Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1598/2020 13.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxx” X1rşı “son haqq-hesabın, əmək haqqının ödənilməsi və gecikdirilməyə görə kompensasiyanın tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxx” X2 və Cavabdeh2 qarşı “son haqq-hesabın, əmək haqqının ödənilməsi və gecikdirilməyə görə kompensasiyanın tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2127,12 manatın və dəymiş ziyana görə 100% tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxx” MMC ilə aralarında xx.xx.2018-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə əsasən mühasib vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi dövr ərzində nizam-intizamlı olmuş və heç bir inzibati məsuliyyətə cəlb edilməmişdir. xx.xx.2018-ci il tarixdə əmək haqqının ödənilməməsi səbəbi ilə işdən azad olunmaq barədə ərizə ilə rəhbərliyə müraciət etmiş, xx/xx/2018 il tarixdə işdən azad olunsa da, ödənilməmiş əmək haqqı və son haqq-hesab hesablanaraq ödənilməmişdir.Bununla bağlı dəfələrlə yazılı və şifahi olaraq “xxxxxxxxxxxx” MMC-nin direktoruna müraciət etsə də, heç bir ödəniş edilməmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidməti, 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciət etmiş və xx.xx.2019-cu il tarixli, **********8 saylı cavab məktubu ilə yenidən müəssisəyə müraciət etdiyi halda son haqq-hesab və əmək haqqının ödəniləcəyi bildirilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə müraciət etsə də, bu günə kimi heç bir nəticəsi olmamışdır. Bundan başqa işəgötürən qanunvericiliklə nəzərdə tutulmuş qaydada öz vəsifəsini yerinə yetirməməklə işçiyə vurulmuş ziyana görə maddi məsuliyyət daşıyır. Belə ki, bu günə kimi son haqq-hesabını qəsdən vermir və süründürməciliyə gətirib çıxarır ki, bu da ona maddi ziyan vurur. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdiirlməsinə dair ərizə verərək, Cavabdeh2 cavabdehlər siyahısından çıxarımasını, cavabdeh “xxxxxxxxxxxx” MMC-dən 2127,12 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini qismən müdafiə edərək, izahatında qeyd etmişdir ki əmək haqqı və son haqq-hesaba görə 1262,55 manat tutularaq iddiaçıya ödənilməlidir. Həmin müəssisədə iddia ərizəsində qeyd edilən tarixlərdə işləmiş, müəssisə onun əlavə iş yeri olmuş, yalnız 2 aylıq əmək haqqı ödənilmiş, yerdə qalan aylar üçün əmək haqqı və buna uyğun məzuniyyət pulu ödənilməmişdir. Buna dair sübutu iş materiallarına əlavə etmişdir. Bununla yanaşı iddia tələbinin “əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 639,20 manat ödəncin tutulması hissəsində təmin edilməsi onun üçün mühüm əhəmiyyət kəsb etmir və iddia tələbinin 1262,55 manat hissəsində təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh “xxxxxxxxxxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişvə işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, “xxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh cəmiyyətdə əmək haqqısı 198 manat təşkil etməklə, baş mühasib vəzifəsinə işə qəbul edilmiş, öz ərizəsinə əsasən xx.xx.2018-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. “xxxxxxxxxxxx” MMC tərəfindən 2018-ci ilin mart-noyabr ayları üzrə cəmi 1589,25 manat əmək haqqı və son haqq-hesab hesablanmış, bu məbləğdən ona məxsus karta 326,70 manat köçürülmüş, 1262,55 manat məbləğində vəsait isə ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən əmək haqqının və son haqq-hesabın ödənilməsi ilə bağlı cavabdehə edilmiş müraciətlərə baxmayaraq həmin məbləğ hazırki vaxtadək ödənilməmişdir. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidməti, 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən cavabdeh barəsində xx.xx.2019-cu il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən İddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi zaman cavabdeh “xxxxxxxxxxxx” MMC tərəfindən əmək haqqının və işdən çıxarkən ona düşən son ödənclərin verilməməsini, buna görə cavabdehin barəsində müvafiq dövlət qurumu tərəfindən inzibati xəta haqqında protokolun tərtib olunmasını nəzərə alıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən əmək haqqı və son haqq-hesaba görə 1262,55 manat tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin “əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 639,20 manat ödəncin tutulması” hissəsinə hüquqi qiymət verərək, qeyd edir ki, iddiaçı izahatında cərimənin tutulmamasına razı olmuş və məhkəmədən əmək haqqının və istifadə olunmamış məzuniyyət pulunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının da mülahizəsini nəzərə alaraq cərimə hissəsində iddianın təmin edilməsinə zəruriət görmür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxx” MMC-dən 1262,55 (bir min iki yüz altmış iki manat 55 qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1598/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1598/2020
13.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver