Məhkəmə qərarları › İş №2(004)-1785/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1785/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1785/2020 16.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi, 2B ünvanında olan 0,1259 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 762 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinə dair bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 21M000000216 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh QSC xx.xx.2020-ci il tarixdə etiraz ərizəsi ilə müraciət edərək İddiaçı Cavabdeh QSC-yə qarşı “ipoteka müqaviləsinin etibrsız hesab edilməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 izahat verərək bildirir ki “X11" MMC "Cavabdeh" QSC-nin “Mərdakan" filialı ilə **********31 nömrəli kredit xətti müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən "X11” MMC-yə xx xxxxxx 2024-cü il tarixə kimi hissələrlə verilməklə 1.000.000 ABŞ dolları məbləğindıə kredit xətti açılmışdır. O cümlədən iddiaçının mülkiyyətində olan İmişli şəhəri, S Ağamalıoğlu küçəsi 2B ünvanında yerləşən 0.1259 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 762 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası “Bankla” Kredit alan arasında bağlanan xx xxxxxx 2014-cü il tarixli, 21L000003731 saylı X2 irəli gələn öhdəliklərin təmini kimi ipoteka ilə yüklü edilmişdir. “X11' MMC ilə Cavabdeh QSC-nin "Mərdakan" fililalı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli Kredit Xətti müqaviləsinə əsasən xx xxxxxx 2014-cü il tarixli 21R00006643 nömrəli Kredit razılaşması ilə aylıq 1.5 %-lə 36 ay müddətinə 200 000 ABŞ dolları, xx xxxxxxxx 2014-cü il tarixli 21R00008731 nömrəli Kredit Razılaşması ilə aylıq 1.5 %-lə 36 ay müddətinə 60000 ABŞ dolları və xx xxxx 2015-ci il tarixli 021R********** nömrəli Kredit Razılaşması ilə aylıq 1.5 %-lə 36 ay müddətinə 40000 ABŞ dolları “X11" MMC-yə kredit verilmiş və iddiaçının əmlakı göstərilən kreditin müqaviləsinin təminatı kimi göstərilmişdir. "xxxx" KB ASC ipoteka müqaviləsini hazırlamış, onu imzalamaq üçün iddiaçıya təqdim etmişlər, lakin müqavilə ilə təmin edilən öhdəliyin ödəniş müddətləri, dövriliyi məbləğləri və bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtləri müqavilədə göstərilməmişdir. Nəticədə iddiaçı hansı şərtlərlə, hansı müddətə verilən borca görə əmlakını ipotekaya qoyduğunu bilmədən səhv edib bu müqaviləni imzalamış və sonradan da bu şərtlə iddiaçıya bildirilməmişdir. Bununla da iddiaçının ipoteka predmeti olan əmlakla bağlı mülkiyyət hüquqlarını riskə məruz qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X4 izahat verərək bildirir ki, işin faktiki halları ilə bağlı bildirir ki, “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə “X11” MMC Cavabdeh QSC ilə bağladığı saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200000 ABŞ Dolları məbləğində kredit götürmüş, tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə “X11” MMC Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə “X11” MMC Cavabdeh QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə “X11” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh İddiaçı xx.xx.2014-cü il tarixli saylı zaminlik müqaviləsinə, X7 isə xx.xx.2014-cü il tarixli saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin, kredit xətti müqaviləsi üzrə “X11” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan İddiaçı ilə Bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli saylı ipoteka müqaviləsinə əsasən, İmişli şəhəri, S. Ağamalıoğlu küçəsində yerləşən, İddiaçı mülkiyyətindəki 2B nömrəli qeyri yaşayış binası - tibbi xidmət obyekti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. “X11” MMC kredit razılaşmalarının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə cəmi 260601,15 ABŞ Dolları məbləğində borcun tutulması və tələbin ipoteka predmeti olan İmişli şəhəri, S. Ağamalıoğlu küçəsində yerləşən, İddiaçı mülkiyyətindəki 2B nömrəli qeyri yaşayış binası tibbi xidmət obyektinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh QSC-nin cavabdehlər “X11” MMC-yə, İddiaçı və X5 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə qismən təmin olunmuşdur. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətində cavabdeh ipoteka predmeti olan qeyri yaşayış sahəsinin ilkin satış qiymətini mübahisələndirmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən ipoteka predmeti olan qeyri yaşayış sahəsi ilə bağlı təkrar qiymətləndirmə təyin edilmişdir. Cavabdeh QSC ilə “X11” MMC arasında kredit razılaşmaları bağlanılarkən ipoteka qoyan İddiaçı ödəniş planları ilə tanış olmuş və imzalamışdır. Kredit borcunun restrukturizasiya edilməsi barədə xx.xx.2016-cı il tarixli sazişlər bağlanarkən də İddiaçı ödəniş planları ilə tanış olmuş və yazılı razılığı ifadə etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh QSC ilə “X11” MMC arasında bağlanmış 21L000003731 saylı, xx.xx.2014-cü tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh QSC tərəfindən “X11” MMC-yə 120 ay müddətinə1000000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, müqavilə Cavabdeh QSC ilə “X11” MMC arasında bağlanmış xx.xx.2014-cü tarixli kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi, 2B ünvanında xüsusi mülkiyyətdə olan 0,1259 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 762 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası bank qarşısında ipoteka yüklü edilmişdir. İşin mübahisəsiz halı odur ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanmışdır. İşin mübahisələndirilən halı odur ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, ipoteka müqaviləsində əsas öhdəliyin məbləği, kredit faizləri, ödənişlərin müddətləri və ya dövriliyi qeyd olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi əsassızdır. Çünki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən müyyən olunur ki, kredit xəttinin məbləğinin ******* ABŞ dolları, müddəti 120 ay olduğu və bir aydan bir bərabər hissələrlə ödənilməsi qeyd edilmişdir. Göründüyü kimi ipoteka müqaviləsində məbləğ, valyuta və müddət qeyd edilmişdir. Bundan əlavə, iş materialları ilə sübut olunur ki, Cavabdeh QSC ilə “X11” MMC arasında kredit razılaşmaları bağlanarkən ipoteka qoyan İddiaçı ödəniş planları ilə tanış olmuş və razılığını ifadə etmişdir. Məhkəmə o cümlədən qeyd edir ki, ipoteka qoyan İddiaçı eyni zamanda kredit alan “X11” MMC-nin direktorudur və kredit müqavilələri onun tərəfindən imzalanmışdır. AR Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh QSC-yə qarşı İmişli şəhəri, S.Ağamalı oğlu küçəsi, 2B ünvanında olan 0,1259 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 762 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinə dair bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 21M000000216 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar