Məhkəmə qərarları › İş №2(004)-1509/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1509/2022

31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1509/2022 31.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 may 2012-ci il təvəllüdlü X1 və 11 avqust 20170-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 may 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan iki uşaqları var: 07 may 2012-ci il təvəllüdlü X5 və 11 avqust 2017-ci il təvəllüdlü X6. Cavabdehlə aralarında olan nikah Qaradağ Rayon Məhkəməsinin 03.06.2021 -ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların iddiaçının himayəsində qalması qət edilmişdir. Cavabdehlə ayrıldıqdan sonra faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Həmin vaxt aralarında olan razılaşmaya əsasən aliment tələb etməmişdir. Lakin cavabdeh uşaqlarına baxmamış, kifayət qədər gəlirə malik olsa da uşaqlarına heç bir maddi yardım göstərməmişdir. O, isə uşaqları tək saxlamaqda çətinlik çəkir. Cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, o, iddiaçıdan qabaq da ailə qurmuş və həmin nikahdan bir övladı var. Hər ay ona da aliment ödəyir. X5 və X6 üçün iddiaçıya hər ay 200 manat aliment ödəmiş və onların digər ehtiyaclarını qarşılamışdır. Bundan sonra da, uşaqların saxlanması üçün iddiaçıya hər ay cəmi 200 manat aliment ödəməyə razıdır. Həmçinin, maddi imkanı yetdiyi qədər həm birinci nikahdan, həm də ikinci nikahdan olan uşaqlarının digər ehtiyaclarının qarşılanmasında bir ata kimi iştirak edir. Məhkəmə işdə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən 08.08.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 936209 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 07 may 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 08.08.2012-ci il tarixdə 1778 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 07.10.2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı 022092 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 11 avqust 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 07.10.2017-ci il tarixdə 5459 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli 1(002)-1654/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində Cavabdeh ilə İddiaçı arasında 26 may 2011-ci il tarixdə 520 saylı akt qeydi ilə icra edilmiş nikah qeydinin pozulması, nikah pozulduqda birgə nikahdan olan 07 may 2012-ci il təvəllüdlü X5 və 11 avqust 2017-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir; İş materiallarında olan 03.03.2022-ci il tarixli Vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də anbardar vəzifəsində işləyir və əmək haqqının məbləği 900 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Əli Bayramlı Şəhər Məhkəməsinin 03.12.2007-ci il tarixli, 2-462/2007 nömrəli qətnaməsindən, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişindən və "xxxx" MMC-nin 19.02.2015-ci il tarixli məktubundan və çıxarışlardan görünür ki, Məmmədov X4 Günay Arif qızı ilə 05.07.2005-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan Əfsanə adlı qızları doğulmuşdur. Məmmədov X4 Günay Arif qızı arasında bağlanmış nikah Əli Bayramlı Şəhər Məhkəməsinin 03.12.2007-ci il tarixli, 2-462/2007 nömrəli qətnaməsi ilə pozulmuşdur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 10.01.2012-ci il tarixli, 2(002)-2173/2011 nömrəli icra vərəqəsinə əsasən Cavabdeh azyaşlı övladı Əfsanənin saxlanması üçün hər ay 70 manat məbləğində aliment tutularaq X7 ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında rəsmi nikah bağlanmışdır. Tərəflərin rəsmi nikahlarından 07 may 2012-ci il təvəllüdlü X5 və 11 avqust 2017-ci il təvəllüdlü X6 anadan olmuşlar. 07 may 2012-ci il təvəllüdlü X5 və 11 avqust 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün 200 (iki yüz) manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini İddiaçı məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində alimentin tutulması tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 78.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, cavabdehin maddi vəziyyətini və əvvəlki nikahdan daha bir uşağı olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı ilə birgə nikahından olan uşaqlarının saxlanması üçün tutulan sabit pul məbləğində alimentin miqdarı hər ay hər uşağa 150 manat müəyyən edilməlidir. İddia qalan hissədə isə rədd edilməlidir. Çünki, uşaqların saxlanması hər iki valideynin borcudur, iddiaçı əmək qabiliyyətli olmaqla, uşaqların maddi təminatının ödənilməsində cavabdehlə bərabər iştirak etməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 07 may 2012-ci il təvəllüdlü X1 və 11 avqust 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 04 fevral 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 may 2012-ci il təvəllüdlü X1 və 11 avqust 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı 04 fevral 2022-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar