Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1520/2021 26.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X17 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı və nümayəndəsi X6, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndə və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il tarixli nikah müqaviləsinə əsasən 11000 manat kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə xx.xx.2009-cu il tarixdə rəsmi mkaha daxil olaraq ailə qurmuş, nikah müqaviləsi bağlamışlar. Üç övladı var: xx.xx.2007-ci il təvəllüdlü X15, xx.xx.2012-ci İİ təvəİlüdlü X12 və xx.xx.2013-cü ii təvəllüdlü X16. Nikahları 2018-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Məhkəmə qərarı əsasında uşaqlar onun himayəsində saxlanılmışdır. Nikahda olduqları vaxt, xx.xx.2009-cu il tarixdə cavabdehlə aralarında notariat qaydasında təsdiq edilmiş müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsində deyilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, o cümlədən Cavabdeh məxsus ünvan 1, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak- ər-arvadm hər birinin ayrıca mülkiyyətində hesab edilməlidir. Bundan başqa, həmin müqavilənin 3.1 -ci bəndinin ikinci abzasında deyilir ki, nikahın pozulması halında X10 və X7 qeyd olunan mənzilə olan yaşayış və istifadə hüququ kompensasiya verilməklə itirilir. Bunun təsdiqi kimi nikahın pozulduğu gündən 10 gün ərzində X10 və X7 ümumilikdə 2000 manat məbləğində kompensasiya alır və göstərilən yaşayış sahəsini (evi) pul alınan günü tərk edirlər, həmin ünvan üzrə bir ay müddətində qeydiyyatdan çıxırlar. Nikah müqaviləsinin 4.1 -ci maddəsinə əsasən, bu nikahdan həyata gəlmiş övlladların sayından asılı olaraq kompensasiya məbləği hər uşaq üçün 1000 manat məbləğində artırılır. Uşaqların ayrı cinsdən olduğu zaman bunun əvəzində əlavə olaraq 1000 manat kompensasiyaya əlavə edilir. Deməli, ilk övlada münasibətdə ümumilikdə 2000 manat kompensasiya erilməsini nəzərə alınarsa və müqavilənin şərtlərinə görə nikahdan həyata gəlmiş övladların sayından asılı olaraq kompensasiyanın hər uşaq üçün 1000 manat artırılması nəzərdə tutulduğundan, ikinci uşaqları Kərimov Tamerlan üçün kompensasiya 3000 manat, 3-cü uşaqları Kərimova Anisa üçün isə kompensasiya 4000 manat təşkıl edir. Müqavilənin şərtinə görə, uşaqların ayrı cinsdən olması nəzərə alınmaqla Kərimov Tamerlan üçün kompensasiya 3000 manat + 1000 manat = 4000 manat, Kərimova Anisa üçün isə kompensasiya 4000 manat + 1000 manat = 5000 manat təşkil edəcəkdir. Ümumilikdə, cavabdeh nikah müqaviləsinin şərtinin yerinə yetirilməsi üçün 11000 manat kompensasiya verməli idi. Müqavilə şərtlərində kompensasiya ödənilməsi öhdəlyinin nəzərdə tutulmasına, 2018-ci ildə cavabdehin evi satmasına baxmayaraq bu günə qədər heç bir kompensasiya ödəməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək, həmçinin, iddia tələbinə iddia müddətinin tətbiqinə dair ərizə verərək göstərmişdir ki, İddiaçı öz iddiasında qeyd etmişdir ki, Cavabdehlə nikaha daxil olarkən həmin vaxt imzalanan xx.xx.2009-cu il tarixli nikah müqaviləsinə istinadən ünvan 1 ünvanında yerləşən mənzildən boşanma halı olduqda, cavabdeh ona hər uşağa görə pul kompensassiyası ödəməli olduğunu və bundan sonra uşaqlarla birlikdə mənzildən çıxmasını bildirmiş, lakin Cavabdeh onunla məhkəmə qaydasında aralarında olan nikahın ləğv olunmasına baxmayaraq, müqavilənin şərtlərini yerinə yetirməmiş və ona heç bir məbləğ ödəməmişdir. İddia tələbini qanunsuz və əsassız hesab edir. İddiaçı ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, bundan bir az əvvəl isə, yəni xx.xx.2009-cu il tarixdə nikah müqaviləsi imzalamışlar. Həmin vaxt ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətində idi. Birgə nikah dövründə, yəni xx.xx.2012-ci il tarixdə Tamerlan, xx.xx.2013- cü il tarixdə isə Anisa adlı övladları dünyaya gəlmişdir. Eyni zamanda, iddiaçının birinci nikahdan olan qızı X4 rəsmi qaydada övladlığa götürərək ona öz soyadını vermiş və ona öz övladı kimi baxmış, ona doğma bir ata kimi qulluq etmiş, uşaqlar arasında ayrı-seçkilik etməmişdir. Xüsusilə vurğulamaq istərdi ki, nikah müqaviləsinin 3.1-ci bəndinə görə, nikahın pozulması halında İddiaçı və X13 qeyd olunan mənzilə olan yaşayış və istifadə hüququ kompensasiya verilməklə itirilir, o cümlədən bunun təsdiqi kimi nikahın pozulduğu gündən 10 gün ərzində hər iki şəxs üçün ümumilikdə 2000 manat məbləğində kompensasiya verilir və göstərilən yaşayış sahəsini (evi) pul alınan günü tərk edirlər, həmin ünvan üzrə bir ay müddətində qeydiyyatdan çıxmalarını da öhdələrinə götürmüşlər. Əlavə olaraq, nikah müqaviləsinin 4.1-ci bəndinə əsasən bu nikahdan həyata gəlmiş övladların sayından asılı olaraq kompensasiya məbləği hər uşaq üçün 1000 manat məbləğində artırılır. Uşaqlardan biri ayrı cinsdən olduqda isə bunun əvəzində 1000 manat kompensasiyaya əlavə edilir. Beləliklə, ümumi kompensasiya məbləği ana və birinci övlad üçün 2000 manat, hər iki uşaq üçün 2000 manat, və uşaqların biri əks cinsdən olması səbəbindən əlavə 1000 manat nəzərə alınmaqla ümumi cəmi məbləğ 5000 manat hesablanmalı idi. Bununla yanaşı, işin faktiki halı üzrə iddiaçıya nikahın pozulması barədə qətnamə qəbul olunan zaman, və ya nikaha xitam verilməsi barədə ərizə verildiyi vaxtdan etibarən kompensasiya ödəmək borcu yaranmış olardı, lakin qarşı tərəf bu öhdəliyin icrasını tələb etməmiş, eləcə də iddia müddətinin şamil olunduğu üç il ərzində belə bir tələb irəli sürməmişdir. Hesab edir ki, iddiaçının öhdəliyin icrasını tələb etmək hüququ nikahın pozulması barədə qətnamə qəbul olunduğu zaman yaranmışdır. İşin faktiki hallarına nəzər saldıqda məlum olur ki, hər ikisi 2017-ci ilin fevralnoyabr aylarında faktiki olaraq nikahdan kənar yaşamışlar, daha sonra iddiaçı həmin ilin noyabr ayında nikaha xitam verilməsinə dair iddia qaldırmışdır. Hesab edir ki, iddiaçı həmin dövr ərzində həmin nikah müqaviləsinin 3.1-civə 4.1-ci bəndlərinə, o cümlədən mülki qanunvericiliyə əsasən öhdəliyin icrasını tələb edə bilərdi, lakin bunu etməmişdir. Birgə yaşadıqları dövr ərzində, ailəni, maddi cəhətdən təmin edən, yalnız o olmuş, iddiaçı heç bir yerdə işləməmişdir. Buna baxmayaraq 2017-ci ilin təxminən yanvar-fevral ayının bir günü, əvvəlcədən hazırlanmış ssenari ilə, iddiaçı evdə süni şəkildə münaqişə yaratmış və elə həmin gün uşaqlarla birlikdə yaşadıqları mənzili tərk etmişdir. İddiaçı nə vaxt isə barışaraq evə dönəcəyini gözləsə də sonuncu bir daha həmin mənzilə qayıtmamışdır. Həmin vaxt İddiaçı nikah müqaviləsindən irəli gələn heç bir iddia tələbi irəli sürməmişdir. Bundan sonra, 2019-cu ildə, ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil, Bakı şəhərində aparılan yenidənqurma işləri ilə bağlı sökülmüş və sökülməzdən öncə İddiaçı da evin sökülməsinə dair razılıq imzası tələb olunmuşdur. Həmin sənəd iddiaçı tərəfindən imzalandığı zaman və bundan sonrada iddiaçının ona qarşı nikah müqaviləsi üzrə öhdəliklərdən irəli gələn heç bir kompensasiya tələbi olmamışdır. Nikah müqaviləsi xx.xx.2009-cu il tarixdə imzalanmış, iddiaçı öz xoşu ilə 2017-ci ilin yanvar-fevral aylarında evi tərk etmiş və bundan sonra ondan heç nə tələb etməmişdir. Bununla da hesab edir ki, iddiaçı ilə aralarında olan “nikah müqaviləsi”nin şərtləri faktiki olaraq pozulmuş və qanunla müəyyən edilmiş şikayət vermə müddəti ötürülmüşdür. 2017-ci ilin noyabr ayında iddiaçı məhkəməyə boşanma və aliment tələbi ilə müraciət etmiş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci tarixli qətnaməsi ilə aralarında olan nikah ləğv edilmiş, ondan üç uşağın saxlanılması üçün aliment tutulması qət edilmişdir. Baxmayaraq ki, məhkəmə ilə təyin olan alimentin tutulması 2017-ci ilin noyabr ayından müəyyən edilmişdir, o, 2017-ci ilin əvvəlindən, faktiki ayrıldıqları vaxtdan (fevral ayından) bu günə qədər üç uşağın saxlanılması üçün onlara hər ay mütəmadi olaraq pul vəsaiti çatdırmışdır. Bundan sonra, Yasamal rayon İcra və Probasiya şöbəsinin icraçısı vasitəsi ilə birdəfəlik 1000 manat, sonralar isə iddiaçının kartına öz kartından mütəmadi olaraq, hər ay aliment və əlavə kompensasiya məbləğlərini köçürmüşdür. Beləliklə tərəfindən İddiaçı bu günə kimi üç uşağın saxlanılması üçün 13601 manat verməli olduğu halda, ümumilikdə 23829,71 manatdan artıq məbləğ ödəmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi cavabdeh tərəfindən dəfələrlə ona alimentdən və əlavə ödənilmiş pulun bir qismini kompensasiya ödənilməsi barədə özü etiraf etmişdir. Nikah müqaviləsinin 4.2-ci bəndində uşaqların kimlə qalmasından asılı olaraq tərəflərdən birinin qarşı tərəfə onların saxlanılması üçün 100 manat ödənilməsi məsələsi daxil edilmişdir. Bu ödəniş birdəfəlik xarakter daşıyır, və aliment ödənişinə heç bir aidiyyəti yoxdur. İlkin iddiaçının nikah müqaviləsinə xitam verildiyi vaxtdan iddia ərizəsi verdiyi zamana da daxil olmaqla indiyədək bu məsələyə də toxunulmamışdır, və iddia ərizəsində tələb olunan 11.000 manat ödənişin tələb edilməsi iddiaçının müqavilədən xəbərsiz olduğunu, və əsassız varlanma niyyətinin olduğunu açıq-aydın əks etdirir. Beləliklə, iddiaçı tərəfindən nikah müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə 2021-ci ilin yanvarın 14-ü müraciət edildiyi, bununla da onun tərəfindən həmin müqavilənin şərtlərinə dair iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş 1 (bir) illik müddət, eyni zamanda nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə tətbiq edilən 3 illik iddia müddəti ötürüldüyündən hesab edir ki, iddia müddəti tətbiq edərək, iddiaçının iddiasından imtina edilməlidir. Xüsusilə vurğulanmalıdır ki, iddiaçının nikah müqaviləsi ilə kompensasiya tələb etmək hüququna dair iddia müddəti xx.xx.2020-ci il tarixində bitmişdir, halbuki sənədlər Yasamal rayon məhkəməsinə xx.xx.2021 -ci il tarixində verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsi əsassız olduğundan və iddia müddətini tətbiq edərək təmin edilməməsi və iddiaçı Cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10196,88 manat pulun alınıb ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdehla xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların xx.xx.2012-ci il tarixdə X12, xx.xx.2013-cü il tarixdə isə X16 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, uşaqlarının yanında qalmaları şərti ilə, saxlanılması üçün cavabdehdən onların saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərin yarısı miqdarında aliment tutulması qət edilmişdir. Kərimova Şəbinə iddia tələbində göstərmişdir ki, onunla Cavabdeh arasında imzalanmış nikah müqaviləsinin 3.1-ci bəndinə əsasən, aralarında olan nikah pozulduqda Cavabdeh İddiaçı və birinci nikahdan olan qızı Aliyyəyə mənzilə olan yaşayış və istifadə hüququnun əvəzi kimi ümumilikdə 2000 manat kompensasiya ödəməklə sonuncu qızı ilə birlikdə yaşadıqları mənzili tərk etməlidilər. Nikahda olduqları müddətdə başqa övladları dünyaya gəldikdə isə həmin müqavilənin 4.1-ci bəndinə əsasən kompensasiya məbləği hər uşağa görə 1000 manat, uşaqların ayrı cinsdən olduğu halda isə əlavə olaraq 1000 manat da kompensasiyaya əlavə olunacaqdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən uşaqların kimlə qalmasından asılı olaraq tərəflərdən birinin qarşı tərəfə onların saxlanılması üçün 100 manat ödənilməsini üzərinə götürmüşdür.Beləliklə də, iddiaçı Cavabdeh ona ümumilikdə 11.000 manat pul ödəməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisənin predmeti olmayan ünvan 1 ünvanında yerləşən mənzildən boşanma məqsədi ilə çıxarkən nikah müqaviləsinin tələblərini bilərəkdən pozmuş, qeyd olunan ünvandakı mənzil sökülərkən öz razılığını vermiş və baxmayaraq ki, boşanma tarixindən 4 ildən çox keçib, yenə də nikah müqaviləsində göstərilənləri tələb etməmiş, bununla da qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Özü Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən cavabdeh İddiaçı onun 2017-ci ilin yanvar-fevral ayında uşaqları ilə birlikdə yaşadıqları mənzili tərk edən vaxtdan bu günə qədər, məhkəmə qərarı olmadan mütəmadi olaraq öz üç övladına qayğı və maddi yardım etmiş, məhkəmə qərarından sonra isə alimentin ödənilməsində heç bir zaman problemlər yaratmamışdır. 2017-ci ildən 2019-cu ilin dekabr ayınadək əmək haqqı rəsmi 685,25 manat təşkil etmişdir. 2020-ci ilin yanvar ayından isə 730 manat təşkil edir. Məhkəmənin qərarına əsasən, İddiaçı əmək haqqının yarısı məbləğində aliment ödəməli idi. Bu da 2017-ci ilin noyabr və dekabr ayları üçün-685,25 manat, 2018-ci il üçün 4111,50 manat, 2019-cu ildə-4111,50 manat, 2020-ci ildə isə 4380 manat təşkil edirdi. Beləliklə, İddiaçı ümumilikdə 13288,12 manat aliment ödəməli idi.Faktiki olaraq, İddiaçı 2017-ci ilin fevral ayından bu günə kimi, nağd verilən pulu hesaba alənmasa, 23485 manat pul ödəmişdir. Beləliklə cavabdeh İddiaçı ona artıq ödənilmiş 10196,88 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı və nümayəndəsi X14 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iiddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia qəbul etməyərək, qarşılılıq iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 427.3, 429.1.3, 442, 443.4, 448.1, 448.2, 739.1, 739.2-ci, maddələrini nəzərə alaraq müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə nikah müqaviləsi bağlanmışdır. Nikah müqaviləsinin 1.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, o cümlədən Cavabdeh məxsus ünvan 1, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak- ər-arvadın hər birinin ayrıca mülkiyyətində hesab edilməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, nikahın pozulması halında X11 və X2 qeyd olunan mənzilə olan yaşayış və istifadə hüququ kompensasiya verilməklə itirilir. Bunun təsdiqi kimi nikahın pozulduğu gündən 10 gün ərzində X10 və X7 ümumilikdə 2000 manat məbləğində kompensasiya alır və göstərilən yaşayış sahəsini (evi) pul alınan günü tərk edirlər, həmin ünvan üzrə bir ay müddətində qeydiyyatdan çıxırlar. Nikah müqaviləsinin 4.1-ci maddəsinə əsasən, bu nikahdan həyata gəlmiş övlladların sayından asılı olaraq kompensasiya məbləği hər uşaq üçün 1000 manat məbləğində artırılır. Uşaqlardan biri ayrı cinsdən olduqda isə bunun əvəzində 1000 manat kompensasiyaya əlavə edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən uşaqların kimlə qalmasından asılı olaraq tərəflərdən birinin qarşı tərəfə onların saxlanılması üçün 100 manat ödənilməsini üzərinə götürmüşdür. Cavabdeh ilə İddiaçı xx.xx.2009-cu il tarixdə rəsmi mkaha daxil olaraq ailə qurmuş, bu nikahdan tərəflərin 2 övladı, xx.xx.2013-cü ii təvəllüdlü X16, xx.xx.2012-ci İİ təvəİlüdlü X12 anadan olmuşdur. Həmçinin Cavabdeh İddiaçı əvvəlki nikahdan olan qızı xx.xx.2007-ci il təvəllüdlü X8 övladlığa götürmüşdür. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 10172/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiası təmin olunaraq tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü təvəllüdlü X8n, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X9 analarının yanında qalması və onların saxlanması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında iddiaçının xeyrinə aliment tutulması qət edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim olunmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10172/2017 saylı icra sənədi üzrə tutulan aliment barədə cədvələ əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək Cavabdeh tərəfindən İddiaçı cəmi 13601,10 manat əvəzinə 20985 manat məbləğində aliment ödənilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı pul tələbinə dair iddia verərək, cavabdehdən xx.xx.2009cu il tarixli nikah müqaviləsinə əsasən 11000 manat kompensasiyanın tutularaq ona ödənilməsi barədə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə pul məbləğinin qaytarılması tələbinə dair iddia verərək, artıq ödənilmiş alimentin qaytarılması qətnamə çıxarılmasını xahiş etmişdirlər. Beləliklə, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış nikah müqaviləsinin şərtlərinə əsasən nikahın pozulması halında İddiaçı və X2 Cavabdeh məxsus mənzilə olan yaşayış və istifadə hüququnun 2000 manat məbləğində kompensasiya verilməklə itirilməsi, tərəflərin birgə nikahından anadan olmuş övlladların sayından asılı olaraq kompensasiya məbləğinin hər uşaq üçün 1000 manat məbləğində artırılması, uşaqlardan biri ayrı cinsdən olduqda isə bunun əvəzində 1000 manat kompensasiyaya əlavə edilməsi və həmin müqavilənin 4.2-ci bəndinə əsasən uşaqların kimlə qalmasından asılı olaraq tərəflərdən birinin qarşı tərəfə onların saxlanılması üçün 100 manat ödənilməsini nəzərdə tutulmasına baxmayaraq, ilkin iddia üzrə Cavabdeh tərəfindən müqavilə şərtləri yerinə yetirilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5100 manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməlidir.İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38.12-ci maddəsiə əsasən nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ərarvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə isə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.. Bununla yanaşı, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 109.2-ci maddəsinin tələbinə əsasən aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Məhkəmə hesab edir ki, artıq ödənilmiş aliment məbləğinin qaytarılmasına dair ailə qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslar mövcud olmadığına görə qarşılıqlı iddia tələb əsaslı hesab edilə bilməz və rədd olunmalıdır. Həmçinin, məhkəmə ilkin iddia üzrə Cavabdeh ilkin iddia tələbinə iddia müddətinin tətbiq olunmasına dair ərizəsini əsassız hesab edərək təmin olunmaması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinin tələbinə görə isə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarında olan 2(004)-10172/2017 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən göründüyü kimi, qətnamə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş, ondan şikayət verilmədiyi üçün xx.xx.2018-ci il tarixdə qüvvəyə minmişdir. İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2021-ci il tarixdə poçt şöbəsinə təhvil verilmişdir.Məhkəmə onuda bildirir ki, xx.xx.2009-cu il tarixli nikah müqaviləsinin 3.1-ci bəndinə əsasən nikahın pozulduğu gündən 10 gün ərzində X10 və X7 ümumilikdə 2000 manat məbləğində kompensasiya alır və göstərilən yaşayış sahəsini (evi) pul alınan günü tərk edirlər. İddiaçı nikah pozulması barədə qətnamə qüvvəyə minəndən 10 gün sonra, yəni xx.xx.2018-ci il tarixdən müqavilə üzrə tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. xx.xx.2009-cu il tarixli nikah müqaviləsinə əsasən Cavabdeh 5100 (beş min yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh X1rşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1520/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1520/2021
26.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver