Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1704/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi ilə, Cavabdeh-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı “xx.xx.2012-ci il tarixli 17M000000404 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və onun mülkiyyətində olan Sumqayıt şəhəri 4-cü məhəllədə yerləşən 26/19 nömrəli evin 13 nömrəli mənzilinin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı “xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və onun mülkiyyətində olan mənzilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 17M000000404 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və mülkiyyətində olan Sumqayıt şəhəri 4-cü məhəllədə yerləşən 26/19 nömrəli evin 13 nömrəli mənzilinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildiriş verilsə də o, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildiridi ki, Cavabdeh ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi ilə borc alan X4 ipoteka saxlayan qarşısında əsas öhdəliyinin icrasının təmini məqsədilə bağlanılmış, ipoteka qoyan ipoteka saxlayana ipoteka predmeti olan Sumqayıt şəhəri 4-cü məhəllədə istifadədə olan 0.074 ha torpaq sahəsində yerləşən 26/19 nömrəli 3 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində 48.07 kv.m ümumi, 29.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzili ipotekaya qoymuşdur. xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh ilə hüququ yüklü edilən şəxs İddiaçı arasında ünvan 1 mənzil 13 ünvanı xx.xx.2012-ci il tarixdən 120 ay müddətinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Öhdəliyin əsas mahiyyəti və icra müddəti xx.xx.2012-ci və xx.xx.2012-ci il tarixli müqavilələrdir. X4 xx.xx.2017-ci il tarixə xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə Cavabdehyə 13.255,48 ABŞ dolları əsas borc, 1.331,67 ABŞ dolları faiz borcu, 4.083,07 ABŞ dolları dəbbə borcu olmaqla, ümumilikdə 18.670,22 ABŞ dolları borcu vardır. X4 xx.xx.2017-ci il tarixə xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh-yə 14.338,35 ABŞ dolları əsas borc, 3.145,73 ABŞ dolları faiz borcu, 8.532,63 ABŞ dolları dəbbə olmaqla, ümumilikdə 26.016,710 ABŞ dolları borcu vardır. Bu səbəbdən Cavabdeh borcun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(012)-2783/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(105)-705/2019 nömrəli qətnaməsi ilə cavabdeh Qənbərov Elnur Əziz oğlunun apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(012)-2783/2017 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ünvan 1 ünvanda yerləşən 13 saylı mənzilin ilkin satış qiyməti 51.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-5533/2019 nömrəli qərarı ilə cavabdeh Qənbərov Elnur Əziz oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(105)-705/2019 nömrəli qətnaməsi - kassatora aid təmin edilmiş hissədə dəyişiklik edilmədən saxlanmışdır. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh ilə X8 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh borcalan X5 120 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. xx.xx.2015-ci il tarixli 017R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh X5 12 ay müddətinə aylıq faiz dərəcəsi, 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30.000 ABŞ dolları kredit vermişdir. xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh X5 12 ay müddətinə aylıq faiz dərəcəsi, 1.5% faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 54.000 ABŞ dolları kredit verilmişdir. “xxxxxxxxxxx” QSC ilə X7, X2 və İddiaçı arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi və kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasının təmini edilməsini öz üzərinə götürmüşlər. Cavabdeh ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 17M000000404 nömrəli ipoteka müqaviləsi ilə borc alan X4 İpoteka saxlayan qarşısında əsas öhdəliyinin icrasının təmini məqsədilə bağlanılmış, ipoteka qoyan ipoteka saxlayana ipoteka predmeti olan Sumqayıt şəhəri 4-cü məhəllədə istifadədə olan 0.074 ha torpaq sahəsində yerləşən 26/19 nömrəli, 3 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində 48.07 kv.m ümumi, 29.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzili ipotekaya qoyur. İpoteka predmetinin qeydə alındığı rəsmi reyestr nömrəsi **********8-05101-093007, qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi xx.xx.2008-ci il daşınmaz əmlakln dövlət reyestrində 78 nömrəli reyestr kitabının 109 nömrəli vərəqində qeydiyyata alınmışdır. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 24733 manat müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh ilə hüququ yüklü edilən şəxs İddiaçı arasında ünvan 1, mənzil 13 ünvanını xx.xx.2012-ci il tarixdən 120 ay müddətinə ipoteka ilə yüklü edilmiş və Daşınmaz Əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət Reyestrindən 78 saylı reyestr kitabının 109 nömrəli vərəqində, reyestr nömrəsi **********8- 05101-093007, **********1 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Öhdəliyin əsas mahiyyəti və icra müddəti xx.xx.2012-ci tarixli, KXM/№17L000000808 saylı və xx.xx.2012-ci il tarixli, İ/M№17M000000404 saylı müqavilələrdir. Borca dair arayışdan görünür ki, X4 xx.xx.2017-ci il tarixinə, xx.xx.2015-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə Cavabdeh-yə 13255,48 ABŞ dolları əsas borc, 1331,67 ABŞ dolları faiz borcu, 4083,07 ABŞ dolları dəbbə borcu olmaqla, ümumilikdə 18670,22 ABŞ dolları məbləği təşkil edir. Borca dair arayışdan görünür ki, X4 xx.xx.2017-ci il tarixinə, xx.xx.2014-cü il tarixli, 017R000006930 saylı kredit razılaşması üzrə Cavabdeh-yə 14338,35 ABŞ dolları əsas borc, 3145,73 ABŞ dolları faiz borcu, 8532,63 ABŞ dolları dəbbə olmaqla, ümumilikdə 26.016,710 ABŞ dolları təşkil edir. Cavabdeh borcun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(012)-2783/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(105)-705/2019 nömrəli qətnaməsi ilə cavabdeh Qənbərov Elnur Əziz oğlunun apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(012)-2783/2017 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ünvan 1 ünvanda yerləşən 13 saylı mənzilin ilkin satış qiyməti 51.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 5533/2019 nömrəli qərarı ilə cavabdeh Qənbərov Elnur Əziz oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(105)- 705/2019 nömrəli qətnaməsi - kassatora aid təmin edilmiş hissədə dəyişiklik edilmədən saxlanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanarkən Mülki Məcəllənin 390.1, 385.1, 448.1-ci və “İpoteka Haqqında” Qanununun 33, 34-cü maddələrinin tələblərinə əməl edilmişdir, müqaviləyə xitam verilməsi və mənzilin yüklülükdən azad edilməsi üçün qanuni əsaslar mövcud deyildir. X4 xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə bağlanmış sazişlərə əsasən aldığı borcu tam qaytarmadığına görə ipoteka müqaviləsi ləğv edilə bilməz. Tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri 4-cü məhəllədə yerləşən bina 26/19, 2 otaqlı 13 nömrəli mənzilə yönəldilməsi barədə Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi vardır. Odur ki, iddia tələbi əsassızdır. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməli, ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh-yə qarşı “xx.xx.2012-ci il tarixli 17M000000404 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri 4-cü məhəllədə yerləşən 26/19 nömrəli evin 13 nömrəli mənzilinin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1704/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1704/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver