Məhkəmə qərarları › İş №2(004)-1481/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1481/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1481/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 Əlpaşa qızının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlpaşa qızına qarşı “cehiz, geyim və qızılzinət əşyalarının qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlpaşa qızına qarşı “cehiz, geyim və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus cehiz əşyalarının: 1 ədəd "Luminarc" markalı yemək dəsti- qiyməti 450 manat, 1 ədəd qızılı rəngdə xrustal meyvə qabı-qiyməti 100 manat, 2 ədəd qaşlı səbət və 1 ədəd güldandan ibarət dəst- qiyməti 200 manat, 1 ədəd ağ rəngdə güldanqiyməti 50 manat, 1 ədəd ”LG" markalı televizor- qiyməti 1200 manat, 1 ədəd "Sonifer" markalı blender -qiyməti 50 manat, 1 ədəd "Sonifer" markalı sokçəkən- qiyməti 150 manat; geyim əşyalarının: 1 dəst uzun jaket ilə qaralı-ağlı cizgili paltar qiyməti 50 manat, 1 dəst ağ köynəkli qara qısa paltar- qiyməti 40 manat, 1 dəst ağ-qara rəngdə paltar-qiyməti 60 manat, 1 dəst tünd göy rəngində çilli uzun qol paltar-qiyməti 30 manat, 1 ədəd ağ-qara rəngdə köynək-qiyməti 30 manat, 1 ədəd bənövşəyi rəngdə köynək- qiyməti 20 manat, 1 ədəd mavi rəngdə köynək- qiyməti 15 manat, 1 ədəd yaşıl rəngdə köynək- qiyməti 25 manat, 1 ədəd yaşıl rəngində kofta- qiyməti 30 manat, 1 ədəd qırmızı rəngdə kofta- qiyməti 25 manat, 1 ədəd mavi rəngdə boğazlı, qolu düyməli kofta- qiyməti 50 manat, 1 ədəd ağ qısa qol boğazlı kofta- qiyməti 30 manat, 1 ədəd qəhvəyi qısa qol boğazlı kofta-qiyməti 20 manat, 1 ədəd qara qısa qol futbolka- qiyməti 15 manat, 1 ədəd çəhrayi rəngdə boğazlı kofta-qiyməti 30 manat, 1 ədəd ağ toxumalı kofta-qiyməti 30 manat, 1 ədəd ağ-qara xətli kofta-qiyməti 25 manat, 1 ədəd rəngli futbolka- qiyməti 15 manat, 1 ədəd tünd qırmızı rəngli kofta-qiyməti 25 manat, 1 ədəd qara rəngdə qısa qol, arxası ziq-zaq kofta-qiyməti 20 manat, 1 ədəd ağlı-qaralı "Zara" brendinə məxus boğazlı kofta- qiyməti 35 manat, 1 ədəd tünd qırmızı rəngdə jaket- qiyməti 30 manat, 1 ədəd qara rəngdə jaket- qiyməti 20 manat, 1 dəst mavi rəngdə jaket və şalvar- qiyməti 50 manat, 1 ədəd qara rəngdə mayka- qiyməti 15 manat, 1 ədəd qara rəngdə dəri gödəkcə- qiyməti 100 manat, 1 ədəd yaşıl rəngdə plaş- qiyməti 50 manat, 1 ədəd qəhvəyi rəngdə qu tükündən gödəkcə- qiyməti 100 manat, 1 ədəd çəhrayı rəngdə gödəkcəqiyməti 50 manat, 1 ədəd qara rəngdə qısa qollu balonka qiyməti 80 manat, 1 ədəd ağ rəngində zəncir qulplu çanta-qiyməti 100 manat, 1 ədəd qara rəngdə çanta- qiyməti 100 manat, 1 ədəd mavi rəngdə çanta-qiyməti 50 manat, 1 ədəd qırmızı rəngdə "Zara" brendindən çanta-qiyməti 80 manat, 1 ədəd boz-qara rənglərə qəhvəyi qulplu çanta- qiyməti 110 manat, 1 ədəd qəhvəyi rəngində çanta-qiyməti 50 manat, 1 ədəd qəhvəyi rəngdə qızıl zəncir qulplu çanta-qiyməti 80 manat, 1 ədəd cins ətək- qiyməti 30 manat, 1 ədəd qara rəngdə süni dəri ətək-qiyməti 20 manat, 1 ədəd qara rəngdə klassik şalvar- qiyməti 40 manat, 5-6 ədəd cins şalvarlar, 1 ədəd qırımızı rəngdə qısa ətəkli ziyafət paltarı- qiyməti 50 manat, 1 ədəd ağ rəngdə uzun qol ziyafət paltarıqiyməti 80 manat, 1 ədəd ağ rəngdə bir qollu "Zara" maraklı paltar-qiyməti 80 manat, 1 ədəd çəhrəyi rəngdə paltar-qiyməti 100 manat, 1 ədəd tünd bənövşəyi düyməli qısa ətəkli paltarqiyməti 130 manat, 1 ədəd qara-ağ rəngdə qolu uzun paltar-qiyməti 50 manat, 1 ədəd yaşıl rəngdə "Zara" brendindən pencək-qiyməti 35 manat, 1 ədəd ağ-qara xətli pencək-qiyməti 100 manat, 1 ədəd ağ rəngində ayaqqabı- qiyməti 80 manat, 1 ədəd qara rəngdə sandal-qiyməti 30 manat, 3 ədəd içi tüklü tərlik-hər birinin qiyməti 50 manat, 1 ədəd pul qabı-qiyməti 10 manat, 1 cüt Tünd qırımızı rəngində üstü qaşlı ev sandalı- qiyməti 15 manat, 1 ədəd qızılı rəngdə pul qabıqiyməti 10 manat, 1 dəst qəhvəyi rəngdə qolu qaşlı geyim- qiyməti 30 manat, 1 ədəd qara rəngdə jaket- qiyməti 50 manat, qızıl-zinət əşyalarının: 1 ədəd 585 əyarlı nazik qazlı üzükqiyməti 150 manat, 1 ədəd 750 əyarlı ağ qızıldan üzəri brliyant qaşlı üzük-qiyməti 1000 manat, 1 dəst 750 əyarlı brliyant qaşlı üzük, sırğa, qolbaq və sep üzərində klonu ilə-qiyməti 3000 manat, 1 ədəd qırımızı rəngində arası qızıldan olan muncuqlu qolbağ- qiyməti 50 manat və ödənilmiş 50 manat dövlət rüsumunun, 50 manat mediasiya xərci, cəmi 100 (yüz) manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X3 ilə xx.xx.2021-ci il tarixində 3 saylı "Asan Xidmət" Mərkəzində rəsmi nikaha daxil olmuşdur. Nikahları Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5739/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulmasma səbəb həyat yoldaşının içki içməsi, ailəsinə laqeyd yanaşması, ailəsinin maddi təminatının ödəməməsi səbəbindən birgə yaşamaqlarının mümkün olmaması olub. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı ona qarşı fiziki şiddət göstərməsi səbəbindən birgə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən qaynanasının evini tərk etmişdir. Evi tərk edərkən evdən heç bir şəxsi əşyasını, cehiz əşyalarını göstürməmişdir. Əynində olan paltarla, bir-iki yay paltarı və əl çantası ilə yaşadıqları evi tərk etmişdir. Anasıgilə gələndən sonra əl çantasında gündəlik qızıl-zinət əşyalarının olduğunu görüb, elə həmin gün Cavabdeh2 məxsus +994 55 *** ** ** mobil nömrəsinə WhatsApp sosial şəbəkəsi vasitəsilə yazaraq çantasında qalan qızıl-zinət əşyalarının şəklini çəkib ona göndərərək, digər qızıl-zinət əşyalarının evdə hara qoyması barədə ona məlumat vermişdir. Artıq ailə münasibətlərinin pozulduğuna və heç çür bərpa edilməyəcəyinə tam əmin oluqdan sonra cavabdehlərdən cehiz əşyalarının, şəxsi geyim əşyalarının, qızıl-zinət əşyalarının qaytarılmasını tələb etsə də, cavabdehlər bundan imtina etmişlər. Nişan-toy mərasimləri zamanı alınaraq ona hədiyyə edilmiş istifadə etdiyi geyim əşyaları bugünki günə kimi ona verilməmişdir. Onları istəyəndə cabadehlər həmin geyim əşyalarının özləri tərəfindən alınaraq ona hədiyyə edildiyini deyərək ona verməyəcəklərini bildirmişlər. O, evi tərk edəndən sonra toy mərasimində ona hədiyyə edilən və cavabdehlərdə qalan qızıl-zinət əşyalarının da qaytarılmasından imtina edilir. 2022-ci ilin dekabr ayında gəlin getdiyi, həyat yoldaşı ilə yaşadığı və cehiz əşyalarının olduğu qaynanasının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 53 ünvanında yerləşən 45 nömrəli mənzildən cehiz əşyalarının götürülməsi üçün getdikdə bəzi əşyalarının olmadığını görmüşdür. Ona həmin əşyaların Cavabdeh1 tərəfindən qırıldığı bildirilmişdir. Hal-hazırda da ona qaytarılmayan cehiz əşyalarının qaytarılmasını tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, televizoru iddiaçıya nənəsi Baku Elektoniksdən hədiyyə kimi almışdır. İcra məmuru evə baxış keçirərkən televizor evdə aşkar edilməmişdir. Cavabdeh iddiaçının cehiz olaraq televizor gətirmədiyini qeyd etmişdir. Digər cehiz əşyaları olduğu halı olduğu televizorun olmaması məntiqsizdir. Hesab edir ki, iddia əsaslıdır. Odur ki, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 Əlpaşa qızının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini qismən qəbul edərək izahatından bildirmişdir ki, iddiaçı avqust ayında evi tərk edən zaman ona cavabdeh tərəfindən fiziki şiddət göstərilməmişdir. İddiaçı öz istəyi ilə və boşanmaq niyyəti ilə evi tərk etmişdir. Bu zaman iki böyük çantada əşyalarını və paltarlarını, eləcə də qızılzinət əşyalarını götürmüşdür. Bir müddət sonra da nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmiş, hətta mebel əşyalarını da götürmüşdür. "Luminarc" markalı yemək dəsti evdədir. Lakin, işlədildiyindən dəstin tərkibindən bəzi qablar iddiaçı tərəfindən sındırılmışdır. Televizor isə ümumiyyətlə cehiz gətirilməmişdir. İcra məmuru evə baxış keçirərkən iddiaçıya məxsus bütün əşyalar, hətta ona məxsus olan iddia ərizəsində göstərilməyən əşyalar da cavabdeh tərəfindən təqdim edilmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 11 fevral 2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı 444282 nömrəli nikahın pozulması haqqında şəahdətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 nikahı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 16(004)-121/2023 saylı qərardadından görünür ki, müvvəqqəti təminat tədbiri kimi İddiaçı məxsus olduğu və Cavabdeh2 Əlpaşa qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən evdə olduğu iddia edilən, iddia ərizəsində adları qeyd edilən cehiz və qızılzinət əşyalarının üzərinə həbsin qoyulması qərara alınmış və qərardad dərhal icra edilmişdir. İş materiallarında olan icra məmuru tərəfindən tələbkarın nümayəndəsinin və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(004)-121/2023 saylı icra sənədinə əsasən Cavabdeh2 Əlpaşa qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 53 ünvanında yerləşən 45 nömrəli məznildə cehiz əşyalarıdan: “Sonifer” markalı blender – 1 ədəd, “Sonifer” markalı sokçəkən – 1 ədəd və geyim əşyalarından - uzun jaket ilə qaralı-ağlı cizgili paltar – 1 dəst, ağ köynəkli qara qısa paltar – 1 dəst, ağ-qara rəngdə paltar – 1 dəst, tünd göy rəngdə çilli uzun qol paltar – 1 dəst, ağ-qara rəngdə köynək – 1 ədəd, bənövşəyi rəngdə köynək – 1 ədəd, yaşıl rəngdə köynək – 1 ədəd, yaşıl rəngdə kofta – 1 ədəd, qırmızı rəngdə kofta – 1 ədəd, mavi rəngdə boğazlı, qolu düyməli boğazlı kofta – 1 ədəd, ağ qısa qol boğazlı kofta – 1 ədəd, qəhvəyi qısa qol boğazlı kofta- 1 ədəd, qara qısa qol futbolka – 1 ədəd, çəhrayı rəngdə boğazlı kofta – 1 ədəd, ağ toxumalı kofta- 1 ədəd, ağ-qara xətli kofta – 1ədəd, rəngli futbolka – 1ədəd, tünd qırmızı kofta - 1 ədəd, qara rəngdə qısa qol, tünd qırmızı rəngdə jaket – 1 ədəd, mavi rəngdə jaket və şalvar – 1 dəst, qara rəngdə kapron mayka – 1ədəd, qəhvəyi rəngdə qu tükündən gödəkçə - 1 ədəd, çəhrayı rəngdə gödəkçə - 1ədəd, qara rəngində qısa qollu balonka – 1 ədəd, qara rəngdə çanta – 1 ədəd, qırmızı rəngdə “Zara” brendindən çanta – 1 ədəd, boz-qara rənglərində qəhvəyi qulplu çanta – 1ədəd, qəhvəyi rəngdə çanta – 1ədəd, qəhvəyi rəngdə qızılı zəncir qulplu çanta – 1 ədəd, qara rəngdə klassik şalvar – 1 ədəd, qırmızı rəngdə qısa ətəkli ziyafət paltarı – 1 ədəd, ağ rəngdə bir qollu “Zara” markalı paltar – 1ədəd, çəhrayı rəngdə paltar- 1ədəd, tünd bənövşəyi düyməli qısa ətəkli paltar – 1 ədəd, qara-ağ rəngdə qolu uzun paltar – 1 ədəd, ağ-qara xətli pencək – 1ədəd, ağ rəngdə ayaqqabı – 1 cüt, qara rəngdə sandal – 1 cüt, içi tüklü tərlik – 3 cüt, tünd qırmızı rəngdə üstü qaşlı ev sandalı – 1 cüt, qəhvəyi rəngdə qolu qaşlı geyim – 1 dəst aşkar edilərək, siyahıya alınmış və üzərlərinə həbs qoyulmuşdur. Aşkar edilən əşyalar saxlanması üçün iddiaçının anası X1 verilmişdir. lİcra sənədində göstərilən digər əşyalar aşkar edilməmişdir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə, iddiaçının cehiz əmlakları ilə bağlı tələbini qismən əsaslı hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının sadaladığı əmlaklardan yalnız bir hissəsi icra məmurları tərəfindən aşkar edilərək siyahıya alınmış, iddia tələbində sadaladığı digər əmlakların mövcudluğu, habelə onların göstərdiyi qiymətlərdə olması isə iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İcra məmurunun aktında sadalanan əmlaklar iddiaçının anasının saxlancına verilmişdir. Cavabdeh tərəf icra məmurunun aktında sadalanan əmlaklardan əlavə “Luminarc” markalı yemək dəstinin mövcudluğunu etiraf edir və onları qaytarmağa hazır olduğunu bildirir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi cehiz əmlakın qaytarılması hissəsində qismən – cavabdehin etiraf etdiyi həcmdə - təmin olunmalı, və Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında olan iddiaçıya məxsus cehiz əşyalarından - “Luminarc” markalı yemək dəsti, “Sonifer” markalı blender – 1 ədəd, “Sonifer” markalı sokçəkən – 1 ədəd və geyim əşyalarından uzun jaket ilə qaralı-ağlı cizgili paltar – 1 dəst, ağ köynəkli qara qısa paltar – 1 dəst, ağ-qara rəngdə paltar – 1 dəst, tünd göy rəngdə çilli uzun qol paltar – 1 dəst, ağ-qara rəngdə köynək – 1 ədəd, bənövşəyi rəngdə köynək – 1 ədəd, yaşıl rəngdə köynək – 1 ədəd, yaşıl rəngdə kofta – 1 ədəd, qırmızı rəngdə kofta – 1 ədəd, mavi rəngdə boğazlı, qolu düyməli boğazlı kofta – 1 ədəd, ağ qısa qol boğazlı kofta – 1 ədəd, qəhvəyi qısa qol boğazlı kofta- 1 ədəd, qara qısa qol futbolka – 1 ədəd, çəhrayı rəngdə boğazlı kofta – 1 ədəd, ağ toxumalı kofta- 1 ədəd, ağ-qara xətli kofta – 1ədəd, rəngli futbolka – 1ədəd, tünd qırmızı kofta - 1 ədəd, qara rəngdə qısa qol, tünd qırmızı rəngdə jaket – 1 ədəd, mavi rəngdə jaket və şalvar – 1 dəst, qara rəngdə kapron mayka – 1ədəd, qəhvəyi rəngdə qu tükündən gödəkçə - 1 ədəd, çəhrayı rəngdə gödəkçə - 1ədəd, qara rəngində qısa qollu balonka – 1 ədəd, qara rəngdə çanta – 1 ədəd, qırmızı rəngdə “Zara” brendindən çanta – 1 ədəd, boz-qara rənglərində qəhvəyi qulplu çanta – 1ədəd, qəhvəyi rəngdə çanta – 1ədəd, qəhvəyi rəngdə qızılı zəncir qulplu çanta – 1 ədəd, qara rəngdə klassik şalvar – 1 ədəd, qırmızı rəngdə qısa ətəkli ziyafət paltarı – 1 ədəd, ağ rəngdə bir qollu “Zara” markalı paltar – 1ədəd, çəhrayı rəngdə paltar- 1ədəd, tünd bənövşəyi düyməli qısa ətəkli paltar – 1 ədəd, qara-ağ rəngdə qolu uzun paltar – 1 ədəd, ağ-qara xətli pencək – 1ədəd, ağ rəngdə ayaqqabı – 1 cüt, qara rəngdə sandal – 1 cüt, içi tüklü tərlik – 3 cüt, tünd qırmızı rəngdə üstü qaşlı ev sandalı – 1 cüt, qəhvəyi rəngdə qolu qaşlı geyim – 1 dəst cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlpaşa qızından alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmin əmlakların qiymətlərinin müəyyənləşdirilməsinə zərurət görmür. Çünki, birincisi, iddiaçı onların qiymətlərinin iddia etdiyi məbləğlərdə olması ilə bağlı heç bir sübut təqdim etməmişdir; ikincisi isə, sadalanan əmlakların mövcudluğu mübahisələndirilmədiyindən onların qiymətləri hər hansı əhəmiyyət kəsb etmir və həmin əmlakların real qiymətlərinin müəyyənləşdirilməsi üçün əlavə araşdırma aparılmasına prosessual qənaət prinsipi baxımından ehtiyac yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, əgər gələcəkdə iddiaçı sözügedən əmlakların normal aşınma dərəcəsindən daha artıq zədələnməyə məruz qaldığını təsbit və belə zədələnmələrin cavabdehin (onun ailə üzvlərinin) təqsirli hərəkətləri nəticəsində ortaya çıxdığını sübut edərsə, məruz qaldığı ziyanın ödənilməsi ilə bağlı iddia irəli sürmək hüququna malikdir. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qeyd edilən hissədə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, hazırki vəziyyətdə iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən, məhz o, qaytarılmasını tələb etdiyi cehiz və qızılzinət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Renspublikası MPMin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı hədiyyə kimi verilmiş 1 ədəd 585 əyarlı nazik qazlı üzük, 1 ədəd 750 əyarlı ağ qızıldan üzəri brliyant qaşlı üzük, 1 dəst 750 əyarlı brliyant qaşlı üzük, sırğa, qolbaq və sep üzərində klonu ilə, 1 ədəd qırımızı rəngində arası qızıldan olan muncuqlu qolbağdan ibarət qızıl-zinət əşyalarını evdən gedərkən özü ilə aparmağa imkanı olmuşdur. İddiaçı bu əşyaların cavabdehdə olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf həmin qızıl-zinət əşyalarının iddiaçının evdən gedərkən özü ilə birlikdə apardığını və həmin qızılların iddiaçıda olduğunu qeyd edir. Məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı mübahisədə sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Odur ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, onun tərəfindən tələb etdiyi qızıl-zinət əşyalarının və cavabdehdə olması barədə heç bir sübut təqdim edilmədiyindən, beləliklə də iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında olan iddiaçıya məxsus cehiz əşyalarından - “Luminarc” markalı yemək dəsti, “Sonifer” markalı blender – 1 ədəd, “Sonifer” markalı sokçəkən – 1 ədəd və geyim əşyalarından - uzun jaket ilə qaralı-ağlı cizgili paltar – 1 dəst, ağ köynəkli qara qısa paltar – 1 dəst, ağ-qara rəngdə paltar – 1 dəst, tünd göy rəngdə çilli uzun qol paltar – 1 dəst, ağ-qara rəngdə köynək – 1 ədəd, bənövşəyi rəngdə köynək – 1 ədəd, yaşıl rəngdə köynək – 1 ədəd, yaşıl rəngdə kofta – 1 ədəd, qırmızı rəngdə kofta – 1 ədəd, mavi rəngdə boğazlı, qolu düyməli boğazlı kofta – 1 ədəd, ağ qısa qol boğazlı kofta – 1 ədəd, qəhvəyi qısa qol boğazlı kofta- 1 ədəd, qara qısa qol futbolka – 1 ədəd, çəhrayı rəngdə boğazlı kofta – 1 ədəd, ağ toxumalı kofta- 1 ədəd, ağ-qara xətli kofta – 1ədəd, rəngli futbolka – 1ədəd, tünd qırmızı kofta - 1 ədəd, qara rəngdə qısa qol, tünd qırmızı rəngdə jaket – 1 ədəd, mavi rəngdə jaket və şalvar – 1 dəst, qara rəngdə kapron mayka – 1ədəd, qəhvəyi rəngdə qu tükündən gödəkçə - 1 ədəd, çəhrayı rəngdə gödəkçə - 1ədəd, qara rəngində qısa qollu balonka – 1 ədəd, qara rəngdə çanta – 1 ədəd, qırmızı rəngdə “Zara” brendindən çanta – 1 ədəd, boz-qara rənglərində qəhvəyi qulplu çanta – 1ədəd, qəhvəyi rəngdə çanta – 1ədəd, qəhvəyi rəngdə qızılı zəncir qulplu çanta – 1 ədəd, qara rəngdə klassik şalvar – 1 ədəd, qırmızı rəngdə qısa ətəkli ziyafət paltarı – 1 ədəd, ağ rəngdə bir qollu “Zara” markalı paltar – 1ədəd, çəhrayı rəngdə paltar- 1ədəd, tünd bənövşəyi düyməli qısa ətəkli paltar – 1 ədəd, qara-ağ rəngdə qolu uzun paltar – 1 ədəd, ağ-qara xətli pencək – 1ədəd, ağ rəngdə ayaqqabı – 1 cüt, qara rəngdə sandal – 1 cüt, içi tüklü tərlik – 3 cüt, tünd qırmızı rəngdə üstü qaşlı ev sandalı – 1 cüt, qəhvəyi rəngdə qolu qaşlı geyim – 1 dəst cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlpaşa qızından alınaraq İddiaçı verilsin. İddi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat və mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar