Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-127/2022 14.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Tvins MMC-yə və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Tvins MMC-yə və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməli olan əmək haqqına görə 16041 AZN və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olaraq 1500 AZN məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə cavabdehin iştirakı olmadan qiyabi qaydada baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılması mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, Tvins MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı tərəfindən ünvanlanmış müraciətlərə X1 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən X1 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən İddiaçı ilə cəmiyyət arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Republikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2021-ci il tarixdə xitam verildiyi, son haqq-hesabının düzgün hesablanıb ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də, Cavabdeh MMC-nin rəhbəri C.Muradov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin bildirilmişdir ki, İddiaçı son haqq-hesabının düzgün hesablanıb ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyinə rəsmi məktub göndərilmişdir. İş materiallarında olan e-sosialdan çıxarışa əsasən müəyyən olunur ki, işəgötürən Cavabdeh MMC işçi İddiaçı ilə xx.xx.2019-cu il tarixdə xxxxxxx000701 nömrəli əmək müqaviləsi bağlamış, xx.xx.2021-ci il tarixdə müqavilə qüvvədən düşmüşdür, işçinin aylıq əmək haqqının məbləği 3336,31 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmrdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 28 gün müddətində ödənişsiz məzuniyyət verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmrdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 10 t/gün müddətində ödənişli iş məzuniyyəti verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdehndən İddiaçı ödənilməli olan əmək haqqına görə 16041 manat və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olaraq 1500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, işəgötürən Cavabdeh MMC işçi İddiaçı ilə xx.xx.2019cu il tarixdə xxxxxxx000701 nömrəli əmək müqaviləsi bağlamış, xx.xx.2021-ci il tarixdə müqavilə qüvvədən düşmüş, işçinin aylıq əmək haqqının məbləği 3336,31 manat təşkil etmiş, işçi İddiaçı əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə hesablanmalı olan haqq ödənilməmişdir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert vəsatət verərək ekspertizanın keçirilməsi üçün zəruri sənədlərin cavabdeh tərəfindən təqdim edilməsini bildirmiş, cavabdeh Tvins MMC-yə məktub ünvanlanaraq ekspertizaya tələb olunan sənədlərin göndərilməsi bildirilsə də, tələb olunan sənədlər tam göndərilməmiş, cavabdeh ekspertizanın keçirilməsi üçün zəruri tədqiqat predmetini ekspertə təqdim etməmişdir.Həmçinin, cavabdeh dəfələrlə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, iddianın dəlillərinə etiraz təqdim etməmiş, iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Tvins MMC tərəfindən İddiaçı ödənilməli olan əmək haqqına görə 16041 manat və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olaraq 1500 manat məbləğində pul vəsaiti Tvins MMC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-127/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-127/2022
14.09.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver