Məhkəmə qərarları › İş №2(004)-1520/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1520/2024

19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1520/2024 19.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ilə birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021ci il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanılması üçün hər ay uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Sumqayıt ASAN xidmət Mərkəzində nikah bağlanmışdır. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı hesab edir ki, cavabdehdən hər ay uşaqların hər biri üçün 235 manat məbləğində aliment tutulmalıdır. Cavabdeh Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya prosesində iştirak etmiş, lakin razılıq əldə olunmamışdır. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı 50 (əlli) manat məbləğində mediasiyaya dar xərci ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olmasına baxmayaraq cavabdeh X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4274/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN Xidmət Mərkəzi” qeydiyyat şöbəsində 22 iyul 2017-ci il tarixdə 1887 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması qət edilmişdir. Həmin Qətnamədən görünür ki, məhkəmə tərəflər arasında yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X1 analarının yanlarında qalmaları və aliment ödənilməsi barədə barışıq sazişinin olmasını nəzərə alaraq uşaqların hansı valideynin yanında qalması və onun saxlanılması üçün hansı məbləğdə aliment tutulması məsələsinə münasibət bildirmir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsində xx.xx.2018-ci il tarixinə qeyd olunmuş AZ-İV № 098850 saylı Doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnamədə ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. 3 saylı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsində -- iyul 2021-ci il tarixinə qeyd olunmuş AZ-İV № 616288 nömrəli Doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnamədə ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən tərəflər arasında razılıq əldə olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin alimentin artırılması ilə razılaşmasını ifadə edən ərizəsini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar