Məhkəmə qərarları › İş №2(004)-1751/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1751/2021

01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1751/2021 01.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2011-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşlar. Cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərmir. O, uşaqların saxlanmasında çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, cavabdeh taksi fəaliyyəti ilə məşğul olur. Qazancı tələb olunan alimneti ödəməyə çatmır. O, hər ay hər uşağa görə 100 manat aliment ödəməyə razıdır. Ona görə də cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78 və 100.2-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 217, 218, 220 və 234.2.1-ci maddələrini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: İddiaçı ilə Cavabdeh xx.xx.2011-cü ildə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. İş materiallarında olan AZ-İ 149501 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2012-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 596590 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 175 manat, cəmi 350 sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulma müddəti xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar