Məhkəmə qərarları › İş №2(004)-1648/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1648/2023

17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1648/2023 17.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (anası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş övladı - xx.xx.2022ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 manat olmaqla sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi və xx.xx.2022-ci il təvəllüdlü X2 doğulmasına görə dövlət tərəfindən birdəfəlik ödənilən 300 manat müavinətin Cavabdeh tutularaq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə faktiki nikaha girərək ailə qurmuşdur, xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 414 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar. Onların birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 adlı bir övladı var. Təxminən doqquz aydan artıqdır ki, cavabdehdən ayrı yaşayır. O, oğlu Bünyaminlə birlikdə valideynlərinin yanında yaşayır. Uşaq körpə olduğuna görə işləyə bilmir. Bu səbəbdən cavabdehdən aliment tələb edir. Hazırda xx.xx.2022-ci il təvəllüdlü X2 doğulmasına görə dövlət tərəfindən birdəfəlik ödənilən 300 manat müavinət Cavabdeh nümayəndəsi (anası) X5 tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən alınaraq ona verilmişdir. Bu səbəbdən iddia tələbini 300 manat tutulması hissəsində azaldır. Yalnız aliment tutulması hissəsində iddiasının təmin edilməsini, Cavabdeh ilə birgə nikahından doğulmuş övladı - xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 manat olmaqla sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi (anası) X5 məhkəmə iclasında izahatında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 adlı bir övladı var. Cavabdeh fəhlə işləyir və ayda 300 manat əmək haqqı alır. Əmək haqqının yarısını, yəni 150 manatını aliment ödəməyə razıdır. Qalan vəsaitə isə öz ehtiyaclarını ödəmək istəyir. Cavabdeh ayda 250 manat ödəməyə maddi imkanı yoxdur. xx.xx.2022-ci il təvəllüdlü X2 doğulmasına görə dövlət tərəfindən birdəfəlik ödənilən 300 manat müavinəti Cavabdeh adından nümayəndəsi kimi xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən alaraq İddiaçı vermişdir. İddia tələbinin qismən təmin edilməsinə, yəni ayda 150 manat aliment tutulmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddiaçının iddia tələbinin həcminin azaldılmasına dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli 05/Q- 1701/69 nömrəli arayışdan müəyyən edilir ki, Cavabdeh və X3 xx.xx.2022-ci il tarixdə 414 nömrəli akt ilə nikahlarını bağlamışlar. Nikah bağlandan sonra arvada Xəlilova soyadı verilmişdir. Qobustan rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli AZ-İV 802156 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, tərəflərin birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 adlı bir övladı var. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. “AZEMİS”-dən çıxarışdan müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-də ixtisassız fəhlə, yığma vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Məhkəmə, uşağın mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - 60 manat aliment tutulması hissəsində rədd edilməlidir. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar