Məhkəmə qərarları › İş №2(103)-2948/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2948/2021

01.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübah
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2948/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı X11 vəkili Vəkil, Cavabdeh X6 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 1698/2020 nömrəli qətnaməsindən cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “istifadə hüququna qoyulan maneənin aradan qaldırılması, istifadə hüququnun bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə dair istifadə hüquqlarına qoyulan maneənin aradan qaldırılması, istifadə hüquqlarının bərpa edilməsi, həmin mənzilə köçürülməsi, Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə köçürülən günə qədər hər gün üçün 3 manat kirayə haqqının və 10.000 manat mənəvi ziyanın əvəzinin Cavabdeh tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh X12 iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2, İddiaçı1 və onun yetkinlik yaşına çatmamış ailə üzvü - X8 onun xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ilə kimi qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində valideynləri ilə birlikdə yaşamışdır. 1998-ci ildə X13 ilə ailə qurmuş Sumqayıt şəhərinə gəlin köçmüşdür. Sumqayıt şəhərində 5-6 ay qaynanasının evində birlikdə yaşamış, sonra əri ilə birlikdə Novxanı bağlarına köçmüş və orada müxtəlif şəxslərin bağ evlərində yaşamışlar. Son 10 ildə bir nəfərin bağ evində yaşayırlar. X13 ilə onun birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X17 adlı bir uşağı doğulmuşdur. Hazırda o, qızı X17 ilə birlikdə Novxanıda bağ evində gözətçi otağında yaşayır. Yaşadıqları bağ evinin kimə məxsus olmasını deyə bilməz. Bacısı İddiaçı2 isə 2019-cu ilin xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixə kimi onun yanında Novxanıda bağ evində yaşayıb. Samirə onun yanına gələndə bildirmişdir ki, Lamiyə evi satacaq və bir həftəyə onlara pul verəcəkdir. Lamiyə evi 90.000 manata satmalı və ona və bacısı Samirəyə 60.000 manat pul verməli idi. O, ərə gedəndən sonra Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində yaşamasa da, hazırda qeydiyyatda olduğu və X6 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə köçürülməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 1698/2020 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, İddiaçı2 cavabdeh X6 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə (yeni qaydalarla: AZ1006, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 42, M5, m1) köçürülməsi, onun həmin mənzildən istifadəsinə X12 tərəfindən qoyulan maneənin aradan qaldırılması, ilk iddia tələbi - “cavabdeh X12 tərəfindən İddiaçı1 Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə dair istifadə hüquqlarına qoyulan maneənin aradan qaldırılması, istifadə hüquqlarının bərpa edilməsi, İddiaçı1 həmin mənzilə köçürülməsi, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə köçürülən günə qədər hər gün üçün 3 manat kirayə haqqının və 10.000 manat mənəvi ziyanın əvəzinin X5 tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi” tələbinə dair hissəsində rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1 X6 xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə (yeni qaydalarla: AZ1006, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 42, M5, m1) olan istifadə hüququnun itirilmiş hesab edilməsi, X1 Lamiyə Ədalət qızının xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə (yeni qaydalarla: AZ1006, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 42, M5, m1) istifadə hüququ olmayan şəxs hesab edilməsi, qarşılıqlı iddia tələbi - İddiaçı2 cavabdeh X6 xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi” hissəsində rədd edilməsi, bu qətnamə, İddiaçı1 və X8 X6 xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilindən (yeni qaydalarla: AZ1006, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 42, M5, m1) qeydiyyatdan çıxarılmaları üçün əsas olması, ilk iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı1, qarşılıq iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun Lamiyə Şahmirzəyə aid edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh X12 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1698/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsinə, yəni ilk iddia tələbinin təmin edilən hissəsinin rədd olunmasına, qarşılıqlı iddia tələbinin isə təmin olunmayan hissəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması ilə qəbul edildiyi üçün aşağıdakı əsaslara görə qismən ləğv edilməli,yəni ilk iddia tələbinin təmin edilən hissəsinin rədd olunmasina.qarşılıqlı iddia tələbinin isə təmin olunmayan hissəsinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektindəki 2B nömrəli evin 43 saylı mənzili xx.xx.1999-cu il tarixli bağışlama müqaviləsinə əsasən nənəsi X4 ona bağışlamışdır. Sözü gedən mənzil xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. İlkin iddia üzrə İddiaçı1 xalası, X17 xalası Ülkərin qızıdır, İddiaçı2 isə onun anasıdır. İddiaçı1 1998-ci ilə kimi sözü gedən mənzildə yaşamışdır. 1998-ci ildə X14 ilə ailə qurmuş, Sumqayıt şəhərinə gəlin köçmüş orada öz ailəsi ilə birlikdə yaşayır.İddiaçı1 və X17 onun mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da heç vaxt onunla birlikdə yaşamamış və ailə üzvləri olmamışlar. İddiaçı1 ərə getdiyi vaxtdan yəni 1998-ci ildən sözü gedən mənzilə olan istifadə hüququnu itirmişdir. X17 isə heç vaxt sözü gedən mənzildə yaşamamış və istifadə hüququ əldə etməmişdir. İddiaçı2 2019-cu ilin may ayının axırma kimi nəinki onunla birlikdə təsərrüfat aparmış, əksinə yaşadığı müddət ərzində ona və sözü gedən mənzilə ziyanıar vurmuşdur. Samirə onun doğma anası olmağına baxmayaraq bacısı İddiaçı1 və qardaşı X29 ilə əlbir olub öz doğma qızını yəni onu həmişə hədələyərək təhdid etmiş, xüsusi mülkiyyətində olan mənzilini mənimsəyərək ələ keçirmək istəmişdir. Ümumiyyətlə onların sözü gedən mənzildən istifadə etmək fikirləri olmamışdır, heç buna ehtiyacları da yoxdur. Çünki onların başqa yaşayış yerləri vardır. Sadəcə bu mənzili ona məcburi qaydada satdırıb pulun hamısını ələ keçirmək istəmişlər. Buna nail ola bilmədikləri üçün sonra istifadə hüquqlarından sui istifadə edərək, şişirdilmiş məbləğdə pul kompensasiyası iddia edirdilər. Bu mənzildən başqa heç bir mülki, var-dövləti və gəlir yeri yoxdur. Tənha və kimsəsiz bir qız olduğunu, məhz elə bu səbəbdən də X20 ona bildirmiş ki, mənzili satıb pulun hamısını ona versin. Mənzilinin qapısı köhnə taxta qapı olduğu üçün qorxusundan qapını dəyişdirmiş. Eyni zamanda həyatına ciddi ölüm təhlükəsi olduğu üçün YRPİ- nin 26-cı polis bölməsinə rəsmi ərizə ilə müraciət etmiş. Lakin anası PB-də onu ölümlə hədələdiyini etiraf etmədi. X21 Sumqayıt şəhərində evi ola-ola. Ülkər və Samirənin onun evində qeydiyyatda olmağından istifadə edərək qeyri-qanuni yollarla 2014-cü ildə sözü gedən mənzilə qeydiyyata düşmüşdür. O xx.xx.2017-ci il tarixində Asan xidmətdən arayış alanda Namiqin onunla mənzilində qeydiyyatda olduğunu bilmiş. Bundan sonra, Yasamal Rayon Məhkəməsinə müraciət edərək Namiqin qeydiyyatdan çıxarılmasına nail olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi mülki işə baxarkən ilkin İddiaçı2 tərəfindən onun həyatına ciddi ölüm təhlükəsi olmağını onun 2019-cu ilin may ayından sözü gedən mənzili könüllü tərk etməsini etiraf etməyini, sonradan da əşyalarının hamısını aparmaqla Novxanıya köçüb orada daimi yaşamasını və yaşayış sahəsinə olan ehtiyacının aradan qalxmasına hüquqi qiymət verməmişdir. Lamiyə Şahmirzənin ona kompensasiya təklif etmədən istifadə hüququna xitam verilməsini mümkün hesab etməmişdir. Halbuki qanunverici belə kompensasiyanın verilməsini yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkün hesab edir. Hazırki işdə müəyyən edilmişdir ki, mənzilə istifadə hüququ olan şəxs uzun müddət həmin mənzildən istifadə etməmiş və başqa yerdə yaşamışdır. Lamiyə Şahmirzə ona qarşı iddia qaldırdıqda isə o, istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilməsini tələb etmişdir.Halbuki, istifadə hüququna malik olan şəxs davamlı surətdə başqa yerdə yaşayır. Bundan əlavə Samirə Novxanıda atasına məxsus bağ evində daimi yaşamasına baxmayaraq bildimişdir ki, yaşayış yeri olmadığına görə kirayələrdə yaşayır. Həqiqət olsa belə, birinci instasniya məhkəməsi ondan bu barədə sübut tələb etməli idi.Məhkəmə MPM-nin tələblərini pozaraq onun mülahizələrini mötəbər dəlil kimi qəbul etmişdir.X10 mükliyyət hüququnun məhdudlaşdırılmasına dair formal qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X12 apellyasiya tələbinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsinə, yəni ilk iddia tələbinin təmin edilən hissəsinin rədd olunmasına, qarşılıqlı iddia tələbinin isə təmin olunmayan hissəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X11 vəkili Vəkil iddia tələbinin dəlillərinə istinad edərək, digər cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasıni xahiş etmişlər. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Kollegiya apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, cavabdeh qətnaməni ilk iddia tələbinin təmin edilən hissəsinin rədd olunması, qarşılıqlı iddia tələbinin isə təmin olunmayan hissəsinin təmin edilməsini mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Birinci instansiya məhkəməsinin araşdırması zamanı işin mübahisəsiz halları, rəsmi sənədlərlə təsdiq edilir ki, Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzili X2 mülkiyyətində olmuşdur. X4 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilini xx.xx.1999-cu il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh bağışlamışdır. xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzili Şahmirzəyeva (Şahmirzə) Lamiyə Ədalət qızının xüsusi mülkiyyətindədir və xx.xx.2015-ci il tarixdə onun adına yeni çıxarış verilmişdir. İddiaçı1 cavabdeh X6 xalası, X17 xalası Ülkərin qızıdır, İddiaçı2 isə X6 anasıdır. İddiaçı1 1998-ci ilə kimi Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində yaşamışdır. 1998-ci ildə X13 ilə ailə qurmuş Sumqayıt şəhərinə gəlin köçmüş, orada öz ailəsi ilə birlikdə yaşayır. İddiaçı1 ilə X7 birgə nikahından xx.xx.2002-ci il təvəllüdlü X17 adlı bir qızı var. İddiaçı1 əri X13 və qızı X17 ilə birlikdə daima Sumqayış şəhərində və Novxanı bağlarında yaşamaqla, cavabdeh X6 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində qeydiyyatda olsalar da, heç vaxt mülkiyyətçi ilə birlikdə həmin mənzildə yaşamamış və ailə üzvü olmamışlar. İddiaçı1 ərə getdiyi vaxtdan, yəni 1998-ci ildən Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüququnu xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələbinə uyğun olaraq itirmişdir. X17 isə heç vaxt X6 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində yaşamamış və istifadə hüququ əldə etməmişdir. İddiaçı2 isə mülkiyyətçi X6 doğma anası olmaqla, xx.xx.2019-cu il tarixə kimi Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində yaşamış və istifadə hüququnu itirməmişdir. X12 anası İddiaçı2 Novxanı bağlarında babası Əli Əliyevdən miras qalmış bağ evində daimi yaşamasını, bağ evinin miras qalmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə, X12 anası İddiaçı2n kompensasiya ödəməklə, onun istifadə hüququnun itirilməsini tələb etmək hüququna malikdir. X3 müvafiq pul kompensasiya ödənilməsini təklif etməmişdir. Həmçinin cavabdeh X6 hərəkətləri nəticəsində iddiaçılara hər hansı bir maddi və mənəvi zərər vurulması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İİ hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə, 43-cü maddəsinin İ hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən xx.xx.2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi, mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna, bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri, və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Çünki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı yaşayış sahəsində rəsmi qeydiyyatda olması, onun həmin yaşayış sahəsindən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Odur ki, məhkəmə kollegiyası sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməsi, İddiaçı2 cavabdeh X6 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə köçürülməsi, onun həmin mənzildən istifadəsinə X12 tərəfindən qoyulan maneə aradan qaldırılması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. İlk iddia tələbi - “cavabdeh X12 tərəfindən İddiaçı1 Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə dair istifadə hüquqlarına qoyulan maneənin aradan qaldırılması, istifadə hüquqlarının bərpa edilməsi, İddiaçı1 həmin mənzilə köçürülməsi, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə köçürülən günə qədər hər gün üçün 3 manat kirayə haqqının və 10.000 manat mənəvi ziyanın əvəzinin X5 tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi” tələbinə dair hissəsində rədd edilməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı1 X6 xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməli, X1 Lamiyə Ədalət qızının xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilməli, qarşılıqlı iddia tələbi - İddiaçı2 cavabdeh X6 xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi” hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 1698/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar