Məhkəmə qərarları › İş №2(004)-1454/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1454/2020

13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1454/2020 13.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl zinət əşyalarının geri qaytarılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1 ədəd qorka mebel- 500 manat, 1 ədəd taxt- 350 manat, 1 ədəd divan- 400 manat, 1 ədəd çilçıraq- 120 manat, 1 ədəd televizor- 400 manat, 1 ədəd DVD- 80 manat, 1 ədəd paltaryuyan maşın- 560 manat, 1 ədəd elektrik sobası- 90 manat, 1 qaşıq dəsti- 60 manat, 1 qazan dəsti- 120 manat, 1 kiçik qazan dəsti- 30 manat, 1 ədəd qazan- 15 manat, 1 ədəd süzgəc- 10 manat, 1 dəst yemək servisi, 1 dəst çay servisi, 1 dəst kofe servisi- (üçünün cəmi 500 manat), 2 ədəd meyvəqabı 30 manat, 3 ədəd şirniyyat qabı- 50 manat, 1 ədəd göy meyvəqabı- 40 manat, 6 dəst rəngli bakal- 100 manat, 1 ədəd ağ bakal dəsti-20 manat, 1 dəst böyük xrustal bakal dəsti-40 manat, 1 dəst kiçik xrustal bakal dəsti- 30 manat, 6 ədəd armudu stəkan- 30 manat, 2 ədəd xrustal stəkan- 40 manat, 2 ədəd xrustal qəndqabı- 30 manat, 1 sadə bakal dəsti- 15 manat, 1 ədəd külqabı- 10 manat, 1 ədəd xrustal güldan- 15 manat, 1 ədəd külqabı- 5 manat, 1 ədəd lampa- 10 manat, 1 çaynik dəsti- 30 manat, 1 dəst boşqab dəsti- 30 manat, 1 cüt boşqab- 40 manat, 2 dəst boşqab- 15 manat, 3 ədəd pastel dəsti - 100 manat, 2 ədəd süfrə- 30 manat, 2 ədəd yataq örtüsü- 150 manat, 1 ədəd dəsmal dəsti - 20 manat, 1 ədəd iki nəfərlik adeyal- 60 manat, 4 ədəd balış- 40 manat, 1 ədəd pərdə - 100 manat, 2 ədəd çərəzqabı- 10 manat, 1 ədəd misdən kassa- 30 manat, 3 ədəd qədimi piyala kasa- 100 manat, ibarət olan cehiz əşyaları, cəmi 4.435 manat, qızıl-zinət əşyaları: 1 ədəd qızıl boyunbağı 40 qram, 583 əyyarlı-qiyməti 1920 manat, 1 ədəd qızıl qolbaq, 22 qram, 583 əyyarlı-qiyməti 1056 manat, 1 ədəd qızı üzük 8 qram, 750 əyyarlı-qiyməti 600 manat, 1 ədəd qızıl üzük, 7 qram, 750 əyyarlı- qiyməti 525 manat, bir ədəd qızıl üzük 3 qram, 750 əyyarlı-qiyməti 225 manat, bir cüt qızıl sırğa, 8 qram, 583 əyyarlı-qiyməti 384 manat, cəmi dəyəri 4710 manat olan cehiz və qızıl zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi, alınmalı əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa, cavabdehdən alınmalı əmlakların dəyəri, cəmi 9145 manat məbləğində pulun, habelə 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o cavabdehlə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan bir övladı var. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Lakin cehiz və qızıl-zinət əşyaları hələ də cavabdehin evindədir. Cavabdeh həmin əşyaları verməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan uşağı anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Nikah pozulandan sonra iddiaçı cavabdeh ilə birgə yaşadığı evdən çıxıb getmiş, lakin iddiaçının cehiz və qızıl-zinət əşyaları cavabdehin evindədir. İddia tələbi iddaçıya məxsus cehiz və qızıl zinət əşyalarının cavabdeh tərəfindən qaytarılması, bu mümkün olmadıqda isə həmin əşyaların dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədədir. Belə ki, iddiaçının iddia təmin tədbiri barədə ərizəsi təmin edilmiş və icra məmuru mənzilə yerində baxış keçirmiş və bunula bağlı akt tərtib olunmuşdur. Odur ki, o, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, evdən ayrılan vaxt qaynanası toy zamanı hədiyyə olunan bütün qızılları ona vermiş, lakin toydan əvvəl hədiyyə kimi verilən qızılların ona aid olduğunu bildirərək, onları özündə saxlamışdır. O da həmin qızılları götürərək anasının evinə getmişdir. Bundan sonra nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, lakin sonradan cavabdeh ilə barışmış və iddia ərizəsini geri götürmüşdür. Cavabdeh ondan anasının qızılları istədiyi bildirmişdir. O isə qaynanasının özünün qızılları ona verdiyini nəzərə alaraq və lazım olduğunu fikirləşərək qızılları Şahinə vermişdir. Həmin vaxt bacısı da onun yanında olmuşdur. Bacısının toyu ilə əlaqədar rayona gedəndə Şahindən qızıl-zinət əşyalarını tələb etmiş, Şahin müxtəlif bəhanələr gətirərək qızıl-zinət əşyalarını ona verməmişdir. Bundan sonra münasibətləri normal olmadığından yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və o, yenə Şahindən qızıl-zinət əşyalarının geri qaytarmasını istəmişdir. Şahin, ona qızıl-zinət əşyalarını vermədiyini bildirərək, onları qaytarmaqdan imtina etmişdir. O, həmçinin Şahindən cehiz əşyalarını qaytarmasını tələb etdikdə, o əvvəl onun evdə olduğu vaxtda gəlib götürməyini, sonra isə anasının rayonda olduğunu bildirərək yalnız o gəldikdən sonra gəlib götürməyini bildirmişdir. Odur ki, o, hər hansı problemin yaşanmaması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçının cavabdehə məxsus evdə həqiqətən olan cehiz əşyalarının onun tərəfindən aparılmasına heç maneə olmamışdır. İddiaçının yaşadığı ev kiçik olduğundan, cehiz əşyalarının gətirilməsi zamanı cavabdehin evində olan bəzi əşyalar iddiaçının anasının kirayə qaldığı mənzilə aparılaraq müvəqqəti olaraq orada saxlanılmışdır. Lakin iddiaçı anlaşılmayan səbəblərdən buna razı olmayaraq cehiz əşyalarını yalnız məhkəmə qətnaməsi ilə geri götürəcəyini bildirmiş və iddiaçıda olan əşyaların geri qaytarılması ilə bağlı bu günə qədər mübahisəsiz görünən məsələ də açıq qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsini qismən qəbul edərək, bildirmişdir ki, icra məmuru tərəfindən tərtib olunmuş aktda göstərilən və onların evində aşkar olunmuş əşyalardan bəziləri iddiaçı tərəfindən onlara cehiz olaraq gətirilmiş, qalanları isə- 1 ədəd qorka, 1 ədəd taxt, 1 ədəd mis kasa əvvəldən evdə olan əşyalardır. Qızıl zinət əşyalarını isə iddiaçı evdən gedərkən özü ilə aparmışdır. İddiaçı özü də bunu etiraf edir, lakin o, sonradan qızılları yenidən ona qaytardığını bildirir. Guya qızılları onun anası toya taxmaq üçün istəyir. Lakin onun anası ilə iddiaçının üzük, qolbaq ölçüləri fərqlidir. Həmçinin anasının özünün qızıl zinət əşyaları var. Ona görə də o, məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, bacısı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş. bundan iki-üç ay keçdikdən sonra onlar barışmışdır. Bacısı yenə onların evində qalırdı, Şahin isə arada gəlib-gedirdi. Şahin bir gün yenə onlara gəlmiş və Vüsaləyə anasının qızılları istədiyini bildirmişdi. Vüsalə də qızılları ona vermişdir, lakin hansı tarixdə olması yadında deyil. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Nikahın ləğvindən sonra qadına Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Cəfərov tərəfindən tərtib edilmiş aktdan görünür ki, o Yasamal Rayon Məhkəməsinin 2(004)-1454/2020- saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı ünvan 1 ünvanında olmuş və həmin mənzildə aşağıdakı əmlaklar aşkar edilərək siyahıya alınmışdır. 1 (bir) ədəd divan, 1 (bir) ədəd çilçıraq, 1 (bir) ədəd televizor, 1 (bir) ədəd paltaryuyan, 1(bir) ədəd elektrik sobası, 1 (bir) ədəd qaşıq dəsti, 1 (bir) dəst yemək servisi, 1 (bir) dəst çay servisi, 1 (bir) dəst kofe servisi, 2 (iki) ədəd meyvəqabı, 1 (bir) ədəd göy meyvəqabı, 6 (altı) ədəd rəngli bokal, 1 (bir) ədəd ağ bokal dəsti, 1 (bir) dəst kiçik xrustal bokal dəsti, 2 (iki) ədəd xrustal qəndqabı, 1 (bir) ədəd xrustal güldan, 1 (bir) ədəd külqabı, 1 (bir) ədəd lampa, 1 (bir) çaynik dəsti, 1 (bir) ədəd yataq dəsti, 2 (iki) ədəd süfrə, 1 (bir) ədəd pakrıval, 1 (bir) ədəd dəsmal, 1 (bir) ədəd iki nəfərlik odeyal, 2 (iki) ədəd balış, 1 (bir) ədəd pərdə, 1 (bir) ədəd qorka mebel, 1 (bir) ədəd taxt, 1 (bir) ədəd mis kasa. İcra sənədində göstərilən digər əmlaklar və qızıl-zinət əşyaları mənzildə aşkar olunmamışdır. Cavabdeh qızıl-zinət əşyalarının İddiaçı olduğunu bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, iddia ərizəsini qismən etiraf edərək, 1 (bir) ədəd divan, 1 (bir) ədəd çilçıraq, 1 (bir) ədəd televizor, 1 (bir) ədəd paltaryuyan, 1(bir) ədəd elektrik sobası, 1 (bir) ədəd qaşıq dəsti, 1 (bir) dəst yemək servisi, 1 (bir) dəst çay servisi, 1 (bir) dəst kofe servisi, 2 (iki) ədəd meyvəqabı, 1 (bir) ədəd göy meyvəqabı, 6 (altı) ədəd rəngli bokal, 1 (bir) ədəd ağ bokal dəsti, 1 (bir) dəst kiçik xrustal bokal dəsti, 2 (iki) ədəd xrustal qəndqabı, 1 (bir) ədəd xrustal güldan, 1 (bir) ədəd külqabı, 1 (bir) ədəd lampa, 1 (bir) çaynik dəsti, 1 (bir) ədəd yataq dəsti, 2 (iki) ədəd süfrə, 1 (bir) ədəd yataq örtüyü, 1 (bir) ədəd dəsmal, 1 (bir) ədəd iki nəfərlik odeyal, 2 (iki) ədəd balış, 1 (bir) ədəd pərdə hissəsində qəbul edir, lakin 1 ədəd qorka, 1 ədəd taxt və 1 ədəd mis kasa və qızıl-zinət əşyaları hissəsində qəbul etmir. 1 ədəd qorka, 1 ədəd taxt və 1 ədəd mis kasa icra məmuru tərəfində mənzildə aşkar edilsə də onlar iddiaçıya məxsus deyil, qorka və taxt mənzildə əvvəldən mövcud olan əşyalardır, mis kasanı isə özü almışdır. Məhkəmə ilkin olaraq iddia tələbinin iddiaçıya məxsus cehiz əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması hissəsi üzrə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlamış iddia tələbinin qismən etiraf edilməsi barədə ərizədən görünür ki, cavabdeh 1 (bir) ədəd divan, 1 (bir) ədəd çilçıraq, 1 (bir) ədəd televizor, 1 (bir) ədəd paltaryuyan, 1(bir) ədəd elektrik sobası, 1 (bir) ədəd qaşıq dəsti, 1 (bir) dəst yemək servisi, 1 (bir) dəst çay servisi, 1 (bir) dəst kofe servisi, 2 (iki) ədəd meyvəqabı, 1 (bir) ədəd göy meyvəqabı, 6 (altı) ədəd rəngli bokal, 1 (bir) ədəd ağ bokal dəsti, 1 (bir) dəst kiçik xrustal bokal dəsti, 2 (iki) ədəd xrustal qəndqabı, 1 (bir) ədəd xrustal güldan, 1 (bir) ədəd külqabı, 1 (bir) ədəd lampa, 1 (bir) çaynik dəsti, 1 (bir) ədəd yataq dəsti, 2 (iki) ədəd süfrə, 1 (bir) ədəd yataq örtüyü, 1 (bir) ədəd dəsmal, 1 (bir) ədəd iki nəfərlik odeyal, 2 (iki) ədəd balış, 1 (bir) ədəd pərdənin iddiaçı onda olmasını etiraf etmişdir. Cavabdeh iddia tələbini 1 ədəd qorka, 1 ədəd taxt və 1 ədəd mis kasanın verilməsi hissəsində qəbul etməsə də məhkəmə belə hesab edir ki, 1 ədəd qorka, 1 ədəd taxt və 1 ədəd mis kasa da cavabdeh alınaraq iddiaya verilməlidir. Belə ki, iş materiallarında olan İcra məmuru İ.Cəfərov tərəfindən tərtib edilmiş aktdan da görünür ki, həmin əşyalar mənzildə aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia tələbi qismən qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması hissəsi üzrə qeyd edir ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Belə ki, İddiaçı özünə məxsus olan iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının cavabdehdən geri tələb etdiyi üçün həmin əşyaların həqiqətən də hazırda cavabdehin qanunsuz sahibliyində olması xüsusatlarını sübut etməlidir. Lakin iddiaçı iddianın əsası kimi istinad etdiyi göstərilən əşyaların cavabdehə məxsus evdə yerləşdiyini sübut edəcək hal kimi yalnız şahid ifadəsini təqdim etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi bu hissədə hər hansı bir fakta deyil, ehtimallar əsasında qurulduğundan, iddia ərizəsində göstərilən hallar isə məhkəmə iclasında öz əksini tapmadığından və sübuta yetirilmədiyindən, iddiaçıya məxsus qızıl-zinət əşyalarının Cavabdeh alınaraq iddiaçıya verilməsi hissəsi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçıya məxsus 1 ədəd divan, 1 ədəd çilçıraq, 1 ədəd televizor, 1 ədəd paltaryuyan, 1 ədəd elektrik sobası, 1 ədəd qaşıq dəsti, 1 dəst yemək servisi, 1 dəst çay servisi, dəst kofe servisi, 2 ədəd meyvəqabı, 1 ədəd göy meyvəqabı, ədəd rəngli bokal, 1 ədəd ağ bokal dəsti, 1 dəst kiçik xrustal bokal dəsti, 2 ədəd xrustal qəndqabı, 1ədəd xrustal güldan, 1 ədəd külqabı, 1 ədəd lampa, 1 çaynik dəsti, 1 ədəd yataq dəsti, 2 ədəd süfrə, 1 ədəd yataq örtüyü, 1 ədəd dəsmal, 1 ədəd iki nəfərlik odeyal, 2 ədəd balış, 1 ədəd pərdə, 1 ədəd qorka mebel, 1 ədəd taxt, 1 ədəd mis kasa Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 15 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçıya məxsus 1 (bir) ədəd divan, 1 (bir) ədəd çilçıraq, 1 (bir) ədəd televizor, 1 (bir) ədəd paltaryuyan, 1(bir) ədəd elektrik sobası, 1 (bir) ədəd qaşıq dəsti, 1 (bir) dəst yemək servisi, 1 (bir) dəst çay servisi, 1 (bir) dəst kofe servisi, 2 (iki) ədəd meyvəqabı, 1 (bir) ədəd göy meyvəqabı, 6 (altı) ədəd rəngli bokal, 1 (bir) ədəd ağ bokal dəsti, 1 (bir) dəst kiçik xrustal bokal dəsti, 2 (iki) ədəd xrustal qəndqabı, 1 (bir) ədəd xrustal güldan, 1 (bir) ədəd külqabı, 1 (bir) ədəd lampa, 1 (bir) çaynik dəsti, 1 (bir) ədəd yataq dəsti, 2 (iki) ədəd süfrə, 1 (bir) ədəd yataq örtüyü, 1 (bir) ədəd dəsmal, 1 (bir) ədəd iki nəfərlik odeyal, 2 (iki) ədəd balış, 1 (bir) ədəd pərdə, 1 (bir) ədəd qorka mebel, 1 (bir) ədəd taxt, 1 (bir) ədəd mis kasa Cavabdeh alınaraq iddiaçıya verilsin. 15 (on beş) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar