Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1584/2022 15.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və cehiz əmlakın qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması, aliment tutulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlu ilə onun arasında 18.06.2016- cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş övlaqları - 03.03.2017-ci il təvəllüdlü X3 və 03.03.2018-ci il təvəllüdlü X4 onun yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmin 400 manat manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlu ilə onun arasında 18.06.2016- cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması; birgə nikahdan doğulmuş övlaqları - 03.03.2017-ci il təvəllüdlü X3 və 03.03.2018-ci il təvəllüdlü X4 onun yanında saxlanılması;uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi; Cavabdeh mülkiyyətindəki, qiyməti 13875 manat olan ünvan 1 ünvanında yerləşən 0.0600 ha torpaq sahəsinin və ünvan 2 yerləşən 0.1250 ha torpaq sahəsinin onunla cavabdeh arasında bölünməsi, həmin torpağın 2/3 hissəsinin onun mülkiyyəti hesab olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi; cavabdehin yaşadığı Sabirabad rayonunun Qalağayın kəndində yerləşən mənzildə olan: 1750 manat dəyərində qızıl-zinət əşyaları-çəkisi 4 qram olan 585 əyyarlı, qaşlı nişan üzüyü – qiyməti 400 manat, ağ qızıldan olan sep (5 qr), brilyant qaşlı klonla (4,3 qr) – qiyməti 1000 manat, tək üzük, çəkisi 3,8 qram, 585 əyyarlı, sarı qızıldan - qiyməti 350 manat; 5100 manat dəyərində 3 ədəd mebel dəstinin- qonaq mebel dəsti ("embawood" istehsalı) - qiyməti 1100 manat; yataq mebel dəsti ("embawood" istehsalı) - qiyməti 2800 manat; mətbəx mebel dəsti ("embawood" istehsalı) - qiyməti 1200 manat; 14355 manat dəyərində məişət əşyalarının- X23” markalı paltaryuyan - qiyməti 600 manat, "Samsung" markalı televizor - qiyməti 680 manat, "Samsung" markalı soyuducu - qiyməti 720 manat, tozsoran - qiyməti 215 manat, dvd - qiyməti 90 manat, servis (tam komplekt) - qiyməti 695 manat, "Kenwood" markalı ütü - qiyməti 75 manat, mətbəx sobası - qiyməti 295 manat, çay dəsti - qiyməti 240 manat, yataq örtüyü Nilay - qiyməti 190 manat, yorğan, 2 nəfərlik - qiyməti 160 manat, elektrik qazan - qiyməti 190 manat, qazan dəsti - qiyməti 210 manat, mikser- qiyməti 115 manat, mikrodalğalı soba - qiyməti 195 manat, xalça 3x4 mert ölçüdə - qiyməti 420 manat, xalça 2x3 metr ölçüdə - qiyməti 280 manat, 3 ədəd kamod qabları - qiyməti 1200 manat, rəngli bokal 6 ədəd - qiyməti 120 manat, xrustal bokal çex istehsalı, 6 ədəd - qiyməti 195 manat, çilçıraq, xrustal - qiyməti 500 manat, çilçıraq, yataq otağı - qiyməti 150 manat, çilçıraq, mətbəx üçün - qiyməti 90 manat, pərdə, 4 ədəd - qiyməti 2000 manat, ütü stolu - 70 manat, mətbəx stol-sutlları - 600 manat, aspirator - qiyməti 160 manat, kombayn dəsti qiyməti - 260 manat, ət çəkən - qiyməti 180 manat, mətbəx qabları (qaşıq dəsti, tefal qazanlar, tavalar, müxtəlif bokallar) - qiyməti 2000 manat, divar saatı - qiyməti 60 manat, künc divanı "Madeyra" - qiyməti 1400 manat Cavabdeh alınıb ona verilməsi, bu mümkün olmazsa, bütün məişət əşyalarının dəyəri olan 21205 manat (1750+5100+14355=21.205) pulun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.02.2022-ci il tarixli, 2(004)-535/2022 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Rəsulov Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması, aliment tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, qızıl-zinət əşyasının və cehiz əmlakın qaytarılması” tələbinə dair 2(004)-535/2022 nömrəli mülki iş üzrə İddiaçı cavabdeh Rəsulov Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması, aliment tutulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası ilə, İddiaçı cavabdeh Rəsulov Cavabdeh qarşı “qızıl-zinət əşyasının və cehiz əmlakın qaytarılması” tələbinə dair iddiası ayrıcı icraata ayrılması, 2(004)-535/2022 nömrəli mülki işdən ayrılan - İddiaçı cavabdeh Rəsulov Cavabdeh qarşı “qızıl-zinət əşyasının və cehiz əmlakın qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə yeni nömrə verilməsi və ayrılan işə ayrıca icraatda baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 18 iyun 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin tarixdə nikahları Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilərək akt qeydləri kitabında 142 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından iki övladları: 03.03.2017-ci il təvəllüdlü oğlu X6 və 03.03.2018-ci il təvəllüdlü qızı X9 doğulmuşdur. Nikah daxil olan zaman, habelə nikah dövründə, valideynləri ona cehiz vermiş, cavabdeh və qohumları isə zinət əşyaları hədiyyə etmişlər. Valideynləri tərəfindən ona verilmiş və hazırda cavabdehin faktiki sahibliyində və ifadəsində olan cehiz əmlak, həmçinin cavabdeh və qohumları tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyaları bunlardan ibarətdir: 1750 manat dəyərində qızıl-zinət əşyaları-çəkisi 4 qram olan 585 əyyarlı, qaşlı nişan üzüyü – qiyməti 400 manat, ağ qızıldan olan sep (5 qr), brilyant qaşlı klonla (4,3 qr) – qiyməti 1000 manat, tək üzük, çəkisi 3,8 qram, 585 əyyarlı, sarı qızıldan qiyməti 350 manat; 5100 manat dəyərində 3 ədəd mebel dəsti- qonaq mebel dəsti ("embawood" istehsalı) - qiyməti 1100 manat; yataq mebel dəsti ("embawood" istehsalı) qiyməti 2800 manat; mətbəx mebel dəsti ("embawood" istehsalı) - qiyməti 1200 manat; 14355 manat dəyərində məişət əşyaları- X23” markalı paltaryuyan - qiyməti 600 manat, "Samsung" markalı televizor - qiyməti 680 manat, "Samsung" markalı soyuducu - qiyməti 720 manat, tozsoran - qiyməti 215 manat, dvd - qiyməti 90 manat, servis (tam komplekt) qiyməti 695 manat, "Kenwood" markalı ütü - qiyməti 75 manat, mətbəx sobası - qiyməti 295 manat, çay dəsti - qiyməti 240 manat, yataq örtüyü Nilay - qiyməti 190 manat, yorğan, 2 nəfərlik - qiyməti 160 manat, elektrik qazan - qiyməti 190 manat, qazan dəsti - qiyməti 210 manat, mikser- qiyməti 115 manat, mikrodalğalı soba - qiyməti 195 manat, xalça 3x4 mert ölçüdə - qiyməti 420 manat, xalça 2x3 metr ölçüdə - qiyməti 280 manat, 3 ədəd kamod qabları - qiyməti 1200 manat, rəngli bokal 6 ədəd - qiyməti 120 manat, xrustal bokal çex istehsalı, 6 ədəd - qiyməti 195 manat, çilçıraq, xrustal - qiyməti 500 manat, çilçıraq, yataq otağı - qiyməti 150 manat, çilçıraq, mətbəx üçün - qiyməti 90 manat, pərdə, 4 ədəd - qiyməti 2000 manat, ütü stolu - 70 manat, mətbəx stol-sutlları - 600 manat, aspirator - qiyməti 160 manat, kombayn dəsti qiyməti - 260 manat, ət çəkən - qiyməti 180 manat, mətbəx qabları (qaşıq dəsti, tefal qazanlar, tavalar, müxtəlif bokallar) - qiyməti 2000 manat, divar saatı - qiyməti 60 manat, künc divanı "Madeyra" - qiyməti 1400 manat . Qeyd olunan əşyalar hazırda faktiki yaşadığı Sabirabad rayonunun Qalağayın kəndindəki fərdi yaşayış evindədir. Adıçəkilən qızıl-zinət və məişət əşyalarının cavabdeh tərəfindən satılacağını, yararsız hala salınacağını ehtimal edib həmin əşyaların qiymətləri də qeyd olunmuşdur ki, məhkəmə iddia tələbini təmin edən zaman adıçəkilən əşyaların naturada alınmasının mümkün olmayacağı təqdirdə onların dəyərini cavabdehdən tutulmasını qət etsin. Odur ki, iddianın təmin eidlməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin ərizəsinə məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməsini təsdiq edən sübutları əlavə etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü, 185.5-ci və 185.6-cı maddəsinə əsasən işə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.10.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh və X7 18.06.2016-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 142 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Rəsulova” soyadı verilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 28.10.2021-ci il tarixdə verilmiş, AZ-T 173725 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X15 03.03.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 24.04.2017-ci il tarixdə 2144 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 28.10.2021-ci il tarixdə verilmiş, AZ-T 173723 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 03.03.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 16.03.2018-ci il tarixdə 1471 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ödəmə müqaviləsi sənədlərindən görünür ki, X8 tərəfindən qiyməti 695 manat olan qaşsız servis və pakrıval, qiyməti 295 manat olan olan mətbəx sobası, qiyməti 195 manat olan olan mikrodalğalı soba, qiyməti 210 manat olan qazan dəsti, X10 tərəfindən qiyməti 240 manat olan çay servisi, qiyməti 190 manat olan pakrıval, qiyməti 160 manat olan yorğan dəsti, X14 tərəfindən qiyməti 215 manat olan tozsoran, qiyməti 215 manat olan mikser, qiyməti 190 manat olan 2 ədəd elektrik qazanı, qiyməti 400 manat olan xalça, X1 tərəfindən qiyməti 85 manat olan 2 ədəd məişət əşyası əvəzi hissə-hissə ödənilmək şərtilə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli MTT(004)-55/2022 saylı qərardadının surətindən görünür ki, müvvəqqəti təminat tədbiri kimi İddiaçı məxsus olduğu və Sabirabad rayonunun Qalağayın kəndində yerləşən evdə olduğu iddia edilən, iddia ərizəsində adları qeyd edilən cehiz və qızıl-zinət əşyalarının üzərinə həbsin qoyulması qərara alınmış və qərardad dərhal icra edilmişdir. İş materiallarında olan Sabirabad rayon İcra şöbəsinin 14 mart 2022-ci il tarixli “iş üzrə icraata xitam verilməsi” barədə qərarın surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli MMT(004)-55/2022 saylı icra vərəqəsinə əsasən İddiaçı məxsus iddia edilən və Sabirabad rayonu Qalağayın kəndində yerləşən evdə olan icra sənədində adları qeyd olunan cehiz əşyaları siyahıya alınmalı və onların üzrərinə həbs qoyulmalıdır. 11 mart 2022-ci il tarixdə hal şahidlərinin iştirakı ilə İddiaçı məxsus iddia edilən və Sabirabad rayonu Qalağayın kəndində yerləşən X2 məxsus evə baxış keçirilmiş, lakin icra vərəqəsində adları qeyd olunan cehiz əşyaları aşkar edilməmiş və bu barədə akt tərtib edilmişdir. Ona görə də, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduğu üçün iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Sabirabad rayon İcra şöbəsinin icra məmuru Aydın İsmayılov, hal şahidləri ünvan 3 ünvanında yaşayan X13 və Sabirabad rayonu İcra şöbəsinin sürücüsü X11 tərəfindən tərtib edilmiş 11 mart 2022-ci il tarixli aktın surətindən görünür ki, adları qeyd edilən şəxslər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli MTT(004)-55/2022 saylı icra vərəqəsinin icrası ilə əlaqədar İddiaçı Sabirabad rayonu Qalağayın kəndində X2 məxsus yaşayış evində olduğu iddia edilən icra vərəqəsində adları qeyd edilən əşyaların siyahıya alınaraq üzərinə həbs qoyulması üçün qeyd edilən fərdi yaşayış evində olmuşlar. Evə baxış zamanı icra vərəqəsində adları qeyd edilən heç bir əmlakın həmin evdə olmadığı müəyyən edilmişdir. Ev sahibi İddiaçı məxsus əmlakların 13.01.2022-ci il tarixdə tələbkarın dayısı və nənəsi tərəfindən videoçəkilş aparılmaqla götürüldüyünü bildirmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının və cehiz əmlakının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı hazırkı iddia tələbində ona məxsus olan qızıl-zinyət və cehiz əşyalarının ümumi dəyəri 21205 manatlıq əşyaların ona məxsus əmlak olduğu üçün cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, sözügedən əşyaların cavabdehlər tərəfindən götürülməsinə və ya əşyaların cavabdehdə olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Əksinə Sabirabad rayon İcra şöbəsinin icra məmuru Aydın İsmayılovun və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş aktdan iddiaçı tərəfindən tələb edilən və Sabirabad rayonunun Qalağayın kəndində yerləşən evdə ona məxsus olduğu iddia edilən cehiz və qızıl-zinət əşyalarının həmin evdə olmadığı müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, onun tərəfindən tələb etdiyi qızıl-zinət və cehiz əşyalarının cavabdehdə olması barədə heç bir sübut təqdim edilmədiyindən, beləliklə də iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən, iddia tələbi öz hüquqi təsdiqini tapmadığından təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 196 (bir yüz doxsan altı) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və cehiz əmlakın qaytarılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 196 (bir yüz doxsan altı) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1584/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1584/2022
15.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver