Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1895/2022 19.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi, İddiaçı Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı Hərrac Mərkəzi MMC-yə və maraqlı şəxs Lənkəran rayonu İcra və probasiya Şöbəsinə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Hərrac Mərkəzi MMC-yə və maraqlı şəxs Lənkəran rayonu İcra və probasiya Şöbəsinə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya, yəni İddiaçı məxsus olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 129,4 kv m olan 4 otaqlı fərdi yaşayış evinin satılmasına dair Bakı Hərrac Mərkəzi tərəfindən verilmiş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 19 yanvar 2022-ci il tarixli 612/21 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ona məxsus Lənkəran rayonu Sütəmurdov kəndində 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 129,4 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin satılmasına dair Bakı Hərrac Mərkəzi tərəfindən verilmiş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair hərrac protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, qeydiyyatda olduğu ünvanda yaşayır. Lakin onlara heç bir məktub çatdırılmamışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddiaçıya məxsus olan Lənkəran rayonu Sütəmurdov kəndində 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 129,4 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin satılmasına dair Bakı Hərrac Mərkəzi tərəfindən verilmiş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair hərrac protokolunun etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Amrahbank ASC tərəfindən qeyd edilən əmlak qanunvericiliyin tələblərinə uyğun olaraq alınmışdır. Hərrac protokolunun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və maraqlı şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin və maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli 2(004)-12/2018 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, 200.000 (iki yüz min) manat əsas borc, 31.154 (otuz bir min yüz əlli dörd) manat faiz borcu və 1.900 (bir min doqquz yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 233.054 (iki yüz otuz üç min əlli dörd) manatın cavabdehlər X21, X22, X6 və İddiaçı müştərək qaydada tutularaq "xxxx" ASC-yə veriməsi, tutmanın ipoteka predmeti olan mülkiyyət hüququ ilə İddiaçı məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində olan 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 129.4 kv.m. ümumi, 80,1 kv.m. yaşayış, 49,3 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə, mülkiyyət hüququ ilə X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında, 7-ci mərtəbədə yerləşən 118,4 kv.m. ümumi, 73,7 kv.m. yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilə və girov predmeti olan cavabdeh X9 məxsus dəyəri 135.000 (bir yüz otuz beş min) manat məbləğində müəyyən edilmiş dövriyyədə olan telefon, aksessuar, kompyuter, məişət avadanlıqlarına yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əidə olunan pul vəsaiti hesabına cavabdehlərin "xxxx" ASC-yə olan borcun ödənilməsi, ipoteka və girov predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin İddiaçı, X10 və X9 qaytarılması, ipoteka predmeti olan Lənkəran rayonu, Sütəmurdov kəndində olan 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 129.4 kv.m. ümumi, 80,1 kv.m. yaşayış, 49,3 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 43.000 manat (qırx üç min) manat, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında, 7-ci mərtəbədə yerləşən, 118,4 kv.m. ümumi, 73.7 kv.m. yaşayış, 44,7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzilin ilkin satış qiymətinin 180.000 (bir yüz səksən min) manat müəyyən edilməsi, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaitinin 10 (on) manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 40 (qırx) manat hissəsi isə cavabdehlər X10, X21, X22, X6 və İddiaçı müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməsi, iş üzrə ödənilmi 30 manat dövlət rüsumunun 2,7%, yəni 80 qəpiyinin iddiaçıya aid edilməsi, qalan 97,3 %-i, yəni 29 manat 20 qəpik məbləğində pul vəsaitinin cavabdehlər X11, X21, Baxşiyev, Şakir Abbas oğlu X6 və İddiaçı müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başıçısının Sütəmurdov kənd inzibati ərazi dairəsində nümayəndəliyi tərəfindən verilmiş 08.02.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Lənkəran rayonu Sütəmurdov kəndində yaşayır və qeydiyyatdadır,ailə üzvləri : arvadı X7, oğlu X23, X24, gəlinləri X12, X16, nəvələri X31, X17, X18, X19, X20 onunla bir evdə yaşayır və qeydiyyatdadırlar. İş materiallarında olan İddiaçı ünvanlanmış bildirişin surətindən görünür ki, məktub İddiaçı ünvanına göndərilmiş, lakin həmin ünvanda yaşamadığı üçün məktub çatdırılmamışdır. İş materiallarında olan Maraqlı şəxs icra məmurunun Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasınına ünvanladığı Hərracın keçirilməsi haqında sifarişə əsasən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-12/2018 nömrəli, 29.11.2018-ci il tarixli icra sənədinə əsasən Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən, borclu İddiaçı mülkiyyətində olan 0.08 ha torpaq sahəsi ilə birlikdə 1 mərtəbəli, 4 otaqlı, 129,4 kv.m ümumi, 80,1 kv m yaşayış, 49,3 kv m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin satılmasından ötrü hərrac keçirilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı Hərrc Mərkəzi MMC tərəfindən sifarişçi Maraqlı şəxsnə, borclular İddiaçı, X5, X3, X13, X14, tələbkar Amrahbank ASC-yə ünvanlanmış 12.11.2021ci il tarixli, 612/21 saylı 12.11.2021-ci il, 10.12.2021-ci il tarixli hərrac bildirişlərindən görünür ki, tərəflərə Maraqlı şəxs 3837/09 saylı, 29.10.2021-ci il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus əmlakın Bakı Hərrac Mərkəzi MMC tərəfindən açıq hərraca çıxarıldığı barədə məlumat verilmişdir. İş materiallarında olan “Market” reklam və elanlar qəzetində Bakı Hərrac Mərkəzi tərəfindən verilmiş elanlardan görünür ki, Bakı Hərrac Mərkəzi Lənkəran rayonu Sütəmurdov kəndində 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 129,4 kv.m olan 4 otaqlı fərdi yaşayış evi ilə bağlı hərrac və təkrar hərrac keçirilməsi ilə bağlı elanlar vermişdir. İş materiallarında olan Bakı Hərrac Mərkəzinin 612/21 saylı protokoluna əsasən müəyyən olunur ki, sifarişçi Maraqlı şəxs, hərracın təşkilatçısı Bakı Hərrac Mərkəzi MMC, satılan əmlak Yasamal Rayon Məhkəməsinin №2(004)-12/2018, 29.11.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus Lənkəran rayonu Sütəmurdov kəndində 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 129,4 kv.m olan 4 otaqlı fərdi yaşayış evi, ipoteka saxlayan LPO Amrahbank ASC, əmlakın ilkin satış qiyməti isə 43000 manatdır. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan ləğv prosesində olan "xxxx" ASC əmlakı 27412,50 manata aldı. İş materiallarında olan İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 19.01.2022-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan ləğv prosesində olan "xxxx" ASC əmlakı 27412,50 manata almışdır. Məhkəmə işin faktiki hallarını araşdırıb, təqdim olunmuş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilməmiş, həmçinin bu halları təsdiq edəcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh Hərrac Mərkəzi tərəfindən iddiaçıya hərrac bildirişi göndərilmiş və hərracın keçiriləcəyi barədə elan verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin qanunun 42.3-cü maddəsinə əsasən İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçıya, yəni İddiaçı məxsus olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 129,4 kv m olan 4 otaqlı fərdi yaşayış evinin satılmasına dair Bakı Hərrac Mərkəzi tərəfindən verilmiş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 19 yanvar 2022-ci il tarixli 612/21 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1895/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1895/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver