Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-130/2023 08.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15000 manat pulun, 50 manat mediasiya xərcinin və 85 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qərarları ilə **-SA-*** dövlət qeydiyyat nişanlı “Land Rover” minik markalı avtomobil tərəflərin birgə nikah dövründə əldə edilmiş ümumi birgə əmlak hesab edilərək, həmin avtomobildə tərəflərin payları bərabər müəyyən edilmiş, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin paylara mütənasib bölünməsi tələbi həmin avtomobilin cavabdeh tərəfindən üçüncü şəxsə satılması səbəbindən rədd edilmiş və cavabdehə qarşı payın kompensasiyası olaraq pul tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri avtomobilin cavabdehin məlumatı olmadan digər şəxslər tərəfindən ələ keçirildiyini, bu halın Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin ********* nömrəli cinayət işi üzrə «Sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi” barədə xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edildiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölgüsü və açıq hərracda satılaraq bölünməsi” tələbinə dair mülki iş üzrə 2(102)-587/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-7571/2018 saylı qətnaməsi ilə “Land Rover” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunaraq bərabər paylarla, ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh mülkiyyət hüququ müəyyən edilib, müvafiq qeydin aparılması BDYPİ-nə həvalə olunub. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5121/2021 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan **-SA-*** dövlət qeydiyyat nişanlı “Land Rover” minik markalı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların ½ paylarına mütənasib bölünməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X7 apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7328/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X5 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5121/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölgüsü və ya açıq hərracda satılaraq bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edib ki, payın naturada ayrılması mümkün olmasa da, iddiaçı cavabdehə qarşı pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malik idi. Lakin iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə belə tələb irəli sürülməsi iş materialları ilə təsdiq olunmur. İddiaçının pretenziya məktubunun cavabdehə çatması barədə sübut yoxdur. Apellyasiya məhkəməsi göstərib ki, mübahisə predmeti olan avtomobil üzərində tərəflərin ½ hissədə paylı mülkiyyət hüququ tanınaraq bölünməsi barədə qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. İddiaçının iddiasının əsası həmin qətnaməyə söykənmiş və hazırki iddia irəli sürülmüşdür. İş üzrə xx.xx.2020-ci il tarixi 2(004)-5121/2020 saylı mübahisələndirilən qətnamə qəbul edilsə də, apellyasiya şikayətinə əlavə edilmiş və işdə olan Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən mübahisə predmeti olan avtomobilə dair xx.xx.2020-ci il tarixdə X8 ilə alqı-satqı müqaviləsi bağlanmış və elə həmin tarixdə sonuncunun adına qeydə alınmış, avtomobilə yeni dövlət qeydiyyat nişanı verilmiş, eyni tarixdə həmçinin X3 adına bir il müddətinə, yəni 07 dekabr 2021-ci ilədək etibarnamə verilmişdir. Buna baxmayaraq, həmin avtomobillə bağlı xx.xx.2021-ci il tarixdə ikinci dəfə alqı-satqı müqaviləsi bağlanmış və bu dəfə avtomobil X5 adına qeydə alınmış və hazırda mülkiyyətindədir. Apellyasiya məhkəməsi vurğulayıb ki, avtomobil üzərində ½ hissədə paylı mülkiyyət hüququ tanınmış tərəflərin iradəsi ilə, yaxud onların iradəsinə zidd Baş Dövlət Yol Polisində alqı-satqı müqavilələri bağlanması zamanı qanun pozuntularına yol verilib-verilməməsi hazırki iddianın predmetinə aid olmasa da, görünən odur ki, artıq mübahisə predmeti olan avtomobil əvvəlcə xx.xx.2020-ci ildə Cavad Məhərrəmovun, xx.xx.2021-ci ildə isə Kamilə Ələkbərovanın mülkiyyətinə keçmişdir. Bu cür vəziyyətdə, yəni həmin alqı-satqı müqavilələri mübahisələndirilmədiyi və qüvvədə olduğu halda artıq üçüncü şəxsin mülkiyyətində olan avtomobilin hərrac vasitəsilə satılması da mümkünsüz vəziyyətə gəlir. Çünki yalnız paylı mülkiyyətin mülkiyyətçisi əmlakın açıq hərracdan satılmasını tələb edə bilər, avtomobil isə artıq xx.xx.2020-ci ildən tərəflərin mülkiyyətindən çıxmışdır. Apellyasiya məhkəməsi onu da izah edib ki, tərəflər, o cümlədən iddiaçı hesab edirsə ki, paylı mülkiyyətində olmuş avtomobil qanun pozuntusu, o cümlədən cinayət yolu ilə onun mülkiyyətindən çıxmışdır, bu halda cinayət təqibi üçün hüquq mühafizə orqanlarına, yaxud da mülki icraat qaydasında qeyd olunan əqdləri mübahisələndirə və həmin avtomobilin yenidən öz paylı mülkiyyətinə qaytarılmasını tələb edə və hazırki iddiasını yenidən irəli sürə bilər və ya vurulmuş zərərin əvəzini zərər vuran şəxslərdən tələb edə bilər.” Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin ********* nömrəli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi” barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən: 210090207 No-li cinayət işi Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X9 tərəfindən vətəndaş X4 müraciəti əsasında toplanmış araşdırma materialı üzrə 10 may 2021-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-in 320.2ci maddəsi ilə başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İstintaq zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən X11 36 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamə, xx.xx.2020-ci il tarixdə itirilmiş sənədin əvəzinə verilmiş dublikat etibarnamə və xx.xx.2020ci il tarixdə 48 saylı notariat ofisində fotosurətin düzgünlüyünün təsdiq edilməsi notariat hərəkətləri əsasında sonuncu tərəfindən avtomobilin xx.xx.2020-ci il tarixdə X1, qeyd edilənlərə əsasən verilmiş sorğular nəticəsində 36 saylı notariat ofisində Cavabdeh tərəfindən ümumiyyətlə heç bir notariat hərəkətinin aparılmaması, 48 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə X16 adına heç bir notariat hərəkətinin aparılmaması müəyyən edilmişdir. Bununla da, Cavabdeh adından X10 adına 36 saylı notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamənin, dublikatın verilməsi notariat hərəkətinin və 48 saylı notariat ofisinə məxsus notariat hərəkətlərinin qanunsuz hazırlanmasını və həmin sənədlərdən bilə-bilə istifadə edilməklə DİN BDYPİ-də alqı-satqı yolu ilə «Land Rover» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə X2 **-OR-*** dövlət qeydiyyat nişanları alınmışdır) Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, tətdiq olunmuş sübutlarla avtomobilin cavabdehin iradəsinə zidd olaraq mülkiyyətindən çıxması, avtomobilin satışından əldə edilmiş vəsaitin üçüncü şəxslər tərəfindən mənimsənilməsi müəyyən edildiyindən həmin avtomobilin dəyərinin yarısının cavabdehdən tutulması haqqında iddiaçının iddiası təmin oluna bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia rədd edilsin. 85 (səksən beş) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-130/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-130/2023
08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver