Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1831/2023 06.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X5 oğlunun katibliyi, Cavabdeh2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1722,22 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində təxminən 18:30 radələrində Sumqayıt İstismar Sahəsinin ərazisində Sumqayıt şəhəri S.Bədəlbəyli küçəsinin Çerkassi küçəsi ilə kəsişməsində Toyota Prius markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə ərazidə quraşdırılmış 1 ədəd işıqfor tam yararsız vəziyyətə düşməklə idarəyə 4500 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, "xxxx" ASC 5000 manat sığorta ödənişindən 2222,78 manat məbləği yol nəqliyyat hadisəsində iştirak etmiş X3 ödəmişdir. 2777,78 manatı isə onların idarəsinə ödəmişdir. Bu səbəbdən idarəyə dəymiş ziyanın qalan hissəsi yol nəqliyyat hadisəsində təqsiri olan Cavabdeh2 tutulmalıdır. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, avtomobil işıqfora dəyib. Sadəcə o avtomobildən düşəndə avtomobilin işıqfora dəymədiyini görmüşdür. Məbləğin ondan hissə-hissə tutulmasına köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, Toyota Prius markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta təminatı almışdır. Onun vurduğu zərərə görə zərərçəkənə 5000 manat həddində sığorta məbləği ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinə 2777,78 manat, digər zərərçəkmiş X3 **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2222,22 manat sığorta ödənişi həyata keçirilmişdir. Bununla da belə hesab edirlər ki, sığortaçı öz öhdəliyini tam yerinə yetirib. İddianın onlara aid hissədə rədd olunmasını xahiş edir. Məhkəmə iş üzrə izahatları və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində təxminən 18:30 radələrində Sumqayıt İstismar Sahəsinin ərazisində Sumqayıt şəhəri S.Bədəlbəyli küçəsinin Çerkassı küçəsi ilə kəsişməsində Toyota Prius markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil VAZ 21074 markalı **-DH-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, ərazidə quraşdırılmış işıqfor, tam yararsız vəziyyətə düşməklə idarəyə 4500 manat dəyərində maddi ziyan dəymişdir. Dəyən ziyan komissiya tərəfindən qiymətləndirilmiş və sıradan çıxmış işıqforun yenisi ilə əvəzlənməsi qərara alınmışdır. Bildirilir ki, Respublikanın şəhər və rayonlarında yol hərəkətini tənzimləyən texniki nizamlama vasitələri (svetofor və yol nişanları) AR DİN BDYPİ Siqnal İLİ İdarəsin balansındadır. Yuxarıda yazılanları nəzərə alaraq, İdarəyə dəymiş 4500 manat dəyərində maddi ziyanın günahkar tərəfindən ödənilməsi üçün aidiyyəti üzrə əməkdaşlara göstəriş verilməyi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, xx.xx.2022-ci il tarixində təxminən 18:30 radələrində Sumqayıt İstismar Sahəsinin ərazisində Sumqayıt şəhəri S.Bədəlbəyli küçəsinin Çerkassi küçəsi ilə kəsişməsində Toyota Prius markalı **- UK-*** dövlət qeydiyyat nişanlı avtomobil VAZ 21074 markalı **-DH-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə ərazidə quraşdırılmış işıqfor tam yararsız vəziyyətə düşməklə idarəyə 4500 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, Çerkassi- S.Bədəlbəyli küçələrinin kəsişməsində quraşdırılmış A tipli işıqfor dirəyinin vurulması ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində qeyd olunan ərazidə Toyota Prius markalı **-UK-*** dövlət qeydiyyat nişanlı və VAZ 21074 markalı **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Toyota Prius markalı **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətaya yol verdiyi üçün barəsində İXP ******* nömrəli inzibati protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 60 manat məbləğində cərimə qərarı tətbiq edilmişdir. İş materiallarında olan Cavabdeh2 Sumqayıt şəhər Pİ DYP şöbəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatında qeyd etmişdir ki, etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı **-UK-*** dövlət qeydiyyat nişanlı maşınla xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, Çerkassi-S.Bədəlbəyli küçələrinin kəsişməsində sola dönərkən sağında düzünə hərəkətdə olan VAZ 21-07 markalı maşına yol verməmiş və onun qabaq sol hissəsiylə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. İş materiallarında olan Eyyublu Səxavət Sahib oğlu Sumqayıt şəhər Pİ DYP şöbəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatında qeyd etmişdir ki, etibarnamə ilə idarə etdiyi **-DH-*** dövlət qeydiyyat nişanlı maşınla xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, Çerkassi-S.Bədəlbəyli küçələrinin kəsişməsində hərəkətdə olarkən qarşısında soldan sağa hərəkət edən Toyota Prius ona yol verməmiş və qabaq sol hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixində, saat 18:30-da Çerkassi-Bədəlbəyli küçəsi kəsişməsində Toyota Prius minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan İXP ******* nömrəli X6 Protokoldan görünür ki, xx.xx.2022-ci il tarixində, saat 18:30-da Toyota Prius markalı **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 831304 nömrəli X2 Şəhadətnaməsindən görünür ki, Toyota Prius minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, "xxxx" ASC onların işi üzrə sığorta ödənişini həyata keçirmişdir. Sığortaya qarşı tələbləri yoxdur. Lakin iş üzrə digər Cavabdeh2 qarşı iddia tələblərini müdafiə edirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Sığorta aktından görünür ki, 2777,78 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinə ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Sığorta aktından görünür ki, 2222,22 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən X3 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı maddələrinə əsasən: 13.2. bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 20.2. bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52–1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında veridkləri izahatlarla müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixində, saat 18:30-da Çerkassi-Bədəlbəyli küçəsi kəsişməsində Toyota Prius minik markalı, **-UK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə ərazidə quraşdırılmış 1 ədəd işıqfor tam yararsız vəziyyətə düşməklə idarəyə 4500 manat dəyərində maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində Toyota Prius minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 təqsiri müəyyən edilərək İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli Qərar qəbul edilmiş və Cavabdeh2 barəsində xx.xx.2022-ci il tarixində, saat 18:30-da Çerkassi-Bədəlbəyli küçəsi kəsişməsində Toyota Prius minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, "xxxx" ASC 5000 manat sığorta ödənişindən 2222,22 manat məbləği yol nəqliyyat hadisəsində iştirak etmiş X3, 2777,78 manatı isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinə ödəmişdir. Habelə iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, "xxxx" ASC onların işi üzrə sığorta ödənişini həyata keçirmişdir. Sığortaya qarşı onların tələbləri yoxdur. Lakin iş üzrə digər Cavabdeh2 qarşı iddia tələblərini müdafiə edirlər. Belə ki, iş materiallarında olan İnzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi hadisə ilə bağlı Cavabdeh2 təqsiri müəyyən edilmişdir. Belə olan halda iddiaçının balansında olan işıqfora dəymiş maddi ziyan ödənilməsi yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli olan tərəfdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi zamanı işıqfora dəymiş ümumi 4500 manat məbləğindəki ziyandan "xxxx" ASC tərəfindən ödənilmiş 2777,78 manat çıxılmalı və qalan 1722,22 manat məbləğində pul vəsaiti hadisəni yol-nəqliyyat hadisəsini törətməkdə təqsiri müəyyən olunmuş Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 1722,22 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 1722,22 (min yeddi yüz iyirmi iki manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1831/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1831/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver