Məhkəmə qərarları › İş №2(004)-1418/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1418/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1418/2021 26.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(004)-1418/2021 saylı qərardadından iş üzrə cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Yasamal rayon Məhkəməsinin binasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Vəkil2 vəsatət təqdim edərək mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(004)-1418/2021 saylı qərardadı ilə cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(004)-1418/2021 saylı qərardadından cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, həmin qərardadın dəyişdirilərməsini və işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri, eləcədə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan və həmin tələbə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olduğundan şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət 2(004)-1418/2021 saylı mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar