Məhkəmə qərarları › İş №2(004)-1832/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1832/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1832/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nizami qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin "Siqnal ixtisaslaşdırılmış Layihə-İstehsalat" İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin "Siqnal ixtisaslaşdırılmış Layihə-İstehsalat" İdarəsinin Cavabdeh2 qarşı "sığorta ödənişinin maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin "Siqnal ixtisaslaşdırılmış Layihə-İstehsalat" İdarəsi cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı "sığorta ödənişinin maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7080 manat məbləğində sığorta ödənişi və 1699,20 manat sığorta ödənişinin gecikdirildiyinə görə dəbbə pulu alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin "Siqnal ixtisaslaşdırılmış Layihə-İstehsalat" İdarəsi iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-dən 5000 manat sığorta ödənişi və Cavabdeh2 2080 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə təxminən 17:15 radələrində Sumqayıt İstismar Sahəsinin Abşeron rayonu ərazisində Novxanı-Saray- Masazır yollarının kəsişməsində FORD yük markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil HYUNDAİ SONATA markalı **-RE-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, ərazidə quraşdırılmış işıqfor, tam yararsız vəziyyətə düşməklə idarəyə 7080 manat dəyərində maddi ziyan dəymişdir. Bununla bağlı cavabdehə ziyan aktı tərtib edilərək xx.xx.2022-ci il tarixdə idarəyə dəymiş ziyanı ödənilsin. Lakin bu günə kimi cavabdeh tərəfdən heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin "Siqnal ixtisaslaşdırılmış Layihə-İstehsalat" İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda "xxxx" ASC idarəyə dəymiş 7080 manat məbləğdən 4289,97 manat ödədiyindən, ondan heç bir tələbi yoxdur. Qalan 2791 manatın Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin "Siqnal ixtisaslaşdırılmış Layihə-İstehsalat" İdarəsinin xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, xx.xx.2022-ci il tarixində təxminən 17:15 radələrində Sumqayıt İstismar Sahəsinin Abşeron rayonu ərazisində Novxanı-Saray-Masazır yollarının kəsişməsində “Ford” yük markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Sonata” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “Ford” yük markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri nəticəsində ərazidə quraşdırılmış işıqforun dirəyi əzilmiş, qırılmış və tam yararsız vəziyyətə düşməklə idarəyə 7080 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki qanunvericiliyə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinə əsasən sığorta ödənişi həyata keçirilir. Sığorta tələbi sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari Sığortalar haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən, məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqiiyyat vasitəiərinin sahiblərinin müiki məsuiiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Habelə, Mülki Məcəllənin 1108-ci maddəsinin 1-ci bəndinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində FORD yük markalı **- NM-*** dövlət qeydiyyat nişanlı avtomobil HYUNDAİ SONATA markalı **-RE-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə, ərazidə quraşdırılmış işıqfor, tam yararsız vəziyyətə düşməklə idarəyə 7080 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin "Siqnal ixtisaslaşdırılmış Layihə-İstehsalat" İdarəsi cavabdeh "xxxx" ASC tərəfindən dəymiş ziyanın 4289,97 manat məbləği ödənildiyindən qalan 2791 manat dəymiş ziyanın Cavabdeh2 tərəfindən ödənilməsini tələb edir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub təmin edilməli, Cavabdeh2 vurulmuş maddi ziyana görə müəyyən edilmiş 2791 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyana görə 2791 (iki min yeddi yüz doxsan bir) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin "Siqnal ixtisaslaşdırılmış Layihə-İstehsalat" İdarəsinin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar