Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1913/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı olaraq onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31E, mənzil 119, giriş 2dəki mənzilinə cavabdeh tərəfindən yerləşdirilmiş iddia ərizəsində göstərilmiş cehiz əşyalarının sözügedən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, iddiaçı olaraq onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31E, mənzil 119, giriş 2-dəki mənzilinə cavabdehlər tərəfindən yerləşdirilmiş iddia ərizəsində göstərilmiş cehiz əşyalarının sözügedən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlərdən biri olan qardaşı Cavabdeh1 iş üzrə cavabdeh X4 ilə 29 iyun 2022-ci il tarixində rəsmi nikaha girmişdir. Birgə nikahlarından 1 övladları var. X18 ilə ailə quranda öz mülkiyyətində olan mənzilini müvəqqəti xarekterli onların istifadəsinə vermişdir ki, ailə qurduqları ilk aylardan başqasına məxsus mənzildə kirayədə qalmasınlar. Səbəbi də ondan ibarət idi ki, gənc ailədirlər, qardaşı Tusi də hərbçidir, çox vaxt iş yerində olur. Tusi iş yerində olduğu hallarda belə Aysunu heç kim narahat etməsin. Mənzilinin açarlarını onlara vermişdir. Onlar da ailə olaraq ona məxsus olan mənzilə yerləşmişlər. Hal-hazırda isə ailə kimi münasibətləri pozulmuşdur. Nikahın pozulması tələbinə dair mülki iş məhkəmədədir. Ailəni bərpa etmək mümkün deyil. Aysu 2024-cü ilin yanvar ayının 6dan ona aid olan mənzildən, yəni - ünvan 1 ünvanından öz valideynlərinə məxsus evə köçüb getmişdir. Aysuya məxsus bütün cehiz əşyaları isə ona məxsus evdə qalmışdır. Evinə köçmək istəyir, amma ev cehizlərlə yüklü olduğundan öz mənzilinə yığışa, əşyalarını öz mənzilinə yerləşdirə bilmir. Qardaşı Tusidən mənzildən cehiz əşyalarının çıxarılmasını tələb edəndə isə o, cehiz əşyaların aparılmasını Aysunun ailəsinə bildirdiyini, lakin qarşı tərəfin bu barədə hər hansısa bir hərəkət etmədiyini bildirmişdir. Bu da onu narahat edir. Cehizlər mənzilindən çıxarılmadığından bu günə kimi mənzilinə daxil ola bilməmişdir. Cavabdeh2 məxsus cehiz əşyaları olan - yataq mebel dəsti (taxt, 2 ədəd tumbuçka, termo və stul), gecə lampası, televizor “plazma” 84 ekran, divan dəsti 1 ədəd, salon mebel dəsti (stol, stul, 2 ədəd şkaf, termo), zala lüstur, divar saatı, xalça, qabyuyan, paltaryuyan, soyuducu, soba, şirəçəkən aparat, blinçik bişirən, ətçəkən maşın, tava, blender, mikser, tozsoran, tok samovarı, ütü, ütü stolu, fincan və stəkan dəsti, qazan dəsti, qab dəsti (obedni çay), mələfə-çexol, yun yorğan-döşək, silikon yorğan, silikon yastıq, mətbəx üçün dəsmal, əlüz dəsmalı, tutacaq, çay dəsmalı dəsti, jurnal stolunun üstü üçün örtük, stol üçün örtük, qaşıq, bıçaq, çəngəl dəsti, çini qazan dəsti, hamam dəsti, yataq otağında pərdə (qısa ölçülü), çərəz qabı, salfetka qabı, duz qabı, mürəbbə qabı, çömçə, salat qabı, araq stəkanı, dəmir qab qurutma, doğrama taxtası, düşbərə bükmək üçün dəmir, çörək qabı, çörək vannası, tort qabı, ədviyyat qabı, kül qabı, qrafinka, qəhvə stakanı, podnos, ləyən, aşsüzən, çaydan və çaynik, güldan, meyvə qabı, çərəz qıran, qənd qıran, sarımsaq əzən, çaydan altlığı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 119 saylı mənzildən çıxarılmasını xahiş edir. Cavabdeh X6 xx.xx.2025-ci il tarixdə məhkəməyə etirazla müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona və qardaşı X3 qarşı "Cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ila müraciət edərək iddia qaldırmışdır. İddia tələbini etmir. O, Cavabdeh1lə xx.xx.2022-ci il tarixdə Bakı sahari 5 saylı "ASAN Xidmət” Mərkəzində nikahlarını rəsmiləşdirib ailə qurmuşlar. Ailə qurduqdan sonra isə Cavabdeh1 mülkiyyətində öz adına evi olmadığından o onun qardaşı İddiaçı mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Buna görə də cehizlərini, qızıl-zinət əşyalarını və digər hər şeyi özüylə birlikdə həmin evə aparmışdır. Hətta onu da qeyd edir ki, onun bundan xəbəri yox imiş. Onu aldatmşlar ki, guya ev Cavabdeh1 mülkiyyətindədir. Lakin Cavabdeh1 ilə ailə münasibətləri korlandığından o, övladı xx.xx.2023-cü il təvəllüdlü X7 ilə birlikdə Şahbuz rayonu Ayrınc kəndində atası evinə qayıtmış və hal-hazırda orada yaşayir. O, 22 iyul 2024-cü il tarixdə Cavabdeh1 qarşı "Qızıl-zinyət va cehiz əşyalarının qaytarılması tələbi" nə dair Bakı səhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddia qaldırmışdır. İddia ərizəsi icraatda almaraq ekspertiza təyin olunmuşdur. Lakin 22 iyul 2024-cü il tarixdən bu günədək Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən onlara iddianın təmin olunubolunmaması barədə hər hansı məlumat və ya bildiriş göndərilməmişdir. Həmin vaxtdan tam 7 ay keçir. Bundan əlavə Cavabdeh1 qardaşı İddiaçı da gecikdirilmiş həmin vaxtdan istifadə edərək ona və qardaşı Cavabdeh1 qarşı "Cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddia qaldırmışdır. Lakin onun həmin iddianı qəbul etməməyinə səbəb əşyaların əksəriyyətinin yararsız vəziyyətdə olmasıdır. Buna görə də o sadəcə sağlam vəziyyətdə olan əşyalan götürməyə razıdır. Yararsız vəziyyətdə olan, həmçinin yerində olmayan əşyaların isə özünü deyil, dəyərini tələb edir. Hətta İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya evdə ona məxsus əşyalar da var idi Bu məlumat tamamilə yalan və əsassızdır. Onlar evə köçəndə ev tamamilə boş imiş. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, əşyalar siyahıya alınarkən Cavabdeh2 məxsus olan bəzi əşyaların həmin mənzildə olmadığı, iddia ərizəsində göstərilən bəzi əşyaların isə yararsız vəziyyətdə olduğu məlum olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal Rayonu Əsəd Əhmədov küçəsi 31 E, mənzil 119, giriş-2 ünavnında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı Edlçin oğlunun mülükiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (004)-1913/2025 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi ünvan 1 ünvanındakı mənzildə olmaqla Cavabdeh2 məxsus olduğu iddia edilən əşyalar: yataq mebel dəsti (taxt, 2 ədəd tumçuçka, termo və stul), gecə lampası, televizor “plazma” 84 ekran, divan dəsti 1 ədəd, salon mebel dəsti (stol, stul, 2 ədəd şkaf, termo), zala lüstur, divar saatı, xalça, qabyuyan, paltaryuyan, soyuducu, soba, şirəçəkən aparat, blinçik bişirən, ətçəkən maşın, tava, blender, mikser, tozsoran, tok samovarı, ütü, ütü stolu, fincan və stəkan dəsti, qazan dəsti, qab dəsti (obedni çay), mələfə-çexol, yun yorğan-döşək, silikon yorğan, silikon yastıq, mətbəx üçün dəsmal, əl-üz dəsmalı, tutacaq, çay dəsmalı dəsti, jurnal stolunun üstü üçün örtük, stol üçün örtük, qaşıq, bıçaq, çəngəl dəsti, çini qazan dəsti, yataq otağında pərdə (qısa ölçülü), çərəz qabı, salfetka qabı, duz qabı, mürəbbə qabı, çömçə, salat qabı, araq stəkanı, dəmir qab qurutma, doğrama taxtası, düşbərə bükmək üçün dəmir, çörək qabı, çörək vannası, tort qabı, ədviyyat qabı, kül qabı, qrafinka, qəhvə stakanı, podnos, ləyən, aşsüzən, çaydan və çaynik, güldan, meyvə qabı, çərəz qıran, qənd qıran, sarımsaq əzən, çaydan altlığı siyahıya alınması qərara alınmış və qərardad dərhal icra edilmişdir. İş materiallarında olan icra məmuru tərəfindən borclu İddiaçı, A.Tarverdiyevin nümayəndəsinin köməkçiləri X5, X8 və tələbkar İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-86/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanındakı mənzildə olmaqla Cavabdeh2 məxsus olduğu iddia edilən əşyalar: yataq mebel dəsti (taxt, 2 ədəd tumçuçka, termo və stul), gecə lampası, televizor “plazma” 84 ekran, divan dəsti 1 ədəd, salon mebel dəsti (stol, stul, 2 ədəd şkaf, termo), zala lüstur, divar saatı, xalça, qabyuyan, paltaryuyan, soyuducu, soba, şirəçəkən aparat, blinçik bişirən, ətçəkən maşın, tava, blender, mikser, tozsoran, tok samovarı, ütü, ütü stolu, fincan və stəkan dəsti, qazan dəsti, qab dəsti (obedni çay), mələfə-çexol, yun yorğan-döşək, silikon yorğan, silikon yastıq, mətbəx üçün dəsmal, əl-üz dəsmalı, tutacaq, çay dəsmalı dəsti, jurnal stolunun üstü üçün örtük, stol üçün örtük, qaşıq, bıçaq, çəngəl dəsti, çini qazan dəsti, yataq otağında pərdə (qısa ölçülü), çərəz qabı, salfetka qabı, duz qabı, mürəbbə qabı, çömçə, salat qabı, araq stəkanı, dəmir qab qurutma, doğrama taxtası, düşbərə bükmək üçün dəmir, çörək qabı, çörək vannası, tort qabı, ədviyyat qabı, kül qabı, qrafinka, qəhvə stakanı, podnos, ləyən, aşsüzən, çaydan və çaynik, güldan, meyvə qabı, çərəz qıran, qənd qıran, sarımsaq əzən, çaydan altlığı siyahıya alınmışdır. Lakin aktı A.Tarverdiyevin nümayəndəsinin köməkçiləri X1 Sara Müşviq qızı imzalamaqdan imtina etmişdir. Belə ki, işdə olan sənədlərlə, tərəflərin izahatları ilə müəyyən olunur ki, iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 iş üzrə cavabdeh X4 ilə 29 iyun 2022-ci il tarixində rəsmi nikaha girmişdir. Birgə nikahlarından 1 övladları var. Onlar da ailə olaraq iddiaçıya məxsus olan mənzilə yerləşmişlər. Hal-hazırda isə ailə kimi münasibətləri pozulmuşdur. Nikahın pozulması tələbinə dair mülki iş məhkəmədədir. Ailəni bərpa etmək mümkün deyil. Tarverdiyev Aysu 2024cü ilin yanvar ayının 6-dan iddiaçıya aid olan mənzildən, yəni - ünvan 1 ünvanından öz valideynlərinə məxsus evə köçüb getmişdir. Tarverdiyev Aysuya məxsus bütün cehiz əşyaları isə iddiaçının məxsus evdə qalmışdır. İddiaçı evinə köçmək istəyir, amma ev cehizlərlə yüklü olduğundan öz mənzilinə yığışa, əşyalarını öz mənzilinə yerləşdirə bilmir. Odur ki, iddiaçı cehiz əşyalarının mənzildən çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehə məxsus cehiz əşyalarının iddiaçını mənzilində mövcud olmasını və həmin əşyaların həqiqətən iddiaçının mənzilində olmasının, cavabdeh tərəfindən çıxarılmamasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, hazırki vəziyyətdə iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən, məhz o, çıxarılmasını tələb etdiyi cehiz əşyalarının onun mülkiyyətində olan mənzildə olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin həmin əşyaları qanunsuz onun mənzilində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Renspublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə, iddiaçının cehiz əmlakları ilə bağlı tələbini qismən əsaslı hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının sadaladığı əmlaklar icra məmurları tərəfindən aşkar edilərək siyahıya alınmışdır. Həmin əmlaklar cavabdeh Aysu Tarverdiyevə məxsusdur. Digər Cavabdeh1 məxsus deyil və onun əşyaları deyildir. Bu səbəbdən iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 aid olan hissədə rədd edilməlidir. İcra məmurunun aktında sadalanan əmlaklar iddiaçının saxlancına verilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 məxsus cehiz əşyaları olan - yataq mebel dəsti (taxt, 2 ədəd tumbuçka, termo və stul), gecə lampası, televizor “plazma” 84 ekran, divan dəsti 1 ədəd, salon mebel dəsti (stol, stul, 2 ədəd şkaf, termo), zala lüstur, divar saatı, xalça, qabyuyan, paltaryuyan, soyuducu, soba, şirəçəkən aparat, blinçik bişirən, ətçəkən maşın, tava, blender, mikser, tozsoran, tok samovarı, ütü, ütü stolu, fincan və stəkan dəsti, qazan dəsti, qab dəsti (obedni çay), mələfə-çexol, yun yorğandöşək, silikon yorğan, silikon yastıq, mətbəx üçün dəsmal, əlüz dəsmalı, tutacaq, çay dəsmalı dəsti, jurnal stolunun üstü üçün örtük, stol üçün örtük, qaşıq, bıçaq, çəngəl dəsti, çini qazan dəsti, hamam dəsti, yataq otağında pərdə (qısa ölçülü), çərəz qabı, salfetka qabı, duz qabı, mürəbbə qabı, çömçə, salat qabı, araq stəkanı, dəmir qab qurutma, doğrama taxtası, düşbərə bükmək üçün dəmir, çörək qabı, çörək vannası, tort qabı, ədviyyat qabı, kül qabı, qrafinka, qəhvə stakanı, podnos, ləyən, aşsüzən, çaydan və çaynik, güldan, meyvə qabı, çərəz qıran, qənd qıran, sarımsaq əzən, çaydan altlığı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 119 saylı mənzildən cavadeh Cavabdeh2 hesabına çıxarılmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı X2 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 məxsus cehiz əşyaları olan - yataq mebel dəsti (taxt, 2 ədəd tumbuçka, termo və stul), gecə lampası, televizor “plazma” 84 ekran, divan dəsti 1 ədəd, salon mebel dəsti (stol, stul, 2 ədəd şkaf, termo), zala lüstur, divar saatı, xalça, qabyuyan, paltaryuyan, soyuducu, soba, şirəçəkən aparat, blinçik bişirən, ətçəkən maşın, tava, blender, mikser, tozsoran, tok samovarı, ütü, ütü stolu, fincan və stəkan dəsti, qazan dəsti, qab dəsti (obedni çay), mələfə-çexol, yun yorğan-döşək, silikon yorğan, silikon yastıq, mətbəx üçün dəsmal, əlüz dəsmalı, tutacaq, çay dəsmalı dəsti, jurnal stolunun üstü üçün örtük, stol üçün örtük, qaşıq, bıçaq, çəngəl dəsti, çini qazan dəsti, hamam dəsti, yataq otağında pərdə (qısa ölçülü), çərəz qabı, salfetka qabı, duz qabı, mürəbbə qabı, çömçə, salat qabı, araq stəkanı, dəmir qab qurutma, doğrama taxtası, düşbərə bükmək üçün dəmir, çörək qabı, çörək vannası, tort qabı, ədviyyat qabı, kül qabı, qrafinka, qəhvə stakanı, podnos, ləyən, aşsüzən, çaydan və çaynik, güldan, meyvə qabı, çərəz qıran, qənd qıran, sarımsaq əzən, çaydan altlığı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 119 saylı mənzildən cavadeh Cavabdeh2 hesabına çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1913/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1913/2025
24.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver