Məhkəmə qərarları › İş №2(004)-1664/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1664/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1664/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobil qəzası zamanı dəymiş 3.599,80 manat ziyanın, həmçinin 100 manat qüsur aktının tərtib edlməsi üçün və 50 manat hüquqi yardımın göstəriıməsi və 30 manat dövlət rüsumunun, ümumilikdə 3.779,80 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli 2(004)-1664/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı 21.04.2021-ci il tarixdə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli 2(004)-1664/2021 nömrəli qərardadı ilə iddiaçı İddiaçı vəsatəti təmin edilmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli 2(004)-1664/2021 nömrəli qərardadı ləğv edilmişdir. Məhkəmə tərəfindən işin məhkəmə iclası 22.07.2021-ci il tarixə saat 12:30-a təxirə salınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş və “AZEMİS” vasitəsilə tərəflərin mobil telefon nömrələrinə SMS bildirişləri göndərilməklə məlumat verilmişdir. Lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar