Məhkəmə qərarları › İş №2(004)-1244/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1244/2023

19.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1244/2023 19.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X20 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, X9 xx.xx.2014-cü il tarixdə saat 18:40 radələrində idarə etdiyi "xxxx" MMC-yə məxsus TSR TT 13023 markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı yarışqoşqusu olan MAN-19463 markalı **-GT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində təqsirli hərəkətləri ilə X5 etibarnamə ilə idarə etdiyi Kamaz-55111 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Kamaz-55111 markalı yük avtomobili təsir edən zərbədən idarəolunmaz vəziyyədə sağa istiqamətlənərək yolun sağ kənarında dayanmış X10 etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Vaz 21074 markalı minik avtomobilinə çırpılmışdır. Nəticədə, İddiaçı1 azyaşlı övladı xx.xx.2013-cü il təvəllüdlü X11 vəfat etmiş, digər övladları xx.xx.2007-ci il təvəllüdlü X2 ağır zərər vurulmuş, xx.xx.2008-ci il təvəlüldlü X1 yüngül zərər vurulmuş, həmçinin, iddiaçının özü və əri X3 yüngül zərər vurulmuşdur. Kürdəmir rayon Məhkəməsinin 1(041)-03/2015 nömrəli hökmü ilə sürücü X9 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmə hökmünə əsasən müəyyən olunur ki,X9 etibarnamə ilə idarə etdiyi MAN-19463 markalı **- GT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə "xxxx" MMC-yə məxsus TSR TT 13023 markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı yarışqoşqusunu avtomobilin arxasına qoşmaqla həmin MMC-nin tapşırığına əsasən MMC-yə məxsus yükləri daşıyan zaman hadisə baş vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh "xxxx" MMC məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan AZ İ 677863 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X11 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 26 nömrəli ekspert rəyinə ( meyitin ekspertizası) əsasən müəyyən olunur ki, 2013-cü il təvəllüdlü X11 yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. İş materiallarında olan 412 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, X13 yol nəqliyyat hadisəsi zamanı Yüngül dərəcəli bədən xəsarəti almışdır. İş materiallarında olan 413 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, İddiaçı1 yol nəqliyyat hadisəsi zamanı bədən xəsarətləri almışdır. İş materiallarında olan 415 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, X7 yol nəqliyyat hadisəsi zamanı Yüngül dərəcəli bədən xəsarəti almışdır. İş materiallarında olan ACN 216065 nömrəli nəqliyyat vasistəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, **-ZX-*** dövlət qeydiyyat nişanlı TSR TT 13-023 markalı yarımqoşqu hadisə baş verən zaman Cavabdeh MMC-nin mülkiyyətində olmuşdur. İş materiallarında olan AZ İİ 200022 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X4 atası X13, anası İddiaçı1dır. İş materiallarında olan AZ İ 971332 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.2007-ci il təvəllüdlü X6 atası X13, anası İddiaçı1dır. İş materiallarında olan AZ İİİ 229226 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.2013-cü il təvəllüdlü X8 atası X13, anası Məmmədtağıyeva (Aslanova) Ofelya Əhəd qızıdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş Kürdəmir rayon Məhkəməsinin 1(041)-03/2015 nömrəli hökmünə əsasən müəyyən olunur ki, sürücü X9 etibarnamə ilə idarə etdiyi MAN-19463 markalı **-GT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə "xxxx" MMC-yə məxsus TSR TT 13023 markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı yarışqoşqusunu avtomobilin arxasına qoşmaqla həmin MMC-nin tapşırığına əsasən MMC-yə məxsus yükləri daşıyan zaman xx.xx.2014-cü il tarixdə saat 18:40 radələrində yol nəqliyyat hadisəsi törətmiş, idarə etdiyi "xxxx" MMC-yə məxsus TSR TT 13023 markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı yarışqoşqusu olan MAN-19463 markalı **-GT- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində təqsirli hərəkətləri ilə X5 etibarnamə ilə idarə etdiyi Kamaz-55111 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Kamaz-55111 markalı yük avtomobili təsir edən zərbədən idarəolunmaz vəziyyədə sağa istiqamətlənərək yolun sağ kənarında dayanmış X10 etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Vaz 21074 markalı minik avtomobilinə çırpılmışdır. Nəticədə, İddiaçı1 Yüngül bədən xəsarəti almış, övladları xx.xx.2013-cü il təvəllüdlü X11 vəfat etmiş, digər övladları xx.xx.2007-ci il təvəllüdlü X2 ağır zərər vurulmuş, xx.xx.2008-ci il təvəlüldlü X1 yüngül zərər vurulmuşdur. X9 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. İş materiallarında olan çıxarışa əsasən müəyyən olunur ki, ********** saylı VÖEN-ə malik olan Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1 İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-16/2-14036/2-23 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh MMC-nin mülkiyyətində TSR TT 13023 markalı yarımqoşqu daxil olmaqla ümumilikdə 85 (səksən beş) nəqliyyat vasitəsi və yarışqoşqular vardır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1108 və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqe çıxış edir. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarına əsasən, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 əsas şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır.

3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Belə ki, hər 3 (üç) dispozitiv şərt mülki iş üzrə öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi və MM-in 1108-ci maddəsi nəzərə alınmaqla, Cavabdeh MMC-nin məsuliyyətinin hüquqi əsası mövcuddur. Müvafiq məhkəmə hökmü ilə İddiaçı1 maddi və mənəvi zərərin vurulması faktı öz təsdiqini tapır. Cavabdeh MMC-nin hərəkəti ilə vurulmuş zərər arasında səbəbli əlaqə mövcuddur. Bundan əlavə, məhkəmə qeyd edir ki, Cavabdeh MMC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlməmişdir. Bu səbəbdən, məhkəmə işə iddiaçı tərəfdən təqdim edilmiş sübutlar əsasında baxmağı qanuni və əsaslı hesab edir. Beləliklə müəyyən olunur ki, sürücü X9 etibarnamə ilə idarə etdiyi MAN-19463 markalı **-GT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə "xxxx" MMC-yə məxsus TSR TT 13023 markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı yarışqoşqusunu avtomobilin arxasına qoşmaqla həmin Cavabdeh MMC-nin tapşırığına əsasən MMC-yə məxsus yükləri daşıyan zaman xx.xx.2014-cü il tarixdə saat 18:40 radələrində yol nəqliyyat hadisəsi törətmiş, idarə etdiyi "xxxx" MMC-yə məxsus TSR TT 13023 markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı yarışqoşqusu olan MAN-19463 markalı **-GT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində təqsirli hərəkətləri ilə X5 etibarnamə ilə idarə etdiyi Kamaz-55111 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Kamaz-55111 markalı yük avtomobili təsir edən zərbədən idarəolunmaz vəziyyədə sağa istiqamətlənərək yolun sağ kənarında dayanmış X10 etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Vaz 21074 markalı minik avtomobilinə çırpılmışdır. Nəticədə, İddiaçı1 Yüngül bədən xəsarəti almış, övladları xx.xx.2013-cü il təvəllüdlü X11 vəfat etmiş, digər övladları xx.xx.2007-ci il təvəllüdlü X2 ağır zərər vurulmuş, xx.xx.2008-ci il təvəlüldlü X1 yüngül zərər vurulmuşdur. X9 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Kürdəmir rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(041)-03/2015 nömrəli hökmünə əsasən müəyyən olunur ki, X9 cavabdeh "xxxx" MMC-yə məxsus TSR TT 13023 markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı yarışqoşqusu olan MAN-19463 markalı **-GT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Cavabdeh MMC-nin tapşırığına əsasən MMC-yə məxsus yükləri daşıyan zaman yol nəqliyyat hadisəsi törətmişdir. İddiaçı1 1 yaşlı övladı X11 yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş, özü və digər ailə üzvləri isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Nəticədə, MM-in 1108-ci maddəsinin tələbləri nəzərə alınmaqla, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı1 mənəvi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 210 (iki yüz on) manat məhkəmə xərcinin 80 (səksən) manat hissəsi cavabdehə, 130 (yüz otuz) manat hissəsi iddiaçıya aid edilməlidir. Lakin, MM-in 1108-ci maddəsinə əsasən Cavabdeh MMC-nin alternativ qaydada hadisəni törətmiş şəxslə birlikdə məsuliyyət daşıması, cavabdehin birbaşa təqsirli hərəkətləri ilə İddiaçı1 zərərin vurulmaması, baş vermiş hadisənin 2014-cü il tarixə aid olması, hadisənin üzərindən 9 il keçməsi, iddiaçının həmçinin hadisəni törətmiş sürücüyə qarşı tələb hüququnun olması, mənəvi zərərdən əlavə iddiaçının həmçinin maddi zərərə görə tələb irəli sürməsi hüququ, digər ailə üzvlərinin də vurulmuş mənəvi zərər görə iddia qaldırmaq hüquqlarının mövcudluğu nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh MMC-dən 8.000 (səkkiz min) manat pul və ödənilmiş dövlət rüsumunun 80 (səksən) manat hissəsi tutularaq İddiaçı1 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, kompensasiya institutunun mahiyyəti zərərçəkmiş subyekti varlandırmaq deyil, vurulmuş zərəri tamamilə və ya böyük hissədə aradan qaldırmaqdır. Bu səbəbdən, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla təkcə mənəvi zərərə görə 40.000 manat kompensasiya məbləğinin müəyyən edilməsi əsaslı və ədalətli hesab edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı1 Cavabdeh MMC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 manat pulun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 8.000 (səkkiz min) manat pul və ödənilmiş dövlət rüsumunun 80 (səksən) manat hissəsi tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar