Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1477/2024 06.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı sığorta və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı sığorta və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4943 manat məbləğində sığorta ödənişinin, habelə 70 manat dövlət rüsumu, 40 qəpik bank xidməti haqqı, vəkilin göstərdiyi hüququ yardıma görə ödənilmiş 170 manat, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 17,25 manat, cəmi: 257 manat 65 qəpik məhkəmə xərclərinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı qızna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan və faktiki yaşadığı, ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 43.1 kvm., köməkçi sahəsi 54,64 kvm. olan 2 otaqlı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə icbari sığorta qaydasında "xxxx" ASC tərəfindən sığortalanmış və bu barədə RXA********** nömrəli sığorta şəhadətnaməsi verilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq sığorta məbləği 25000 (iyirmi beş min) manat müəyyən edilmişdir. 06 iyul 2023-cü il tarixdə axşam saat 20:23 radələrində evdə yanğın baş vermişdir. Yanğın baş verən zaman ailə üzvləri evdə olmamışlar. Yanğın barədə qonşular yanğın söndürmə xidmətinə məlumat vermişlər və yanğın söndürmə xidmətinin əməkdaşları yanğını söndürmüşlər. Amma söndürülənə qədər evin bir hissəsi tam yararsız vəziyyətə düşmüş və yanğın nəticəsində iddiaçıya xeyli məbləğdə ziyan dəymişdir. Yanğın barədə Fövqəlada Hallar Nazirliyinin X7 Xidməti tərəfindən 13 iyul 2023-cü il tarixli Akt tərtib edilmişdir. Aktla müəyyən edilmişdir ki, evin tavanından çəkilmiş elektrik xətlərində baş vermiş qəza yanğına səbəb olmuşdur. Yanğınla əlaqədar əvvəlcə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsində təhqiqat aparılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməlyyyat-İstintaq İdarəsində təhqiqat aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 sentyabr 2023-cü il tarixli qərar qəbul etmişdilər. Təhqiqatın gedişində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5653 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən yanğın nəticəsində ünvan 2 ünvanında yerləşən, İddiaçı qızma məxsus fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan 4943 manat təşkil edir. Amma "xxxx" ASC-nin 21 iyul 2023-cü il tarixli elektron bildirişlə dəymiş ziyanın 2357 manat məbləğində qiymətləndirildiyi barədə məlumat verilmişdir. İddiaçı 27 oktyabr 2023-cü il tarixli ərizə ilə "xxxx" ASC-nin Sığorta hadisələrinin Tənzimlənməsi İdarəsinin müdiri Mahir İsmayılova müraciət edərək, yanğın nəticəsində dəymiş 4943 manat məbləğində zərərin tam məblğdə ödənilməsini xahiş etmişdir. Eləmin müraciətə "xxxx" ASC İdarə Heyətinin 03 noyabr 2023-cü il tarixli xx/xx-1753 saylı məktubla sığorta məbləğinin ödənilməsindən tamamilə imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, guya faydalanan şəxsin yanğın hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər hadisəyə səbəb olmuşdur və bu da sığorta hadisəsi hesab edilmir. Halbuki yanğın hadisəsinin baş verməsində iddiaçının heç bir qəsdi və ya digər formada təqsiri olmamışdır. Tərtib edilmiş aktda və təhqiqat materiallarında iddiaçının hadisənin baş verməsinə yönəldilmiş hər hansı qəsdi müəyyən edilməmişdir. Ona görə də, sığorta ödənişindən imtina tamamilə əsassız və qeyri qanunidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti AZEMİS vasitəsilə xx.xx.2024-cü il tarixdə etiraz ərizəsilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, İddiaçı mülkiyyətində olan və faktiki yaşadığı, ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 43.1 kvm., köməkçi sahəsi 54.64 kvm., olan 2 otaqlı fərdi yaşayış evi, "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış, xx.xx.2023-cü il tarixli, RXA********** nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Fövqəladə Hallar Nazirliyinin X8 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli yanğının baş verməsi ilə bağlı akt tərtib edilmişdir. Həmin aktla müəyyən edilmişdir ki, evin tavanından çəkilmiş elektrik xətlərində baş vermiş qəza yanğına səbəb olmuşdur. AR FHN Əməliyyat İstintaq-İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar onunla əsaslanmışdır ki "06 iyul 2023-cü il tarixində, saat 21:00 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində tərəflərindən yanğın təhlükəzliyi qaydalarının 2.3.3.1, 2.3.3.2 və 2.3.5-ci bəndlərinə riayət edilməməsi nəticəsində yataq otağının tavan hissəsi ilə çekilmiş elektrik xətlərində yaranmış qəza (qısaqapanma, artıq yüklənmə, yüksək küçid müqaviməti) səbəbindən hadisənin bas verdivi müəyyən edilmişdir." İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə "xxxx" ASC-nin Sığorta hadisələrinin Tənzimlənməsi İdarəsinə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq, xx.xx.2023-cü il tarixli, xx/xx-1753 saylı məktubla bildirilmişdir ki, “...AR FHN Əməliyyat-İstintaq idarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarından məlum olmuşdur ki, 06 iyul 2023-cü il tarixində, saat 21:00 radələrində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində iddiaçı tərəfindən X1na riayət edilməməsi nəticəsində, fərdi yaşayış evinin yataq otağının tavan hissəsi ilə çəkilmiş elektrik xətlərində yaranmış qəza (qısaqapanma, artıq yüklənmə, yüksək keçid müqaviməti) səbəbindən hadisənin baş verdiyi müəyyən edilmişdir. Məhz tərəflərindən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik şəbəkələrinə vaxtı-vaxtında profilaktiki baxışların keçirilmədiyindən və elektrik qurğuları qısa qapanmadan, eləcədə yanğın törədə bilən digər qeyri nominal vəziyyətlərdən müdafiə olunmadığından yanğın hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023- cü il tarixli 10/5652 nömrəli ekspert rəyindən göründüyü kimi, “X1” (YTQ 02-2002) 1.2 bəndində əsasən fərdi yaşayış evinin elektik şəbəkələrinə vaxtı-vaxtında profilaktiki baxışların keçirilməsi, eləcə də elektrik qurğuları qısa qapanmalardan və yanğın törədə bilən digər qeyri nominal vəziyyətlərdən müdafiə olunması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binaları üçün X1”nın (YTQ 02-2002) 2.3.3.1, 2.3.3.2, 2.3.5 bəndlərinin tələbləri fərdi vaşayıs evinin sahibi tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023- cü il tarixli 10/5652 nömrəli məhkəmə tikinti-texniki ekspert rəyi və AR FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarı ilə yanğın hadisəsinin baş verməsində iddiaçının təqsirinin olması birbaşa olaraq sübuta yetirilir. Belə ki, iddiaçı tərəfindən “X1” riayət edilməməsi əvvəlcədən yanğın hadisəsinin qarşısını almaq üçün lazımi tədbirlər görməməsi (elektrik sisteminə mütəmadi baxış və texniki qulluq, təhlükəsiz elektrik cihazlarından istifadə və s) və X1na əməl etməməsi yanğının baş verməsinə səbəb olmuşdur. Buna görə də, həmin yanğın hadisəsi sığorta hadisəsi hesab edilmir və cavabdeh ilə bağlanmış icbari sığorta müqaviləsi üzrə sığorta ödənişinin ödənilməsi ilə bağlı hüquqi əsaslar mövcud deyil. Əlavə olaraq, hesab edirlər ki, cavabdehin sğorta ödənişi ödəmək öhdəliyi daşımadığı vəziyyətdə İddiaçı məhkəməyə müraciət etməsi ilə bağlı xərcləri - vəkil xidmət haqqını, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş məbləğini cavabdehdən tələb etməsi absurtdur. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “4943 manat sığorta məbləğinin və məhkəmə xərclərinin ödənilməsinə” dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Dövlət Reyestri Xidməti yanında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, döngə 1-də istifadədə olan 0.01417 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.1 kv.m vaşayış, 54.64 kv.m köməkçi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evi tam nülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 5294 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İş materiallarında olan BB seriyalı 879887 nömrəli daşınmaz əmlakın icbari sığortası şahadətnaməsinin surətindən görünür ki, ünvan 1 fərdi yaşayış evi 31 may 2023-cü il tarixdən 31 may 2024-cü il tarixinədək 25000 manat məbləğində sığorta olunmuşdur. 250 manat azad olunma məbləği müəyyən edilmişdir. İş materiallarında olan Fövqəlada Hallar Nazirliyinin X7 Xidməti tərəfindən tərtib edilmiş 13 iyul 2023-cü il tarixli “yanğın haqqında akta” əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin tavanından çəkilmiş elektrik xətlərində baş vermiş qəza yanğına səbəb olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5652 nömrəli məhkəmə yanğın-texniki ekspertizasının rəyinə əsasən, yanğın nəticəsində ünvan 2 ünvanında yerləşən, İddiaçı qızna məxsus fərdi yaşayış evinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə, baş vermiş yanğının mənbəyi, evin yataq otağının tavan hissəsində olmuşdur. Yanğın, iş materiallarında göstərildiyi kimi yəni, mənbə zonasının yaxınlığında olan elektrik xəttlərində yaranmış qəza (qısa qapanma, artıq yüklənmə, yüksəd keçid müqaviməti) halından baş verməsi üçün xarakterikdir. Yanğın, elektrik xəttlərində yaranmış qəza (qısa qapanma, artıq yüklənmə, yüksəd keçid müqaviməti) halından baş verdiyi halda, baş vermiş hadisə ilə əlaqədar “X1” (YTQ 02-2002) 1.2, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayıs evləri və inzibati binaları üçün X1”nın (YTQ 02-2002) 2.3.3.1, 2.3.3.2, 2.3.5 bəndlərinin tələbləri pozulmuşdur. “X1” (YTQ 02-2002) 1.2 bəndində əsasən fərdi yaşayıs evinin elektik şəbəkələrinə vaxtı-vaxtında profilaktiki baxışların keçirilməsi, eləcə də elektrik qurğuları qısa qapanmalardan və yanğın törədə bilən digər qeyri nominal vəziyyətlərdən müdafiə olunması təmin edilmədiyinə görə, bas vermiş hadisə ilə əlaqədar “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayıs evləri və inzibati binaları üçün X1”nın (YTQ 02-2002) 2.3.3.1, 2.3.3.2, 2.3.5 bəndlərinin tələbləri fərdi vaşayıs evinin sahibi tərəfindən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5653 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, yanğın nəticəsində ünvan 2 ünvanında yerləşən, İddiaçı qızna məxsus fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan 4943 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, 06 iyul 2023-cü il tarixdə, saat 21 radələrində, ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğın faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 03 noyabr 2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, iddiaçı tərəfindən X1na riayət edilməməsi nəticəsində yanğın hadisəsinin baş verməsində birbaşa təqsiri olduğu üçün şirkət tərəfindən bağlanmış icbari sığorta müqaviləsi üzrə sığorta ödənişinin ödənilməsi ilə bağlı hüquqi əsaslar mövcud deyildir. İş materiallarında olan Bakı şəhəri 6 saylı vəkil bürosu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ******************** nömrəli hesaba 170 (yüz yetmiş) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən 70 (yetmiş) manat, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 09 dekabr 2023-cü il tarixli AR-İİİ seriyalı 211062 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Vəkil 3 (üç) il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək etibarnamə verilmişdir. Bu etibarnamə Bakı şəhəri 50 saylı Notariat Kontorunda xx.xx.2023-cü il tarixdə reyestrdə 7E-24979 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş, 17,25 manat haqq tutulmuşdur. İşin müəyyən edilmiş halları odur ki, İddiaçı mülkiyyətində olan və faktiki yaşadığı, ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 43.1 kvm., köməkçi sahəsi 54,64 kvm. olan 2 otaqlı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə icbari sığorta qaydasında "xxxx" ASC tərəfindən sığortalanmış və bu barədə RXA********** nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Sığorta məbləği 25000 (iyirmi beş min) manat müəyyən edilmişdir. 06 iyul 2023cü il tarixdə ünvan 1 ünvanda yerləşən mənzildə yanğın hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5653 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, “X1” (YTQ 02-2002) 1.2 bəndində əsasən fərdi yaşayıs evinin elektik şəbəkələrinə vaxtı-vaxtında profilaktiki baxışların keçirilməsi, eləcə də elektrik qurğuları qısa qapanmalardan və yanğın törədə bilən digər qeyri nominal vəziyyətlərdən müdafiə olunması təmin edilmədiyinə görə, bas vermiş hadisə ilə əlaqədar “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayıs evləri və inzibati binaları üçün X1”nın (YTQ 02-2002) 2.3.3.1, 2.3.3.2, 2.3.5 bəndlərinin tələbləri fərdi vaşayıs evinin sahibi tərəfindən pozulmuşdur. Göründüyü kimi, baş vermiş yanğın hadisəsində iddiaçının hadisənin baş verməsinə yönəldilmiş qəsdən hər hansı hərəkətin edilməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin sözügedən hadisəni sığorta hadisəsi hesab etməyərək, sığorta ödənişinin edilməsindən imtinası əsaslı olmamışdır. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; Qanunun 36.3.1-ci maddəsinə əsasən, əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər; Məhkəmə sığorta ödənişinin məbləğinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5653 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyi mötəbər sübut kimi qəbul edilərək, müəyyən edilmiş 4943 manat məbləğindən 250 manat azad olma məbləği çıxılmaqla, 4943-250=4693 manat məbləğində pul cavabdeən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.1-ci maddəsinə əsasən, icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Mülki Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Mülki Məcəllənin 898.4-cü maddəsinə əsasən, şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 170 (yüz yetmiş) manat, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat, 0,40 (qırx qəpik) manat bank xidmət haqqına dair qəbzlər əlavə edildiyindən, həmin məbləğlər də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4693 (dörd min altı yüz doxsan üç) manat sığorta ödənişi, hüquqi yardıma görə ödənilmiş 170 (yüz yetmiş) manat, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 4950,65 (dörd min doqquz yüz əlli manat altmış beş qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4693 (dörd min altı yüz doxsan üç) manat sığorta ödənişi, hüquqi yardıma görə ödənilmiş 170 (yüz yetmiş) manat, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 4950,65 (dörd min doqquz yüz əlli manat altmış beş qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1477/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1477/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver