Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1429/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Qafarov Tural Ağacəfər oğlunun və cavabdeh Borclu iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Borclu qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Borclu qarşı “borcun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 173 USD əsas, ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1 faizi həcmində 396 USD cərimə, cəmi 569 USD və 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq kreditor "xxxx" MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2010-cu il tarixli, 2(004)- 5430/2010 saylı əmri ilə borclu ünvan 1 ünvanında yaşayan Borclu "xxxx" MMC-nin xeyrinə 173 ABŞ dolları əsas borc, 396 ABŞ dolları cərimə borcu, cəmi 569 ABŞ dolları və 10 manat dövlət rüsumunun tutulması barədə əmr verilmişdir. Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5430/2010 saylı, 23 sentyabr 2010-cu il tarixli məhkəmə əmrinə etiraz verərək məhkəmə əmrinin ləğv edilib iddia icraatına keçilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5430/2010 saylı, 01 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2010-cu il tarixli, 2(004)-5430/2010 saylı məhkəmə əmri ləğv edilmiş və məhkəmə həmin mülki iş iddia icraatına keçmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Qafarov Tural Ağacəfər oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, Borclu ilə 19.10.2009-ci il tarixdə bağlanmış HHA 8727 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, kreditor borcluya satış qiyməti 210 USD olan “Nokia 5610 red” markalı 1 ədəd mobil telefonunu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Borclu ilə kreditor arasında həmin müqavilə bağlandıqdan sonra ilkin olaraq 19.10.2009-cu il tarixində 37 USD ödəmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Borclu iddia tələbini qismən qəbul edərək əsas borc hissədə iddia tələbini qəbul etdiyini, lakin borcun cərimə hissəsini yüksək hesab edərək, həmin hissədə azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Borclu arasında bağlanmış 19.10.2009-cu il tarixli HHA 8727 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, kredit təşkilatı tərəfindən Borclu satış qiyməti 210 USD olan “Nokia 5610 red” markalı 1 ədəd mobil telefonunu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən kreditor malı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı göstərilən formada ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.10.2009-cu il tarixli qəbzdən müəyyən olunur ki, HHA8727 nömrəli müqavilə üzrə müştəri Borclu ilkin olaraq 37 manat ödəniş etmişdir. İş materiallarında olan ödəniş qarfikindən müəyyən olunur ki, Borclu 19.11.2009-cu il tarixdə 145 USD, 19.12.2009-cu il tarixdə 117 USD, 19.01.2010-cu il tarixdə 89 USD, 19.02.2010-cu il tarixdə 61 USD, 19.03.2010-cu il tarixdə 33 USD ödəniş həyata keçirmiş və 173 USD borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 19.10.2009-cu il tarixli HHA 8727 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Borclu satış qiyməti 210 USD olan “Nokia 5610 red” markalı 1 ədəd mobil telefonunu nisyə satmışdır. Kreditor malı verməyi, borclu isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öhdəsinə götürmüşdür. Cavabdehin 173 ABŞ dolları əsas borc, 396 ABŞ dolları cərimə borcu yaranmışdır. Beləliklə tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Borclu öhdəliyini lazımınca icra etmədiyindən kreditor məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, 19.10.2009-cu il tarixli HHA 8727 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 173 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) əsas borc cavabdeh Borclu tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddiaçı tərəfindən hesablanan 396 (üç yüz doxsan altı) ABŞ dolları cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Bu səbəbdən, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə 05 (beş) ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla Borclu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilən 10 manat məbləğində dövlət rüsumu cavabdeh şəxsə aid edilməli və Borclu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Borclu 19.10.2009-cu il tarixli HHA8727 nömrəli müqavilə üzrə 173 (yüz yetmiş üç) ABŞ dolları ödənilməmiş hissə, 05 (beş) ABŞ dolları cərimə, cəmi 178 (yüz yetmiş səkkiz) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnarə Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1429/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1429/2022
09.03.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver