Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4884/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şahmirzə Lamiyə Ədalət qızına qarşı “istifadə hüququna qoyulan maneənin aradan qaldırılması, istifadə hüququnun bərpa edilməsi, mənzilə köçürülmə, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası, Şahmirzə Lamiyə Ədalət qızının cavabdehlər İddiaçı1, İddiaçı2 və X3 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququnun bərpa edilməsi, mənzilə köçürülmə, maddi və mənəvi ziyanın ödənilməsi, mənzildən istifadə hüquqlarına xitam verilməsi) Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 qıznın nümayəndəsi və vəkili Vəkil1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Şahmirzə Lamiyə Ədalət qızının və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2021-ci il tarixli, 2(103)2948/2021 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Şahmirzə Lamiyə Ədalət qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayon u, Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzili X1 mülkiyyətində olmuşdur. Esmiralda Əliyeva mülkiyyətində olan həmin mənzili 28.06.1999-cu il tarixli bağışlama müqaviləsinə əsasən nəvəsi Cavabdeh bağışlamışdır. 02.09.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzili Şahmirzəyeva (Şahmirzə) Lamiyə Ədalət qızının xüsusi mülkiyyətindədir və 01.10.2015-ci il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə dair istifadə hüquqlarına qoyulan maneənin aradan qaldırılması, istifadə hüquqlarının bərpa edilməsi, həmin mənzilə köçürülməsi, mənzilə köçürülən günə qədər hər gün üçün 3 manat kirayə haqqının və 10.000 manat mənəvi ziyanın əvəzinin Cavabdeh tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Şahmirzə Lamiyə Ədalət qızının doğma anasıdır. İddiaçı1 və Samirə Şahverdiyevalar isə doğma bacılardır. İddiaçı1 1998ci ilə kimi qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilində valideynləri ilə birlikdə yaşamış, 1998-ci ildə X5 ilə ailə qurub Sumqayıt şəhərinə gəlin köçmüş, 5-6 ay qayınanasının evində birlikdə yaşamış, sonra əri ilə bi rlikdə Novxanı bağlarına köçmüş və orada müxtəlif şəxslərin bağ evlərində yaşamışlar. Son 10 ildə bir nəfərin bağ evində yaşayırlar. İddiaçı2 mübahisəli mənzildə qızı Lamiyə ilə birlikdə 30.11.2019-cu ilə kimi yaşamışdır. Lamiyə mənzili sataraq Samirəyə kompensasiya verəcəyini dediyinə görə, Samirə evdən çıxmışdır. Lakin sonradan Lamiyə mənzili satmamışdır. Lamiyə evi 90.000 manata satmalı və onlara 60.000 manat pul verməli idi.
4. Cavabdeh Şahmirzə Lamiyə Ədalət qızı iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 10.02.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2, İddiaçı1 və onun yetkinlik yaşına çatmamış ailə üzvü - X2 onun xüsusi mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti ndəki 2B nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 əri X5 və qızı X7 ilə birlikdə mərhum babaları X6 məxsus olan Novxanıdakı bağ evində yaşayırlar. İddiaçı1 və Ləman Əliyeva onun mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da, heç vaxt onunla birlikdə həmin mənzildə yaşamamış və ailə üzvü olmamışlar. İddiaçı1 ərə getdiyi vaxtdan, yəni 1998-ci ildən mübahisəli mənzilə olan istifadə hüququnu itirmişdir. Anası Samirə isə 2019-cu ilin may ayının axırına kimi onunla birlikdə sözügedən mənzildə yaşasa da, onlar bir təsərrüfat aparmamışlar. Anası Samirə 2019-cu ilin may ayında mənzili tərk edərək, Novxanı bağlarına - bab ası X6 məxsus olan bağ evinə köçmüşdür və hazırkı vaxta kimi, xalası İddiaçı1 və xalası qızı X7 ilə birlikdə orada yaşayır. Anası 30.11.2019-cu il tarixdə özünə məxsus bütün əşyalarını yığaraq, daimi olaraq bağ evinə köçmüşdür. Bu səbəbdən hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(004)1698/2020 nömrəli qətnaməsi ilə (hakim V.Hacıyev) ilkin iddia qismən təmin edilərək, İddiaçı2 cavabdeh Şahmirzə Lamiyə Ədalət qızının mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə (yeni qaydalarla: AZ1006, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 42, M5, m1) köçürülməsi, onun həmin mənzildən istifadəsinə Şahmirzə Lam iyə Ədalət qızı tərəfindən qoyulan maneənin aradan qaldırılması, ilkin iddia tələbinin - “cavabdeh Şahmirzə Lamiyə Ədalət qızı tərəfindən İddiaçı1 Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə dair istifadə hüquqlarına qoyulan maneənin aradan qaldırılması, istifadə hüquqlarının bərpa edilməsi, İddiaçı1 həmin mənzilə köçürülməsi, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə köçürülən günə qədər hər gün üçün 3 manat kirayə haqqının və 10.000 manat mənəvi ziyanın əvəzinin Şahmirzə Lamiyə Ədalət qızından tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi” tələbinə dair hissəsində rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1 Şahmirzə Lamiyə Ədalət qızının xüsusi mülkiyyətində ki Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə (yeni qaydalarla: AZ1006, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 42, M5, m1) olan istifadə hüququnun itirilmiş hesab edilməsi, X2 Şahmirzə Lamiyə Ədalət qızının xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə (yeni qaydalarla: AZ1006, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 42, M5, m1) istifadə hüququ olmayan şəxs hesab edilməsi, qarşılıqlı iddia tələbinin - İddiaçı2 cavabdeh Şahmirzə Lamiyə Ədalət qızının xüsusi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi” hissəsində rədd edilməsi, bu qətnamənin, İddiaçı1 və X2 Şahmirzə Lamiyə Ədalət qızının xüsusi mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilindən (yeni qaydalarla: AZ1006, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 42, M5, m1) qeydiyyatdan çıxarılmaları üçün əsas olması, ilk iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı1, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun Lamiyə Şahmirzəyə aid edilməsi qət edilmişdir.
7. Məhkəmə İddiaçı1 və Ləman Əliyevaya aid hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı yaşayış sahəsində rəsmi qeydiyyatda olması, onun həmin yaşayış sahəsindən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir.
8. Məhkəmə qarşılıqlı iddia üzrə İddiaçı2 aid hissədə gəldiyi nəticəni onunla əsasla ndırmışdır ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İİ hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə, 43-cü maddəsinin İ hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və d aha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Şahmirzə Lamiyə Ədalət qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, yəni ilk iddia tələbinin təmin edilən hissəsinin rədd olunması, qarşılıqlı iddia tələbinin isə təmin olunmayan hissəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.04.2021-ci il tarixli, 2(103)2948/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şə həri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(004)-1698/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddianın qismən təmin edilməsi, İddiaçı2 cavabdeh Şahmirzə Lamiyə Ədalət qızının mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektindəki 2B nömrəli evin 43 nömrəli mənzilinə köçürülməsi, onun həmin mənzildən istifadəsinə Şahmirzə Lamiyə Ədalət qızı tərəfindən qoyulan maneənin aradan qaldırılması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Şahmirzə Lamiyə Ədalət qızı kassasi ya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası kassatorun mülkiyyət hüququnun məhdudlaşdırılmasına dair formal qətnamə qəbul etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə q arşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Şahmirzə Lamiyə Ədalət qızı və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər.
16. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 qıznın nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə İddiaçı1 məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxsin işt irakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, hə min hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə
228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv t ədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunan hissəsində və qarşılıqlı iddianın təmin olunmayan hissəsində mübahisələndirilir və məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı2 mənzildən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas y oxdur.
26. İddiaçı2 ilə Lamiyə Şahmirzə arasında yaranmış hüquq münasibətləri ilkin iddia üzrə yaşayış sahəsindən istifadə hüququ, qarşılıqlı iddia üzrə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir. Məhkəmələrin müəyyən etdiyi işin faktiki hallarından görünür ki, İddiaçı2 mübahisəli mənzildə yaşamış və mənzildən istifadə hüququnu itirməmişdir. İşə baxmış məhkəmə mübahisənin həllinə Mənzil Məcəlləsinin 21 və 23-cü maddələrini, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini tətbiq etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
27. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən mülkiyyət hüququnun məhdudlaşdırılmasına dair formal qətnamə qəbul edildiyini, işin faktiki halları nın tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar təsdiq olunmur.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Şahmirzə Lamiyə Ədalət qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2021-ci il tarixli, 2(103)2948/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.