Məhkəmə qərarları › İş №2(004)-1504/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1504/2021

11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1504/2021 11.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2014-cü ildə X3, xx.xx.2016-cı ildə X4 anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, hal-hazirda cavabdehlə birgə yaşamır, birgə təsərrüfat aparmırlar. Cavabdeh tərəfindən onlara heç bir maddi və mənəvi dəstək, kömək göstərilmir.Uşaqlar hal hazırda onun himayəsindədir və onların bütün maddi və mənəvi ehtiyaclarını tək özü qarşılayır. Lakin, hal-hazirki maddi vəziyyəti övladlarının ehtiyaclarının ödənilməsi üçün yetərli deyil və bu səbəbdən uşaqların saxlanılması üçün cavabdehdən aliment alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmədən onun işsiz olmasını nəzərə alaraq təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78-ci, maddələrinin tələblərini, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanunu rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin birgə nikahlarından 2 övladları anadan olmuşdur: xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4. İddiaçı və cavabdeh ayrı yaşayırlar. Uşaqlar faktiki olaraq, anasının himayəsindədir. Cavabdeh uşağına maddi cəhətdən kömək etmir. Ailə qanunvericiliyinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər biri üçün 175 manat aliment tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Alimentin tutulma müddəti xx.xx.2021-ci il tarixdən aparılmalı və alimentin tutulması dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər biri üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulma müddəti xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar