Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1474/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən yaranan və icra olunmamış öhdəliyə münasibətdə 350 manat, mülkiyyətində olan “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1225 manat, dövlət rüsumu olaraq ödənilmiş 40 manat pulun Cavabdeh1 və Cavabdeh2, mənəvi zərərə görə isə 200 manat pulun Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müqavilədən yaranan və icra olunmamış öhdəliyə münasibətdə 350 manat, mülkiyyətində olan “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1225 manat, dövlət rüsumu olaraq ödənilmiş 40 manat pulun Cavabdeh1, mənəvi zərərə görə isə 200 manat pulun Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında bağlanan müqaviləyə əsasən “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilin ilkin alqı-satqısı barədə razılaşma əldə olunmuşdur. Müqavilədə qeyd olunanlara əsasən alıcı “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobili 1000 manat məbləğində ilkin ödəniş, hər ay 350 manat olmaqla, ümumilikdə 13600 manat məbləğində ödəniş ödəməklə almağı öhdəsinə götürmüşdür. Müqavilə bağlanarkən Muxtarov Səlim şahid qismində iştirak etmişdir. Bu zaman öhdəlik tam icra olunanadək Cavabdeh2 avtomobili idarə etmək üçün ƏN-Vİİ seriyalı 245394 qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli etibarnamə vermişdir. Müqavilə bağlandıqdan sonra alıcı yalnız ilkin ödənişi, yəni 1000 manat ödəmişdir. Hər ay müəyyənləşdirilmiş pul məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Dəfələrlə telefon danışıqlarına baxmayaraq heç biri reallaşmamışdır. Yalnız 2024-cü ilin təxminən noyabr ayında ilkin ödəniş olan 1000 manat pul ödəmişdir. Cavabdeh pulu ödəmədiyi üçün avomobili qaytarması barədə xəbərdarlığına baxmayaraq o pulu yaxın vaxtlarda qaytaracağını vəd edərək bundan imtina etmişdir. Cavabdeh “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomibili ciddi şəkildə zədələmiş və bunu aradan qaldırmaq üçün heç bir tədbir görməmişdir və avtomobil idarə olunmayacaq vəziyyətə salmışdır. Belə ki, cavabdehə dəfələrlə telefon zəngləri etməyinə baxmayaraq o zənglərinə cavab verməmiş, avtomobili geri qaytarmaqdan imtina etmişdir. Daha sonra o və dostu Muxtarov Səlim avtomobilin üzərində olan GPS vasitəsilə 5 saat çəkən axtarışdan sonra avtomoblini Xocasən qəsəbəsində bərbad yolu olan dərə-təpəlik bir ərazidən tapmışlar. Avtomobili evakuator xidməti vasitəsilə servisə aparmış və servisdə 02 Dekabr 2024-cü il tarixində “qüsur aktı” tərtib olunmuşdur. Həmin qüsur aktından da göründüyü kimi avtomobilinə 1225 manat zərər dəymişdir. Ailə münasibətlərində yaranan anlaşmazlıq səbəbindən boşanmışdır. Hal-hazırda 2 övladı üçün aliment ödəyir. Aldığı əlillik pensiyası aliment öhdəliyini və digər xərcləri qarşılamadığı üçün öz mülkiyyətində olan “Mitsubishi Airtrek” markalı, ZZ-113- PP qeydiyyat nişanlı avtomobili ilkin alqı-satqı müqaviləsi ilə Cavabdeh1 istifadəsinə vermişdir. Cavabdehlə qarşılıqlı razılığa əsasən müəyyənləşdirdikləri aylıq 350 (dörd yüz) AZN olmaqla aylıq ödəniş ona xəstə anasını saxlamaq və məişət ehtiyaclarını qarşılamaq üçün lazım idi. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən olduqca çıxılmaz vəziyyətdə qalmışdır. Yaşayış şəraiti çətinləşmişdir. Müqavilə bağlandıqdan sonra, Cavabdeh1 müqavilə üzrə öhdəliyini icra etməmişdir. Eyni zamanda bu zaman işin bütün halları ilə yaxından tanış olan digər Cavabdeh3 ona heç bir problem olmayacağı, digər cavabdehin pulu axır- əvvəl qaytaracağını bildirmişdir. Vəziyyətindəki həssaslığı qeyd edərək pul qazanmağın yeganə variantının bu olmasını və səbirli olmağını bildirmişdir. Cavabdehin bu təkidlərindən sonra digər Cavabdeh1 tərəfindən öhdəliyin icra olunmasını gözləmişdir. Bu müddətdə əzəb, əziyyət çəkmiş, daxili sarsıntı keçirmişdir. Aliment öhdəliyini aldığı əlillik pensiyası ilə qarşılamış, xəstə anasına qulluq etmək və məişət ehtiyaclarını qarşılamaq üçün borc almışdır. Bütün bu zaman çərçivəsində avtomobili təhvil almaqda göstərdiyi bütün cəhdlərin qarşısını Cavabdeh3 yalançı təsəlliedici cümlələrlə almışdır və bunun nəticəsidir ki, cavabdeh öhdəliklərinin heç birini icra etmədən avtomobillə qəza törətmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli daxili müqavilədən görünür ki, İddiaçı mülkiyyətində olan “Mitsubishi Airtrek” markalı, ZZ- 113-PP qeydiyyat nişanlı avtomobili ilkin ödəniş 1000 manat, aylıq ödəniş isə 350 manat olmaqla 13600 manata satılması barədə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Qeydiyyat Şəhadətnaməsindən görünür ki, “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan ƏN-Vİİ seriyalı 245394 qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti vermişdir. Etibarnamə 8 il 8 ay 18 gün müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilə 1225 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilin ilkin ödəniş 1000 manat, aylıq ödəniş isə 350 manat olmaqla 13600 manata satılması barədə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh1 “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti vermişdir. Belə ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, avtomobili Cavabdeh1 istifadəsinə vermiş, lakin Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bir müddət sonra 2024-cü ilin noyabr ayında 1000 manat ilkin ödənişi etsə də, aylıq ödənişləri ödəməmişdir. İddiaçı avtomobilinin geri qaytarılmasını tələb etsə də, cavabdeh pulu yaxın vaxtlarda qaytaracağını vəd edərək bundan imtina etmişdir. Sonradan avtomobil zədələnmiş bir şəkildə tapılmışdır. xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, avtomobilin Cavabdeh1 istifadəsində olduğu müddətdə “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilə 1225 manat məbləğində zərər dəymişdir. Hazırda İddiaçı müqavilədən yaranan və icra olunmamış öhdəliyə münasibətdə 350 manat, mülkiyyətində olan “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1225 manat, dövlət rüsumu olaraq ödənilmiş 40 manat pulun Cavabdeh1 və Cavabdeh2, mənəvi zərərə görə isə 200 manat pulun Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Göründüyü kimi, avtomobil Cavabdeh1 istifadəsində olduğu müddətdə “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilə zərər dəymiş və nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh1 mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 maddi zərərə görə 1225 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilə 1225 manat məbləğində zərər dəymişdir. Məhkəmə iddia tələbinin “müqavilədən yaranan və icra olunmamış öhdəliyə münasibətdə 350 manat məbləğində pulun iddiaçıya ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin olunmamalıdır. İddiaçının məhkəmə iclasında verdiyi izahatından da bəlli olur ki, müqavilənin predmetini təşkil edən avtomobili geri almışdır, nəticədə tərəflər arasında bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Belə olduğu təqdirdə iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyin icrasını tələb edə bilməz. Məhkəmə İddiaçı Cavabdeh3 qarşı olan mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, Cavabdeh3 tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat pul da Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 maddi zərərə görə 1225 (bir min iki yüz iyirmi beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi zərərə görə 1225 (bir min iki yüz iyirmi beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1474/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1474/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər ü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver