Məhkəmə qərarları › İş №2(004)-1800/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1800/2024

30.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1800/2024 30.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “uşağın atası olmaması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhərində qadın cinsində doğulmuş uşağın atası olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhərində qadın cinsində doğulmuş uşağa xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh atalığının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağazadə X6 Murad Mübariz oğlu ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. xx.xx.2023-cü il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 7 saylı akt qeydinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Lakin, nikahın rəsmi olaraq pozulmasından öncə artıq tərəflər arasında ər-arvad münasibətləri bitmiş, nikah formal olaraq mövcud olmuşdur. İddiaçı Cavabdeh ilə qeyri-rəsmi nikah münasibətlərində olmuş və xx.xx.2022-ci il tarixdə övladları dünyaya gəlmişdir. İddiaçı övladına doğum haqqında şəhadətnamənin alınması və ata qrafasında Cavabdeh qeyd olunması üçün 4 saylı Bakı "Asan Xidmət" Mərkəzinə müraciət etsə də, müraciəti uğurlu olmamışdır. X7 və 4 saylı Bakı "Asan Xidmət" Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmiş və tələbin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə hazırlıq iclasında izahat verərək iddia tələbinin əsaslı olduğunu, iddia ərizəsində göstərilən xüsusatların doğru olduğunu, bu səbəbdən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X5 öz ifadələri ilə iddia ərizəsində göstərilən xüsusatların doğruluğunu təsdiq etmişlər. İş materiallarında olan 4 saylı Bakı "Asan Xidmət" X1 xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-15-1117/2023 saylı məktubuna əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə doğulmuş uşağına dair müraciətinə baxılmış və uşaq İddiaçı ilə X7 ilə rəsmi nikahda olduğu dövrdə anadan olduğundan ata qrafasında Cavabdeh qeyd olunması üçün məhkəmə qaydasında atalığın müəyyən edilməsinin zəruri olduğu izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 338/2024-MTBŞ nömrəli ekspertiza rəyinə əsasən müəyyən olunur ki, “.........anası İddiaçı olan qız uşağı barəsində Cavabdeh atalıq faktı inkar olunmadı.......”. İş materiallarına əsasən müəyyən olunur ki, iddia tələbi üzrə mediasiya prosedurasına əməl edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən, ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki icraatda “formal həqiqət” prinsipi əsas götürülməklə məhkəmə tərəflərin təqdim etdiyi sübutlardan və onların mövqelərindən asılıdır. Cavabdeh və müstəqil tələb irəli sürülən üçüncü şəxs tərəfindən iddia tələbinin qəbul edilməsi xüsusatı əsas götürülür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Ağazadə X6 Murad Mübariz oğlu ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, xx.xx.2023-cü il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 7 saylı akt qeydinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər rəsmi nikahda olduğu dövrdə, yəni xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikah münasibətlərindən qız övladı dünyaya gəlmişdir. Uşaq dünyaya gəldiyi xx.xx.2022-ci il tarixdə iddiaçı rəsmi olaraq X7 ilə nikahda olduğundan, uşağa doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında Cavabdeh qeyd edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən tədqiq olunmuş iş materialları, şahid ifadələri , ekspert rəyi əsasında İddiaçı xx.xx.2022-ci il tarixdə doğulmuş qız uşağının atasının Cavabdeh olması faktı müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhərində qadın cinsində doğulmuş uşaq barəsində xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh atalığı müəyyən edilməlidir. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd olunmalıdır. Qətnamə doğum haqqında akt sənədlərində bu barədə müvafiq düzəlişlərin aparılması üçün hüquqi əsas təşkil etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhərində qadın cinsində doğulmuş uşaq barəsində xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh atalığı müəyyən edilsin. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd olunsun. Qətnamə doğum haqqında akt sənədlərində bu barədə müvafiq düzəlişlərin aparılması üçün hüquqi əsas təşkil etsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar