Məhkəmə qərarları › İş №2(004)-1705/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1705/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1705/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay 220 manat və xx.xx.2018-ci il tarixdən hesablanmaqla uşağa üç yaşına çatanadək qulluq etmək üçün hər ay 80 manat olmaqla sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Tərəflərin münasibətləri bir müddət yaxşı olsa da, sonradan pisləşmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin xx.xx.2018-ci il təvəllüdlü X7 adlı uşağı doğulmuşdur. Cavabdeh iddiaçının hamiləliyi dövründə və uşaq dünyaya gələrkən maraqlanmamış, iddiaçının doğuş zamanı qeysəriyyə kəsiyi əməliyyatı olunduğu xəstəxanaya gəlməmiş, uşağı görməmiş, əməliyyat və müalicə xərclərinin ödənilməsində iddiaçıya köməklik etməmiş, uşağı görməmişdir. Uşağın saxlanması üçün iddiaçıya maddi yardım etməmişdir. İddiaçı uşağı təkbaşına böyüdür, onun qayğısına tək qalır və xərclərini tək qarşılıyır. xx.xx.2021-ci ildə Muradın 3 yaşı tamam olacaq, bu müddət ərzində cavabdeh öz doğma övladına bir manat belə xərcləməmişdir. Cavabdeh hazırda FHN-də işləyir və maddi imkanı yaxşı olsa da, uşağın maddi təminatının ödənilməsində iddiaçıya köməklik etmir. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh vəkili X6 məhkəmə iclasında cavabdehin iddianı qəbul etmədiyini bildirdi və izahatında qeyd etdi ki, cavabdeh həmişə uşağı ilə maraqlanmış, uşağın maddi ehtiyaclarını qarşılamış, ona uşaq üçün avtomobil və digər oyuncaqlar almışdır. Vaxtaşırı övladı ilə görüşür və onun maddi ehtiyaclarını qarşılayır. Bu barədə məhkəməyə fotoşəkillər və CD disk təqdim edir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-3878/2018 nömrəli qətnaməsi ilə tərəflər arasında Bakı Nikah Evində xx.xx.2017-ci il tarixdə 1694 saylı akt ilə bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Murad anasının yanında yaşayır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş - xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 220 manat, eləcə də xx.xx.2018-ci il təvəllüdlü X5 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdehdən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İddia tələbinin qalan, yəni Cavabdeh xx.xx.2018-ci il tarixdən hesablanmaqla aliment tutulması və xx.xx.2018-ci il tarixdən hesablanmaqla uşağa üç yaşına çatanadək qulluq etmək üçün aliment tutulması hissəsində əsassızdır. İddiaçı cavabdehin uşağa hazırkı vaxta kimi heç bir maddi yardım göstərməməsi ilə bağlı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş - xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat, eləcə də xx.xx.2018-ci il təvəllüdlü X5 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar