Məhkəmə qərarları › İş №2(004)-1290/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1290/2023

17.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1290/2023 17.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayədəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Askeroviçin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Askeroviçin cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta ödənişi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus “Nissan Teana” (minik) markalı, B-9**-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olan 3.027 manat, ziyan aktının tərtib edilməsi üçün ödənilmiş 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 51 manat olmaqla, cəmi 3128 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 noyabr 2022-ci il tarixdə Qusar şəhəri ərazisində Ə.Fərzəliyev küçəsində, “OBA” marketin qarşısında “VAZ 21074” markalı **- MF-*** dövlə qeydiyyat nişanlı, “QAZ 31105” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı və iddiaçıya məxsus olan “Nissan Teana” markalı B-9**-AX-*** dövlət qeydiyyat nişanl avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edilmişdir ki, hadisə zamanı iddiaçıya məxsus olan “Nissan Teana” marka avtomobil park halında olmuşdur. “QAZ 31105” maraklı avtomobil arxadan gələn avtomobili gözləmədən dönmə hərəkəkətini edərkən, arxadan gələn “VAZ 21074” marka avtomobil “QAZ 31105” markalı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində “QAZ 31105” markalı avtomobil idarəetmədən çıxaraq iddiaçının “Nissan Teana” marka avtomobilinin arxa sol küncünə dəymişdir. Hadisə yerinə Qusar rayon DYP şöbəsinin əməkdaşları gələrək hadisənin baş vermə səbəbini araşdırmış, “VAZ 21074” və “QAZ 31105” markalı avtomobiİlərin sürücüsü barəsində yol hərəkəti qaydalarının pozulması səbəbindən qəzaya səbəb olduqları üçün inzibati protokol tərtib edilmişdir. Yol nəqliyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə 3027 manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədən sonra Qusar şəhərində fəaliyyət göstərən “VAZ” kooperativ avto təmir stansiyasının ustaları tərəfindən avtomobilə baxış keçirərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. 29 noyabr 2022-ci il tarixdə "xxxx" ASC sığorta şirkətindən onun mobil nömrəsinə SMS vasitəsilə avtomobilə dəymiş zərərin 955 manat məbləğində qiymətləndirilməsi haqqında bildiriş göndərilmişdir. O, məbləğ az olduğuna görə şirkətin qaynar xətt nömrəsinə zəng vuraraq, yenidən qiymətləndirmə keçirilməsini və real məbləğ ayrılmasını xahiş etmişdir. Amma, yenidən qiymətləndirmə olsa belə məbləğin dəyişməyəcəyini ona bildirmişlər. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə məhkəmə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş rəylə razıdır. İddia tələbini ekspertin rəyinə uyğun hissədə, yəni 1637 manat hissədə qəbul edir və iddianın həmin hissədə qismən təmin edilməsini xahiş edir. Məhkəmə cavabdeh tərəfi dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Qusar rayonu DYPİ-nin xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən müəyyən olunur ki, X6 xx.xx.2022-ci il tarixdə “QAZ 31105” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Qusar rayonu DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 xx.xx.2022-ci il tarixdə “QAZ 31105” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 60 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Qusar rayonu DYPİ-nin xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən müəyyən olunur ki, X9 xx.xx.2022-ci il tarixdə “VAZ 21074” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. - Qusar rayonu DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 xx.xx.2022-ci il tarixdə “VAZ 21074” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 60 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və etibarnamələrin surətinə əsasən müəyyən olunur ki, “QAZ 31105” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətində olmaqla idarə etmə hüququ etibarnamə əsasında X4, “VAZ 21074” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətində olmaqla idarə etmə hüququ etibarnamə əsasında X7 etibar edilmiş, “Nissan Teana” (minik) markalı, B-9**-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil isə İddiaçı Askeroviçin mülkiyyətində olmuşdur. Beləliklə, işin müəyyən edilmiş mübahisəsiz halları odur ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının “Nissan Teana” (minik) markalı, B-9**- AX-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələnərək ona maddi ziyan dəymiş, baş vermiş yol nəqliyyat hadisəsində “QAZ 31105” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X6 və “VAZ 21074” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X9 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda iddiaçı dəymiş ziyanın əvəzi olaraq 3027 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. İşin mübahisəli halı odur ki, cavabdeh - sığorta şirkəti tərəfindən dəymiş zərərin məbləği 505 manat müəyyən olunmuşdur. Lakin iddiaçının təqdim etdiyi “VAZ” Kooperativi tərəfindən verilmiş qüsur aktına əsasən isə avtomobilə dəymiş zərər 3027 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması gedişatında cavabdehin nümayəndəsi iddianı qismən etiraf edərək, sığorta ödənişinin məhkəmə tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin verdiyi xx.xx.2023-cü il tarixli 9/2286 saylı ekspert rəyinə uyğun olaraq 1637 (bir min altı yüz otuz yeddi) manat müəyyən edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olmaqla təmin edilməlidir. Belə ki, cavabdehin tərəfin təqdim etdiyi "xxxx" servis tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4808 nömrəli qiymətləndirmə aktına əsasən müəyyən olunur ki, “Nissan Teana” minik markalı, B-9**-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci cəmi 995 manat təşkil edir. “Vaz” kooperativi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən müəyyən edilir ki, “Nissan Teana” minik markalı, B-9**-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci cəmi 3027 manat təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin verdiyi xx.xx.2023-cü il tarixli 9/2286 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, “VAZ” Kooperativi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Nissan Teana” (minik) markalı, B-9**-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə hadisə baş verən tarixə təxminən 1637 manat təşkil edir. Ekspert qeyd olunan xx.xx.2023-cü il tarixli 9/2286 saylı ekspert rəyində gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, rəy verilərkən qüsur aktında qeyd olunanlar nəzərə alınmaqla, eləcə də Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və X5 ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlər ortalaması təşkil etmişdir. Həmin meyarlar əsasında qiymətlər müəyyənləşdirilmişdir. Məhkəmə sübutları müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4808 nömrəli qiymətləndirmə aktında avtomobilin dəyişdirilməli olan ehtiyat hissələrinin sayı ekspertizada qeyd edilən ehtiyat hissələri ilə eynilik təşkil edir. Lakin bu qiymətləndirilmə aktı tərtib edilərkən avtomobilin ehtiyat hissələrinin köhnəlmə faizi nəzərə alınmamış, eyni zamanda dəmirçi və rəngsaz işlərinin xərci həddindən artıq baha göstərilmişdir. Eləcə də iddiaçının məhkəməyə təqdim etdiyi “Vaz” kooperativi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı avtomobilin təmir-bərpa xərclərinin dəyəri kifayət qədər şişirdilmiş olmaqla ağlabatan deyildir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin verdiyi xx.xx.2023-cü il tarixli 9/2286 saylı ekspert rəyini mötəbər sübut olaraq qəbul edir. Belə ki, həmin rəylə avtomobilə dəyən ziyan ümumilikdə 1637 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddiaçı dəymiş zərərin əvəzi olaraq 3027 manat tələb etməsinə baxmayaraq, ekspert rəyinə uyğun olaraq 1637 manat məbləğdə pul "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunur ki, “İcbari sığortalar haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ziyan aktının tərtib edilməsinə görə ödədiyi 50 manat məbləğində xərcin əvəzinin cavabdehdən tutulmasını tələb etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmiş və iddia tələbini bu hissədə kifayət qədər əsaslandırmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 1637 manat sığorta ödənişi İddiaçı Askeroviçin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 36,37 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizasının xərci olan 50 manat cavabdeh "xxxx" ASC-yə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. “Nissan Teana” (minik) markalı, B-9**-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 1637 (bir min altı yüz otuz yeddi) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 36,37 (otuz altı manat otuz yeddi qəpik) pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı Askeroviçin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar