Məhkəmə qərarları › İş №2(004)-1617/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1617/2023

31.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1617/2023 31.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı, Cavabdehin vəkli və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 4000 manat, ümumi çəkisi 40,09 qram olan brilyant qaşlı komplektin (1 ədəd yarpaq formalı klon, 1 ədəd yarpaq formalı üzük, 1 cüt yarpaq formalı sırğa, 1 ədəd yarpaq formalı bilərzik) cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra cavabdehlə bir müddət normal ər-arvad münasibətində olmuşdur. Lakin sonradan onların münasibətləri pozulmuş, cavabdeh və cavabdehin valideyni iddiaçını evdən qovmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Boşandıqdan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə gəlin köçdüyü mənzildən iddiaçıya və birgə nikahdan olan uşaqlarına məxsus əşyaları götürmüşdür, lakin cavabdeh iddiaçıya toyda hədiyyə edilmiş brilyant qaşlı komplekti verməmiş və onu satdığını bildirmişdir. Sözügedən komplekti iddiaçı cavabdeh və onun valideynləri ilə birilikdə almışdır. Həmin komplekt 1 ədəd yarpaq formalı klon, 1 ədəd yarpaq formalı üzük, 1 cüt yarpaq formalı sırğa, 1 ədəd yarpaq formalı bilərzikdən ibarətdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş, qızıl-zinyət əşyalarının cavabdehdə olmasına dair iddiaçı tərəfindən sübutların təqdim edilmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi etiraz ilə məhkəməyə müraciət edərək, iddiaçının özünə məxsus olan bütün əşyalarını götürdüyünü və hal-hazırda cavabdehdə ona məxsus heç bir əmlak olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində ğöstərmişdir ki, iddiaçının xalasıdır. Ona təqdim edilmiş iddiaçıya məxsus fotoşəkillərdə iddiaçının üzərində olan qızıl komplekti iddiaçıya toydan əvvəl cavabdeh tərəfindən hədiyyə olunub. İddiaçı cavabdehlə ayrıldıqdan sonra qızıl komplektini götürə bilməyib, sadəcə uşağını götürərək çıxıb. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində ğöstərmişdir ki, iddiaçının atasıdır. Nikaha daxil olarkən qızına cavabdeh tərəfindən qızıl komplekti hədiyyə edilib. Komplekt üzük, sırğa, qolbağı və boyunbağıdan ibarət olub. Qızı cavabdehlə ayrılanda qızıl komplektindən başqa əşyalarını götürüb, lakin komplekt yerində olmayıb. 13 mart 2022-ci il tarixli akt qızı tərəfindən tərtib edilmiş, onun və aktda göstərilən şəxslər tərəfindən imzalanmışdır. Aktın «Təhvil verilmədi» hissəsində komplekt kimi, qızına toyda cavabdeh tərəfindən hədiyyə olunmuş və qızına məxsus fotoşəkillərdə üzərində olan qızıl komplekt nəzərdə tutulmuşdur. Aktı cavabdehin atası X1 və bibisi X2 qızı imzalamışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında ünvan 1 ünvanında yerləşən evdən götürülən əşyalar barədə tərtib edilmiş 13 mart 2022-ci il tarixli aktdan görünür ki, “komplekt” təhvil verilməmişdir. Həmin akt təhvil verənlər qismində Allahverdiyev Vasif və Mahmudova Məlahət, təhvil alanlar qismində isə Qəhrəmanova Fikrət və Allahverdiyeva Gülayə tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-cü il tarixli, 4/960 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 13 mart 2022-ci il tarixli aktın 2-ci vərəqəsində “Təhvil verdi” qrafasında “Allahverdiyev Vasif” adı, soyadı qarşısındakı imza - X1 tərəfindən icra olunmuşdur. Həmin aktın 2-ci vərəqəsində “Təhvil verdi” qrafasında “Mahmudova Məlahət” adı, soyadı qarşısındakı imza – X2 tərəfindən icra olunmuşdur. Əmlak Ekspert Mərkəzinin 29 avqust 2023-cü il tarixli, ƏEM/A 136-695/23 saylı rəyindən görünür ki, aparılan hesablamalar və təhlillərə əsasən, qızıl-zinyət əşyalarının komplektin (1 ədəd yarpaq formalı klon, 1 ədəd yarpaq formalı üzük, 1 cüt yarpaq formalı sırğa, 1 ədəd yarpaq formalı bilərzik) bazar dəyəri 2100 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər və arvada nikah dövründə verilən əmlakın onların hər birinin ayrıca mülkiyyəti olmasını, aralarında olan nikah münasibətləri pozulduqdan sonra cavabdeh tərəfindən iddiaçıya hədiyyə qismində verilmiş brilyant komplektin ona təhvil verilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə … məcburi köçkünlər… dövlət rüsumunun ödənilməsindən azaddırlar. Məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, həm iddiaçı, həm də cavabdeh məcburi köçkün statusuna malikdirlər və dövlət rüsumunun ödənilməsindən azaddırlar. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdehdən məhkəmə-xətşünaslıq tədqiqatının dəyəri olan 105 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və qiymətləndirmə ekspertizasının dəyəri olan 150 manat tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Dəyəri 2100 (iki min yüz) manat məbləğində olan brilyant qaşlı komplekt - 1 ədəd yarpaq formalı klon, 1 ədəd yarpaq formalı üzük, 1 cüt yarpaq formalı sırğa, 1 ədəd yarpaq formalı bilərzik Cavabdeh alınaraq İddiaçı verilsin. 105 (yüz beş) manat məbləğində məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. 150 (yüz əlli) manat məbləğində qiymətləndirmə ekspertizasının dəyəri Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Hesab N AZN : AZ68İBAZ********************, BANK: ABB ASC, VÖEN: **********, Müxbir hesab AZ03NABZ013501**********2944, KOD:805711, S.W.İ.F.T. İBAZAZ2X ) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar