Məhkəmə qərarları › İş №2(004)-1309/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1309/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1309/2025 16.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti cəlb edilməklə, Cavabdeh qarşı "nəvənin nənənin himayəsinə verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti cəlb edilməklə, Cavabdeh qarşı "nəvənin nənənin himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəvəsi xx.xx.2011-ci il təvəllüdlü X1 nənəsi-İddiaçı yanında, himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il təvəllüdlü X2 onun nəvəsidir. Onun valideynləri Cavabdeh Allahverdi oğlu, X5r. Valideyinlər arasında rəsmi nikah Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş nəvəsi xx.xx.2011-ci il təvəllüdlü X2 anasının himayəsinə verilmişdir. Nəvəsiin iki yaşı olanda atası onu anasından alaraq qaçırmış və 8 ay müdətində müxtəlif yerlərdə qeyri-rəsmi yaşadığı qadınlarla birlikdə saxlamışdır. Həmin vaxt uşağa müxtəlif işgəncələr verməklə guya bunları anası etmiş kimi göstərməyə çalışmışdır. Uzun müddət mübarizə apardıqdan sonra nəhayət ki, uşağı atasından aldılar. Bundan sonra qızının səhətində ciddi problemlər yarandı və uzun müalicə və müayinədən sonra qızı Ş.R.Əliverdiyeva 3 il bundan öncə dünyasını dəyişdi. Həmin vaxtdan da nəvəsi Əli onun himayəsində qalmışdır. Uşaq anadan olduqdan bu günədək atası onunla maraqlanmamış və demək olar ki, 12 ildir ki, uşaq atasını görmür və tanımır. Nəvəsi faktiki olaraq, onun himayəsində olmasına baxmayaraq, onun hüquqları ilə bağlı hər hansı addım ata bilmir və uşağa qayğı göstərməklə yanaşı onun hüquqlarının müdafiəsində iştirak edə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ilə telefon vasitəsilə əlaqə yaradılan zaman sonuncu izahatında bildirmişdir ki, Şəfa Əliverdiyeva ilə nikahlarına xitam veriləndən sonra övladı ilə ünsiyyət saxlaya bilməmişdir. Keçmiş qaynanası barəsində polis bölmələrinə əsassız şikayətlər etmişdir. Övladı ilə görüşməsinə imkan yaradılmamışdır. İddia tələbi ilə razı deyil, övladının nənənin himayəsində verilməsinə etiraz edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ukraynada bisnes fəaliyyəti ilə məşğul olurdu, hazırda işi ilə əlaqədar X3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında fikri soruşulan X2 bildirdi ki, onun 13 yaşı var, tezliklə 14 yaşı tamam olasıdır. Anası vəfat edibdir, atası isə onunla əlaqə saxlamır. Sonunci dəfə 2 yaşı olanda atası ilə görüşmüşdür. Nənəsinin himayəsinə verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış məktbundan görünür ki, yetkinlik yaşına çatmamış nəvənizə qəyyum təyin edilməyinizə köməklik göstərilməsi barədə müraciətinizə baxılmışdır. Qanunvericilikdə nəzərdə tutulduğu qaydada müvafiq sənədləri (uşağın atasının ona qəyyum təyin olunmasına razılığı) Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına təqdim etdiyiniz təqdirdə müraciətinizə yenidən baxıla bilər. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 614075 saylı Doğum haqqında şəhadətnaməyə əsasən X2 26 yanvar 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 220592 saylı Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 arasındakı bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 05 iyun 2015-ci il tarixdə 243 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 219469 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 08 dekabr 2021-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 13 avqust 2024-cü il tarixli, 5-21/2- 1039/2024 saylı rəyindən görünür ki, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası təqdim olunan iş materiallarını, uşağın mənafelərini, fikrini və qüvvədə olan qanunvericiliyi nəzərə alaraq, 26 yanvar 2011-ci il təvəllüdlü X1 nənəsi İddiaçı himayəsində verilməsini məqsədəuyğun hesab edir. Həmin rəyin məzmununda qeyd edilir ki, “İddiaçının komissiyanın iclasına gələrək bildirdiklərinə görə pensiyaçıdır, cavabdehlə nikahdan mərhum qızı Şəfanın 1 oğlan övladı vardır, xasiyyətləri uyğun gəlmədiyi üçün valideynlər hələ nikahları rəsmi qaydada pozulmamışdan əvvəl ayrılmışlar, həmin vaxtdan qızı övladı ilə birgə onun yanında yaşamışdır, uşağın 2 yaşı olanda atası onu anasından alaraq qaçırmış və 8 ay müddətində müxtəlif ünvanlarda qeyri-rəsmi yaşadığı qadınların yanında saxlamış, ona işgəncələr verməklə guya bunları anası etmiş kimi göstərməyə çalışmış, uzun müddət aparılan mübarizə nəticəsində ana uşağı atadan almağa nail olmuşdur. İddiaçının sözlərinə görə, 2014-cü ildə valideynlərin nikahı rəsmi qaydada pozulduqdan sonra da ıışaq məhkəmə tərəfindən ananın yanında saxlanılmış, qızının səhhətində ciddi problemlər olduğundan o, 2021 -ci ilin dekabr ayında vəfat etmiş, həmin vaxtdan yetkinlik yaşına çatmamış Məhəmmədəli nənənin himayəsində qalmış, onun bütün maddi entiyaclarını nənə olaraq özü qarşılamış, cavabdehlə əlaqəsi yoxdur, onun harada olmasından məlumatsızdır, eşitdiyinə görə qarşı tərəf daimi olaraq ölkə hüdudlarından kənarda yaşayır, Azərbaycan Respublikasına nadir hallarda gəlib-gedir, .artıq 12 ildir o, övladı ilə maraqlanmır, uşaq bu müddət ərzində atasını görməmiş və onu tanımır. İddiaçı faktiki olaraq nəvəsinin təlim-tərbiyəsi ilə özünün məşğul olduğunu, onun hüquqlarının həyata keçirilməsində bəzən çətinliklərlə rastlaşdığını vurğulayaraq nəvəsinin himayəsinə verilməsini komissiya üzvlərindən xahiş etdi. Cavabdehi tapıb komissiyanın iclasına dəvət etmək mümkün olmamışdır. 26 yanvar 2011-ci il təvəllüdlü X1 fikri öyrənilərkən o, atasını uzun müddətdir görmədiyini, nənəsinin yanında qalmaq istədiyini bildirmişdir.” Azərbaycan SSRİ Sumqayıt şəhər Zaqs şəhər bölməsi tərəfindən verilmiş İİİ-ЖГ seriyalı, 448838 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X11 06 iyun 1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X6, anası X7r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 136.1-ci maddəsinə əsasən Qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 136.2-ci maddəsinə əsasən Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. 136.3-cü maddəsinə əsasən uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. 137.1-ci maddəsinə əsasən yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilirlər. 137.2-ci maddəsinəə əsasən uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır. 137.3-cü maddəsinə əsasən alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər (bu Məcəllənin 120.1.1—120.1.5-ci maddələri) qəyyum (himayəçi) ola bilməzlər. 145-2.1-ci maddəsinə əsasən 7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır. 10 yaşı tamam olmuş uşaq himayədar ailəyə verildikdə, onun razılıq verməsi zəruridir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mərhum qızı X4 övladı, yəni nəvəsi-X1 himayəçisi təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Uşağın atası-Cavabdeh sağdır, lakin uşaq faktiki olaraq, illərdir ki, nənəsinin himayəsindədir. İddiaçının nəvəsi bir valideynini itirmiş, digər valideyni sağ olsa da, uşaqla birlikdə yaşamır. Yəni 2011-ci il təvəllüdlü Əliverdizadə Məhəmmədəli faktiki olaraq, valideyn himayəsindən məhrumdur. Belə olan halda, uşağın nənəsinin onun himayəçisi qismində təyin edilməsi məsələsi qanunvericiliyin tələbinə zidd deyil. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 13 avqust 2024-cü il tarixli, 5-21/2-1039/2024 saylı rəyindən göründüyü kimi, Qəyyumluq və Himayəçilik Komissiyası təqdim olunan iş materiallarını, uşağın mənafelərini, fikrini və qüvvədə olan qanunvericiliyi nəzərə alaraq, 26 yanvar 2011ci il təvəllüdlü X1 nənəsi İddiaçı himayəsində verilməsini məqsədəuyğun hesab etmişdir. 2011-ci il təvəllüdlü Əliverdizadə Məhəmmədəli məhkəmə iclasında atasının onunla əlaqə saxlamadığını bildirərək, nənəsinin himayəsinə verilməsini məhkəmədən xahiş etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 26 yanvar 2011-ci il təvəllüdlü X2 iddiaçı (nənəsi) İddiaçı himayəsinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 345-350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 26 yanvar 2011-ci il təvəllüdlü X2 iddiaçı (nənəsi) İddiaçı himayəsinə verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar