Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1542/2023 28.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Fizuli oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Fizuli oğluna qarşı “cehiz əmlakının geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Fizuli oğluna qarşı “cehiz əşyaları qismində 300 manat dəyərində 1 ədəd qaz sobası, 500 manat dəyərində 1 ədəd aspirator, 650 manat dəyərində 1 ədəd soba, 1000 manat dəyərində qonaq otağı çılçıraq dəsti, 500 manat dəyərində yataq otağı çılçıraq dəsti, hər biri 100 manat dəyərində olmaqla 2 ədəd mətbəx xalçası, 150 manat dəyərində qonaq otağı xalçası, 2600 manat dəyərində mətbəx mebeli, 350 manat dəyərində divan və iki ədəd stul, 100 manat dəyərində jalüz, 500 manat dəyərində 1 ədəd paltar şkafı, 300 manat dəyərində 1 ədəd od somavarı, 100 manat dəyərində kitab rəfinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli "iddia tələbinin azaldılması" barədə ərizə ilə məhkəməyə müraciət edərək 650 manat dəyərində 1 ədəd sobanın cavabdeh tərəfindən geri qaytarılmasını bildirmiş və 500 manat dəyərində 1 ədəd paltar şkafının geri qaytarılması tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə izahat verərək iddia tələbini qismən qəbul etmişdir. Belə ki, o, iddia tələbini cehiz əşyaları qismində 300 manat dəyərində 1 ədəd qaz sobası, 500 manat dəyərində 1 ədəd aspirator, 1000 manat dəyərində qonaq otağı çılçıraq dəsti, 500 manat dəyərində yataq otağə çılçıraq dəsti, hər biri 100 manat dəyərində olmaqla 2 ədəd mətbəx xalçası, 150 manat dəyərində qonaq otağı xalçası, 350 manat dəyərində divan və iki ədəd stul, 100 manat dəyərində jalüz və 100 manat dəyərində kitab rəfi hissəsində etiraf etmişdir. Lakin, o, iddia tələbini 1 ədəd mətbəx mebeli hissəsində qəbul etməmişdir. Belə ki, cavabdeh sözügedən mebelin iddiaçı tərəfindən cehiz əmlak qismində gətirildiyini və cehiz əmlakı kimi iddiaçıya məxsus olmasını bildirsə də, özünə məxsus olan köhnə mətbəx mebelini yeni gətirilmiş cehiz əmlakına görə istifadədən çıxaraq atmasını, iddia tələbi olan mətbəx mebeli iddiaçıya geri qaytarılarsa cavabdehə zərər vurulacağını, bu səbəbdən, iddianı həmin hissədə qəbul etmədiyini bildirmişdir. Bundan əlavə o, iddia predmeti olan 1 ədəd od somavarının evləndikdən 1 il sonra ona hədiyyə verildiyini, bu səbəbdən, iddianı həmin hissədə qəbul etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri çıxış edir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə müəyyən olunur ki, cehiz əmlakı qismində 300 manat dəyərində 1 ədəd qaz sobası, 500 manat dəyərində 1 ədəd aspirator, 1000 manat dəyərində qonaq otağı çılçıraq dəsti, 500 manat dəyərində yataq otağı çılçıraq dəsti, hər biri 100 manat dəyərində olmaqla 2 ədəd mətbəx xalçası, 150 manat dəyərində qonaq otağı xalçası, 350 manat dəyərində divan və iki ədəd stul, 100 manat dəyərində jalüz və 100 manat dəyərində kitab rəfi İddiaçı məxsusdur. Həmin əşyalar cehiz əmlakını təşkil edir. İddia tələbinin predmeti olan 2600 manat dəyərində mətbəx mebelinin də cehiz əmlakı qismində iddiaçıya məxsus olması faktı işin mübahisəsiz halıdır. Göstərilən əmlakın İddiaçı tərəfindən cehiz qismində Cavabdeh evinə gətirilməsi cavabdeh tərəfindən etiraf edilmiş, lakin, cavabdeh mətbəx mebeli iddiaçıya qaytarılarsa yeni mebel gətirildikdən sonra özünə məxsus olan köhnə mətbəx mebelinin atılması nəticəsində ona zərər vurulacağını bildirmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan zərərlə bağlı cavabdeh tərəfindən iddiaçıya qarşı hüquqi tədbirlərin həyata keçirilməsi imkanı istisna olunmur. Məhkəmə prosesi zamanı iddia tələbinin predmetini təşkil edən 650 manat dəyərində 1 ədəd sobanın cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması müəyyən edilmişdir. İddia tələbinin predmetini təşkil edən 500 manat dəyərində 1 ədəd paltar şkafına münasibətdə iddiaçı tərəfindən yazılı şəkildə imtina edilmişdir. 300 manat dəyərində 1 ədəd od somavarının geri qaytarılması hissəsində iddia tələbi iddiaçı tərəfindən sübut edilə bilinməmiş, göstərilən xüsusatla bağlı hər hansı sənəd, material məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin prinsiplərinə əsasən məhkəmələrin mülki prosesdə arbitr rolunda çıxış etməsi xüsusatı nəzərə alınmaqla, məhkəmənin öz təşəbbüsü ilə iddiaçı və ya cavabdeh tərəfdən sübut (lar) toplaması istisna olunur. Nəticə etibarilə, 300 manat dəyərində 1 ədəd qaz sobası, 500 manat dəyərində 1 ədəd aspirator, 1000 manat dəyərində qonaq otağı çılçıraq dəsti, 500 manat dəyərində yataq otağı çılçıraq dəsti, 2600 manat dəyərində mətbəx mebeli, hər biri 100 manat dəyərində olmaqla 2 ədəd mətbəx xalçası, 150 manat dəyərində qonaq otağı xalçası, 350 manat dəyərində divan və iki ədəd stul, 100 manat dəyərində jalüz və 100 manat dəyərində kitab rəfi İddiaçı məxsusdur. Həmin əmlaklar cehiz əmlakı qismində tərəflər birgə nikah münasibətlərinə daxil olunmamışdan əvvəl əldə edilmiş, bu səbəbdən, birgə nikah dövründə əldə edilmiş əmlak hesab oluna bilməzlər. Qeyd olunan əmlaklar Cavabdeh qanunsuz sahibliyindədir və iddiaçı M.N.Cahangirliyə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 300 manat dəyərində 1 ədəd qaz sobası, 500 manat dəyərində 1 ədəd aspirator, 1000 manat dəyərində qonaq otağı çılçıraq dəsti, 500 manat dəyərində yataq otağı çılçıraq dəsti, 2600 manat dəyərində mətbəx mebeli, hər biri 100 manat dəyərində olmaqla 2 ədəd mətbəx xalçası, 150 manat dəyərində qonaq otağı xalçası, 350 manat dəyərində divan və iki ədəd stul, 100 manat dəyərində jalüz və 100 manat dəyərində kitab rəfi Cavabdeh Fizuli oğlunun qanunsuz sahibliyindən götürülərək İddiaçı verilməli, müvafiq sübutlar təqdim edilmədiyindən 300 manat dəyərində 1 ədəd od somavarının geri qaytarılması hissəsində iddia təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh Fizuli oğluna qarşı “cehiz əmlakının geri qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. 300 manat dəyərində 1 ədəd qaz sobası, 500 manat dəyərində 1 ədəd aspirator, 1000 manat dəyərində qonaq otağı çılçıraq dəsti, 500 manat dəyərində yataq otağı çılçıraq dəsti, 2600 manat dəyərində mətbəx mebeli, hər biri 100 manat dəyərində olmaqla 2 ədəd mətbəx xalçası, 150 manat dəyərində qonaq otağı xalçası, 350 manat dəyərində divan və iki ədəd stul, 100 manat dəyərində jalüz və 100 manat dəyərində kitab rəfi Cavabdeh Fizuli oğlunun qanunsuz sahibliyindən götürülərək İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1542/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1542/2023
28.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver