Məhkəmə qərarları › İş №2(004)-1484/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1484/2021

09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1484/2021 09.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X20 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1083/2020 saylı Qətnaməsi ilə müəyyən edilmiş 468.000 ABŞ dolları məbləğində borcun yarısının, yəni 234.000 ABŞ dollarının X16 ödənilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsində istinad edilən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1083/2020 saylı qətnaməsindən iddiaçı X22 və cavabdeh, hazır ki iş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin ona dair münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsini və pulun onlardan, yəni onunla İddiaçı müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hər iki apellyasiya şikayəti ona dair hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli, 2(103)-7519/2020 saylı qətnaməsi ilə İddiaçı hazırki iddia tələbinə artıq hüquqi qiymət vermiş və tələbin əsassız olduğu qənaətinə gəlinmişdir, qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədə xüsusilə vurğulanmışdır ki, İddiaçı A.Əhmədovdan aldığı 468.000 ABŞ dolları borcu biznesini genişləndirmək üçün almış, həmin məbləğin 292.300 ABŞ dollarını qeyri-yaşayış sahəsinin alınması üçün X9 vermiş, X17 isə onu aldadaraq qeyri-yaşayış sahəsini onun adına sənədləşdirməmiş və aldığı pulu qaytarmamışdır. Bakı şəhəri 27 saylı xüsusi notariat kontorunda borcverən İddiaçı və borcalan X17 arasında bağlanmış xx.xx.2019-cu il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən S.Rəcəbov İddiaçı 292.300 ABŞ dolları borcunu etiraf etmişdir. İddiaçı qalan 175.700 ABŞ dolları vəsait hesabına ailəsinin xərclərini ödədiyini, “Range Rover” və “VAZ 2107” markalı iki avtomobil aldığını, bağ evində təmir işləri apardığını, hovuz tikdirdiyini, həmçinin, həmin pullardan biznesində düşdüyü zərəri ödədiyini qeyd etsə də, iddiaçı A.Əhmədov borca verdiyi 468.000 ABŞ dolları pulu cavabdeh İddiaçı onunla birgə xərclədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı borcun verildiyi xx.xx.2015-ci il tarixdə o, iddiaçı ilə rəsmi nikahda olsa da, faktiki olaraq 2014-cü ildən ər-arvad münasibətləri kəsilmiş, ayrı ünvanlarda yaşamaqla, ayrı təsərrüfat aparmışlar. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2 (004)-6594/2018 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Hazırda Cavabdeh İddiaçı ona qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” barədə iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddia tələbini müdafiə edərək bildirdi ki, Abid Əhmədovdan 468000 ABŞ dolları alaraq qeyri-yaşayış sahəsi alınması üçün Samir Rəcəbova vermiş, Samir Rəcəbov isə qeyri-yaşayış sahəsini almamış, lakin, ona borcu olduğunu notariusda etiraf etmişdir. Borcdan 93920 ABŞ dolları ödəmiş, bununla bağlı bankdan çıxarış qəbzlərinin kötüyü və Abid Əhmədovun pulu qəbul etdiyinə dair imzaladığı sənəd var. Samir Rəcəbova pulu verməkdə məqsədi Səməd Vurğun küçəsində yerləşən qeyri-yaşayış sahəsini alıb özünün mülkiyyətinə keçirmək olmuşdur. Qeyriyaşayış sahəsinin alınması ilə bağlı aralarında danışıq olmuşdur. Həmin MTK-nın balansında olmuş və MTK çıxarış verməmiş, qeyri-yaşayış sahəsi müqavilə əsasında satılırmış. 350000 ABŞ dolları məbləğini həmin əmlakı alaraq özünün adına sənədləşdirilməsi üçün vermişdir. Daha sonra MTK-nın rəhbəri Rəhim bəylə Samir Rəcəbov arasında münaqişə yaranmış və nəticədə sənədləşmə işi baş tutmamışdır. Bir müddət münaqişənin həll olunub qeyri-yaşayış sahəsinin onun adına keçirilməsini gözləmiş, 5-6 ay müddət keçmiş, sənəd əldə edə bilməmiş, eyni zamanda pulu da geri ala bilməmişdir. xx xxxxxx 2016-ci ilə qədər Samir Rəcəbova vermiş olduğu pulun bir hissəsini ödənilmiş, qalan 292300 ABŞ dollarını isə S.Rəcəbov notarial qaydada təsdiq etmişdir. Həmin şəxs BOSCH firmasının Azərbaycandakı nümayəndəsi olduğundan qalan borcu bu və ya digər şəkildə olmasa da material şəklində almışdır. Hal-hazırda Samir Rəcəbov Azərbaycanda yaşamır. Eyni zamanda o da Abid Əhmədova ödəniş etmişdir. Borcların alınıb-verilməsi ilə bağlı notarial qaydada təsdiq olunmuş sənədlər qətnamələrdə öz əksini tapdığı üçün tərəfindən iş materiallarına əlavə edilməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia ərizəsinin tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək bildirdi ki, Yasamal rayon Məhkəməsinin 2(004)-3919/2020 saylı qətnaməsi ilə İddiaçı 2017-ci ildən “Usta.az”-ın təsisçisi olması müəyyən olunmuşdur. Birgə nikah dövründə əldə edilmiş əmlaklar satılıb, məbləğ bölünüb. X4 292.300 ABŞ dolları məbləğində pul vəsaiti verilib. Samir Rəcəbov iddiaçı ilə borcun etiraf edilməsi haqqında borc müqaviləsi bağlamışdır. İddiaçı Əhmədov Abiddən 468000 ABŞ dolları məbləğində borc almışdır. xx.xx.2020-ci il tarixli qətnaməyə əsasən borcun İddiaçı tutulması qət edilmişdir. Həmin pul vəsaiti qeyri-yaşayış sahəsinin alınması üçün Samir Rəcəbova verilmişdir. Samir Rəcəbov notariusda həmin borcu etiraf etmişdir. Borc halhazırda bölünmüşdür. Samir Rəcəbov qeyri-yaşayış sahəsini alıb İddiaçı verməmişdir. Pul xx xxxxxx 2015-ci il tarixdə Abid Əhmədovdan alınmış, 2015-ci ilin iyul ayında Samir Rəcəbova verilmişdir. Borc alınaraq ailə üçün xərclənib. Buna görə də, birgə nikah dövründə əldə olunmuş əmlaklarla bərabər borc da cavabdehlə bölünməlidir. Samir Rəcəbovun borcla bağlı 2016-cı ildə notarial qaydada təsdiq olunmuş etirafı var. İddia tələbinin qanuni əsası Ailə Məcəlləsinin 37.3-cü maddəsidir. Tərəflər 2014-cü ildən faktik ayrı yaşasalar da, 2014-cü ildən sonra əldə olunmuş bütün əmlaklar və borclar bölünmüşdür. İddiaçının nümayəndəsi və vəkili hesab edir ki, tərəflər faktiki ayrı yaşasalar belə məhkəmə həmin dövrdə əldə olunmuş əmlakları bölürsə, birgə nikah dövründə yaranmış borclar da bölünməlidir. İddiaçı Abid Əhmədova ödəniş etmiş, Abid Əhmədov da bu ödənişləri qəbul etmişdir. Bu da məhkəmə tərəfindən öz təsdiqini tapmışdır. Abid Əhmədov tərəfindən cavabdeh qismində cəlb olunduqları işdə iddiaçı borcun Könül xanım ilə Ceyhun arasında bölünməsini tələb etmiş, İddiaçı buna etiraz etməmişdir. Cavabdeh müqavilədə tərəf olmadığından, borc birgə nikah dövründə yaransa belə iddia tələbi bu hissədə təmin edilməmişdir. Buna görə də qətnaməyə əsasən yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 2018-ci il tarixdən iddiaçı ilə aralarında məhkəmə mübahisələri davam edir. İddiaçı ilə Samir Rəcəbovun arasında 296 min dollar məbləğində borc müqaviləsi olmuşdur. Yasamal rayon Məhkəməsinin yekun məhkəmə aktı ilə onun ½ mülkiyyət hüququ tanınmış, lakin borcun kimdən tutulması qeyd olunmamışdır. 2018-ci ildən məhkəmələrin davam etməsinə baxmayaraq iddiaçının bu gün Abid ilə aralarında olan borcunun yadına düşməsi müəmma doğurur. Bundan əlavə İddiaçı iş kitabçası vaxtilə onda olmuş, həmin kitabçada 2018-ci ilin avqust ayında Ceyhun tərəfindən yazılan və imzalanan “mənim Abidlə olan borcum 0 AZN” qeydini şəxsən görmüşdür. Onlar iddiaçı ilə 2010-cu ilə qədər mülkiyyət əldə etmişlər. İddiaçı borcun birgə nikah dövründə yarandığını qeyd etsə də keçirilmiş məhkəmə proseslərində bu iddia öz təsdiqini tapmamışdır. Samir Rəcəbovun pulu bölünən ərəfədə ona heç bir məlumat verilməmişdir. Planlaşdırılmış şəkildə, süni borc kimi onu yükləmək üçün yenidən iddia verilib. Bütün əmlaklar məhkəmə gedişatı müddətində satılmırdı. Məhz məhkəmə gedişatı müddətində qeyd olunan maşınlar satılmışdır. Maşınların alqı-satqısı da saxta yolla aparılıb. Alqı-satqı prosesindəki bütün imzalar eyni şəxsə aiddir. Həmin şəxs Əkbərov Məhəmməddir. İlkin mərhələdə maraqlı şəxs kimi məhkəməyə qoşulmuş və həmin işlə bağlı yekun qərar çıxmışdır. Hazırda məhkəmədən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X13 iddia tələbini qəbul etməyərək bildirdi ki,iddia ərizəsində istinad edilən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1083/2020 saylı qətnaməsindən iddiaçı X22 və cavabdeh, hazır ki iş üzrə İddiaçı apellyasiya şikayətləri verərək qətnamənin qismən, iddia tələbinin digər cavabdehə (Cavabdeh) münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsini və pulun onlardan (Cavabdeh ilə İddiaçı) müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hər iki apellyasiya şikayəti Cavabdeh dair hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı hazırki iddia tələbinə artıq hüquqi qiymət vermiş, tələbin əsassız olduğu qənaətinə gəlmişdir və qətnamə qanuni güvvəsini almışdır. İddiaçı A.Əhmədovdan aldığı 468.000 ABŞ dolları borcu biznesini genişləndirmək üçün aldığı, həmin məbləğin 292.300 ABŞ dollarını qeyri-yaşayış sahəsinin alınması üçün X9 verdiyi, X7 isə onu aldadaraq qeyri-yaşayış sahəsini onun adına sənədləşdirmədiyi və aldığı pulu qaytarmadığı Qətnamədə xüsusilə vurğulanmışdır. Bakı şəhəri 27 saylı xüsusi notariat kontorunda borcverən İddiaçı və borcalan X17 arasında bağlanmış xx.xx.2019-cu il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən S.Rəcəbov İddiaçı 292.300 ABŞ dolları borcunu etiraf etmişdir. İddiaçı qalan 175.700 ABŞ dolları vəsait hesabına ailəsinin xərclərini ödədiyini, “Range Rover” və “VAZ 2107” markalı iki avtomobil aldığını, bağ evində təmir işləri apardığını, hovuz tikdirdiyini, həmçinin, həmin pullardan biznesində düşdüyü zərəri ödədiyini qeyd etsə də, iddiaçı A.Əhmədov borca verdiyi 468.000 ABŞ dolları pulu cavabdeh İddiaçı keçmiş arvadı Cavabdeh ilə birgə xərclədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcun verildiyi xx.xx.2015-ci il tarixdə Cavabdeh İddiaçıla rəsmi nikahda olsalar da, faktiki olan 2014-cü ildən ər-arvad münasibətlərini kəsmişlər, ayrı ünvanlarda yaşamaqla, ayrı təsərrüfat aparmışlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Qeyd edilən faktlara əsasən məhkəmə Fətiyeva (Bağırova) Könülə qarşı olan hissədə iddia tələbini rədd etmişdir. Odur ki, hazırda iddiaçının nümayəndəsi və vəkili Ç.İ.Əhməd İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi barədə” iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-2912/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbi qismən təmin edilmiş, “X32” markalı, buraxılış ili 2011, mühərrik nömrəsiz, ban N:SALLMAME4BA359426 olan avtomobilin alqı-satqısına dair İddiaçı ilə X18 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, “Volkswagen Passat” markalı, buraxılış ili 2012, mühərrik N:CDA292677, ban N:WVWZZZ3CZCP059792 olan avtomobilin alqı-satqısına dair İddiaçı ilə X11 arasında bağlanmış xx.xx.2018-ci il tarixli və “VAZ-21074” markalı, buraxılış ili 2004, mühərrik N:7568715, ban N:XTA**********2094 olan avtomobilin alqı-satqısına dair X12 ilə X21 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilələr etibarsız hesab edilmişdir. “X32” markalı, buraxılış ili 2011, mühərrik nömrəsiz, ban N:SALLMAME4BA359426 olan avtomobilə, “Volkswagen Passat" markalı, buraxılış ili 2012, mühərrik N:CDA292677, ban N: WWWZZZ3CZCP059792 olan avtomobilə və “VAZ- 21074” markalı, buraxılış ili 2004, mühərrik N:7568715, ban N:XTA**********2094 olan avtomobilə dair 1/2 (ikidə bir) hissədə X6, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilərək mülkiyyət hüquqları tanınmışdır. İddiaçı adına olan ünvan 3 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 172.33 kv.m yaşayış, 179.47 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair, ünvan 3 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən 12 kv.m sahəsi olan fərdi yaşayış evinə dair 1/2 (ikidə bir) hissədə X6, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilərək mülkiyyət hüquqları tanınmışdır. Bakı şəhəri 27 saylı xüsusi notariat kontoru tərəfindən təsdiqlənmiş borc verən İddiaçı və borc alan X17 arasında bağlanmış xx.xx.2016-cı il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən etiraf edilmiş 292.300 (iki yüz doxsan iki min üç yüz) ABŞ dolları borc pula dair 1/2 hissədə X6 payı müəyyən edilərək həmin məbləğin yarısı, yəni 146150 (bir yüz qırx altı min bir yüz əlli) ABŞ dolları ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) X8 ödənilməsi qət edilmişdir. İlk iddia ərizəsi qalan hissələrdə təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi təmin edilərək X6 adına olan Abşeron rayonu, Goradil kəndində 0,10 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair 1/2 (ikidə bir) hissədə İddiaçı, 1/2 (ikidə bir) hissədə X6 payları müəyyən edillmişdir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-1083/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X14 cavabdehlər İddiaçı və Cavabdeh qarşı “borcun qaytarılması” tələbi qismən təmin edilmiş,iddiaçı X22 ilə cavabdeh İddiaçı arasında yazılı formada bağlanmış xx.xx.2015-ci il tarixli borc müqaviləsi üzrə cavabdeh İddiaçı verilmiş 468.000 ABŞ dollarından ödənilmiş 93.920 ABŞ dolları çıxıldıqdan sonra xx.xx.2020-ci il tarixə ödənilməmiş qalan 374.080 (üç yüz yetmiş dörd min səksən) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul cavabdeh İddiaçı tutularaq iddiaçı X16 ödənilməsi qət edilmişdir. İddia tələbi - “İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün illik 10 faizlə hesablanmış 136.500 ABŞ dolları cərimə tutulub iddiaçı X16 ödənilməsi” hissəsində rədd edilmişdir. İddia tələbi Cavabdeh qarşı olan hissədə tam rədd edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı X16 aid edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)- 7519/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Yasamal rayon Məhkəməsinin 2(004)-1083/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən A.Ə.Əhmədov və İddiaçı apellyasiya şikayətləri vermiş, məhkəmə apellyasiya şikayətlərini qismən təmin etsə də Cavabdeh qarşı olan hisssədə Yasamal rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı **-XM-*** dövlət qeydiyyat nişanlı, Ford Transit markalı yük maşınını 18.000 manata “xxxx” ASC-ə satmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı **-RC-*** dövlət qeydiyyat nişanlı, X32 markalı minik maşınını 70.000 manata X2. İş materiallarında olan xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı **-ML-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı minik maşınını 3000 manata X1. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.2015-ci il tarixdə A.Əhmədovdan borc götürdüyü zaman cavabdehlə rəsmi nikahda olduğunu əsas gətirərək aldığı borcu ailə ehtiyacları üçün xərclədiyini bildirsə də, bu halı və borcun ər-arvadın ümumi borcu olması halını sübuta yetirə bilməmişdir. Bundan əlavə tərəflərin izahatlarıyla və Yasamal rayon Məhkəməsinin 2 (004)-1083/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı borcun verildiyi xx.xx.2015-ci il tarixdə tərəflər rəsmi nikahda olsalar da faktiki olaraq 2014-cü ildən ər-arvad münasibətlərini kəsdikləri, ayrı ünvanlarda yaşamaqla ayrı, təsərrüfat apardıqları halı müəyyən olunur. Həmçinin həmin qətnamə ilə İddiaçı götürdüyü borc məbləğini Cavabdeh ilə birlikdə ailə ehtiyacları üçün xərclədiyini sübuta yetirə bilmədiyi müəyyən olunur. Göstərilənlərə əsasən İddiaçı xx.xx.2020-ci il tarixli, 2(004)-1083/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 468.000 ABŞ dolları məbləğində borcun yarısının, yəni 234.000 ABŞ dollarının X16 ödənilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: İddia tələbi təmin edilməsin. İddiaçı xx.xx.2020-ci il tarixli, 2(004)-1083/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 468.000 ABŞ dolları məbləğində borcun yarısının yəni 234.000 ABŞ dollarının X16 ödənilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar