğində müəyyənləşdirilmiş, həmin məbləğ alıcı Cavabdeh1 tərəfindən ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış müqavilə tərəflərin iradə ifadəsi ilə, qarşılıqlı razılılq əsasında imzalanaraq rəsmiləşdirilmişdir. Tərəflər müqaviləni qanunvericilikdə nəzərdə tutulmuş şərtlər müəyyən etməklə bağlamış və imzalamışlar. İddiaçı da həmin müqaviləni özü imzaladığını iddia ərizəsində qəbul etmişdir. Alqı-satqı müqaviləsi təsdiq edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, qanun pozuntusuna yol verilməmişdir. İddiaçı müqaviləni bağlasa da ona heç bir məbləğ verilmədiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iş materialları ilə həmin hallar müəyyən edilməmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ilkin və əsas müqavilədən, həmçinin notariusun hesabına Cavabdeh1 tərəfindən 200000 manat ödənilməsini təsdiq edən mədaxil qəbzlərindən də göründüyü kimi razılaşdırılmış məbləğ alıcı Cavabdeh1 tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin cavabdehlər Cavabdeh1 ilə X4 arasında bağlanılan xx.xx.2021-ci il tarixli 3M- 241 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə bağlı qeyd edir ki, qeyd edilən müqavilə məhkəməyə təqdim edilməmiş, həmin müqavilənin mövcudluğu məhkəmə tərəfindən qətnamə ilə müəyyən edilməmiş, məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi müqavilənin etibarlılığını mübahisələndirməmişdir. Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsini Torpağın icarə hüququnun alqı-satqı müqaviləsi əsasında X1. Belə olan halda məhkəmə hesab edir ki, müqavilənin etibarsızlığı üçün əsaslar məhkəmə trəfindən müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1138/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3524/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 (Bakı şəhəri 40 saylı notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Daha sonra İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı müqavilənin ləğv edilməsi və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3524/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Müvafiq qətnamə ilə İddiaçı ilə Cavabdeh1 arasında tərəflərin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinə icarə hüququnun alqı-satqısına dair müqavilənin bağlanması və torpaq sahəsinin satış qiymətinin 200000 manat məbləğində müəyyənləşdirilməsi, həmin məbləğin alıcı Cavabdeh1 tərəfindən ödənilməsi, həmçinin iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış müqavilənin tərəflərin iradə ifadəsi ilə, qarşılıqlı razılılq əsasında imzalanaraq rəsmiləşdirilməsi, alqı-satqı müqaviləsinin təsdiq edilərkən qanunvericiliyin tələblərinə əməl edilməməsi, qanun pozuntusuna yol verilməməsi, iddiaçının müqaviləni bağlasa da ona heç bir məbləğ verilmədiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməməsi, iş materialları ilə həmin halların müəyyən edilməməsi müəyyən edilmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktları olduğundan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsində iddia tələbi üzrə mülki işin icraatına xitam verilmişdir. Hazırda iddiaçı məhkəməyə, yuxarıda qeyd olunmuş alqı-satqı müqaviləsi nəticəsində, mübahisəli əmlakın cavabdehin adına qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Bundan əlavə həmin Məcəllənin 144.3-cü maddəsinə əsasən notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsi qanuni əsaslarla Cavabdeh1 satıldığından və həmin müqavilə əsasında «Çıxarış» verilərkən heç bir qanun pozuntusuna yol verilmədiyindən, eləcə də, müvafiq alqı-satqı müqaviləsi iddiaçı tərəfindən ayrı-ayrılıqda mübahisələndirilərək, həm müqavilənin etibarsız hesab edilməsi, həm də müqavilənin ləğv edilməsi tələblərinə dair iddia tələbləri müvafiq məhkəmə qətnamələri ilə rədd edildiyindən, hazırki iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar