Məhkəmə qərarları › İş №2(004)-1733/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1733/2023

04.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1733/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 Bakı şəhər İdarəsi) pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 4 aylıq əmək haqqı - 8000 manat pulun və 4000 manat bonusların, cəmi 12000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Baş ofisinin İranda yerləşdiyi 'Mehaz' şirkətində işə başlamışdır. Başladığı günün səhəri əmək kitabçasını şirkətə təqdim etmişdir. Razılaşmaya əsasən, aylıq əmək haqqı net 2.000 manat olmaqla + satışlardan əldə olunacaq faiz dərəcəsi ilə işlərini görməyə başlamışdır. Bütün günü ona maşın və yanacaq haqqı vəd edilsə də, öz maşını və cibindən xərclədiyi yanacaq vəsaiti ilə 4 ay müddətinə şirkətdə işləmişdir. Öz şəxsi işləri olduğu üçün ilk 2 ay əmək haqqı barəsində soruşmamışdır. Daha sonra isə müraciət etdikdə bonuslarla birlikdə daha yüksək məbləğin rəsmi şəkildə ödəniləcəyi rəhbərlik tərəfindən bildirimişdir. Böyük şirkətlərlə müqavilələr, görüşlər və böyük satışlarda iştirak etmişdir. Yüksək məbləğli rəsmi satışlar həyata keçirmişdir. Daha sonra şirkətin İrandan gətirdiyi kərə yağlarının sənədlərində dəyişikliyi görüb, işdən soyumağa başlamışdır ki, bu dəfə rəhbərlik Navıd Badrı adlı şəxs ona “vaxtı keçmiş yağlar var, şirniyyat sexlərinə sataq’’ demişdir. Yanındakı heç vaxt rəsmi işləməyən (əlində qeyri rəsmiliklə bağlı sənədlər var) Xalid adlı şəxs təsdiq etsə də, o, "ölkənin uşaqlarının zəhərlənməsinə icazə vermərəm” demişdir. Hətda ona bu şirniyyatların Bakıdan kənar bölgələrdə satılacağı bildirimişdir. Bu dəfə isə söz-söhbət yaradacaq hadisələr oldu. Üstündən 2-3 gün keçmişdi ki, ofisə dəvət olunub sabahdan “işə gəlmə,bizim prinsiplərimiz üst-üstə düşmür” kimi ifadələr eşitmişdir. X3 əmək haqqını və bonuslarını və təzminatını ödədiyi təqdirdə onsuz da iddiaçının bu şirkətdə 4 ay maaş almadan çalışmasının düzgün olmadığı və işdən ayrılacağını demişdir. Kinayə ilə gülərək “Biz səni cəmi 1 ay test rejimində işləmək üçün vergidən və DSMF-yə ödəniləcək məbləğdən yayınmaq üçün qeyd etmişık" dedi. Etirazını bildirsə də, heç bır müsbət qarşılıq görməmişdir. Oradan uzaqlaşmışdır. Daha sonra X1 ərizə ilə müraciət ünvanlamışdır. Şikayəti əsasında Müfəttişlik tərəfindən araşdırma aparılmış və cavabdehin rəhbəri Navid Badrı 4.000 manat dəyərində cərimə olunmuşdur. Əmək haqqını və bonuslarını soruşanda isə ona “get, kimə şikayət edirsən, et” deyilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini tam müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də işləmiş və xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “D" bəndinə əsasən (işçi sınaq müddətində özünü doğrultmadıqda) işdən azad edilmişdir. İddiaçıya işlədiyi dövrdə ödənilməli olan əmək haqqı tam olaraq ona ödənilsə də. sonuncu qanuni əsasla işdən azad olunmasını qəbul etməyərək “MEHAZ*' MMC barəsində X1 şikayət ünvanlamışdır. X2 tərəfindən əsassız olaraq İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli. 3(004)-2691/2021 saylı Qərarına əsasən xitam verilmişdir. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyünü bildirmişdir. İddiaçı xx.xx.2021 -ci il tarixində işdən azad edilmiş və həmin ilin oktyabr auında "xxxx" MMC ilə bağlı əmək müqaviləsinin xitamı və ona çatası ödənişin verilməməsi ilə bağlı şikayət ünvanlamışdır. İddiaçı tərəfindən pul tələbi üzrə iddia ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. İddiaçı məhkəməyə yalnız xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Odur ki, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC-nin 27 avqust 2021-ci il tarixli 2K nömrəli əmrinə əsasən İddiaçı marketinq və satış meneceri vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin 29 sentyabr 2021-ci il tarixli 4K nömrəli əmrinə əsasən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(004)-2691/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli MN № ******* saylı qərarına əsasən Cavabdeh MMC-nin direktoru Navid Badri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat inzibati cərimə edilmişdir. Qərarda əsas kimi İddiaçı əmək müqaviləsi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması göstərilmişdir. Eyni zamanda Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(004)-2691/2021 saylı qərarından görünür ki, cavabdeh tərəfindən yuxarıda göstərilən inzibati xətanın törədilməsi təsdiq edilməsinə baxmayaraq inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən inzibati iş üzrə icraata xitam verilmişdir. Beləliklə tədqiq edilmiş sübutlarla cavabdeh tərəfindən İddiaçı 2021-ci ildə əmək müqaviləsi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması və həmin işlərə görə əmək haqqısının ödənilməməsi təsdiq edilmişdir. Lakin iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə 24 fevral 2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı 2021-ci ildə hüquqlarının pozulduğunu bilmiş, lakin həmin müddətdən sonra bir il ərzində məhkəməyə müraciət etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə qanunla nəzərdə tutulmuş bir illik iddia müddətini ötürməklə müraciət etdiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar