Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-176/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “əmlak tələbi"nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “əmlak tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yataq mebeli- (dəyəri) 8000 manat, televizor - Samsunq qara - (dəyəri) 500 manat, yorğan-döşək - (dəyəri) 300 manat, 2 ədəd yastıq - (dəyəri) 150 manat, Sintfon (silikon) yorğan - (dəyəri) 250 manat, pərdələr, jalüz (2 otaq, mətbəx) - (dəyəri) 1500 manat, yataq otağı üçün lyustra - (dəyəri) 100 manat, nişan paltarı -(dəyəri) 160 manat, 3 ədəd don (ziyafət) - (dəyəri) 160 manat, şuba uzun qolsuz - (dəyəri) 450 manat, şuba uzunqol - (dəyəri) 1300 manat, iri balonka - (dəyəri) 100 manat, liyanın donu - (dəyəri) 101 manat, 1 ağ kulok yay paltarları - (dəyəri) 300 manat, sumkalar (qadın çantaları)-(dəyəri) 300 manat,dikdaban ayaqqabılar (Kabluklar) - (dəyəri) 120 manat, şalvarlar, köynəklər - (dəyəri) 300 manat, qəhvəyi rəngdə kostyum - şalvar - (dəyəri) 160 manat, sapojki (2 ədəd) - (dəyəri) 150 manat, botinka (qəhvəyi rəngdə) -(dəyəri) 60 manat, yaz-yay ayaqqabıları - (dəyəri) 160 manat, uşaq paltarları (yaz-yay-qış üçün) - (dəyəri) 300 manat, kurtka Liyanın (zərli,cins) - (dəyəri) 50 manat, balonka qara qolsuz - (dəyəri) 30 manat, əlüz dəsmalları - (dəyəri) 500 manat, yorğan, postel, süfrələr - (dəyəri) 1500 manat, divar saatı - (dəyəri) 80 manat 28.4 qablı şam - (dəyəri) 40 manat, qəhvəyi rəngdə pokrıval (yataq örtüyü)+ ağ pokrıval (yataq örtüyü) - (dəyəri) 200 manat, jiletlər - (dəyəri) 200 manat, fen + ətirlər + zakolkalar -{dəyəri) 300 manat, ev paltarları (alt paltarları) -(dəyəri) 150 manat, kitab -1 ədəd, stol, stul, servant -(dəyəri) 4500 manat, qırmızı tozsoran - (dəyəri) 100 manat, mətbəx mebel dəsti - (dəyəri) 3000 manat, soyuducu -(dəyəri) 1500 manat, divan - (dəyəri) 800 manat, qaz aspiratoru - rakovina (mətbəq çanağı) - (dəyəri) 4000 manat, mətbəx stolu - (dəyəri) 50 manat, bir ədəd mətbəx servisi (18 nəfərlik) - (dəyəri) 500 manat, qonaq üçün 12 nəfərlik yemək və çay dəsti - (dəyəri) 3000 manat, balaca güllü (çay-yemək) dəsti - (dəyəri) 3000 manat, qəhvəyi güllü yemək dəsti - (dəyəri) 2000 manat, çəhrayı rəngli çay dəsti - (dəyəri) 1800 manat, sultan (markalı) xrustal böyük - (dəyəri) 200 manat, sultan (markalı) xrustal kiçik - (dəyəri) 180 manat, bir qutu qızıl suyuna batırılmış (içərisində) 12 bıçaq, 12 kofe, 12 çay, 12 desert qaşıq dəsti, - (dəyəri) 1300 manat, bir çemodan qaşıq 12 ədəd - (dəyəri) 250 manat, 2 ədəd xrustal, 12 ədəd armudu stəkan -(dəyəri) 500 manat, nəlbəki armudu + (nəlbəki) adi - (dəyəri) 300 manat, limon qabı böyük + limon qabı balaca + rozetka - (dəyəri) 250 manat, çərəz qabları -2 ədəd -(dəyəri) 180 manat, kuvşin (qrafın) 6 stəkanlıq - (dəyəri) 80 manat, bokallar (3 cür tək) -(dəyəri) 1000 manat, yenə meyvə qabı - 230 manat + 2 balaca ( 200 manat) - (dəyəri) 430 manat, podnos (məcməyi) - 3 ədəd - (dəyəri) 70 manat, ləpə (çərəz) qabları - (dəyəri) 200 manat, tefal tava - 4 ədəd - (dəyəri) 400 manat, ət maşını + şirəçəkən maşın - (dəyəri) 400 manat, tefal çaydan - (dəyəri) 50 manat, elektrik sobası - (dəyəri) 150 manat, mətbəx dəsti - (dəyəri) 150 manat, çaydan, plastik ləyənlər, aşsüzən - (dəyəri) 400 manat, 2 cür qazan dəsti - (dəyəri) 300 manat, çay dəsmalları - (dəyəri) 100 manat, toster + kofemolka (kofe üyüdən) + çörəkqabı - (dəyəri) 200 manat, ədviyyat qabları, taxta qaşıqlar, dəmir qaşıqlar - (dəyəri) 200 manat, bütün xrustal qablar (stəkan+mürəbbə qabları+çərəz qabları+stəkanlar+rumkalar - (dəyəri) 2500 manat, balıq qabları + xırdavatlar (dəyəri) 500 manat cehiz əşyalarının Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, onun cavabdehlə olan nikahı Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-941/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Lakin onun əşyaları və cehizləri cavabdehin evində qalmışdır. Onların ümumi dəyəri 52511 manatdır. O, həmin əşyaları cavabdehdən dəfələrlə tələb etsə də cavabdeh qaytarmır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və onun dəyəri 52511 manat olan cehiz əşyalarının və ona məxsus digər əmlakının qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ailə həyatı quran zaman cehiz əşyalarını həyat yoldaşı, qaynatası ilə birlikdə yaşamaq üçün gətirmişdir. Onların bütün ailə problemlərinə qaynatası qarışıb, o, həyat yoldaşına etdiyim bütün zənglərə qaynatası cavab verib. Həyat yoldaşı atasından qorxaraq ona heç vaxt cavab verməmişdir. O da ona görə iddianı cavabdehə qarşı qaldırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 yuxarıda qeyd olunan məzmunda izahat verərək bildirdi ki, hüququn mənbəyini təşkil edən əsaslardan biri də adət hüququdur. Bizim adət-ənənələrimizin kökündə duran əsas məsələlərdən biri də nikah münasibətlərinə girən qıza cehizin verilməsidir. Bu artıq ümumi müəyyən olunan faktdır. Əgər biz hüququn mənbəyindən danışırıqsa, bu halda nikah münasibətlərinə girən qıza cehizin verilməsi mübahisə doğura bilməz. Çünki bu məsələ adət-ənənələrimizin kökündə dayanır və Azərbaycanda ailə quran ailələrin demək olar ki, 100 faizində ailə quran şəxslərə qızın valideynləri tərəfindən qıza bağışlanan cehiz verilir. Bu məsələlərlə bağlı kifayət qədər məhkəmə qərarları da var. Digər tərəfdən, iddia ərizəsinə diqqət eləsəniz, görərsiniz ki, burda 60-dan yuxarı sayda əşyalar qeyd olunub və onlardan hər birinin sayı, çeşidi, hansı məqsədlər üçün istifadə olunması İddiaçı Rzalı (Muxtarova) Solmaz tərəfindən birbaşa qeyd olunmuşdur. Əgər qeyd olunan şəxslər hüquqlarını təmsil etdiyi şəxs tərəfindən alınmasaydı, bunların haqqında bu qədər geniş təyinatlı məlumat verə bilməzdi. Yalnız o əşyaları alan və onlardan istifadə edən şəxs bu məlumatları bilə bilərdi. Cavabdeh isə həmişə verdiyi suallarda ikitərəfli olub. Məsələn cavabdehin vəkilinin olmadığı proseslərdə cavadeh özü bildirdi ki, o gələcəkdə ailə münasibətləri qurmaq istəyir, bu səbəbdən də iddiaçıya məxsus olan əşyaların həmin mənzildə olması onun gələcək həyatı üçün maneə yaradır, ona görə də həmin əşyaların oradan çıxarılmasını istəyir. Hətta o, bildirəndə ki, bu məsələni məhkəmədən kənar razılıq yolu ilə həll edək, onda qarşı tərəf bildirdi ki, o buna tamamilə razıdır. Amma qarşı tərəfin vəkili məhkəmə prosesinə gəldikdən sonra, cavabdeh bildirdi ki, iddianın bir qismini, sonra isə digər qismini qəbul etmir və artıq cavabdeh özü öz dediklərinə ziddiyyət yaratmağa başladı. Məhkəmə qərar qəbul edərkən daxili inamına mütləq şəkildə əsaslanmalıdır. Məhkəmə araşdırması dövründə qarşı tərəf birmənalı olaraq bildirmədi ki, iddiaçı onun evinə cehiz əşyalar aparmayıb. Hər dəfəsində bildirib ki, bəzilərini gətirib, bəzilərini isə yox. Cehiz əşyalarının iddiaçı tərəfindən aparılması ilə bağlı da heç bir sübut təqdim edə bilməyiblər. İndiki halda isə onların bildirdikləri formal xarakter daşıyır. Burda əsas məsələ ondan ibarətdir ki, iddiaçı tərəf ailə hüquq normalarına əsaslanır, əşyaların konkret siyahısını qeyd edir, digər tərəfdən qarşı tərəf heç vaxt təkzib verməyib, əksinə vəkilinin iştirak etmədiyi prosesdə aktla müəyyən olunan əşyaları tamamilə qəbul edib, vəkilinin iştirak etdiyi prosesdə isə qismən qəbul edib. Yəni ki cavabdeh suallardan yayınıb, konkret əsaslar gətirə bilməyib. Gətirdikləri şahidin isə soyuducuya münasibətdə, ümumiyyətlə, həmin əşyanın alınıb-alınmaması barədə məlumatı olmayıb. İddia tələbi əsaslıdır və tam şəkildə təmin edilməlidir, Hətta icra məmurunun öz aktında müəyyən etmədikləri də müəyyən olunmalıdır, çünki müəyyən sayda yazdıqları orada qalıbsa, digərlərinin olması da hesab edir ki, təkzibedilməz haldır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 bildirdi ki, iddiaçı bir dəfə məhkəmə iclasında iştirak edən zaman ona sual ünvanlanmışdır ki, həmin əşyalar haradan alınıb, alınmasına dair qəbzlər varmı. Lakin iddiaçı bildirdi ki, qəbzlər yoxdur və əşyaların qiymətinin nə qədər olmasına dair münasibət bildirə bilmədi. Sadəcə alındığını dedi və əşyaların qiymətinin necə müəyyən olunmasına dair sübutlar da təqdim edilmədi. Onlar yazılı təqdim etdikləri xahişlərində də yazmışlar ki, iddia qismən təmin edilməlidir. Adət hüququndan irəli gələrək çıxış edən iddiaçı gətirmədiyi, o cümlədən 2019-cu ilin avqust ayında apardığı əşyaları da cavabdehdən tələb edən zaman, birmənalı şəkildə göstərdiyi qeyri müəyyən sayda ağ klokda yay paltarları, çantalar, dikdaban ayaqqabılar, şalvarlar, yaz-yay ayaqqabıları, uşaq paltarları, yorğan, pastel, süfrələr, jiletlər, fen, ətrlər, zakolkalar, ev paltarları, balaca-güllü çay-yemək dəsti- 3000 manat və s. hansı ki, bunların dəyərləri kifayət qədər şişirdilmiş formada yazılıb. Lakin məhkəmə iclasında iddiaçının gətirdiyi, öz qohumu olan şahid belə iddiada göstərilən və dəyəri 1800 manat qeyd edilən şəhrayı rəngli çay dəstinin belə verilmiş suala cavabında 1000 manata alındığını deyib. Lakin bundan da kifayətlənməyərək iddiaçıya suallar verilib ki, bu ağ klokda yay paltarlarının sayı, qiyməti barədə nə deyə bilərsiniz. Bu suallar da cavabsız qalmışdır. İddiaçı məhkəmə iclasında “sonsuz sayda” cehiz əşyaların gətirildiyini qeyd etmişdir. Lakin həmin cehiz əşyaların sonsuz sayda olmasını təsdiq edən sübutlar belə məhkəməyə təqdim olunmalı və o sübutlar əsasında məhkəmədə iddiasını əsaslandırmalıdır. Lakin həmin sübutlar təqdim edilmədi. Televizorla bağlı keçən iclasda iddiaçı həmin televizorun satıldığını özü qeyd edib. Digər maraqlı bir məqam isə odur ki, soyuducu ilə bağlı hissədə onların gətirdiyi şahid də təsdiq etdi ki, soyuducu iddiaçı tərəfindən gətirilməyib. Qarşı tərəf müəyyən suallar verərək dəqiqləşmələr aparmaq istəsə də, bu suallar belə soyuducunun iddiaçı tərəfindən həmin evə aparılmadığını bir daha təsdiq etdi. Bundan başqa məhkəmə iclasında iddiaçıya sual verilmişdi ki, soyuducunun markası nədir və iddiaçı suala cavab verdi ki, soyuducunun markasını unudub. Sonra verilən suala cavab olaraq bildirmişdir ki, o divan almayıb, divanın iddia ərizəsinə necə yazıldığını bilmir, lakin iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddianın təmin tədbiri barədə ərizə təqdim edilən zaman həmin divan da ərizədə göstərildi. Mübahisələndirilən qərardadla da həmin divan üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında əşyaların sayı, qiymətləri barədə qeyri müəyyənlik vardır, qiymətlər şişirdilmişdir. Qiymətlərə dair hər hansı bir sübut, qiymətləndirmə aktı, rəy və s. təqdim edilməmişdir. Bunlar hamısı ondan ibarətdir ki, iddiaçı ailə münasibətləri xitam olunduqdan sonra cavabdehdən hər hansı bir formada maddi gəlir əldə etmək istəyib. Gəlir əldə etmək istəməsəydi, cehizlərin əvəzi olaraq 52.511 manat miqdarında pul tələb etməzdi. Hətta məhkəmə iclasında iddiaçıya suallar verən zaman məhkəmə tərəfindən mənə 70 adda əşyanın qəbzinin olması ilə bağlı sual verəcəyimlə bağlı irad bildirilmişdi. Zərurət oldu indi öz təsdiqini tapdı ki, 70 adda əşyanın bir-bir soruşulması vacib imiş. Məsələn 69-cu bənddə “bütün xrustal qablar- 2500 manat” qeyd edilib. Gördüyü kimi say müəyyən olunmayıb, qarşısında isə çox böyük bir məbləğ yazılıb. İddiaçıya sual verilmişdir ki, cavabdeh Azərbaycanda olmayan zaman həmin evə gedibmi. O isə cavabında getdiyini, oradan müəyyən əşyalar götürdüyünü etiraf etmişdir. Lakin götürdüyü əşyaların nədən ibarət olması ilə bağlı tərəfimdən verilən suala belə cavab vermədi. Və bu da göstərdi ki,aktla aşkar edilən əşyalardan başqa bütün əşyalar iddiaçı tərəfindən aparılıb, hansı ki məhkəmə çıxışına əlavə etdiyim qoşma-izahat da bunu təsdiq edir. İddiaçı etiraf etməsə də, kifayət qədər bahalı əşyalarını, özü üçün lazımlı hesab etdiyi əşyalarını, məsələn 4000 manat dəyərində müəyyən əşyalrı evdə var və iddianın təmin tədbiri ilə üzərlərinə həbs qoyulub, cavabdeh tərəf də etiraf etmişdi ki, iddiaçının müəyyən əşyaları qalıb evdə. Qalan bütün əşyaları iddiaçı özü götürmüşdür. Bu əşyalar heç də iddiaçını qeyd etdiyi qiymətdə olmayıb. Bunu özlərinin gətirdiyi şahid də təsdiq edib. Bütün bunlar göstərir ki, iddiaçının iddia ərizəsindən xəbəri yoxdur, əgər xəbəri olsaydı, olmayan divanın iddia ərizəsinə yazılmasına təəccüb hissi keçirməzdi. İddiaçı sadəcə olaraq bu və ya digər bir formada yazılmış iddia ərizəsinə qol çəkib və məhkəməyə təqdim edib. Bu səbəbdən də o, sadalanmış hallar göstərilməklə iddianı qismən, sadəcə aşkar edilmiş əşyaların verilməsi hissəsində təmin edilməsini xahiş etdi. Çünki miqdarı hesablansa, 50 kv metr olmayan evə 52000 manatlıq cehizin gətirilməsi iddia olunur. Məsələn şuba-uzunqol 1300 manat, 3000 manata balaca güllü çay yemək dəsti. Bu çay-yemək dəsti hansı brenddir, 3000 manat olması nə ilə təsdiq olunur, ümumiyyətlə, onun həqiqətən də gətirilməsi məhkəmədə təsdiq olunmadı. Həmçinin bildirir ki, adətlər hüququn mənbəyi kimi qəbul olunur, ancaq işgüzar adətlər adı altında Mülki Məcəllədə nəzərdə tutulan adətlər ailə mübahisələrindən irəli gələn münasibətləri tənzimləmir. Digər tərəfdən bizdə cəmiyyətdə formalaşan elə adətlər də var ki, ailə quran zaman heç cehiz də gətirilmir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən şahid X1 ifadəsində bildirmişdir ki, cavabdehgilin evinə ev bəzəmək üçün getmişdir. Onlar bundan əvvəl mağazada mebelleri bəyənmiş və sonra cavabdeh ilə oğlu da gəlib onların bəyəndiyi mebellərə baxmışlar. Bundan sonra mebellər alınmış və onlar evi bəzəməyə getmişlər. Onlar evə gedəndə ev boş olmuş və yalnız cavabdehin çarpayısı olmuşdur. Solmazın valideynləri el adətinə uyğun olaraq ona yemək və çay dəstləri, televizor və s. bütün cehiz əşyalarını almışdılar. Məhkəmə iclasında dindirilən şahid X3 ifadəsində bildirmişdir ki, cehizlərin aparılmasında və evin bəzədilməsində iştirak etmişdir. Onlar gedəndə evdə yalnız bir ədəd çarpayı və stol var idi. Bundan əlavə heç bir əşya yox idi və tamamilə boşaldılmışdı. Solmazın mebelleri isə qonaq otağı mebeli, yataq otağı mebeli və metbex mebeli idi, həmin mebellerin içərisi tamamilə əşyalarla doldurulmuşdur. Yalnız yemek dəstinin içərisində bir ədəd boşqab sınmışdır. Boşqab ev bəzədilən zaman əllərindən düşərək sınmışdır. Həmin vaxt yemek dəstinin qiyməti barədə aralarında müzakirə aparılmamışdır və yemek dəstinin qiymətini bilmir. Çəhrayı rəngli çay dəstinin 1000 manata yaxın qiyməti olmuşdur. Məhkəmə iclasında dindirilən şahid X2 ifadəsində bildirmişdir ki, o, bir dəfə cavabdeh tərəfin qudalarını taksi ilə evlərinə aparmışdır. Bir dəfə də 2016-cı ildə Cavabdeh2 ona “gedək, “Sədərək” ticarət mərkəzindən Soyuducu və paltaryuyan alaq” demişdir. Həmin mallar bir ay işlədilib qaytarılmış mallar idi, ona görə də ucuz idi. Cavabdeh2 soyuducu və paltaryuyanı aldıqdan sonra o, onu maşın ilə evinə gətirmişdir. Sonra isə alınan malları ticarət mərkəzindən başqa maşın ilə evlərinə gətirmişlər, amma onun bu hissələrdən xəbəri olmamışdır. O, cavabdehin evinin yanında taksi fəaliyyəti ilə məşğul olur. Soyuducu gümüşü rəngdə idi, markasının isə nə olduğu dəqiq yadında deyil. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan aktdan görünür ki, bu əmlaklar: yataq mebeli, yorğan-döşək, 2 ədəd yastıq, sintfon (silikon) yorğan, pərdələr, jalüz (2 otaq, mətbəx), yataq otağı üçün lyustra, şuba uzunqol, iri balonka, dikdaban ayaqqabılar (kabluklar), balonka qara qolsuz, əl-üz dəsmalları, yorğan, postel, süfrələr, divar saatı, 4 qablı şam, jiletlər, fen + ətirlər + zakolkalar, kitab - 1 ədəd, stol, stul, servant, qırmızı tozsoran, mətbəx mebel dəsti, soyuducu, qaz aspiratoru, rakovina (mətbəq çanağı), mətbəx stolu, bir ədəd mətbəx servisi, çəhrayı rəngli çay dəsti, bir qutu qızıl suyuna batırılmış (içərisində) 12 bıçaq, 12 kofe, 12 çay, 12 desert qaşıq dəsti, bir çemodan qaşıq 12 ədəd, 2 ədəd xrustal, 12 ədəd armudu stəkan, nəlbəki armudu + (nəlbəki) adi, limon qabı böyük + limon qabı balaca + rozetka, çərəz qabları - 2 ədəd, bokallar (3 cür tək), podnos (məcməyi) - 3 ədəd, ləpə (çərəz) qabları, tefal çaydan, elektrik sobası, çaydan, plastik ləyənlər, aşsüzən, çay dəsmalları, toster + çörəkqabı, bütün xrustal qablar (stəkan+mürəbbə qabları + çərəz qabları+stəkanlar+rumkalar), balıq qabları + xırdavatlar ünvan 1 ünvanında aşkar edilmiş, televizor - Samsunq qara, nişan paltarı, 3 ədəd don (ziyafət), şuba uzun qolsuz, ağ kulok yay paltarları, sumkalar, şalvarlar, köynəklər, qəhvəyi rəngdə kostyum – şalvar, sapojki, botinka, yaz-yay ayaqqabıları, uşaq paltarları (yaz-yay-qış üçün), kurtka Liyanın (zərli,cins) - (dəyəri) 50 manat, qəhvəyi rəngdə pokrıval (yataq örtüyü)+ ağ pokrıval (yataq örtüyü) - (dəyəri) 200 manat, ev paltarları (alt paltarları) -(dəyəri) 150 manat, divan - (dəyəri) 800 manat, bir ədəd mətbəx servisi (18 nəfərlik) -(dəyəri) 500 manat, qonaq üçün 12 nəfərlik yemək və çay dəsti, balaca güllü (çay-yemək) dəsti, qəhvəyi güllü yemək dəsti, sultan (markalı) xrustal böyük, sultan (markalı) xrustal kiçik, kuvşin (qrafın) 6 stəkanlıq, tefal tava - 4 ədəd, ət maşını + şirəçəkən maşın, mətbəx dəsti, 2 cür qazan dəsti, ədviyyat qabları, taxta qaşıqlar, dəmir qaşıqlar, Liyanın donu, kofemolka (kofe üyüdən)- əmlaklar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus yataq mebeli, yorğan-döşək, 2 ədəd yastıq, sintfon (silikon) yorğan, pərdələr, jalüz (2 otaq, mətbəx), yataq otağı üçün lyustra, şuba uzunqol, iri balonka, dikdaban ayaqqabılar (kabluklar), balonka qara qolsuz, əl-üz dəsmalları, yorğan, postel, süfrələr, divar saatı, 4 qablı şam, jiletlər, fen + ətirlər + zakolkalar, kitab -1 ədəd, stol, stul, servant, qırmızı tozsoran, mətbəx mebel dəsti, soyuducu, qaz aspiratoru, rakovina (mətbəq çanağı), mətbəx stolu, bir ədəd mətbəx servisi, çəhrayı rəngli çay dəsti, bir qutu qızıl suyuna batırılmış (içərisində) 12 bıçaq, 12 kofe, 12 çay, 12 desert qaşıq dəsti, bir çemodan qaşıq 12 ədəd, 2 ədəd xrustal, 12 ədəd armudu stəkan, nəlbəki armudu + (nəlbəki) adi, limon qabı böyük + limon qabı balaca + rozetka, çərəz qabları -2 ədəd, bokallar (3 cür tək), podnos (məcməyi) - 3 ədəd, ləpə (çərəz) qabları, tefal çaydan, elektrik sobası, çaydan, plastik ləyənlər, aşsüzən, çay dəsmalları, toster + çörəkqabı, bütün xrustal qablar (stəkan+mürəbbə qabları+çərəz qabları+stəkanlar+rumkalar), balıq qabları + xırdavatlar Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İş materiallarında olan aktdan göründüyü kimi televizor - Samsunq qara, nişan paltarı, 3 ədəd don (ziyafət), şuba uzun qolsuz, ağ kulok yay paltarları, sumkalar, şalvarlar, köynəklər, qəhvəyi rəngdə kostyum – şalvar, sapojki, botinka, yaz-yay ayaqqabıları, uşaq paltarları (yaz-yay-qış üçün), kurtka Liyanın (zərli, cins) - (dəyəri) 50 manat, qəhvəyi rəngdə pokrıval (yataq örtüyü)+ ağ pokrıval (yataq örtüyü) - (dəyəri) 200 manat, ev paltarları (alt paltarları) - (dəyəri) 150 manat, divan - (dəyəri) 800 manat, bir ədəd mətbəx servisi (18 nəfərlik) - (dəyəri) 500 manat, qonaq üçün 12 nəfərlik yemək və çay dəsti, balaca güllü (çay-yemək) dəsti, qəhvəyi güllü yemək dəsti, sultan (markalı) xrustal böyük, sultan (markalı) xrustal kiçik, kuvşin (qrafın) 6 stəkanlıq, tefal tava - 4 ədəd, ət maşını + şirəçəkən maşın, mətbəx dəsti, 2 cür qazan dəsti, ədviyyat qabları, taxta qaşıqlar, dəmir qaşıqlar, liyanın donu, kofemolka (kofe üyüdən) - əmlaklar aşkar edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsi üzrə qeyd edir ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçı özünə məxsus olan iddia ərizəsində göstərilən əşyalarının cavabdehdən geri tələb etdiyi üçün həmin əşyaların həqiqətən də hazırda cavabdehin qanunsuz sahibliyində olması xüsusatlarını sübut etməlidir. Lakin iddiaçı iddianın əsası kimi istinad etdiyi göstərilən əşyaların cavabdehə məxsus evdə yerləşdiyini sübut edəcək əsaslı bir dəlil məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçıya məxsus yataq mebeli, yorğan-döşək, 2 ədəd yastıq, sintfon (silikon) yorğan, pərdələr, jalüz (2 otaq, mətbəx), yataq otağı üçün lyustra, şuba uzunqol, iri balonka, dikdaban ayaqqabılar (kabluklar), balonka qara qolsuz, əl-üz dəsmalları, yorğan, postel, süfrələr, divar saatı, 4 qablı şam, jiletlər, fen + ətirlər + zakolkalar, kitab -1 ədəd, stol, stul, servant, qırmızı tozsoran, mətbəx mebel dəsti, soyuducu, qaz aspiratoru, rakovina (mətbəq çanağı), mətbəx stolu, bir ədəd mətbəx servisi, çəhrayı rəngli çay dəsti, bir qutu qızıl suyuna batırılmış (içərisində) 12 bıçaq, 12 kofe, 12 çay, 12 desert qaşıq dəsti, bir çemodan qaşıq 12 ədəd, 2 ədəd xrustal, 12 ədəd armudu stəkan, nəlbəki armudu + (nəlbəki) adi, limon qabı böyük + limon qabı balaca + rozetka, çərəz qabları - 2 ədəd, bokallar (3 cür tək), podnos (məcməyi) - 3 ədəd, ləpə (çərəz) qabları, tefal çaydan, elektrik sobası, çaydan, plastik ləyənlər, aşsüzən, çay dəsmalları, toster + çörəkqabı, bütün xrustal qablar (stəkan+mürəbbə qabları+çərəz qabları+stəkanlar+rumkalar), balıq qabları+xırdavatlar Cavabdeh1 alınaraq iddiaçıya verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-176/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-176/2021
25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver