Məhkəmə qərarları › İş №2(004)-1478/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1478/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1478/2021 23.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından dünyaya gəlmiş övladları X1 təhsili üçün iddiaçı tərəfindən “Evrika” Liseyinə ödənilmiş 20.000 manat pul məbləğinin ½ hissəsi, yəni 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması, tutulan məbləğin 5.100 manat hissəsinin Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-456/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçıdan tutulmalı olan aliment məbləği ilə əvəzləşdirilməsi və qalan məbləğin, yəni 4.900 manat pul vəsaitinin isə Cavabdeh tutularaq iddiaçıya ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər ilk dəfə 2005-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, 2012-ci ildə boşanmışlar. xx.xx.2015-ci ildə yenidən rəsmi nikaha daxıl olmuşlar. xx.xx.2018-ci ildə ikinci dəfə tərəflərin nikahı rəsmi qaydada pozulmuşdur. Tərəflərin birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı iki övladı var. Tərəflərin nikahı ilk dəfə pozularkən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-456/2012 nömrəli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2011-ci il tarixdən başlayaraq İddiaçı Əmirova (Hüseynova) Nərminə Faiq qızının xeyrinə hər ay 100 manat aliment tutulması qət edilmişdir. Eyni zamanda, tərəflərin ikinci dəfə nikahı məhkəmə qaydasında xx.xx.20158-ci ildə pozularkən onların birgə nikahından doğulmuş iki övladının saxlanması üçün hər ay hər uşaq üçün xx.xx.2018-ci il tarixdən başlayaraq alimentin tutulması qət edilmişdir. İlk icra vərəqəsi üzrə bir uşaq üçün xx.xx.2011-ci ildən xx.xx.2018-ci ilə kimi ödənilməli olan aliment məbləğindən, iddiaçının real olaraq ödədiyi aliment məbləğləri çıxılandan sonra, hazırda İddiaçı ilk icra vərəqəsi üzrə cəmi 5.100 manat alimentin ödənilməsi Cavabdeh tərəfindən tələb edilir. Nəzərə almaq lazımdır ki, İddiaçı xx.xx.2011-ci ildən bir uşaq üçün aliment tutulması barədə qətnamə olsa da, xx.xx.2015-ci ildə tərəflər yenidən rəsmi nikaha daxil olaraq birlikdə yaşamış və həmin dövrdən etibarən Əmil Əmirov öz övladı – Saməddin Əmirovu və sonradan doğulmuş Aylin Əmirovanı da saxlamış və uşaqların maddi ehtiyaclarını ödəmişdir. İkinci dəfə nikah bağlayandan sonra İddiaçı övladı Smaməddin Əmrovun təhsili üçün “Evrika” Liseyinə 2015-ci ilin sentyabr ayından başlayaraq 2019-cu ilin sentyabr ayına kimi, 4 il ərzində hər il 5.000 manat olmaqla, cəmi 20.000 manat vəsait ödəmişdir. Hesab edir ki, İddiaçı övladının təhsilinə xərclədiyi 20.000 manat vəsait Cavabdeh ilə İddiaçı arasında bölünməli, çəkilmiş xərclərin yarısını 10.000 manatını Cavabdeh İddiaçı qaytarmalıdır. Həmin 10.000 manatın 5.100 manat hissəsi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı tutulmalı olan aliment məbləği ilə əvəzləşdirilməli və qalan məbləğ, yəni 4.900 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Rəşad Əliyevin icraata başlamaq haqqında xx.xx.20122-ci il tarixli 2375 nömrəli qərarından müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-456/2012 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2011-ci il tarixdən başlayaraq İddiaçı Əmirova (Hüseynova) Nərminə Faiq qızının xeyrinə hər ay 100 manat aliment tutulmalıdır. İcra məmuru icra sənədində göstərilən tələbin könüllü icrası üçün borclu İddiaçı qərarın surətini və bildirişi verməklə xəbərdarlıq etmişdir. İddiaçı ilə X3 arasında bağlanmış nikahın pozulmasına dair Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 291 nömrəli akt qeydi aparılmışdır. Nikah pozulandan sonra qadına Hüseynova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Evrika” Liseyi (VÖEN № **********) tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzlərindən müəyyən edilir ki, İddiaçı övladı X1 təhsil haqqı kimi “Evrika” Liseyinə - xx.xx.2018-ci ildə 560 manat, xx.xx.2019-cu ildə 410 manat, xx.xx.2018-ci ildə 560 manat, xx.xx.2017-ci ildə 560 manat, xx.xx.2018-ci ildə 560 manat, xx.xx.2019-cu ildə 560 manat, xx.xx.2017-ci ildə 560 manat, xx.xx.2019-cu ildə 560 manat, xx.xx.2019-cu ildə 560 manat, xx.xx.2017-cii ildə 560 manat, xx.xx.2018-ci ildə 560 manat, xx.xx.2016-cı ildə 550 manat, xx.xx.2018-ci ildə 520 manat, xx.xx.2019-cu ildə 700 manat, xx.xx.2017-ci ildə 532 manat, xx.xx.2017-ci ildə 560 manat, xx.xx.2017-ci ildə 560 manat, xx.xx.2017-ci ildə 560 manat, xx.xx.2019-cu ildə 500 manat, xx.xx.2019-cu ildə 600 manat, xx.xx.2017-ci ildə 560 manat olmaqla 21 dəfəyə cəmi 11.652 manat ödəniş etmişdir. Göründüyü kimi, İddiaçı iddia tələbində övladı X1 təhsil haqqı kimi “Evrika” Liseyinə 20.000 anat ödədiyini iddia etsə də, məhkəməyə təqdim etdiyi kassa mədaxil orderlərinin qəbzlərinə əsasən bu məbləğ cəmi 11.652 manat təşkil edir. Tərəflər arasında aliment ödənilməsi barədə razılıq olmadığına görə uşağın saxlanması üçün alimentin tutulması məhkəmə qaydasında həyata keçirilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-456/2012 nömrəli icra vərəqəsinə əsasən müəyyən edilmiş alimentin ödənilməsi İddiaçı vəzifəsidir. Övladı X1 təhsil aldığı “Evrika” Liseyinə təhsil haqqının ödənilməsi isə İddiaçı vəzifəsi deyil, hüququ olmuşdur. Çünki, İddiaçı maddi durumu övladının təhsil haqqını ödəməyə imkanı verdiyinə görə, övladının özəl təhsil müəssisəsində təhsil almasına qərar vermiş və bu xərcləri əvvəlcədən istəyərək və görərək ödəmişdir. Həmin xərclərin birgə ödənilməsi ilə bağlı İddiaçı ilə Cavabdeh arasında hər hansı bir razılaşmanın olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Tərəflərin birgə nikahdan doğulmuş uşağının dövlət təhsil müəssisəsində pulsuz tam orta təhsil almaq hüququna malikdir. İddiaçı isə öz istəyi ilə uşağına ödənişli əsaslarla təhsil vermək hüququna malikdir və həmin xərcləri də iddiaçı öz vəsaiti hesabına ödəməyə borcludur. Məhkəmə cavabdehin iddiaçının övladının özəl təhsil müəssisində təhsil alması üçün “Evrika” Liseyinə təhsil haqqı kimi ödədiyi vəsaitin ödənilməsinə cəlb etməyə zərurət görmür və hesab edir ki, iddiaçı öz istəyi ilə uşağına ödənişli əsaslarla təhsil vermək hüququndan istifadə etməklə həyata keçirmişdir. Bu iddiaçının seçimi olmuş, həmin xərclər məcburiyyətdən çəkilmiş xərclər sırasına aid deyildir. O cümlədən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən müəyyən edilmiş alimentin ödənilməsi ilə bağlı yaranmış 5.100 manat aliment borcunun ödənilməsi də İddiaçı vəzifəsidir. Nə qədər ki, tələbkar həmin məbləğin ödənilməsindən imtina etməyib, qətnamə icra edilməlidir. Odur ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “tərəflərin birgə nikahından doğulmuş övladı - X1 təhsili üçün İddiaçı tərəfindən “Evrika” Liseyinə (VÖEN № **********) ödənilmiş 20.000 (iyirmi min) manat pul vəsaitinin ½ (ikidə bir) hissəsinin, yəni 10.000 (on min) manatının Cavabdeh tutulması, tutulan məbləğin 5.100 (beş min yüz) manat hissəsinin Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-456/2012 nömrəli icra vərəqəsinə əsasən İddiaçı tutulmalı olan aliment məbləği ilə əvəzləşdirilməsi və qalan məbləğin, yəni 4.900 (dörd min doqquz yüz) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar