Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-643/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və sair tələbinə dair mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 106 saylı “mənzilin alqı-satqı müqaviləsi”nin şərtlərinə əsasən ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış evinin B blokunun, 17-ci mərtəbəsində, ümumi sahəsi 140 kv.m olan, 3 otaqlı, 99 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTKnın üzərinə qoyulması, dəymiş maddi zərərə görə 10000 manatın və mənəvi zərərə görə 3500 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh MTK-nın fəaliyyətinin araşdırması məqsədi ilə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-204/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və sair tələbinə dair” iddia ərizəsi mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Əfqan Ələkbərov). Məhkəmə qeyd etmişdir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh MTK Şuşa rayonu, Mirzələr qış yatağında rəsmi qeydiyyatdadır. İddiaçının tələbi bilavasitə tərəflər arasında bağlanmış müqavilə şərtlərindən, həmin saziş üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin icra olunmamasından irəli gəlir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(077)-103/2024 nömrəli qərardadı ilə müki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Sərdar Mehrəliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmamışdır. Belə ki, əsas iddia tələbi daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaqla bağlı olduğundan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən iddia ərizəsini daşınmaz əşyanın olduğu yerə görə məhkəməyə vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 106 saylı “mənzilin alqı-satqı müqaviləsi”ndən görünür ki, müqavilənin əsas predmetini ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış evinin B blokunun, 17-ci mərtəbəsində, ümumi sahəsi 140 kv.m olan, 3 otaqlı, 99 saylı mənzil təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 106 saylı Mənzilin alqı-satqı müqaviləsindən isə görünür ki, müqavilənin əsas predmetini ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış evinin B blokunun, 17-ci mərtəbəsində, ümumi sahəsi 140 kv.m olan, 3 otaqlı, 99 saylı mənzil təşkil edir. Qeyd edilən maddədə qanunverici iddiaçının seçməsinə görə aidiyyətin əsaslarını müəyyən etmişdir. İstinad olunan maddənin mənasına görə müqavilənin icra yerinə görə iddia o zaman verilə bilər ki, həmin iddia icra yeri göstərilən müqavilədən əmələ gəlmiş olsun. Hazırkı iddia isə yuxarıda qeyd olunan müqavilədən irəli gələn Sumqayıt şəhərində yerləşən mənzilin təhvil verilməsi ilə bağlıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, MPM-in 36.11-ci maddəsinə əsasən iddiaçının seçiminə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddianın müqavilənin icra yerinə görə də verilə bilməsi imkanı nəzərdə tutulduğundan, işə iddia ərizəsinin iddiaçının seçiminə görə verildiyi Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 36.11, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və sair tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-643/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-643/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər ü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver