Məhkəmə qərarları › İş №2(004)-1366/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1366/2021

09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1366/2021 09.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı Eduardoviçin, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, X1 iştirakı ilə, İddiaçı Eduardoviçin Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Eduardoviç Cavabdeh qarşı “alimentə dair hesabat verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2011-ci il təvəllüdlü X6 və xx xxxx 2014-cü il təvəllüdlü X4 saxlanılmaları üçün İddiaçı Eduardoviç tərəfindən xx xxxxxx 2020ci il tarixdən bu günə qədər ödənilmiş 12.000 (on iki min) manat aliment məbləğinə dair iddiaçıya yazılı şəkildə əsaslandırılmış hesabat verilməsi vəzifəsinin, xx xxxx 2011-ci il təvəllüdlü X6 və xx xxxx 2014-cü il təvəllüdlü X4 saxlanılmaları üçün İddiaçı Eduardoviç tərəfindən ödənilən 2000 (iki min) manat aliment məbləğinə dair hər ay iddiaçıya yazılı şəkildə və müvafiq sübutlarla (aliment məbləğinin xərclənməsinə dair sənədlər təqdim edilməklə) əsaslandırılmış hesabat verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia predmetinin dəyişdirilməsi barədə ərizə təqdim edərək İddiaçı Eduardoviç tərəfindən Cavabdeh ödənilən aliment məbləğinin 50 (əlli) %-nin xx xxxx 2011-ci il təvəllüdlü X6 və xx xxxx 2014-cü il təvəllüdlü X4 adına (hər birinə bərabər hissə olmaqla) açılan bank hesablarına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Eduardoviç məhkəmə iclasında bildirmişdir ki, izahatı iddia ərizəsinə uyğundur, həmçinin Cavabdeh xanımın ödənilən alimenti uşaqların ehtiyacları üçün deyil, özü üçün xəcləyir. Cavabdeh iddiaçı tərəfindən ödənilən alimenti öz ehtiyacları üçün xərcləyir. Bunu onların məhkəməyə təqdim etdikləri sübutlar təsdiq edir. Onlar ayrıldıdan sonra qapını qıfılladığını, çünki onun artıq o evə aiddiyyatı olmadığını qeyd etmişdir. Cavabdeh evin pulunu bir ay qabağa ödəmişdir. İddiaçı isə evin pulunun ödənilməsinin onun problemi olmadığını bildirmişdir. Fəridə xanım o evdə əşyaları olduğu üçün etiraz etmişdir. Lakin iddiaçı onda video olduğunu və videodan Fəridə xanımın öz əşyalarını topladığının göründüyünü demişdir. Cavabdeh aliment ödənişini özü üçün xərcləyir. Tərəflər görüşəndə bir mağazaya girmişlər. Qızlar cavabdehin yanında olanda o həmin pulu kişi üçün olan əşyalar almışdır. Həmin vaxt onun atasının doğum gününə yaxın olmuşdur. Tərəflər görüşü planlaşdıranda Fəridə xanım problem çıxarmayıb. Lakin iddiaçını uşaqlarla tək görüşməyə qoymurdu. İddiaçı uşaqlarla şənbə günləri 3 saat görüşə bilir. Cavabdeh sakitcə uşaqları İsmayıllı rayonuna aparmışdı ki, onlar ataları ilə görüşə bilməsin. Noyabr ayının əvvəlində uşaqlar iddiaçıdan alınandan sonra mən bərk xəstələnmiş, lakin koronavirusa yoluxmamışdır. Çünki test vermişdir və əvvəldən antiteli olmuşdur. İddiaçı yenə də cəhd edib Fəridə xanıma zəng etmişdir ki, görüşsünlər. Onlar görüşmüşlər və müzakirə etmişlər. Onda cavabdeh demişdir ki, alimentdən imtina edə bilməz. Onun borcları olduğu üçün o imtina edə bilmir. Uşaqların hansı tərəflə yaşamısında problem yoxdur. İddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, cavabdeh iddiaçı tərəfindən ödənilən alimenti öz ehtiyacları üçün xərcləyir. Bunu onların məhkəməyə təqdim etdikləri sübutlar təsdiq edir. Xanım iş üzrə heç bir sübut təqdim etmir. Aşkar şəkildə bilinir ki, xanım məbləğin çox hissəsini özünə xərcləyir. Bunu onların təqdim etdiyi icra işindən götürülən hesabdan çıxarış təsdiq edir. Uşaqlar İddiaçılə yaşadığı müddətdə Oxford Məktəbində təhsil alırdılar. Hal-hazırda kiçik qız məktəbə getmir, digər uşaq isə incəsənət məktəbində təhsil alır. Öncəki prosesdə 300 manat və 80 manat dəyərində nə aldığı cavabdehdən soruşulmuş cavabdeh isə hədiyyə aldığını bildirmişdir. İddiaçının vəkili və nümayəndəsi bildirdi ki, cavabdehə 6 dəfə təklif ediblər ki, uşaqların bütün xərcini Andrey çəksin, uşaqlar istədiyi vaxt Fəridə xanımın yanında, istədikləri vaxt iddiaçının yanında qalsın. Amma aliment ödənişi olmasın. İddiaçı bunun rəsmiləşdirilməsini tələb etmiş lakin Fəridə xanım razılaşmamışdır. Əvvəlcədən ona 2-3 min manat kompensasiya kimi pul da vermək təklif edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Fəridə xanımın 1500 manat əmək haqqı alması barədə arayışı məhkəməyə təqdim etdiyini bildirdi. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Uşaqlar ödənişli məktəbdə təhsil alırlar. Kirayədə yaşayırlar. Alimenti uşaqların qidasına, təhsilinə, evin kirayəsinə və digər ehtiyaclarına xərcləmişdir. xx xxxxxx 2020-ci il tarixdə “MassimoDutti” mağazasından, 79 manat məbləğində qızlarının 14 yaşında olan rəfiqəsi üçün çanta almışdır. xx xxxxxx 2020-ci il tarxidə “Yarğıcı” mağazasından 310 manata Yenil il öncəsi uşaqların müəllimləri üçün hədiyyə almışdır. xx.xx.2020-ci il tarixdə 1010 manat, xx.xx.2020-ci il tarixdə 505 manat və xx.xx.2020-ci il tarixdə 505 mant, ümimilikdə 2020 manat nəğdləşdirilmiş pullar uşaqların qidasına, evin kirayəsinə və uşaqların digər xərclərinə yönəldilib. Cavabdeh kirayədə yaşadıqlarını qeyd etmişdir. Uşaqların və onun aylıq məsrəflərinə dair hesabat məhkəməyə təqdim edilmişdir. Cavabdehin vəkili X3 xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil. Belə ki, iddiaçı qeyd edir ki, uşaqlar ödənişsiz təhsil alırlar, yeni geyimlər alınmır, istirahət etmirlər. Lakin, uşaqlar orta məktəbdə oxuyurlar, azərbaycan dilini bilmədikləri üçün kursa gedirlər. Uşaqların geyimləri barədə sübutları növbəti məhkəmə iclasında təqdim edəcəyini, lakin uşaqlar tez böyüdükləri üçün geyimlərin tez-tez alındığını, istirahət üçün rayona getdiklərini, dostları ilə görüşdüklərini qeyd etmişdir. Andrey uşaqlarla birlikdə yaşayanda hər ay 10000 manat pul xərcləyirdi, lakin hazırda isə 2000 manat alimentin çoxluq təşkil etdiyini hesab etdiyini, bunun da nəticədə uşaqlara mənfi təsir edəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq cavabdeh və onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, lakin cavabdehin nümayəndəsi və vəkili X3 xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2535/2020 saylı qərarına əsasən müəyyən edilir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı Eduardoviç ilə Cavabdeh arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikah pozulması, yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü X9 Andreyeviç, xx xxxx 2011-ci il təvəllüdlü X6 və x xxxx 2014-cü il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları, yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü X9 Andreyeviç, xx xxxx 2011-ci il təvəllüdlü X6 və xx xxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 4000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat aliment ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, Cavabdeh Eksklüziv Əmlakla kirayə müqaviləsi bağlamış, aylıq 900 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə izahatıları dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə uşaqların ehtiyaclarını, onlar üçün xərclənən pul vəsaitlərini, təhsilini, uşaqların maraqlarını nəzərə alaraq hesab edir ki, Cavabdeh ödənilən aliment məbləğinin 50 (əlli) %-nin xx xxxx 2011-ci il təvəllüdlü X6 və xx xxxx 2014-cü il təvəllüdlü X4 adına (hər birinə bərabər hissə olmaqla) açılan bank hesablarına köçürülməsi uşaqların yaşayış səviyyəsinin əvvəlki səviyyədə saxlanılmasına mane ola bilər. Buna görə də iddiaçının Cavabdeh ödənilən aliment məbləğinin 50 (əlli) %-nin xx xxxx 2011-ci il təvəllüdlü X6 və xx xxxx 2014-cü il təvəllüdlü X4 adına (hər birinə bərabər hissə olmaqla) açılan bank hesablarına köçürülməsinə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə tərəflərin münasibətinin gərgin olduğu videomüşahidə ilə keçirilən məhkəmə iclaslarından göründüyündən və iddiaçı tərəf aliment məbləğinin yaşayış minimumundan 6 dəfə artıq olmasına, sübut kimi hesabdan çıxarışa əsaslanmasına, cavabdeh tərəfdən xərclərə dair mötəbət sübut tələb etməsinə baxmayaraq, məhkəmə hər bir halda uşaqların üstün mənafeyini, əvvəlki yaşayış şəraitini nəzərə almalı iddianı rədd etməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarın 8.9 bəndinə əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 78-ci, MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Eduardoviç tərəfindən Cavabdeh ödənilən aliment məbləğinin 50 (əlli) %-nin xx xxxx 2011-ci il təvəllüdlü X6 və xx xxxx 2014-cü il təvəllüdlü X4 adına (hər birinə bərabər hissə olmaqla) açılan bank hesablarına köçürülməsinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar