Məhkəmə qərarları › İş №2(004)-1473/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1473/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1473/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin 50% məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin 50% məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 3039/2020 saylı qətnaməsi ilə İddiaçı qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin 50% məbləğinin yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 izahat verərək bildirir ki, iddiaçı cavabdehlə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Yasamal rayon Məhkəməsinin 2(004)-3039/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında Səadət Sarayı-Bakı Nikah Evində xx.xx.2013-cü il tarixdə 1731 №-li akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 anaları X1 yanında qalması və xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçıdan yanvar ayında 2725 manat məbləğində, fevral ayında isə 2961.59 manat məbləğində aliment tutulmuşdur. Uşağın təhsil haqqını da iddiaçı ödəyir. Həmçinin cavabdeh “xxxx” QSC-də çalışır və aylıq 1200 manat məbləğində əmək haqqı alır. Tutulan alimentin məbləği yüksək olduğundan, həmçinin cavabdehin əmək haqqısı kifayət qədər yüksək olduğundan alimentin bir hissəsinin uşaqların adına açılan bank hesabına köçürülərək uşaqların gələcəkdə tələbatlarının ödənilməsinə sərf edilməsinin uşaqların mənafeyinə uyğun olduğunu hesab edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirir ki, nümayəndəsi və vəkilinin verdiyi izahatı təsdiq edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir. İddiaçı indiyə qədər cəmi 1-2 dəfə aliment ödəmişdir. Cavabdehin əmək haqqısına gəldikdə isə bildirir ki, cavabdeh işdən azad edilə bilər. Əgər iddiaçı əlavə bank hesabına pul köçürmək istəyirsə, bank hesabı açaraq hesaba alimentdən əlavə pul köçürə bilər. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materillarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-3039/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında Səadət Sarayı- Bakı Nikah Evində xx.xx.2013-cü il tarixdə 1713 №-li akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalması və xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarında olan “xxxx“ LTD Şirkətinin Azərbaycan Respublikasındakı fililalı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən “xxxx“ LTD Şirkətində çalışır və onun aylıq ümumi əmək haqqısı 7240 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndinə əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 175 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə, İddiaçı əmək haqqısının 7240 manat təşkil etməsini və İddiaçı hər ay qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulacaq alimentin miqdarının bir uşaq üçün yaşayış minimumundan bir neçə dəfə artıq olmasını, uşağın təhsil haqqının iddiaçı tərəfindən ödənildiyini nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hazırki vəziyyətdə uşaqların mənafeyini, işin hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3039/2020 saylı qətnaməsi ilə İddiaçı qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin 50% məbləği yetkinlik yaşına çatmayan xx.xx.2019cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 adına açılmış bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, alimentin müəyyən hissəsinin yetkinilk yaşına çatmayan uşağın adına açılacaq hesaba köçürülməsi, uşağın yetkinlik yaşına çatdıqdan sonra həmin puldan özü üçün istifadə edilməsinə xidmət edir ki, bu da uşağın gələcək təminatı üçün zəruridir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən uşaq 18 yaşına çatdıqdan sonra tam fəaliyyət qabiliyyətli və müstəqil hesab olunur. Bu səbəbdən yetkinlik yaşına çatmış uşağın valideyn himayəsindən çıxdıqdan sonra hesabda pul vəsaitinə malik olması, bir müddət təhsilinə və digər xərclərinin ödənilməsinə köməklik edəcəkdir ki, bu da uşağın maraqları ilə uzlaşır. Digər tərəfdən uşaq yetkinlik yaşına çatanadək ehtiyac meyarı əsaslandırılmaqla pulun çıxarılmasına zərurət yarandığı halda isə məhkəmə hesab edir ki, pulun çıxarımlası hər iki valideynin qarşılıqlı razılığı ilə həyata keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hesab üzrə hər hansı məbləğin çıxarılması iddiaçının razılığı ilə yalnız uşağın yetkinlik yaşına çatanadək olan dövr üçün tətbiq edilməli, uşaq yetkinlik yaşına çatdıqdan sonra həmin hesab üzrə uşaq özü müstəqil şəkildə sərəncam verməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3039/2020 saylı qətnaməsi ilə İddiaçı qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin 50% məbləği yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 adına açılmış bank hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3039/2020 saylı qətnaməsi ilə İddiaçı qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin 50% məbləği yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 adına açılmış bank hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar