Məhkəmə qərarları › İş №2(004)-1698/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1698/2020

05.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübah
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1698/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X4, cavabdeh X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X7 qarşı “istifadə hüququna qoyulan maneənin aradan qaldırılması, istifadə hüququnun bərpa edilməsi, mənzilə köçürülmə, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk iddiası; Cavabdeh X5 iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh X9 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “istifadə hüququna qoyulan maneənin aradan qaldırılması, istifadə hüququnun bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə dair istifadə hüquqlarına qoyulan maneənin aradan qaldırılması, istifadə hüquqlarının bərpa edilməsi, həmin mənzilə köçürülməsi, Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə köçürülən günə qədər hər gün üçün 3 manat kirayə haqqının və 10.000 manat mənəvi ziyanın əvəzinin Cavabdeh tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh X12 iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2, İddiaçı1 və onun yetkinlik yaşına çatmamış ailə üzvü - X8 onun xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, 1998-ci ilə kimi qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində valideynləri ilə birlikdə yaşamışdır. 1998-ci ildə X13 ilə ailə qurmuş Sumqayıt şəhərinə gəlin köçmüşdür. Sumqayıt şəhərində 5-6 ay qaynanasının evində birlikdə yaşamış, sonra əri ilə birlikdə Novxanı bağlarına köçmüş və orada müxtəlif şəxslərin bağ evlərində yaşamışlar. Son 10 ildə bir nəfərin bağ evində yaşayırlar. X13 ilə onun birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X16 adlı bir uşağı doğulmuşdur. Hazırda o, qızı X16 ilə birlikdə Novxanıda bağ evində gözətçi otağında yaşayır. Yaşadıqları bağ evinin kimə məxsus olmasını deyə bilməz. Bacısı İddiaçı2 isə 2019-cu ilin xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixə kimi onun yanında Novxanıda bağ evində yaşayıb. Samirə onun yanına gələndə bildirmişdir ki, Lamiyə evi satacaq və bir həftəyə onlara pul verəcəkdir. Lamiyə evi 90.000 manata satmalı və ona və bacısı Samirəyə 60.000 manat pul verməli idi. O, ərə gedəndən sonra Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində yaşamasa da, hazırda qeydiyyatda olduğu və X5 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə köçürülməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. İddiaçı2 nümayəndəsi və vəkili X14 iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı2 cavabdeh X5 doğma anasıdır. İddiaçı2 daimi olaraq Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində qızı ilə birlikdə xx.xx.2019-cu ilə kimi birlikdə yaşayıb. Lamiyə mənzili sataraq Samirəyə kompensasiya verəcəyini dediyinə görə, Samirə evdən çıxmışdır. Lakin sonradan Lamityə mənzili satmamışdır. Samirə xadimə işləyir və hər gün 2-3 manat verməklə kirayədə qalır. Samirə mənzildən çıxanda yataq dəstini, bir neçə əşyasını özü ilə aparmışdır. Hazırda Samirə iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh X12 məhkəmə iclasında ilk iddianı qəbul etmədi və qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzili onun X17 Böyük Ağa qızının mülkiyyətində olub. X17 Böyük Ağa qızı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilini xx.xx.1999-cu il tarixli bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir və xx.xx.2015-ci il tarixdə yeni çıxarış əldə etmişdir. İddiaçı1 onun xalası, xx.xx.2002-ci il təvəllüdlü X16 xalası Ülkərin qızıdır, İddiaçı2 isə onun anasıdır. İddiaçı1 1998-ci ilə kimi Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində yaşamışdır. 1998-ci ildə X13 ilə ailə qurmuş Sumqayıt şəhərinə gəlin köçmüş, orada öz ailəsi ilə birlikdə yaşayır. İddiaçı1 ilə X6 birgə nikahından xx.xx.2002-ci il təvəllüdlü X16 adlı bir qızı var. İddiaçı1 əri X13 və qızı X16 ilə birlikdə mərhum babaları X15 məxsus olan Novxanıdakı bağ evində yaşayırlar. İddiaçı1 və X16 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində qeydiyyatda olsalar da, heç vaxt onunla birlikdə həmin mənzildə yaşamamış və ailə üzvü olmamışlar. İddiaçı1 ərə getdiyi vaxtdan, yəni 1998-ci ildən Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüququnu itirmişdir. X16 isə heç vaxt onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində yaşamamış və istifadə hüququ əldə etməmişdir. Anası Samirə isə 2019-cu ilin may ayının axırına kimi onunla birlikdə Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində yaşasa da, onlar bir təsərrüfat aparmamışlar. Anası Samirə 2019-cu ilin may ayında Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilini tərk edərək, Novxanı bağlarına babası X15 məxsus olan bağ evinə köçmüş və hazırkı vaxta kimi, xalası İddiaçı1 və xalası qızı X16 ilə birlikdə yaşayır. İddiaçı2 xx.xx.2019-cu il tarixdə özünə məxsus bütün əşyalarını yığaraq, daimi olaraq Novxanı bağlarına babası X15 məxsus olan bağ evinə köçmüşdür. Bu səbəbdən hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh X10 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq qarşılıqlı iddia üzrə cavabdeh X8 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk və qarşılıqlı iddialarqismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları, rəsmi sənədlərə təsdiq edilir ki, Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzili Əliyeva Esmiralda Böyük Ağa qızının mülkiyyətində olmuşdur. Əliyeva Esmiralda Böyük Ağa qızı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilini xx.xx.1999-cu il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh bağışlamışdır. xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzili Şahmirzəyeva (Şahmirzə) Lamiyə Ədalət qızının xüsusi mülkiyyətindədir və xx.xx.2015-ci il tarixdə onun adına yeni çıxarış verilmişdir. İddiaçı1 cavabdeh X5 xalası, X16 xalası Ülkərin qızıdır, İddiaçı2 isə X5 anasıdır. İddiaçı1 1998-ci ilə kimi Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində yaşamışdır. 1998-ci ildə X13 ilə ailə qurmuş Sumqayıt şəhərinə gəlin köçmüş, orada öz ailəsi ilə birlikdə yaşayır. İddiaçı1 ilə X6 birgə nikahından xx.xx.2002-ci il təvəllüdlü X16 adlı bir qızı var. İddiaçı1 əri X13 və qızı X16 ilə birlikdə daima Sumqayış şəhərində və Novxanı bağlarında yaşamaqla, cavabdeh X5 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində qeydiyyatda olsalar da, heç vaxt mülkiyyətçi ilə birlikdə həmin mənzildə yaşamamış və ailə üzvü olmamışlar. İddiaçı1 ərə getdiyi vaxtdan, yəni 1998-ci ildən Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüququnu xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələbinə uyğun olaraq itirmişdir. X16 isə heç vaxt X5 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində yaşamamış və istifadə hüququ əldə etməmişdir. İddiaçı2 isə mülkiyyətçi X5 doğma anası olmaqla, xx.xx.2019-cu il tarixə kimi Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində yaşamış və istifadə hüququnu itirməmişdir. X12 anası İddiaçı2 Novxanı bağlarında babası Əli Əliyevdən miras qalmış bağ evində daimi yaşamasını, bağ evinin miras qalmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə, X12 anası İddiaçı2n kompensasiya ödəməklə, onun istifadə hüququnun itirilməsini tələb etmək hüququna malikdir. X2 müvafiq pul kompensasiya ödənilməsini təklif etməmişdir. Həmçinin cavabdeh X5 hərəkətləri nəticəsində iddiaçılara hər hansı bir maddi və mənəvi xzərər vurulması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İİ hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə, 43-cü maddəsinin İ hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən xx.xx.2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi, mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna, bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri, və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Çünki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı yaşayış sahəsində rəsmi qeydiyyatda olması, onun həmin yaşayış sahəsindən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Odur ki, məhkəmə sübutlara məcmu halda qismət verərək belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməli, İddiaçı2 cavabdeh X5 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə köçürülməli, onun həmin mənzildən istifadəsinə X12 tərəfindən qoyulan maneə aradan qaldırılmalıdır. İlk iddia tələbi - “cavabdeh X12 tərəfindən İddiaçı1 Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə dair istifadə hüquqlarına qoyulan maneənin aradan qaldırılması, istifadə hüquqlarının bərpa edilməsi, İddiaçı1 həmin mənzilə köçürülməsi, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə köçürülən günə qədər hər gün üçün 3 manat kirayə haqqının və 10.000 manat mənəvi ziyanın əvəzinin X3 tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi” tələbinə dair hissəsində rədd edilməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı1 X5 xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməli, X1 Lamiyə Ədalət qızının xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilməli, qarşılıqlı iddia tələbi - İddiaçı2 cavabdeh X5 xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi” hissəsində rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı1, qarşılıq iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu Lamiyə Şahmirzəyə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İddiaçı2 cavabdeh X5 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə (yeni qaydalarla: AZ1006, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 42, M5, m1) köçürülsün, onun həmin mənzildən istifadəsinə X12 tərəfindən qoyulan maneə aradan qaldırılsın. İlk iddia tələbi - “cavabdeh X12 tərəfindən İddiaçı1 Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə dair istifadə hüquqlarına qoyulan maneənin aradan qaldırılması, istifadə hüquqlarının bərpa edilməsi, İddiaçı1 həmin mənzilə köçürülməsi, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə köçürülən günə qədər hər gün üçün 3 manat kirayə haqqının və 10.000 manat mənəvi ziyanın əvəzinin X3 tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi” tələbinə dair hissəsində rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı1 X5 xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə (yeni qaydalarla: AZ1006, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 42, M5, m1) olan istifadə hüququ itirilmiş hesab edilsin. X1 Lamiyə Ədalət qızının xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə (yeni qaydalarla: AZ1006, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 42, M5, m1) istifadə hüququ olmayan şəxs hesab edilsin. Qarşılıqlı iddia tələbi - İddiaçı2 cavabdeh X5 xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi” hissəsində rədd edilsin. Bu qətnamə, İddiaçı1 və X8 X5 xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilindən (yeni qaydalarla: AZ1006, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 42, M5, m1) qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İlk iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı1, qarşılıq iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu Lamiyə Şahmirzəyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar