Məhkəmə qərarları › İş №2(004)-125/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-125/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-125/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx”xxxx ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx”xxxx ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” firmasına qarşı “sonrakı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx”xxxx ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 04.02.2020-cu il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” firmasına məxsus olan Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ipoteka qoyan “xxxx” firması ilə ipoteka saxlayan “xxxx”xxxx ASC arasında bağlanmış 08.07.2015ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” firmasına məxsus olan Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair ipoteka qoyan “xxxx” firması ilə ipoteka saxlayan “xxxx”xxxx ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin 09.07.2009-cu il tarixli müqaviləyə əsasən dəyəri tam ödəyərək aldığı Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsindəki ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana aid hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli 2(004)-1766/2020 nömrəli qərardadı ilə İddiaçı vəkili X2 vəsatəti təmin edilmiş, iddiaçı “xxxx” firmasının cavabdeh “xxxx”xxxx ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X11, X3, X7 və X9) qarşı “Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməmiş hissəsinin naturada ayrılması və pul tutulması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-422/2020 nömrəli mülki iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək; həmçinin, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli 1(004)-9/2020 nömrəli hökmü qanuni qüvvəyə minənədək, hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Kommersiya Məhkəməsinin 24.11.2020-ci il tarixli 2-2(113)-422/2020 nömrəli qərardadı ilə iddiaçı “xxxx” firmasının cavabdeh “xxxx”xxxx ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X11, X3, X7, X9) qarşı qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməmiş hissəsinin naturada ayrılması və pul tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin 05.01.2021-ci il tarixli 2-2(113)-422/2020 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 24.11.2020-ci il tarixli 2-2(113)-422/2020 nömrəli qərardadının ləğv edilməsi barədə “xxxx” firmasının nümayəndəsi X4 ərizəsi təmin edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı Apelyasiya Məhkəməsi tərəfindən 01.06.2021-ci il tarixdə göndərilmiş Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.03.2021-ci il tarixli 1(103)-32/2021 nömrəli qərarından müəyyən edilir ki, məhkum edilmiş şəxs X1 müdafiəçisi X14 və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, X1 Azərbaycan Respublikası CM-nin 195.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli hökmü - verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul olunduğu andan qüvvəyə minmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli 2(004)-125/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə iclası 17.06.2021-ci il tarixə saat 16:30-a təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, vəkili X2 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, “xxxx” firmasının direktoru M.Bəşirovla onun arasında bağlanmış 09.07.2009-cu il tarixli M/AT 07/09 nömrəli alqı-satqı, investisiya müqaviləsinə əsasən “xxxx” firması Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükanı 1 kv.m üçün 3.000 ABŞ dolları olmaqla 165.000 ABŞ dollarına ona satmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən obyektin tikinti işləri 2010-cu ilin 1-ci kvartalında yekunlaşmalı və onun istifadəsinə və mülkiyyətinə verilməli idi. “xxxx” firmasının verdiyi 12.08.2009-cu il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 saylı dükanın dəyərini 165.000 ABŞ dollarını tam şəkildə “xxxx” firmasına ödəmişdir. Lakin satıcı müqavilənin şərtlərinə əməl etməmiş və bununla onun hüquqlarını pozmuşdur. O, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.08.2017-ci il tarixli 2(005)-1785/2017 nömrəli qətnaməsi ilə onunla “xxxx” firması arasında bağlanmış 09.07.2009-cu il tarixli M/AT 07/09 nömrəli alqı-satqı, investisiya müqaviləsinə əsasən Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükanın ona təhvil verilməsi vəzifəsi “xxxx” firmasına həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2017-ci il tarixli 2(103)-11860/2017 nömrəli qətnaməsi ilə “xxxx” firmasının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.08.2017-ci il tarixli 2(005)-1785/2017 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, onun iddiası qismən təmin edilmiş, onunla ilə “xxxx” firması arasında bağlanmış 09.07.2009-cu il tarixli M/AT 07/09 nömrəli alqı-satqı, investisiya müqaviləsinə əsasən Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 saylı dükanın ona təhvil verilməsi vəzifəsi “xxxx” firmasına həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2017-ci il tarixli 2(103)-11860/2017 nömrəli qətnaməsi 27.03.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Hazırda məhkəmə aktı əsasında verilmiş icra sənədi icra olunma mərhələsindədir. İcra mərhələsində ona məlum olmuşdur ki, “xxxx” firması Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsini bütünlüklə öz adına rəsmiləşdirmiş və qeydiyyatdan keçirməklə həmin sahəyə çıxarış almışdır. Sonradan “xxxx” firması ilə “xxxx”xxxx ASC arasında Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bununla onun hüquqları pozulmuşdur. “xxxx” firmasının keçmiş direktoru X6 öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, çox sayda insanlara maddi zərər vurmuşdur. Nəticədə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda həmin hökm qanuni qüvvəyə minmişdir. Həmçinin, “xxxx” firması “xxxx”xxxx ASC-nin qarşısında yüklü etdiyi Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış 5 mərtəbə və zirzəmidən ibarət olmaqla, ümumi sahəsi 16100,5 kv.m olsa da, həmin qeyri-yaşayış sahəsi inşa edlilərkən vahid bina şəkilində zirzəmi və yarımzirzəmi olmaqla, 7 mərtəbəli inşa edilmişdir. Həmin əmlakın ümumi sahəsi 22000 kv.m təşkil edir. Bu səbəbdən “xxxx” firması “xxxx”xxxx ASC-yə qarşı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməyən yarımzirzəmisi, 6 və 7-ci mərtəbəsinin ümumi sahəsi 6000 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş 16100,5 kv.m qeyri-yaşayış sahəsindən naturada ayrılması tələb etmişdir. Hesab edir ki, o, 09.07.2009-cu il tarixli müqaviləyə əsasən tam dəyərini 165.000 ABŞ dollarını “xxxx” firmasına ödəyərək Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 saylı dükanı əldə etdiyinə və “xxxx” firmasının verdiyi 12.08.2009-cu il tarixli maliyyə arayışına əsasən 165.000 ABŞ dollarını “xxxx” firmasına ödəməsi təsdiq edildiyinə görə, o, 12.08.2009-cu il tarixdən faktiki olaraq Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 saylı dükanın mülkiyyətçisi sayılır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə əmlakın ona məxsus olması təsdiq edilmişdir. Bu səbəbdən ona məxsus daşınmaz əmlaka dair “xxxx” firması ipoteka müqaviləsi bağlarkən səlahiyyətli olmamış, bunu cinayət yolu ilə həyat keçirmişdir. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübuta yetirilmişdir. “xxxx” firması ilə “xxxx”xxxx ASC arasında Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. O, qeyri-yaşayış sahəsini ipoteka müqavilə bağlanandan sonra deyil, sonrakı ipoteka müqaviləsinin bağlanmasından 6 il əvvəl almışdır. Bu səbəbdən həmin ipoteka müqaviləsi onun əmlakına aid hissədə etirbarsız sayılmalıdır. Ona görə də, iddia tələbinin təmin edilməsini və “xxxx” firmasına məxsus olan Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ipoteka qoyan “xxxx” firması ilə ipoteka saxlayan “xxxx”xxxx ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin onun 09.07.2009-cu il tarixli müqaviləyə əsasən 165.000 ABŞ dolları dəyəri tam ödəyərək aldığı Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsindəki ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana aid hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx”xxxx ASC-nin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh ilə “xxxx” firması arasında 4 oktyabr 2013-cü il tarixində bağlanmış kredit xətti müqaviləsinə əsasənxxxx borcalana illik 16 faiz ödənilmək şərti ilə 60 ay müddətinə 7.000.000 manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14.000.000 manat təşkil etmişdir. 8 iyul 2015-ci il tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə borcalan 4 oktyabr 2018-ci il tarixinədək 17.000.000 ABŞ dolları məbləğini illik 16 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, “xxxx” firmasına məxsus Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m təşkil edən qeyriyaşayış binasının ipoteka qoyulması barədə 8 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Göstərilən əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair Cavabdeh-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir. “xxxx” firması rediti qaytarmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1096/2016 nömrəli 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” firmasının Cavabdeh-yə qarşı “xxxx” firması ilə Cavabdeh arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi; “xxxx” firması ilə Cavabdeh arasında bağlanmış 08.07.2015-ci il tarixli “Sonrakı ipoteka müqaviləsi”nin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən “xxxx” firmasının xeyrinə tutulması; qarşılıqlı iddianın təmin edilməsi; cavabdeh “xxxx” Firmasından 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borcun, 2.388.957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, 26.05.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19.400.119,08 ABŞ dollarının və 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı Cavabdeh-nin xeyrinə tutulması; tutmanın 08.07.2015-ci il tarixli “Sonrakı ipoteka müqaviləsi” üzrə ipoteka predmeti olan və “xxxx” firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən cavabdeh “xxxx” firmasından tutularaq iddiaçı “xxxx”xxxx” ASC-nin xeyrinə tutulması; ipoteka predmeti olan “xxxx” firmasına məxsus ünvan 3 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyriyaşayış binasının ilkin satış qiymətinin 26.000.000 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli Qərarı ilə “xxxx” firmasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13-2(102)-1(k)/2018 nömrəli iş üzrə 31.10.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın iş üzrə 18.10.2017-ci il tarixli 2-2(102)-366/17 nömrəli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsi İİK-nın 05.04.2017-ci il tarixli 2-2(103)-14/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19.02.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X19 və X5 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı “xxxx” firmasının cavabdeh ASC “xxxx”xxxxına qarşı “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən “xxxx” firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddiası rədd edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilmiş, “xxxx” firmasından 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları əsas borc, 2.388.957,46 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzixxxxının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC “xxxx”xxxxının xeyrinə tutulması; tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və “xxxx” firmasına məxsus ünvan 3 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən “xxxx” firmasından ASC “xxxx”xxxxının xeyrinə tutulması; ipoteka predmeti olan “xxxx” firmasına məxsus ünvan 3 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 38.600.000 (otuz səkkiz milyon altı yüz min) manat müəyyən edilməsi qət edilmişdir. Qarşılıqlı iddia 26.05.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin “xxxx” firmasından ASC “xxxx”xxxxının xeyrinə tutulması hissəsində rədd edilmişdir. Üçüncü şəxs Ağa-X12 “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Üçüncü şəxs X5 “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17.07.2019-cu il tarixli qərarı ilə iddiaçı “xxxx” firması və üçüncü şəxslər Ağa-X19 və X8 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi məhkəmələr tərəfindən etibarlı hesab edilmişdir. Ona görə də İddiaçı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. “xxxx” firmasına məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, “xxxx” firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq “xxxx” firmasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəsiz qaydada sübuta yetirilir ki, “xxxx” firmasının direktoru M.Bəşirovla və İddiaçı arasında bağlanmış 09.07.2009-cu il tarixli M/AT 07/09 nömrəli alqı-satqı, investisiya müqaviləsinə əsasən 165.000 ABŞ dolları dəyərində olan Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyriyaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 saylı dükanı “xxxx” firmasından satın almaqla əldə etmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən obyektin tikinti işləri 2010-cu ilin 1-ci kvartalında yekunlaşmalı və iddiaçının istifadəsinə və mülkiyyətinə verilməli idi. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. “xxxx” firmasının verdiyi 12.08.2009-cu il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən “xxxx” firmasına məxsus obyektin qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana görə 165.000 ABŞ dollarını (Millixxxxın ödəniş aparılan günə məzənnəsinə uyğun olaraq manatla) “xxxx” firmasına tam ödəmişdir. 09.07.2009-cu ildə 125.000 ABŞ dolları, 11.07.2009-cu ildə 20.000 ABŞ dolları, 06.08.2009-cu ildə 10.000 ABŞ dolları və 09.08.2009-cu il tarixdə 10.000 ABŞ dolları olmaqla, cəmi 165.000 ABŞ dolları pul ödəmişdir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.08.2017-ci il tarixli 2(005)-1785/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” firmasına qarşı “qeyri-yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə “xxxx” firması arasında bağlanmış 09.07.2009-cu il tarixli M/AT 07/09 nömrəli müqaviləyə uyğun olaraq Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda “xxxx” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m. olan 1 saylı qeyri-yaşayış sahəsinin (dükanın) İddiaçı təhvil verilməsi vəzifəsi “xxxx” firmasına həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2017-ci il tarixli 2(103)-11860/2017 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” firmasının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.08.2017-ci il tarixli 2(005)-1785/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh “xxxx” firmasına qarşı “qeyriyaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə “xxxx” firması arasında bağlanmış 09.07.2009-cu il tarixli M/AT 07/09 nömrəli müqaviləyə uyğun olaraq Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda “xxxx” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m. olan 1 saylı qeyri-yaşayış sahəsinin (dükanın) İddiaçı təhvil verilməsi vəzifəsi “xxxx” firmasına həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.09.2019-cu il tarixli 6ÜŞ-2449/19 nömrəli arayışından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2017-ci il tarixli 2(103)- 11860/2017 nömrəli qətnaməsi 27.03.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi 21.08.2019-cu il tarixli 10209/83353/2018-15-10 nömrəli məktubla Bakı şəhəri Yasamal rayon Məhkəməsinə məlumalumat verərək bildirmişdir ki, 27.03.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2017-ci il tarixli 2(103)-11860/2017 nömrəli icra vərəqəsi 13.04.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur və hal-hazırda icraatdadır. Tərəflər arasında hüquq münasibəti yaranan zaman qüvvədə olmuş Mülki Məcəllənin 178.8ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “xxxx” firması ilə “xxxx”xxxx ASC arasında Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Sonrakı ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. İpoteka müqaviləsi “xxxx” firması ilə “xxxx”xxxx ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. “xxxx” firması 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cavabdeh) ilə aralarında bağlanmış 8 iyul 2015-ci il tarixli kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Cavabdeh isə “xxxx” firmasına qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qarşılıqlı iddia vermişdir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh ilə “xxxx” firması arasında 4 oktyabr 2013-cü il tarixində bağlanmış kredit xətti müqaviləsinə əsasənxxxx borcalana illik 16 faiz ödənilmək şərti ilə 60 ay müddətinə 7.000.000 manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14.000.000 manat təşkil etmişdir. 8 iyul 2015-ci il tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə borcalan 4 oktyabr 2018-ci il tarixinədək 17.000.000 ABŞ dolları məbləğini illik 16 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, “xxxx” firmasına məxsus Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə 8 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Göstərilən əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair Cavabdeh-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, Cavabdeh-nin qarşılıqlı iddiası təmin edilərək 8 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğində faiz borcu, 11.161,62 ABŞ dolları məbləğində cərimə faizləri olmaqla, cəmi 19.400.119,08 ABŞ dollarının və 26 may 2016-cı ildən başlamaqla iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin cavabdeh “xxxx” firmasından iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan, borcalana məxsus qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunduğu kimi 26.000.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən iddiaçı “xxxx” firması, eləcə də X8 və Ağa-X19 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişlər. Sonradan K.Hacıyeva və A.Ağa-zadə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi Cavabdeh-yə və “xxxx” firmasına qarşı sonuncu ilə aralarında bağlanmış müqavilələrə əsasən onlara məxsus qeyri-yaşayış sahələrinə aid hissədə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişlər. K.Hacıyeva iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” firması ilə aralarında 20 may 2011-ci il tarixində bağlanmış ilkin müqaviləyə əsasən, o, “xxxx” firmasına 39.360 manat ödəməyi, “xxxx” firması isə mübahisəli qeyri-yaşayış binasında 24.6 kv.m sahəni ona təhvil verməyi öhdəsinə götürmüşdür. A.Ağa-zadə isə iddia tələbini onunla əsaslandırmışdır ki, onunla “xxxx” firması arasında 17 noyabr 2009-cu il tarixində bağlanmış müqaviləyə əsasən onun tərəfindən “xxxx” firmasına 79.200 ABŞ dolları ödənilməli, digər tərəf isə 24.6 kv.m sahəni ona təhvil verməli idi. 15 avqust 2013-cü il tarixində həmin müqaviləyə imzalanmış əlavəyə əsasən “xxxx” firmasına 24.000 manat ödənilməli, sonuncu isə 30.2 kv.m sahəni A.Ağa-zadəyə təhvil verməli idi. Qeyd olunan müqavilələr üzrə tərəflər öz öhdəliklərini tam icra etmişlər. Sonradan həmin müqavilələrin predmetini təşkil edən sahələrin yerləşdiyi qeyri-yaşayış binasının bütövlükdə “xxxx” firması tərəfindən ipoteka qoyulduğu onlara məlum olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 aprel 2017-ci il tarixli qətnaməsi ilə “xxxx” firmasının, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxslər K.Hacıyeva və A.Ağa-zadənin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı Cavabdeh-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 26.000.000 manat müəyyən edilməsi tələblərinin təmin edilməsi hissəsində ləğv edilmişdir. Həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia qismən təmin edilmişdir. K.Hacıyeva və A.Ağa-zadəyə məxsus qeyri-yaşayış sahələri istisna olmaqla, ipoteka müqaviləsi üzrə tutmanın mübahisəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin sahənin ilkin satış qiymətinin 38.473.040 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə iddiaçı “xxxx” firmasının iddia tələbinin təmin edilməməsi, Cavabdeh-nin “xxxx” firmasından kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğində faiz borcu, əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19.400.119,08 ABŞ dollarının Cavabdeh-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxslər K.Hacıyeva və A.Ağa-zadənin “xxxx” firmasına və Cavabdeh-yə qarşı iddiası təmin edilmiş, ipoteka müqaviləsi onlara məxsus qeyri-yaşayış sahələrinin ipoteka qoyulması hissəsində etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 18 oktyabr 2017-ci il tarixli qərarı ilə “xxxx” firmasının və Cavabdeh-nin kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 5 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli qərarı ilə “xxxx” firmasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31.10.2018-ci il tarixli 13-2(102)- 1(k)/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 18.10.2017-ci il tarixli 2-2(102)-366/17 nömrəli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsi İİK-nın 05.04.2017-ci il tarixli 2-2(103)-14/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19.02.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X19 və X5 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı “xxxx” firmasının cavabdeh ASC “xxxx”xxxxına qarşı “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən “xxxx” firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddiası rədd edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilmiş, “xxxx” firmasından 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları əsas borc, 2.388.957,46 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzixxxxının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC “xxxx”xxxxının xeyrinə tutulması; tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və “xxxx” firmasına məxsus ünvan 3 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən “xxxx” firmasından ASC “xxxx”xxxxının xeyrinə tutulması; ipoteka predmeti olan “xxxx” firmasına məxsus ünvan 3 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 38.600.000 (otuz səkkiz milyon altı yüz min) manat müəyyən edilməsi qət edilmişdir. Qarşılıqlı iddia 26.05.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin “xxxx” firmasından ASC “xxxx”xxxxının xeyrinə tutulması hissəsində rədd edilmişdir. Üçüncü şəxs Ağa-X12 “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Üçüncü şəxs X5 “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17.07.2019-cu il tarixli 2-2(102)-285/2019 nömrəli qərarı ilə iddiaçı “xxxx” firması və üçüncü şəxslər Ağa-X19 və X8 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-2(103)-6/2019 nömrəli iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli 1(004)-9/2020 nömrəli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinəazadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutuma hüququndan məhrum etməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.03.2021-ci il tarixli 1(103)- 32/2021 nömrəli qərarı ilə məhkum X1 müdafiəçisi X14 və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, X1 Azərbaycan Respublikası CM-nin 195.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul olunduğu andan qüvvəyə minmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli 1(004)-9/2020 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir ki, “xxxx” firmasının təsisçisi və direktoru olan X6 ünvan 4 ünvanda yerləşən 5 mərtəbə və zirzəmidən ibarət ümumi sahəsi 16100,5 kv.m., əsas sahəsi 16043,1 kv.m. olan qeyri-yaşayış binasından 21 şəxsə (o cümlədən İddiaçı ilə “xxxx” firması arasında bağlanmış 09.07.2009-cu il tarixli M/AT 07/09 nömrəli müqaviləyə əsasən zərərçəkmiş İddiaçı 165.000 ABŞ dollarına “xxxx” firmasından aldığı Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda “xxxx” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m. olan 1 saylı qeyri-yaşayış sahəsini - dükanı) 30 müqavilə üzrə 1872,27 kv.m. sahənin satılması faktını zərərçəkmiş şəxs Cavabdeh-yə qəsdən bildirmədən, 04.10.2013-cü il tarixli **********30113 nömrəli və 08.07.2015-ci il tarixli **********658815 nömrəli kredit xətti müqavilələri bağlayaraq, qanunsuz kredit almışdır. Mülki Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. İşin materiallarından görünür ki, Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair “xxxx” firması ilə “xxxx”xxxx ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmişdir, bu da müqavilə bağlanarkən qanunvericiliyin tələblərinin pozulmasını təsdiq edir və müqavilənin etibarsızlığına səbəb olan haldır. Göründüyü kimi, işin məhkəmə tərəfindən araşdırılmış həqiqi halları, işdə olan yazılı sübutlar, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və hökmü ilə təsdiq edilir ki, İddiaçı 09.07.2009-cu il tarixli M/AT 07/09 nömrəli alqı-satqı, investisiya müqaviləsinə əsasən Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 saylı dükanı 165.000 ABŞ dolları pul ödəməklə “xxxx” firmasından əldə etmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən obyektin tikinti işləri 2010-cu ilin 1-ci kvartalında yekunlaşmalı və iddiaçının istifadəsinə və mülkiyyətinə verilməli idi. “xxxx” firması qeyri-yaşayış sahəsinin 165.000 ABŞ dolları dəyərinin tam ödənilməsinə dair İddiaçı 12.08.2009-cu il tarixli maliyyə arayışı vermişdir. Qeyri-yaşayış sahəsinin dəyərini tam ödədiyi vaxtdan, yəni 12.08.2009-cu il tarixdən İddiaçı Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən “xxxx” firmasına məxsus obyektin qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli qeyri-yaşayış sahəsinin üzərində sahiblik və istifadə hüququnu əldə etmiş və əmlakın faktiki mülkiyyətçisinə çevrilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2017-ci il tarixli 2(103)- 11860/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı ilə “xxxx” firması arasında bağlanmış 09.07.2009-cu il tarixli M/AT 07/09 nömrəli müqaviləyə uyğun olaraq Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda “xxxx” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m. olan 1 saylı qeyri-yaşayış sahəsinin (dükanın) İddiaçı təhvil verilməsi vəzifəsi “xxxx” firmasına həvalə edilmişdir. Qətnamənin icrası mərhələsində İddiaçı məlum olmuşdur ki, “xxxx” firmasının təsisçisi və direktoru olan X6 ünvan 4 ünvanda yerləşən 5 mərtəbə və zirzəmidən ibarət ümumi sahəsi 16100,5 kv.m., əsas sahəsi 16043,1 kv.m. olan qeyri-yaşayış binasından 21 şəxsə (o cümlədən İddiaçı ilə “xxxx” firması arasında bağlanmış 09.07.2009-cu il tarixli M/AT 07/09 nömrəli müqaviləyə əsasən zərərçəkmiş İddiaçı 165.000 ABŞ dollarına “xxxx” firmasından aldığı Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda “xxxx” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m. olan 1 saylı qeyri-yaşayış sahəsini - dükanı) 30 müqavilə üzrə 1872,27 kv.m. sahənin satılması faktını zərərçəkmiş şəxs Cavabdeh-yə qəsdən bildirmədən, 04.10.2013-cü il tarixli və 08.07.2015-ci il tarixli kredit xətti müqavilələri bağlayaraq, qanunsuz kredit almışdır. İddiaçı məxsus olan Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda “xxxx” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m. olan 1 saylı qeyri-yaşayış sahəsi də “xxxx” firmasının əmlakı kimi qanunsuz və əsassız olaraq 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı özünə məxsus olan Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda “xxxx” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m. olan 1 saylı qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə razılıq verməmiş, 08.07.2015-ci il tarixli ipoteka müqavilə imza etməmiş və bundan məlumatı olmamışdır. Nəticədə İddiaçı özünə məxsus olan məxsus olan Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda “xxxx” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m. olan 1 saylı qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüququ pozulmuş, onun əmlakı “xxxx” firmasının öhdəliyinin təminatı kimi çıxış etmişdir. “xxxx” firmasının 09.07.2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı satdığı əmlakın üzərində sərəncam vermək hüququ olmamışdır. Bu hal iş üzrə məhkəmə qətnamələri və hökmü ilə sübuta yetirilmişdir. “İpoteka haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli 1(004)-9/2020 nömrəli qanuni qüvvəyə minmiş hökmünün hazırki iş üzrə preyudisiyal əhəmiyyətə malik olmasına hüquqi qiymət verməyi davam edərək daha sonra qeyd edir ki, hökmlə müəyyən edilmiş hallar birbaşa olaraq “xxxx” firmasının təsisçisi və direktoru olan X1 həmin iş üzrə zərərçəkmiş şəxs statusunda olan Cavabdeh-ni aldatmasını təsdiq edir. Bu aldatmanın nəticəsində X6 həmçinin “xxxx” firmasının İddiaçı ilə aralarında bağlanmış 09.07.2009-cu il tarixli M/AT 07/09 nömrəli müqavilə qüvvədə ola-ola, mübahisəli sahənin ona satılması faktını digər zərərçəkmiş şəxs Cavabdeh-dən gizlətməklə, kredit xətti müqavilələri bağlayaraq, qanunsuz kredit almışdır ki, bu hal da birbaşa olaraq İddiaçı hüquqlarının pozulması deməkdir. Məhkəmə cavabdeh tərəfin iddiaya etirazın əsası kimi istinad etdiyi hallara qiymət verməkdə davam edərək həmçinin qeyd edir ki, Cavabdeh-nin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli Qərarına, üçüncü şəxslərin ipoteka müqaviləsi ilə bağlı iddialarının rədd edilməsinə dair məhkəmə qərarlarına istinad etməklə, “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin məhkəmələr tərəfindən etibarlı hesab edilməsinə dair izahatları özü-özlüyündə, İddiaçı iddiasının əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin izahatında istinad etdiyi üçüncü şəxslərin ipoteka müqaviləsi ilə bağlı iddialarının rədd edilməsinə dair məhkəmə qərarları hazırkı iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli Qərarına qiymət vermədən və təfsir etmədən qeyd edir ki, nəzərə alınmalıdır ki, ipoteka saxlayanın üstünlük hüququ ipotekaya götürüləndən sonra satılmış əmlaklara münasibətdə ola bilər. İşin materiallarından görünür ki, iddiaçı Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 saylı dükanı 09.07.2009-cu il tarixdə rəsmi müqavilə ilə əldə etmiş və bu müqavilə adından da göründüyü kimi, investisiya müqaviləsidir. Başqa sözlə sözügedən sahə iddiaçının pulu ilə tikilməsi faktı mübahisəsizdir və o, həmin sahənin potensial mülkiyyətçidir. “xxxx” firmasının 09.07.2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı satdığı əmlakın üzərində onun razılığı və xəbəri olmadan sərəncam verərək öz məqsəd və mənafeyi üçün ipoteka predmeti etməsi kimi hallar qanunsuz olmuşdur. Məhkəmə həmçinin iş üzrə iddia tələbinin əsaslı olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və hökmünun olmasını nəzərə almaqla, hazırkı mübahisəyə kəsici müddətin də tətbiq edilməsini əsaslı saymır. Nəhayət məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “xxxx” firmasına məxsus olan Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ipoteka qoyan “xxxx” firması ilə ipoteka saxlayan “xxxx”xxxx ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi qismən, yəni - İddiaçı 09.07.2009-cu il tarixli müqaviləyə əsasən 165.000 ABŞ dolları dəyərini tam ödəməklə “xxxx” firmasından aldığı Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana aid hissəsində qanunvericiliyin tələbləri pozulmaqla bağlandığı üçün etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” firmasına məxsus olan Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair ipoteka qoyan “xxxx” firması ilə ipoteka saxlayan “xxxx”xxxx ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi qismən, yəni - İddiaçı 09.07.2009-cu il tarixli müqaviləyə əsasən 165.000 ABŞ dolları dəyərini tam ödəməklə “xxxx” firmasından aldığı Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyriyaşayış sahəsinin 1 mərtəbəsindəki ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana aid hissəsində etibarsız hesab edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar