Məhkəmə qərarları › İş №2(004)-1527/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1527/2024

23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1527/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə dəymiş mənəvi zərərə görə 1000 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 48, mənzil 20 ünvanında yaşayır. Cavabdehlər isə o binan yanındakı binada yaşayırlar. İddiaçı öz yaşadığı həyətdə cavabdehlərin qeyri-qanuni məhdudiyyətlərinə görə normal vaxt keçirə bilmir. Ona görə də iddiaçı cavabdehlər tərəfindən məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Lakin İddia ərizəsi Məhkəmə tərəfindən qəbul edildikdən sonra cavabdehlər tərəfindən davamlı olaraq iddiaçı və onun ailə üzvləri narahat edilir. İddiaçı dəfələrlə cavabdehlərə işin məhkəmədə baxıldığını və ona görə də onunla ünsiyyətdə olmamalarını tapşırsa da heç bir nəticə əldə edə bilməmişdir. Buna görə də o keçirdiyi mənəvi iztirablara görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər onun yaşadığı həyətdə onun barəsində yalan məlumatlar yayırlar. Bu iddiaçıya və onun ailəsinə iztirab yaşadır. Onlar barəsində iddiaçının və ailə üzvlərinin barəsində şərəf və ləyaqətlərini alçaldan hərəkətlərinə görə dəfələrlə polisə şikayət etmişdir. Lakin heç bir nəticə olmamışdır. iHəmçinin qeyd edir ki, Ə.Haqverdiyev küçəsi, 568-ci məhəllə, ev 2, mənzil 52 ünvanında qonşu blokda yaşayan Elşən adlı şəxs onu blokdan qovmuşdur və döyəcəyi ilə hədələmişdir, iddiaçı isə ondan polisə şikayət edəcəyini dedikdə isə, “hara istəyirsən şikayət et” demişdir, bir də bu bloka daxil olsa, iddiaçını döyəcəyini bildirmişdir. Həmin şəxsin hərəkətlərindən DİN-in “102” Xidmətinə şikayət etmişdir. Həmin şəxsin xuliqanlıqla bağlı hərəkətlərindən isə 2023-cü ilin may ayında Yasamal rayon Prokurorluğuna ərizə yazmışdır, lakin, sonradan həmin şikayət Yasamal rayon Polis İdarəsinə göndərilmişdir (icraçı isə Kərimov Vüsal olmuşdur). İcraçı bildirmişdir ki, şikayəti 28-ci Polis Şöbəsinə göndəriləcək. Lakin avqust ayının 2-də 28-ci Polis Şöbəsinin baş təhqiqatçısı Abdullayev Nicat şikayət etdiyi Elşən və Rəşad (bu şəxs də, həmçinin, 1-ci blok, ev 2A, 7-ci mərtəbədə yaşayan qonşusudur) adlı qonşuları ilə bağlı iddiaçını şöbəyə çağımışdır. Lakin, baş təhqiqatçı iddiaçıya təzyiqlər göstərmiş və təhqir etmişdir. Sonra isə baş təhqiqatçı Təcili yardım işçilərini həmin şöbəyə çağırmış və iddiaçını məcburi olaraq 2 saylı X1 zorla göndərmişdir. Həmçinin, nə izahatı alınmış, nə də şikayətinə baxılmışdır. Bugünə qədər isə heç bir rəsmi cavab göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etdiyini və təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lazımi qaydada məlumatlandırılsa da, onlar, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. n Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 26 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, ünvan 2 ünvanda yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə qonşusu Cavabdeh2 tərəfindən döyülməsi faktı sübuta yetirilmədiyi üçün və Cavabdeh2 əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut (fotoşəkil, videogörüntü və s.) təqdim etməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbində qeyd olunmuş cavabdehlərin təqsirli hərəkətlərinin nəticəsində iddiaçının və onun ailəsinin iztirab keçirməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, sübut edə bilməmişdir. Beləliklə, məhkəmə belə qənatətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar