Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-16/2024 19.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh MMC-yə qarşı "əmək haqqı" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Baki Ərazi İdarəsi cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 2011-ci ildən işdən azad olunana qədər istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmamış əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hesablanmamış vəsaitin, həmçinin əmək və məzuniyyət haqlarının verilməsi, işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq həmin Cəmiyyətdən 4.540 manat pulun və hər gecikdirilmiş günə görə həmin məbləğin 1%-nin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh MMC tərəfindən 2011-ci ildən işdən azad olunana qədər istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmamış əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hesablanmamış vəsaitin, həmçinin əmək və məzuniyyət haqqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirdirildiyinə görə hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq həmin cəmiyyətdən 4540 manat pulun və hər gecikdirilmiş günə görə həmin məbləğin 1% tutularaq ona ödənilməsi barədə, həmçinin ekspertiza xərci kimi tərəfindən ödənilmiş 400 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC ilə bağladığı əmək müqaviləsi əsasında 2011-ci ildən həmin Cəmiyyətdə satış məsləhətçisi və bir müddət interyer dizayner vəzifələrində çalışmışdır. 2022-ci ilin 14 yanvar tarixində öz arzusuyla könüllü şəkildə xahiş etmişdir ki, xx.xx.2022-ci il tarixdən onu işdən azad etsinlər. Eyni zamanda onun istifadə etmədiyi qalan məzuniyyətlərini düzgün hesablamalarını və onun almalı olduğu məbləği ona ödəmələrini xahiş etmişdir. O, 11 il orada işlədiyi müddət ərzində ona verilməli olan qanuni məzuniyyətin yalnız 29-30 günündən istifadə edə bilmişdir. Qalan məzuniyyət günlərindən istifadə etməmişdir. Buna baxmayaraq şirkətdən ona bildirilmişdir ki, onun 11 il ərzində toplanmış məzuniyyət günləri məbləğləri ilə birlikdə sıfırlanmış və uzağı ona ödəsələr son iki ilin məzuniyyət pulunu ödəyəcəklər. Buna narazılığını bildirəndə şirkətin İnsan resursları üzrə şöbəsinin məsul şəxsi Kəmaləddin bildirmişdir ki, onu onlar özləri ildə bir dəfə rəsmi məzuniyyətə çıxardıb işə qaytarmışlar. Lakin onun bu barədə ümumiyyətlə məlumatı olmamış və bütün illər üzrə məzuniyyətsiz çalışmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin baş ofisinə yaxınlaşmışdır ki, əmək kitabçasını alsın. Şirkətin HR-sı Ramilə xanım ona dövriyyə vərəqi təqdim etmişdir. Həmin vərəqədə cəmi 54 gün qalıq məzuniyyət günləri qeyd olunmuşdur. O, etirazını bildirərək 11 il işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanı tələb etmişdir. Lakin şirkətin rəhbərliyindən etirazını rədd etmişlər. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinın Bakı Ərazi İdarəsinə şikayət etmişdir. Orada aparılan araşdırma zamanı məlum olmuşdur ki, onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmiş, istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqıma əlavələr hesablanmamış və son haqq-hesab olaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi tam ödənilməmişdir. Qeyd olunanlara əsasən X5 Xidmətinın Bakı Ərazi İdarəsi tərəfindən Cəmiyyətin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinə uyğun olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin idarə tərəfindən "xxxx" MMC-yə istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmamış əlavələrə və istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmamış vəsaitə görə pul əvəzinin ona ödənilməsinin zəruriliyi barədə məktub ünvanlanmışdır. Bütün bunlara baxmayaraq "xxxx" MMC qanunun və inzibati orqanın tələblərinə məhəl qoymadan onun hüquqlarını kobud şəkildə pozmaqla almalı olduğu kompensasiyanı ona ödəmir. Bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldırmaq fikrinə düşdüyündən ilk olaraq Bakı şəhəri 2 X3 müraciət etmişdir. "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən məlumatlandırılmasına baxmayaraq xx.xx.2022-ci il tarixdə baş tutan mediasiya prosesində iştirak etməmişdir və bu səbəbdən mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə iddia tələbinə etiraz verərək iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət etməmişdən öncə “əmək və məzuniyyət hüquqlarının pozulması” ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin işçi barəsində tələb etdiyi sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə 28 fevral 2022-ci il tarixli inzibati xətaya dair protokol tərtib edilmiş və həmin protokol əsasında İdarə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) 09 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən X4 vəzifəli şəxs qismində 1.000 (bir min) manat məbləğində cərimə edilmişdir. Həmin qərar üzrə cərimə ödənilmişdir. Qərarın icra edilməsinə səbəb odur ki, işçiyə məzuniyyət haqqı əmək qanunvericiliyində nəzərdə tutulmuş müddət ərzində deyil, işçi işlədiyi vaxtda məzuniyyətə çıxdıqdan sonra ödənilmişdir, sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin məktubuna ətraflı cavab verilmişdir və məktubun surətini əlavə edir. İddiaçı “Mediasiya haqqında” Qanunun tələbi üzrə əmək münasibətindən yaranan əmək məzuniyyətinə dair kompensasiyanın verilməsi tələbi ilə bağlı Bakı 2 X3 müarciət etmişdir. Mediatorun dəvət məktubuna cavab olaraq cavabdeh tərəfindən iddianın qəbul edilməməsi bildirilmişdir. İddiaçı hazırki iddiasını aşağıdakı göstərilən səbəblərə görə əsassız hesab edir: Belə ki, İddiaçı ilə "Embawood” MMC arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanaraq, satıcı vəzifəsinə işə qəbul edilmişdir. 17 yanvar 2022-ci il tarixdə öz xahişi ilə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia edir ki, istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmamış əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hesablanmamış vəsaitin məbləği 4540 manatdır. İş rejimi işəgötürənlə işçi arasında bağlanılmış əmək müqaviləsində öz əksini tapmışdır. İddiaçı istirahət və iş günü hesab edilməyən bayram günlərində işə (işlərə) cəlb olunmayıb. İşəgötürən tərəfindən İddiaçı istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunması ilə bağlı hər hansı əmr (sərəncam, qərar) verilməyib və İddiaçı istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunmayıb. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əsasən gündəlik normal iş vaxtının müddəti, yəni günlük 8 saat, həftədə isə 40 saat iş vaxtı müəyyən edilmişdir. İş vaxtının uçotu işəgötürən tərəfindən 1C kompüter proqramı vasitəsilə aparılır. İş vaxtının uçotunun 1C kompüter proqramından çıxarış işə əlavə edilmişdir. İddiaçı müvafiq iş illəri üzrə əmək məzuniyyəti hüququndan istifadə etmişdir və ona məzuniyyət haqqı tam ödənilmişdir. İddiaçı tərəfindən 2019, 2020 və 2021-ci illərə dair “tabel" təqdim edilib. Bildirir ki, iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən Embawood MMC-nin buna məsul olan aidiyyəti struktur bölməsi (Kadrlar və inzibati işlər şöbəsi) tərəfindən 1C kompüter proqramı vasitəsilə aparılır. Həmin ”tabel” imza edən Mirməhəmməd Hadıyevin işçilərin iş vaxtının uçotunu aparmağa səlahiyyəti və hüququ yoxdur. X2 MMC-də baş satıcı vəzifəsində işləyir, onunla bağlanılmış əmək müqaviləsinin (əmək müqaviləsinin və ona əlavənin surəti əlavə olunur) funksiyalarına əsasən o satıcıların işinə nəzarət etməli, müştərilərə malın vaxtında çatdırılmasına və quraşdırılmasına nəzarət etməli, SƏTƏM qaydalarına riayət etməli, mağazanın işçi heyətinin effektiv işinin təşkili və idarə edilməsi, mağazanın işçi heyətinin işinə nəzarət edilməsi və s. Təqdim edilmiş “tabel”də adı olan Mirməhəmməd Hadıyevin bu kimi sənədləri tərtib edib imzalamaq səlahiyyəti mövcud olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş “tabelin heç bir əsası yoxdur, şirkətin iş saatının uçotunun aparılmasına dair sənəd hesab edilə bilməz. Bundan əlavə iddiaçı iddia edir ki, guya onun məzuniyyətə çıxması barədə məlumatı olmayıb. Məhkəmənin nəzərinə çatdırır ki, məzuniyyətin verilməsi zamanı işçi tərəfindən məzuniyyət qrafiki imzalanır və işçinin bu barədə məlumatı olmuş olur. İddiaçı iddia ərizəsinin “xahiş etdi” hissəsində “2011-ci ildən işdən azad olunana qədər istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmamış əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hesablanmamış vəsaitin, həmçinin əmək və məzuniyyət haqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq 4.540 manat pulun və hər gecikdirilmiş günə görə həmin məbləğin 1% tutularaq ona ödənilməsi”ni tələb edir. İddiaçının tələbini 3 hissəyə bölmək olar: 2011-ci ildən işdən azad olunana qədər istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmamış əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hesablanmamış vəsaitin ödənilməsi; əmək və məzuniyyət haqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq 4.540 manat pulun ödənilməsi; hər gecikdirilmiş günə görə həmin məbləğin 1% tutularaq ona ödənilməsi. İddiaçının tələbinin “2011-ci ildən işdən azad olunana qədər istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmamış əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hesablanmamış vəsaitin ödənilməsi” hissəsinə qarşı yuxarıda ətraflı izah vermişdir. Təkrar olaraq vurğulayır ki, iddiaçı istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunmayıb, əmək məzuniyyəti hüququndan tam istifadə edib, ona əmək və məzuniyyət haqqı tam ödənilib. İddiaçının tələbinin “əmək və məzuniyyət haqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq 4540 manat pulun ödənilməsi” hissəsində 4.540 manat nəyin əsasında hesablanması .göstərilməyib. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məcəllədə “əmək və məzuniyyət haqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə” deyil, “əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə” sözü keçir. İddiaçının tələbinin “hər gecikdirilmiş günə görə həmin məbləğin 1% tutularaq ona ödənilməsi” hissəsi iddiaçı tərəfindən açıqlanmamışdır. Tələbin “əmək və məzuniyyət haqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq 4540 manat pulun ödənilməsi” hissəsində də hər gecikdirilmiş gün üçün 1 (bir) faiz qeyd edilib. Tələbin bu hissəsini başa düşmək olmur, nə tələb olunur anlaşılmır. O, həmçinin vurğulamışdır ki, iddiaçının qaldırdığı iddia əmək münasibətlərini təşkil edir. Bu nöqteyinəzərdən də hətta iddiaçının guya iddia etdiyi kimi olsa belə tələb 5 il üzrə qüvvəsini saxlayır. Belə ki, Mülki Məcəlləyə əsasən öhdəliklərin xitamı üçün müddətlər müəyyən olunub. Həmin Məcəllənin 551.2.3-cü maddəsinin tələblərinə əsasən zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələblər 5 (beş) il keçdikdən sonra qüvvəsini itirir. İddiaçı hazırda qaldırdığı iddia, həmçinin fərdi əmək mübahisəsidir. İddiaçı əgər hüquqlarının pozulması halları davamlı şəkildə olmuşdursa keçən 10-11 il ərzində müvafiq dövlət qurumuna və yaxud məhkəməyə rəsmi müraciət etməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Verilmiş suallar əsasında o, əlavə olaraq bildirdi ki, xx.xx.2011-ci il tarixdə “Embawood Orbita” mağazasına satıcı kimi işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddət ərzində işlədiyi bütün günlər üzrə əvvəlcədən rəhbərliyin tərtib etdiyi tabellərə gündəlik imza etmişdir. İşlədiyi müddət ərzində xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə 1 gün olmaqla, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə isə 8 gün olmaqla əmək məzuniyyəti hüququndan istifadə etmişdir. Bu illər ərzində ona əmək məzuniyyətinə görə ödənişlər işəgötürən tərəfindən həyata keçirilməmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən ona kompensasiya ödənilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsinə dövriyyə vərəqəsi, tabellər əlavə edilmişdir. Həmin sənədlərin əsası yoxdur. İşçi ola bilər, imza çəkmişdir. Lakin səlahiyyəti olmamışdır. Bununla bağlı Şahid2 töhmət almışdır. Həmçinin onu da qeyd etmişdir ki, bu iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, İddiaçı "xxxx" MMCdə işlədiyi müddət ərzində (xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) iddia etdiyi kimi əmək hüquqlarının pozulması barədə məlumatlı olmuşdursa nəticə etibarilə o, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə qarşı əmək hüquqlarının pozulması, həmçinin pul və digər əmlak tələbi ilə bağlı məhkəmədə hər hansı iddia tələbi irəli sürməli idi, bununla bağlı narazılığını "xxxx" MMCyə və ya səlahiyyətli dövlət orqanlarına rəsmi olaraq bildirməli idi. Lakin İddiaçı xx.xx.2011ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə qarşı əmək hüquqlarının pozulması (həmçinin pul və digər əmlak tələbi) ilə bağlı məhkəmədə hər hansı iddia tələbi irəli sürməmiş, bununla bağlı narazılığını nə "xxxx" MMC-yə, nə də səlahiyyətli dövlət orqanlarına rəsmi olaraq bildirməmişdir. O, hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür. Ona görə də iddiaçı iddia müddətini ötürdüyü üçün işdən çıxdığı yalnız xx.xx.2022-ci il tarixdən bir il üçün yəni xx.xx.2021-xx.xx.2022-ci il dövr üçün ödənilməyən pul məbləğini tələb edə bilər. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirmişdir ki, X5 Xidmətinin Bakı şəhər idarəsinin məktubunda da qeyd edilmişdir ki, iddiaçının istirahət və bayram günlərində işə cəlb olunması, əmək haqqına əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətinin pul əvəzinin ödənilməməsi müəyyən edilmiş bu səbəbdən cəmiyyətin vəzifəli şəxsi barəsində İXM-in müvafiq maddəsinə əsasən tədbir görülmüşdür. İddiaçı istirahət günü işə çıxmışdır. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan -əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə “Embawood Orbita” mağazasına satıcı kimi işə qəbul edilmiş, sonuncu iş yeri Cavabdeh brendinin “Babək-1” mağazasının satıcı vəzifəsi olmuşdur. O, xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqavilələrindən, yəni işçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, işçi həmin tarixdən işə başlamış və əmək haqqı məbləği 100 (bir yüz) manat müəyyən edilmişdir. Daha sonra müqaviləyə xx.xx.2012-ci il tarixli əlavəyə əsasən əmək haqqı 135 manat, xx.xx.2013-cü il tarixli əlavəyə əsasən əmək haqqı 162 manat, xx.xx.2014-cü il tarixli əlavəyə əsasən əmək haqqı 195 manat, xx.xx.2015-ci il tarixli əlavəyə əsasən əmək haqqı 260 manat, xx.xx.2017-ci il tarixli əlavəyə əsasən əmək haqqı 210 manat, xx.xx.2019-cu il tarixli əlavəyə əsasən əmək haqqı 360 manat, xx.xx.2021-ci il tarixli əlavəyə əsasən əmək haqqı 300 manat müəyyən edilmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan isə müəyyən edilir ki, İddiaçı ilə xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Onun xx.xx.2011ci il tarixdən xx.xx.2012-ci il tarixədək əmək haqqı məbləği 100 (bir yüz) manat, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 135 (yüz otuz beş) manat, xx.xx.2013cü il tarixdən xx.xx.2014-cü il tarixədək 162 (yüz altmış iki) manat, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək 195 (yüz doxsan beş) manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 260 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 210 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 250 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 360 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 260 manat və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci iltarixədək 300 manat olmuşdur. Beləliklə, əmək müqaviləsinə edilmiş əlavələrdə işçinin əmək haqqı məbləğləri cavabdehin təqdim etdiyi arayışla qarşılıqlı təhlil edildikdə görünür ki, cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda işçinin xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində əmək haqqı məbləği 260 manat göstərilməli olmasına baxmayaraq həmin dövr yanlış olaraq 195 manat göstərilmişdir. Belə ki, cavabdehin özünün məhkəməyə təqdim etdiyi xx.xx.2015-ci il tarixli müqaviləyə əlavədən görünür ki, həmin tarixdən xx.xx.2017-ci il tarixədək onun əmək haqqı 260 manat müəyyən edilmişdir. Lakin arayışda yanlış olaraq “xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 260 manat” göstərilmişdir, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədə onun əmək haqqı 260 manat olmuşdur. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş: - xx.xx.2013-cü il tarixli k/68 saylı əmrdən görünür ki, ticarət qrupunun Pərakəndə satış direktorluğunun Nəsimi mağazasının satıcısı İddiaçı xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək iş ili üçün 21 təqvim günü olmaqla, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək məzuniyyətə buraxılması və xx.xx.2013-cü il tarixdə işə çıxmasına dair əmr verilmişdir. Qeyd olunan dövrə dair “İş vaxtının uçot tabeli” məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. - xx.xx.2013-cü il tarixli k/1139 saylı əmrdən görünür ki, ticarət qrupunun Pərakəndə satış direktorluğunun Nəsimi mağazasının satıcısı İddiaçı xx.xx.2012-ci ildən xx.xx.2013cü ilədək iş ili üçün 21 təqvim günü olmaqla, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək məzumiyyətə buraxılması, məzuniyyət müddətinin Azərbaycan Respublikası Dövlət Bayrağı günü bayramına düşən (ödənilməyən 9 noyabr bayram günü) gününün əvəzində məzuniyyət müddətinə 2 gün əlavə edilməsi və xx.xx.2013-cü il tarixdə işə çıxmasına dair əmr verilmişdir. Qeyd olunan dövrə dair cavabdeh tərəfindən təqdim edilmiş “İş vaxtının uçot tabeli”ndən görünür ki, işçi İddiaçı işə davamiyyət günləri xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək “M” işarəsi ilə, yəni məzuniyyətdədir kimi qeyd edilmişdir. - xx.xx.2014-cü il tarixli “Əmək məzuniyyətinin verilməsi haqqında” k/1161 saylı əmrdən görünür ki, ticarət qrupunun Pərakəndə satış direktorluğunun Nəsimi mağazasının satıcısı İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək iş ili dövrü üçün 21 təqvim günü əsas məzuniyyət olmaqla, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək məzuniyyətə buraxılması və xx.xx.2014-cü il tarixdə işə çıxmasına dair əmr verilmişdir. Qeyd olunan dövrə dair cavabdeh tərəfindən təqdim edilmiş “İş vaxtının uçot tabeli”ndən görünür ki, işçi İddiaçı işə davamiyyət günləri xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “M” işarəsi ilə, yəni məzuniyyətdədir kimi qeyd edilmişdir. - xx.xx.2015-ci il tarixli “Əmək məzuniyyətinin verilməsi haqqında” k/1420 saylı əmrdən görünür ki, ticarət qrupunun Pərakəndə satış direktorluğunun Əhməd Rəcəbli mağazasının satıcısı İddiaçı xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək iş ili dövrü üçün 21 təqvim günü əsas məzuniyyət olmaqla, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək məzuniyyətə buraxılması, məzuniyyət müddətinin Azərbaycan Respublikası Respublika günü bayramına düşən (ödənilməyən 28 may bayram günü) gününün əvəzində məzuniyyət müddətinə 1 gün əlavə edilməsi və xx.xx.2015-ci il tarixdə işə çıxmasına dair əmr verilmişdir. Qeyd olunan dövrə dair cavabdeh tərəfindən təqdim edilmiş “İş vaxtının uçot tabeli”ndən görünür ki, işçi İddiaçı işə davamiyyət günləri xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “M” işarəsi ilə, yəni məzuniyyətdədir kimi qeyd edilmişdir. - xx.xx.2016-cı il tarixli “Əmək məzuniyyətinin verilməsi haqqında” k/4777 saylı əmrdən görünür ki, ticarət qrupunun Pərakəndə satış direktorluğunun Əhməd Rəcəbli mağazasının satıcısı İddiaçı xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək iş ili dövrü üçün 21 təqvim günü əsas məzuniyyət və staja görə 2 təqvim günü əlavə olmaqla, 23 təqvim günü, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək məzuniyyətə buraxılması və xx.xx.2016-cı il tarixdə işə çıxmasına dair əmr verilmişdir. Qeyd olunan dövrə dair cavabdeh tərəfindən təqdim edilmiş “İş vaxtının uçot tabeli”ndən görünür ki, işçi İddiaçı işə davamiyyət günləri xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək “M” işarəsi ilə, yəni məzuniyyətdədir kimi qeyd edilmişdir. - xx.xx.2017-ci il tarixli “Əmək məzuniyyətinin verilməsi haqqında” k/4195 saylı əmrdən görünür ki, ticarət qrupunun Pərakəndə satış direktorluğunun Heydər Əliyev mağazasının satıcısı İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək iş ili dövrü üçün 21 təqvim günü əsas məzuniyyət və staja görə 2 təqvim günü əlavə olmaqla, məzuniyyət müddətinin Azərbaycan Respublikası Dövlət Bayrağı günü bayramına düşən (ödənilməyən 9 noyabr bayram günü) gününün əvəzində məzuniyyət müddətinə 1 gün əlavə edilməklə 24 təqvim günü, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək məzuniyyətə buraxılması və xx.xx.2017-ci il tarixdə işə çıxmasına dair əmr verilmişdir. Qeyd olunan dövrə dair cavabdeh tərəfindən təqdim edilmiş “İş vaxtının uçot tabeli”ndən görünür ki, işçi İddiaçı işə davamiyyət günləri xx.xx.2017-ci il tarixdən xx.xx.2016-ci il tarixədək “M” işarəsi ilə, yəni məzuniyyətdədir kimi qeyd edilmişdir. - xx.xx.2018-ci il tarixli “Əmək məzuniyyətinin verilməsi haqqında” k/2469 saylı əmrdən görünür ki, ticarət qrupunun Pərakəndə satış direktorluğunun Babək-1 mağazasının satıcısı İddiaçı xx.xx.2017-cı ildən xx.xx.2018-ci il, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək iş ili dövrü üçün 22 təqvim günü əsas məzuniyyət və staja görə 2 təqvim günü əlavə olmaqla, 24 təqvim günü, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək məzuniyyətə buraxılması və xx.xx.2018-ci il tarixdə işə çıxmasına dair əmr verilmişdir. Qeyd olunan dövrə dair cavabdeh tərəfindən təqdim edilmiş “İş vaxtının uçot tabeli”ndən görünür ki, işçi İddiaçı işə davamiyyət günləri xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “M” işarəsi ilə, yəni məzuniyyətdədir kimi qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli “Əmək məzuniyyətinin verilməsi haqqında” k/2729 saylı əmrdən görünür ki, ticarət qrupunun Pərakəndə satış direktorluğunun Babək-1 mağazasının satıcısı İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək iş ili dövrü üçün 30 təqvim günü əsas məzuniyyət, staja görə 2 təqvim günü əlavə olmaqla, eləcə də məzuniyyət müddətinin Bələdiyyə seçkiləri gününə, Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə, Yeni il Bayramına və 20 Yanvar Ümumxalq hüzn gününə düşən (ödənilməyən 23, 31 dekabr, 1-6, 20 yanvar) günlərinin əvəzində məzuniyyət müddətinə 9 gün əlavə edilməklə 41 təqvim günü, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək məzuniyyətə buraxılması və xx.xx.2020-ci il tarixdə işə çıxmasına dair əmr verilmişdir. Qeyd olunan dövrə dair cavabdeh tərəfindən təqdim edilmiş “İş vaxtının uçot tabeli”ndən görünür ki, işçi İddiaçı işə davamiyyət günləri xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “M” işarəsi ilə, yəni məzuniyyətdədir kimi qeyd edilmişdir. - xx.xx.2020-ci il tarixli “Əmək məzuniyyətinin verilməsi haqqında” k/2133 saylı əmrdən görünür ki, ticarət qrupunun Pərakəndə satış direktorluğunun Babək-1 mağazasının satıcısı İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2020-cu ilədək iş ili dövrü üçün 21 təqvim günü əsas məzuniyyət, staja görə 2 təqvim günü əlavə olmaqla, 23 təqvim günü, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək məzuniyyətə buraxılması və xx.xx.2020-ci il tarixdə işə çıxmasına dair əmr verilmişdir. Qeyd olunan dövrə dair cavabdeh tərəfindən təqdim edilmiş “İş vaxtının uçot tabeli”ndən görünür ki, işçi İddiaçı işə davamiyyət günləri xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “M” işarəsi ilə, yəni məzuniyyətdədir kimi qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli “Əmək məzuniyyətinin verilməsi haqqında” k/2103 saylı əmrdən görünür ki, ticarət qrupunun Pərakəndə satış direktorluğunun Babək-1 mağazasının satıcısı İddiaçı xx.xx.2020-cı ildən xx.xx.2021-cu ilədək iş ili dövrü üçün 21 təqvim günü əsas məzuniyyət, staja görə 4 təqvim günü əlavə olmaqla, 25 təqvim günü, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətə buraxılması və xx.xx.2021-ci il tarixdə işə çıxmasına dair əmr verilmişdir. Qeyd olunan dövrə dair cavabdeh tərəfindən təqdim edilmiş “İş vaxtının uçot tabeli”ndən görünür ki, işçi İddiaçı işə davamiyyət günləri xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “M” işarəsi ilə, yəni məzuniyyətdədir kimi qeyd edilmişdir. Həmçinin müvafiq aylar üzrə təqdim edilmiş “İş vaxtının uçot tabeli”ndən görünür ki, işçi İddiaçınin qeyri-iş və istirahət günlərində işdə olmaması göstərilmişdir. -Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı son haqq-hesab olaraq istifadə edilməmiş 8 məzuniyyət gününə görə 70,96 manat və 2022-ci il yanvar ayında 12 iş gününə görə 156,52 manat hesablanmışdır. Cəmi hesablanmış 227,48 manatdan 8,75 manat məcburi dövlət sosial sığorta haqqı, 1,14 manat işsizlik sığorta haqqı və 4,55 manat icbari tibbi sığorta haqqı hesablanıb tutulmuşdur. Yekunda İddiaçı hesabına 213,04 manat hesablanaraq köçürülmüşdür. -iddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi kompensasiya məbləği 2279,50 manat təşkil edir. xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi kompensasiya məbləğinin ödənişin gecikdirildiyi günlərə görə 1 faizi xx.xx.2022-ci il tarixinə qədər 4581,79 manat təşkil edir. xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində bayram və istirahət günləri işə cəlb olunmaya görə ödənilməli əmək haqqı 3653,59 manat təşkil edir. xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində bayram və istirahət günləri işə cəlb olunmaya görə ödənilməli əmək haqqı məbləğinin ödənişin gecikdirildiyi günlərə görə 1 faizi xx.xx.2022-ci il tarixinə qədər 7343,72 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/711 saylı rəyinə əsasən müəyyən edilir ki, iş materiallarında olan məlumatlar nəzərə alınaraq, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-də işlədiyi müddətdə əlavə olaraq ödənilməli məbləğ, 2011-2012-ci illər üzrə məzuniyyət haqqına görə 72,87 manat, məzuniyyət haqqının hər gecikmiş günə görə 1% cərimə məbləği 2812,05 manat olmaqla, ümumi 2884,92 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmin rəyin təsviri hissəsindən müəyyən edilir ki, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayış, təşkilatın əmək haqqı cədvəli, əmək məzuniyyəti əmrlərinə və son-haqq hesab arayışına əsasən verilmiş sənədlər üzrə tədqiqat aparılmışdır. Dolayısı ilə iddiaçı tərəfindən təqdim edilən sənədlər tabel cədvəlləri, hesabdan çıxarışlar və s nəzərə alınmamışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iki ədəd sərəncam formalarından görünür ki, iddiaçı ərizəsinə əsasən xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə 1 gün olmaqla, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə isə 8 gün olmaqla əmək məzuniyyəti hüququndan istifadə etmişdir. Qeyd olunan sərəncam formaları ilə cavabdehin təqdim etdiyi sənədlər təhlil edildikdə onlar arasında uyğunsuzluq olması aşkar müəyyən edilir. Bundan başqa İddiaçı xx.xx.2015-xx.xx.2016-cı il və xx.xx.2017- xx.xx.2022-ci tarixlərində əmək haqqı ödənişlərinə dair kart hesabından çıxarışları məhkəməyə təqdim etmişdir. Lakin qeyd olunan hesabdan çıxarış ekspert tərəfindən tədqiq edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş və müdir qrafasında Hadıyev Mirməhəmməd tərəfindən imzalanmış iş vaxtının uçotu tabelindən müəyyən olunur ki, İddiaçı xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə (digər sənədlərdə məzuniyyətdə olduğu qeyd edildiyi dövr) faktiki olaraq iş yerində olduğu göstərilmişdir. Göstərilənlərlə yanaşı məhkəmənin qərardadına əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş İddiaçı istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin 2015-2022-ci illər ərzində anten dairəsi üzrə məlumatları ilə Cavabdeh MMC tərəfindən təqdim edilmiş iş vaxtının uçotu tabelində əks olunan məlumatları müqayisəli şəkildə təhlil edərkən müəyyən edilmişdir ki, cavabdehin işçi İddiaçı məzuniyyətdə olduğu qeyd etdiyi tarixlərdə iş saatlarında faktiki olaraq iş yerinin qeydə alındığı ünvanda olmuşdur. Bu hal isə ehtimal verir ki, İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş iş vaxtının uçotu tabelində məzuniyyətdə olduğu qeyd edildiyi tarixlərdə faktiki olaraq iş yerində olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş cavabdehin hazırda işçisi Hadıyev Mirməhəmməd işçilərin davamiyyətinə dair tabel cədvəlinin onun tərəfindən tərtib edilərək imzalandığını, sonra isə baş ofisə məlumat üçün göndərdiyini, mağazaya nəzarət etdiyi müddətdə iddiaçının uzun müddət məzuniyyətdə olmasının şahidi olmadığını, yalnız işçinin məzuniyyəti barədə ərizəsi daxil olduqda bunu baş ofisə göndərdiyini, Leyli işdə olduğu müddətdə tabelə qeydiyyatı olduğu kimi apardığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli arayışına istinad edərək müəyyən etmişdir ki, İddiaçı son haqq-hesab olaraq istifadə edilməmiş 8 məzuniyyət gününə görə 70,96 manat və 2022-ci il yanvar ayında 12 iş gününə görə 156,52 manat hesablanmışdır. Cəmi hesablanmış 227,48 manatdan 8,75 manat məcburi dövlət sosial sığorta haqqı, 1,14 manat işsizlik sığorta haqqı və 4,55 manat icbari tibbi sığorta haqqı hesablanıb tutulmuşdur. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdehin kadr məsəlləri üzrə işçisi Şahid1 şahid qismində ifadəsində iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli dövriyyə vərəqəsinin onun tərəfindən imzalanmasını etiraz etməmişdir. Həmin dövriyyə vərəqəsindən isə görünür ki, işçi İddiaçı qalıq məzuniyyət günlərinin sayı 54 gün hesablanmışdır. Göründüyü kimi məhkəmə araşdırması ilə cavabdehin təqdim etdiyi sənədlər arasında uyğunsuzluq olması aşkar edilir. Məhkəmə qərardadına əsasən əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9138 saylı rəyinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi dövr ərzində məzuniyyət günlərində iş cəlb olunmasına görə əLvə 2259,14 mNt əmək haqqı hesablanmalı və vergilər çıxıldıqdan sonra ödənilməli məbləğin 2089,13 manat olduğu müəyyən edilir. Həmçinin İddiaçı məzuniyyət günlərində işə cəlb olunmasına görə ödənilməli 2089,13 manat əlavə əmək haqqının ödənişinin gecikdirildiyinə görə xx.xx.2024-cü il tarixə 1 faiz cərimə hesalanmaqla 46.118,48 manat olduğu müəyyən edilir. Əvvəlki məhkəmə iclasında iştirak edən Şahid3 ifadə verərək bildirmişdir ki, hazırda Viona MMC-də işləyir. 2012-ci ildən Embawood şirkətində işləmişdir. İlk olaraq Embawood şirkətinin Əcəmi filialında və iddiaçı ilə bir yerdə lakin ayrı-ayrı filiallarda işləmişdir. İddiaçı Babək filialında, o isə sonuncu dəfə Embawood şirkətinin İnşaatçılar metrosu yaxınlığında yerləşən filialında işləmişdir. İddiaçı ilə eyni filialda işləməmişdir. Verilmiş suallar əsasında o, əlavə olaraq bildirdi ki, məzuniyyətə çıxdıqda iddiaçı ilə ayrı-ayrı mağazalarda işlədiyi üçün bir-birilərindən xəbəri olmamışdır. İddiaçının nə zaman məzuniyyətə çıxmasından məlumatlı olmamışdır.o, özü məzuniyyət hüququndan istifadə edə bilməmiş, şirkətdə hamıya məzuniyyətlə bağlı il ərzində məcburi imza çəkdirmişdirlər. Məzuniyyətə çıxdıqlarında heş bir pul almamışdırlar. O, rəsmi məzuniyyətdə olan kimi görünsə də, lakin işə çıxmışdır. Sənəd üzərində məzuniyyətdə olduğu zaman karta pul köçürülürmüşdür, lakin növbəti ayın maaşda və bonusda tutulmalar olmuşdur. Son dəfə əmək haqqı 324 manat olmuş, məzuniyyətə çıxan zaman isə əlavə olaraq 324 manat ödənilsə də, növbəti ayı həmin rəqəmi minusla alırmış, yəni ki, növbəti ayın maaşını almırmış. Bu hər il bu qaydada olmuşdur. Onlar məzuniyyətdə olan zaman işə çıxsa da, işə çıxmaqlarına dair hər hansı sənədə imza çəkməmişlər. Lakin işə davamiyyət cədvəli var imiş. İşə davamiyyət cədvəlinə hər gün imza çəkməmişlər. İşə davamiyyət cədvəlini aylıq mühasib yazmışdır, ayın sonunda mağaza rəhbəri imza çəkərək, ofisə göndərirdi. İddiaçı da onlar kimi iş saatından əlavə işdə qalmışdır, bir yerdə işləməsə də, bütün filiallarda iş rejimi eyni qaydada idi. Onlara bildirmişdirlər ki, saat 20:00-a qədər işləməlidirlər. Şahid2 də tanıyır, o, mağaza rəhbəri imiş. Əcəmi filialında o onunla işləmiş, həmçinin İnşaatçılar filialında onun 2-3 il ərzində mağaza rəhbər olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Şahid1 ifadə verərək bildirmişdir ki, hazırda Embawood şirkətində baş ofisdə pərakəndə satış departamentində maliyyə mütəxəssisi işləyir. Vəzifəsi isə əmək haqları, işçilərin bonusları, məzuniyyət, büllütenlərlə bağlı hesablama işlərinin aparılmasıdır. Verilmiş suallar əsasında o, əlavə olaraq bildirdi ki, iddiaçını tanıyır, iddiaçının məzuniyyətlə bağlı əmək haqqısı onun kart hesabına ödənilmişdir. İşə davamiyyət cədvəlləri haqqında məlumatım yoxdur. Ona nəzarət etmək onun səlahiyyətində deyil. Ödənilmiş məzuniyyət pulu növbəti ay işçilərdən tutulmayıb, əmək haqqı kartına aybaay əmək haqqı köçürülmüşdür. İşdən çıxdığı zamanda qalan məzuniyyət günlərinin pulu və əmək haqqı köçürülmüşdür. İddiaçının bildirdiyi sənədin onun imzladığını təsdiq edir. Lakin məzuniyyət günlərini isə o, hesablamamışdır. İddiaçının bildirdiyi hissəni o hesablamış, lakin əmək haqqına köçən hissəni o hesablamır.O, göndərilən dövriyyə vərəqəsi mail vasitəsi ilə kadrlar şöbəsindən göndərilir. Onun əsasında o, hesabatını edir. Amma karta köçən məbləğləri və məzuniyyət günlərini də kadrlar şöbəsi digər mühasibatlığa təqdim edir.Ona məzuniyyət günlərinin sayını kadrlar şöbəsi təqdim edir. 7 gün məzuniyyət gününü o, hesablamamışdır. Karta köçən məbləği o hesablamır. Onun tərəfindən iddiaçıya 53 günlük məzuniyyət pulu hesablanmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Şahid2 ifadə verərək bildirmişdir ki, hazırda Embawood şirkətində menecer vəzifəsində işləyir. Verilmiş suallar əsasında o, əlavə olaraq bildirdi ki, 2010-cu ildən Embawood şirkətində işləyir. Əvvəl mağaza müdiri, sonra baş satış məsləhətçisi işləmiş, hazırda isə menecerdir. Menecer vəzifəsində isə 2 il olar ki, işləyir. O, ancaq Embawood şirkətinin Babək filialının meneceridir. İşçilərin məzuniyyətə çıxması, məzuniyyətdən qayıtması ilə bağlı rəsmiləşdirmə işləri ilə baş ofis məşğul olur, o, həmin işlər ilə məşğul olmur.İşə davamiyyət cədvəllərini uçotçn tərtib edir, o isə imza çəkir. İşçilərə məzuniyyət verilməsi qaydalarını o müəyyən etmir.-işçilərin məzuniyyətə çıxması cədvəlini baş ofis tərtib etmişdir. Əgər İddiaçı məzuniyyətə çıxmaq istəyirsə xəbərdarlıq edir, bu barədə yazır və o, həmin sənədi baş ofisə göndərir. İcazə verib verməməkləri isə artıq baş ofisin səlahiyyətindədir. İddiaçının məzuniyyətdə ola-ola işə çıxması halının olubolmaması ilə bağlı bildirir ki, o, bilə bilməzdi ki, Leyli işə çıxdığı halda baş ofisə məzuniyyətə çıxması barədə ərizə yazmış olsun. Əgər işçi işə gəlirdisə işə gəlməsi barədə “plyus” işarəsi qoyulurdu. Əgər o, məzuniyyətə çıxmasına imza çəkməmişdirsə, bunu yoxlamağa ehtiyac yoxdur. İşə çıxıbsa bu haqda imza çəkir ki, işə çıxmışdır.Onun özü məzuniyyətdə olduğu halda 1-2 günlük işi olduğuna işə gəlmişdir. Bu könüllü olmuşdur. Könüllü gəldiyinə görə ona əmək haqqı verilməmiş, o, bunu tələb də etməmişdir. Əmək məzuniyyətinə görə ödəniş karta yüklənirdi. Sonradan həmin pulun bizdən tutulubtutulmamasını isə deyə bilmir. Bir ayda işçiyə 4 dəfə evdə qalmaq olar, 5-ci dəfə Leyli xanım gəlməsə plyus işarəsi qoymuşdur ki, maaşından pul kəsilməsin. Məzuniyyətdə olaola işə çıxması və pyus işarəsi qoyduğu hallar isə olmamışdır.Leyli xanımın fasiləsiz işə çıxmadığı halda onun işə gəlməsi barədə imza çəkdiyinə görə onu baş ofisə çağırıb irad bildirmişdirlər. İşə davamiyyət cədvəlində məzuniyyətdə olan “m”, istirahətdə olan “i”, işə gələn “g” hərfləri ilə qeyd edilmişdir. Onun dövründə Leyli xanımın 30 günlük, 40 günlük işə gəlməməyini məzuniyyətə çıxmağını görməmişdir. Ofisdən işçilərin işə davamiyyəti ilə bağlı qeydiyyat aparıb işə davamiyyət cədvəlini ofisə göndərmək barədə onakim göstəriş verməsi ilə bağlı bildirir ki, həmişə Ramilə xanıma göndərmişdir. O, TSD-nin nümayəndəsi idi. Beləliklə məhkəmə araşdırması zaman müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC tərəfindən 2011-ci ildən işdən azad olunana qədər istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmış əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hesablanmamış vəsaitin, həmçinin əmək və məzuniyyət haqlarının verilməsi, işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq həmin Cəmiyyətdən 4.540 manat pulun və hər gecikdirilmiş günə görə həmin məbləğin 1%nin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh MMC iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək İddiaçı "xxxx" MMC-də işlədiyi müddət ərzində (xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) iddia etdiyi kimi əmək hüquqlarının pozulması barədə məlumatlı olmuşdursa nəticə etibarilə 0, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə qarşı əmək hüquqlarının pozulması həmçinin pul və digər əmlak tələbi ilə bağlı məhkəmədə hər hansı iddia tələbi irəli sürməli idi, bununla bağlı narazılığını "xxxx" MMC-yə və ya səlahiyyətli dövlət orqanlarına rəsmi olaraq bildirməli idi. Lakin İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə qarşı əmək hüquqlarının pozulması (həmçinin pul və digər əmlak tələbi) ilə bağlı məhkəmədə hər hansı iddia tələbi irəli sürməmiş, bununla bağlı narazılığını nə "xxxx" MMC-yə, nə də səlahiyyətli dövlət orqanlarına rəsmi olaraq bildirməmişdir. O, hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür. Ona görə də iddiaçı iddia müddətini ötürdüyü üçün işdən çıxdığı yalnız xx.xx.2022-ci il tarixdən bir il üçün yəni xx.xx.2021-xx.xx.2022-ci il dövr üçün ödənilməyən pul məbləğini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsas olduğu üçün qismən təmin edilməldir. Belə ki, iddia tələbi üzrə iddia müddəti tətbiq olunmaqla, yalnız iddiaçıya xx.xx.2021-xx.xx.2022-ci il dövr üçün məzuniyyət günlərində işə cəlb olunduğuna görə ödənilməli olan əmək haqqı və əmək haqqı ödənişinin gecikdirildiyi günlərə görə 1% cərimə məbləği , bayram və istirahət günləri işə cəlb olunduğuna görə ödənilməyən pul məbləğləri ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Eyni zamanda əmək mübahisələri üzrə Əmək Məcəlləsində xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcələsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcələsinin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək Məcələsinin 296.4- cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunvericiliyin tələblərindən görünür ki, pul və digər əmlak tələbləri ilə əlaqədar həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələri ilə bağlı 1 illik iddia müddəti müəyyən edilmişdir. Bu tələblərlə bağlı işçi hüququnun pozulduğunun aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdə işdən çıxmış və xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2011-2022-ci il dövr üzrə istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmış əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hesablanmamış vəsaitin, həmçinin əmək və məzuniyyət haqlarının verilməsi, işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödənci tələb etmişdir. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verərək iddiaçının iddia müddətini ötürdüyünü, bununla da iddianın rədd edilməli olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən, iddiaçının işdən çıxdığı tarixdən əvvəlki 1 il üzrə əsaslıdır. Belə ki, xx.xx.2021-xx.xx.2022-ci il dövrdən əvvəlki müddət üzrə iddiaçı iddia müddətini ötürmüşdür. Bununla da o, xx.xx.2021-xx.xx.2022-ci il dövrü üzrə ödənilməli olan məbləği tələb etməkdə haqlı olmuşdur. İddiaçıya ödənilməli olan məbləğə aid hissədə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/9138 saylı rəyinin təsviri hissəsinə əsasən 2021-2022-ci il dövr üçün məzuniyyət günlərində işə cəlb olunduğuna görə ödənilməli olan əmək haqqı və əmək haqqı ödənişinin gecikdirildiyi günlərə görə 1% cərimə məbləği 2308,67 manat iddiaçıya ödənilməlidir. Həmçinin "xxxx" MMC-nin 05 avqust 2022-ci il tarixli 08-104/2022 saylı mütəxəssis rəyinin təsviri hissəsinə əsasən İddiaçı 2021-2022-ci illər üzrə əmək haqqı 3454,48 manat hesablanmış, lakin qeyd olunan dövr ərzində bayram və istirahət günləri işə cəlb olunduğuna görə 3997,88 manat hesablanmalı idi. Göründüyü kimi, 543,40 manat az hesablanmışdır. Odur ki, 2021-2022-ci illər üzrə bayram və istirahət günləri işə cəlb olunduğuna götə 543,40 manat iddiaçıya ödənilməlidir. Əmək Məcələsinin 114-cü maddəsinə əsasən sas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir.İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Əmək Məcələsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcələsinin 143-cü maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək Məcələsinin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir Əmək Məcələsinin 164-cü maddəsinə əsasən stirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, keçirilmiş ekspertiza xərclərinin əvəzi 200 manat, yəni 50+150 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh MMC-də işlədiyi 2021-2022ci il dövr ərzində məzuniyyət günlərində işə cəlb olunması ilə bağlı ödənilməli olan əmək haqqı və əmək haqqı ödənişinin gecikdirildiyi günlərə görə 1 % cərimə məbləği olaraq 2308,67 (iki min üç yüz səkkiz manat altmış yeddi qəpik) manat; həmçinin bayram və istirahət günlərində işə cəlb olunması ilə bağlı ödənilməli olan əmək haqqı və əmək haqqı ödənişinin gecikdirildiyi günlərə görə 1 % cərimə məbləği olaraq 608,56 (altı yüz səkkiz manat əlli altı qəpik) manat olmaqla, cəmi 2917,23 (iki min doqquz yüz on yeddi manat iyirmi üç qəpik) manat məbləğində ödənilməmiş əmək haqqının əvəzi Cavabdeh MMCdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 200 (iki yüz) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh MMC-də işlədiyi 2021-2022-ci il dövr ərzində məzuniyyət günlərində işə cəlb olunması ilə bağlı ödənilməli olan əmək haqqı və əmək haqqı ödənişinin gecikdirildiyi günlərə görə 1 % cərimə məbləği olaraq 2308,67 (iki min üç yüz səkkiz manat altmış yeddi qəpik) manat; həmçinin bayram və istirahət günlərində işə cəlb olunması ilə bağlı ödənilməli olan əmək haqqı və əmək haqqı ödənişinin gecikdirildiyi günlərə görə 1 % cərimə məbləği olaraq 608,56 (altı yüz səkkiz manat əlli altı qəpik) manat olmaqla, cəmi 2917,23 (iki min doqquz yüz on yeddi manat iyirmi üç qəpik) manat məbləğində ödənilməmiş əmək haqqının əvəzi Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 200 (iki yüz) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-16/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-16/2024
19.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver